Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   2   3   4   5   6   7   8   9   ...   13

12
ortasında,  nə  də  okeanın  dərinliklərində  elə  bir 
yer yoxdur ki, qocalıq, xəstəlik və ölüm sizi gəlib 
tapmasın. Bu səbəbdən də var qüvvənizlə xilası 
axtarın.”  Hələlik  isə...Nə  isə  eləmək  lazım  idi. 
Müdhiş  bir  situasiyadır.  Qos-qoca  dünyada  ən 
üzdə olan faktların və onların gətirdiyi əzabların 
səbəbini heç kəs bilmirdi. Həyatı zəhərlənmişdi 
gənc Siddharthanın.
Yəni heç kəs bilmirdi? Buddaya qədər də Hin-
distanda  müqəddəs  Vedalar  oxunur,  brahmalar 
Veda  biliklərinin  daşıyıcıları  kimi  hər  məclisdə 
yuxarı  başda  oturar  və  dinlə  bağlı  bütün  sual-
ları  çoxbilmişcəsinə  cavablandırardılar.  Lakin 
onlar  kəpənək  biliklərinə  sahiblənmiş  qurdlar 
idilər.  Kəpənəklərin  sözləri  onların  ağızlarında 
tam mənasız səslənirdilər. Həqiqət sözləri yalan 
qoxurdu. Bir dəfə... Buddanın tələbələrindən biri 
qonşu kənddə kəndlilərə Buddanın təlimi barədə 
danışmasından,  cahil  insanlara  həqiqət  yolunu 
təbliğ  etməsindən  söz  edir.  Müəllimindən  eşit-
diyi  sözləri  olduğu  kimi  əzbərlədiyindən  əmin 
olduğu  üçün  onları  Buddanın  hüzurunda  bir 
daha  təkrarlayaraq:  “Müəllim,  mən  düzmü  de-
dim?”-  deyə  tərif  gözləntisi  ilə  soruşur.  Budda: 
“Sözlər düz idi. Amma sənin ağzında onlar yalan 
səslənirdilər”. 


13
İnsanlar  tez-tez  belə  edirlər.  Gözəl  sözlərin 
təsiri altında özlərini təmizləmək əvəzinə gözəl 
sözləri özləri ilə çirkləndirirlər.
Siddhartha inqilabi bir qərara gəlir: saraydan 
qaçmaq! Hamının saraylara can atdığı, saray qa-
pılarında süründüyü dünyada hərdən belə şeylər 
də  olur.  Saraydan  qaçaraq  həqiqət  axtarışlarına 
düzəlmək.  Çox  bahalı  qurban  verdi  Siddhartha 
elm öyrənmək naminə. Oğlu və gənc arvadını da 
sarayda qoyub getdi. Onlar yuxuda ikən. Simvo-
lik  idi.  Oyanan  qaçıb  başına  çarə  axtarmalı  idi. 
Daha  bir  bilməyən  ər,  ata  və  şahın  sayını  artır-
mağa dəyməzdi. Dünya belələrini onsuz da çox 
görmüşdü. Böyük qurbanlar cavabsız qalmır.
İyirmi  ilə  yaxın  meşədə  müxtəlif  müəllim-
lərdən dərs aldı. Asketizmlə məşğul oldu. Qapı-
nı israrla döyürdü. Həqiqət isə hələ də yox idi. 
Onun böyük qətiyyətini meşədəki digər asketlər 
görərək  ona  hörmət  etməyə  bilmirdilər.  Artıq 
tələbələri də var idi. Amma həqiqət isə hələ də 
yox idi. 
Bir gün uzunmüddətli orucdan üzülən Sidd-
hartha çayda üzən bir qayıqda qoca musiqiçinin 
şagirdinə: “Oğlum, simləri nə boş, nə də çox ta-
rım  bağla.  Birinci  halda  onlar  səslənməyəcək, 
ikinci  halda  isə  qırılacaqlar.”-  deyə  məsləhət 


14
ver  diyini eşidir. Bunun kainatın cavabı olduğu-
nu başa düşür. O, böyük elmin açarını axtarırdı. 
Lakin tamailə başqa yerdə. Eşitdiklərimizə, gör-
düklərimizə qarşı diqqətlə davranmaq, onu var-
lığın  cavabları  kimi  oxumaq  lazım  idi.  Bunun-
çün yemək yeməli və ağlını sağlam bir durumda 
tutmalı  idi.  Hər  şey  fikirlərdən  asılı  idi.  Ağlını 
təmizləmək, onu doğruluqla möhkəmlətmək la-
zım idi. İnsan ağlından dəyişməyə başlayır. Man-
tralar,  askezalar,  rituallar  dəyişdirmir  insanı. 
İnsanı idraki bahadırlıq dəyişidirir. “Dərin fikir-
lərlə dolu olan nurlanmışlara hətta göy əhli belə 
həsəd aparır, azadlığın sakitliyindən həzz alanla-
ra, zikrə qapılanlara, müdriklərə” (181).
Bundan  sonra  o,  uzun  müddətli  meditasi-
yaya daxil olur. Və əfsanəyə görə banyan ağacı-
nın altında nirvanaya - ruhani bəxtiyarlığa çatır. 
“Bilməyənin  zikri  olmur;  zikr  etməyənin  biliyi 
olmur.  Kimin  ki,  həm  zikri,  həm  biliyi  var,  o, 
həqiqətən, Nirvanaya yaxındır” (372).
Obıvatel  şüurunda  “Budda”,  “Buddizm”  – 
“büt” və “bütpərəstlik” anlamları ilə qarışdırılır. 
Təxminən eyni səbəbdən Azərbaycan dilində bö-
yük alman şairi Götenin (almanca, Johann Wolf-
gang  von  Goethe  )  adı  dəyişdirələrək  Höte  deyə 
çağırılır, yazılır. Assosiasiyalar... 


15
Həqiqətə çatdıqdan sonra Siddhartha, “Bud-
da” çağırılmağa başlayır. “Budda” – sanskrit di-
lindən tərcümədə “nurlanmış adam” deməkdir. 
Ziyalı, işıqlı adam.
Nirvananı daddıqdan sonra Budda Benaresə 
gələrək  ilk  mühazirəsini  söyləyir.  Hindistanda 
qədimdən elm adamına ilgi böyük olardı. Dün-
yanın bu tərəfində Sokrat, Mani, İsa, Nəsimi kimi 
nurluların  daha  çox  müxtəlif  üsullarla  öldürül-
düyünü bildiyimdən hindlilərə, budda kimilərə 
hörmətlə  yanaşdıqlarına  görə  simpatiya  ilə  ya-
naşmışam həmişə.
Deyirlər  Buddanın  ilk  mühazirəsində  o  qə-
dər insan toplaşmışdı ki, onlardan on min nəfərin 
mühazirənin gedişində ürəyi partlayır. Buddanın 
sözləri onların ayaqlarının altından torpağı çıxar-
mışdı. Necə mərifətli dinləyicilər imiş...
Budda 45 il ölkələri gəzərək təlimi ilə paylaş-
dı. Asan olsun deyə, çıxışlarında dörd həqiqətdən 
danışar,  dinləyiciləri  bu  dörd  həqiqət  üzərində 
düşünərək  həyatlarını  dəyişdirməyə  səsləyərdi. 
Nə idi bu həqiqətlər?
1) Mövcudluq əzabdır. Bu doğuluşlar və ölüm-
lər  insanlara  yalançı  ümidlərdən  və  acı  məyus-
luqdan başqa bir şey gətirmir. Həyat, əlbəttə ki, 
həm  də  böyük  bir  sevincdir.  Lakin  bu  sevinci 


16
yalnız nurlanmışlar yaşaya bilər. “Qalx! Yelbeyin 
olma!  Xeyirli  dhammaya  riayət  elə.  Dhammaya 
riayət edən bu dünyada xoşbəxt yaşayır, hətta o 
birində də” (169).
2)  Əzabları  və  qorxuları  yaradan  arzulardır. 
Budda özünüdərki arzularımıza baxmaqdan baş-
lamağa çağırırdı. İnsan, ona məyusluqdan başqa 
bir  şey  gətirməyən  arzularla  doludur.  İnsanın 
cahilliyini bu arzular möhkəmlədir. Uzun ömür 
arzusu, varlanmaq arzusu, böyük adam arzusu... 
əslində, insanları əsl əbədiyyətdən, xəzinələrdən, 
böyüklükdən eləyən.
3)  Əzablardan  qurtulmaq  mümkündür.  Bud-
dizmin  inam  məqamı!  Əgər  bu  təlimə  inanma-
san,  qurtula  bilməzsən,  deyir  Budda.  Həkimə 
inanmayan xəstənin sağalmaq şansının olmadığı 
kimi.  Həkimə  inanmayan  onun  məsləhətlərinə 
barmaqarası yanaşacaq, prosedurları əhəmiyyətli 
saymayaraq onları yarımçıq yerinə yetirəcəkdir. 
Sağalmaz beləsi.
4) Səkkizli yol. Bu yol cəhalətdən azadlığa çı-
xaran  yolun  metodunu  açıqlayır.  Necə?  Budda 
burada düzgün sözündən açar kimi istifadə edir. 
1) düzgün inam; 2) düzgün qətiyyət; 3) düzgün 
nitq;  4)  düzgün  əməl;  5)  düzgün  həyat  tərzi;  6) 
düzgün fikir; 7) düzgün niyyət; 8) düzgün seyr. 


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə