Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n



Yüklə 409,67 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix18.07.2018
ölçüsü409,67 Kb.
#56391
1   ...   5   6   7   8   9   10   11   12   13

87
338
Kökü zədələnməmiş və sağlamdırsa, qopar-
dılmış ağac belə böyüməkdə davam etdiyi kimi, 
əzab da təkrar-təkrar doğulur, əgər arzuya meyl 
ləğv olunmayıbsa.
339
O kəsin ki, həzzlərə yönəlmiş otuz altı axını 
güclüdür, fikirləri də ehtirasa istiqamətlənmişdir, 
düzgün baxışlardan yayınmış belə insanı axınlar 
aparır.
340
Axınlar hər yerdə axırlar. Lata
40
 gur boy ve-
rir. Bu çiçəklənmiş latanı görüncə, kəsin onun kö-
künü müdrikliyin köməyi ilə.
341
Olur  ki,  insan  şəhvət  mühasirəsinə  düşür. 
Həzlərə bağlı olan və səadət axtaran bu insanlar 
həqiqətən  də  doğulmaya  və  qocalmaya  məruz 
qalırlar.
342
Arzunun  qovaladığı  insanlar  hürküdülmüş 
dovşan kimi ətrafda qaçışırlar. Kəndir və buxov-
larla  bağlanmış  bu  insanlar  təkrar-təkrar  hələ 
uzun zaman əzaba qayıdırlar.
343
Arzunun  qovaladığı  insanlar  hürküdülmüş 
dovşan kimi ətrafda qaçışırlar. Odur ki, əgər bhi-


88
kşu ehtirası məhv etmək istəyirsə, qoy, o, arzunu 
qovub çıxartsın.
344
O,  arzulardan  azaddır,  ehtiraslardan  azad-
dır, meşə həyatına sadiqdir – amma yenə də ar-
zular ormanına qaçır. Baxın bu insana: azad ola-
ola boyunduruğa yüyürür.
345
Müdriklər  demirlər:  bu  dəmirdən,  ağac-
dan və ya babba otundan düzəldilmiş buxovlar 
möh  kəmdirlər.  Axı  qadınlara,  övladlara  yaxud 
qiymətli daşlardan olan sırğalara ehtiraslı bağlı-
lıq daha möhkəmdir.
346
Müdriklər deyirlər: bu, aşağı dartan, məkrli, 
qurtulması  çətin  olan  buxovlar  möhkəmdirlər. 
Onları qıraraq müdriklər səyahət edirlər, ehtiras 
həzlərdən imtina edərək, arzusuz.
347
Ehtirasla qızışmışlar axına düşürlər, hörüm-
çək  öz  toruna  düşən  kimi.  Müdriklər  isə  axını 
məhv edərək, bütün zülmlərdən imtina edərək, 
arzusuz halda səyahət edərlər.
348
Mövcudluq  selini  keçərkən  keçmişdən  im-
tina  et,  gələcəkdən  imtina  et,  onların  arasında 
olanlardan imtina et. Əgər ağıl azadlığa çıxıbsa, 


89
nə  olur-olsun,  sən  bir  daha  doğuluşa  və  ölümə 
məruz qalmayacaqsan.
349
Şaşqın fikirli, güclü ehtiraslı, yalnız ləzzətləri 
görən insanda arzular daima artır: həqiqətən, o, 
buxovlarını daha da möhkəmləndirir.
350
Sakit  fikirdə  məmnunluq  tapan,  daima  dü-
şünən, xoşagəlməyəni xatırlayan - məhz o, arzu-
lara  son  qoyacaq,  məhz  o,  Maranın  buxovlarını 
qıracaqdır.
351
O,  kamilliyə  çatmışdır,  o,  qorxusuzdur  və 
onun arzuları da yoxdur; bu qüsursuz, mövcud-
luğun tikanlarını qopartmışdır; onun bu bədəni 
sonuncudur.
352
Onun arzuları yoxdur, o, bağlılıqlardan azad-
dır,  sözlərdə  və  onların  izahında  mahirdir;  o, 
hərflərin ardıcıllığını bilir (hansıların əvvəl, han-
sıların sonra gəlməsini); onu böyük müdrik və bö-
yük insan adlandırırlar. Onun bu bədəni sonun-
cudur.
353
Mən hər şeyə qalib gəldim, mən hər şeyi bili-
rəm;  istənilən  dhammada  mən  ləkəsizəm.  Mən 
hər şeydən imtina etdim, arzuların məhvi ilə isə 


90
azadlığa  çıxdım.  Özümdən  öyrəndiyim  halda, 
kimi müəllimim saya bilərəm ki? 
354
Dhammanın neməti bütün nemətlərdən üs-
tündür; dhammanın şirinliyi hər şirinlikdən üs-
tündür; dhammanın sevinci hər sevincdən üstün-
dür; arzuların məhvi bütün dərdlərə qalib gəlir.
355
Var-dövlət axmaqları məhv edir, o biri sahi-
li  axtaranları  yox.  Var-dövlət  arzusunda  axmaq 
özünü başqalarını öldürən kimi öldürür.
356
Alaq  tarlaları  korlayır,  ehtiras  bu  adamla-
rı  korlayır.  Odur  ki,  ehtirasdan  qurtulmuşlara 
verilən böyük meyvə gətirir.
357
Alaq  tarlaları  korlayır,  nifrət  bu  adamları 
korlayır. Odur ki, nifrətdən qurtulmuşlara veri-
lən böyük meyvə gətirir.
358
Alaq tarlaları korlayır, axmaqlıq bu adamla-
rı korlayır. Odur ki, axmaqlıqdan qurtulmuşlara 
verilən böyük meyvə gətirir.
359
Alaq tarlaları korlayır, arzu bu adamları kor-
layır. Odur ki, arzudan qurtulmuşlara verilən bö-
yük meyvə gətirir.


91
XXV.
BHİkŞU BArƏdƏ FƏSİl
360
Gözün pəhrizi yaxşıdır, qulağın pəhrizi yax-
şıdır, burunun pəhrizi yaxşıdır, dilin pəhrizi yax-
şıdır.
361
Bədənin pəhrizi yaxşıdır, nitqin pəhrizi yax-
şıdır,  fikrin  pəhrizi  yaxşıdır,  hər  şeydə  pəhriz 
yaxşıdır. Hər şeydə pəhrizkar olan bhikşu bütün 
dərdlərdən qurtulur.
362
Əlini idarə edən, ayağını idarə edən, nitqini 
idarə edən, kamil idarə olunandır, daxilən sevinc-
lidir,  toparlanmışdır,  tənhadır  və  məmnundur, 
bax beləsini bhikşu adlandırırlar.
363
Ağızını  nəzarətdə  saxlayan,  müdrikcəsinə 
düşünən, təkəbbürlü olmayan, mənanı və dham-
manı izah edən bhikşunun nitqi şirindir.


92
364
Dhammada  yaşayan,  dhammaya  heyrət 
edən,  dhammanı  zikr  edən,  dhammanı  xatırla-
yan bhikşu həqiqi dhammadan ayrı düşməz.
365
Qoy,  o,  nəsibinə  ikrahla  yanaşmasın;  baş-
qalarınkına  həsəd  aparmasın.  Zira,  başqalarına 
həsəd aparan bhikşu fikrin toparlanmasına nail 
ola bilmir.
366
Özündəki az olsa belə, ona ikrahla yanaşma-
yan,  təmiz  həyat  tərzi  sürən  və  tənbəl  olmayan 
bhikşunu göy əhli tərifləyər.
367
Özünü  ad  və  forma  ilə  eyniləşdirməyən, 
heç nəyi olmaya-olmaya qüssələnməyəni, məhz 
beləsini bhikşu adlandırırlar.
368
Xeyirsevərlikdə yaşayan, Buddanın təliminə 
inanan bhikşu sakit yerə, səadətə, təbii arzuların 
kəsilməsinə yetişəcəkdir.
369
Ey  bhikşu!  Bu  gəmini  boşalt;  səndən  azad 
olunca o, asan hərəkət edəcək. Ehtiras və nifrəti 
məhv edərək sən Nirvanaya yetişəcəksən.


93
370
Beşi  kəs
41
,  beşdən  imtina  et,  beşin  üzərinə 
yüksəl! Beş bağlılığı dəf etmiş bhikşu “seli keç-
miş” sayılır.
371
Zikr elə, ey bhikşu, yelbeyin olma; fikirlərinə 
hissi  axınlarda  dolaşmağa  imkan  vermə  ki,  sən 
qafilə sonra dəmir kürə udmaq və odda yanaraq: 
“Nə yaman əzabdır!” – deyə çığırmaq nəsib ol-
masın.
372
Bilməyənin zikri olmur; zikr etməyənin bili-
yi olmur. Kimin ki, həm zikri, həm biliyi var, o, 
həqiqətən, Nirvanaya yaxındır.
373
Sakitləşmiş  ağılla  tənhalığa  çəkilən  bhikşu 
fövqəlinsani həzz alır: o, dhammanı aydın görür.
374
Hər dəfə o elementlərin yaranmasını və da-
ğılmasını  bütün  tamlığı  ilə  dərk  edəndə  o,  bu 
ölümsüzlüyü bilən, sevinc və səadətə qovuşur.
375
Müdrik  bhikşu  üçün  başlanğıc  burdadır: 
his slərin  müşahidəsi,  qanuna  müvafiq  şəkildə 
məmnunluq  və  pəhrizkarlıq;  təmiz  həyat  sürən 
və tənbəl olmayan, nəcib dostun arxasınca get.


94
376
Qoy,  o,  həyatda  xeyirsevər  və  vəzifələrini 
yerinə  yetirməkdə  kamil  olsun.  Onda  sevinclə 
dolaraq o, əzaba son qoyacaqdır.
377
Vassika solmuş ləçəklərini tökən kimi siz də, 
ey bhikşular, ehtiras və nifrətdən eləcə azad ol-
malısınız.
378
O  bhikunu  sakit  adlandırırlar  ki,  onun  bə-
dəni  sakitdir,  nitqi  sakitdir,  ağlı  sakitdir,  özü 
zikrdədir və dünya nemətlərindən imtina etmiş-
dir. 
379
Özün  özünü  mahmızla,  özün  özünü  yox-
la. Özünü nəzarətdə saxlayan, toparlanmış belə 
bhikşu xoşbəxt yaşayacaqdır.
380
Zira,  özün  özünün  ağası,  özün  özünə  pə-
nahsan. Bu səbəbdən də özünü ram et, tacir yaxşı 
atı ram edən təki.
381
Qoy, sevinclə dolu, Buddanın təliminə əmin 
olan  bhikşu  sakit  yerə,  səadətə,  təbii  arzuların 
kəsilməsinə qovuşsun.


95
382
Gənc olmağına baxmayaraq, bhikşu Budda-
nın  təliminə  üz  tutur  və  bu  dünyanı  buluddan 
qurtulmuş ay kimi işıqlandırır.


96
XXVI.
BrAHMAnlAr(ArHATlAr) 
HAQQIndA FƏSİl
383
Axını  durdur,  irəli  get,  arzuları  qov,  ey 
brahmana!Yaradılmışların məhvini dərk etdinsə, 
yaradılmamışı tanımış olacaqsan, ey brahmana!
384
Brahmana iki dhammada
42
 qarşı sahilə çatır-
sa, ondan, bu “bilən”dən bütün buxovlar açılır.
385
Mən o kəsi brahmana adlandırıram ki, onun 
üçün nə bu sahil var, nə o sahil, nə də ikisi bir-
likdə,  o  kəs  ki,  qorxusuzdur  və  bağlılıqlardan 
azaddır.
386
Mən  o  kəsi  brahmana  adlandırıram  ki,  o, 
düşünür, ehtiraslardan azaddır, sakitdir, öz işini 
görür, arzuları dəf edir, o kəs ki, ali xeyirə qovuş-
muşdur.


97
387
Günəş gündüz parlayır, ay gecə işıqlanır. Dö-
yüşçü zirehdə işıq saçır, brahmana zikrdə. Lakin 
gecə də, gündüz də parlaq işıq saçır nurlanmış.
388
Zülmün daşını atan brahmana adlanır; sakit-
likdə  yaşayan  zahid;  öz  çirkini  atmış  “təmiz-
lənmiş” sayılır.
389
Heç kəs brahmanaya hücum etməməlidir, la-
kin heç bir brahmana da, qoy, öz qəzəbini zülm-
karın  üzərinə  tökməsin.  Brahmananı  vurana 
ayıb  olsun,  lakin  qəzəbini  zülmkarının  üzərinə 
tökmüşə daha böyük ayıb olsun.
390
Brahmana  üçün  ağlını  xoşagələn  şeylərdən 
çəkindirməkdən daha yüksək heç nə yoxdur. İn-
citmək arzusu yoxa çıxan yerdə əzab da qurtarır.
391
Mən  o  kəsi  brahmana  adlandırıram  ki,  o, 
nə  bədəni  ilə,  nə  sözü  ilə,  nə  də  fikri  ilə  zülm 
etməmişdir – özünü bu üç şeydə nəzarətdə sax-
layanı.
392
Kamil  nurlanmış  birisindən  dhammanı  öy-
rən diyimiz  zaman  o  kəsə  gərəkən  sayğılar  gös-


98
tərmək lazımdır, brahmana qurbangahın odu na 
sayğı ilə yanaşdığı kimi.
393
Dolaşıq saçlara, əsil-nəcabətə yaxud doğulu-
şuna görə brahmana olmurlar. Həqiqət və dham-
ma kimdədirsə, o kəs xoşbəxtdir və o, brahma-
nadır.
394
Dolaşıq saçlardan sənə nə fayda var, ay ax-
maq?! Dəridən paltarda sənə nə fayda var?! Axı 
daxilində  cəngəllik  var,  sənsə  yalnız  xarici  gör-
kəmin barədə düşünürsən.
395
Tozlu paltarlar geyən, arıqlığından damarla-
rı üzə çıxmış, meşədə zikr edən tənha insanı mən 
brahmana adlandırıram. 
396
Lakin mən insanı yalnız doğuluşuna görə və 
ya anasına görə brahmana adlandırmıram. Bağlı-
lıqları olanın adı “bho deyən”dir
43
. Mənsə o kəsi 
brahmana adlandırıram ki, bağlılıqlardan azad-
dır və fəqirdir.
397
Mən o kəsi brahmana adlandırıram ki, o, bu-
xovları qırmış və o, həqiqətən də, qorxudan əsmir, 
bağlılıqları aşmış və tərki-dünya olmuşdur.


99
398
Mən  o  nurlanmışı  brahmana  adlandırıram 
ki,  o,  maneələri  aradan  qaldırmış  və  kəməri, 
qamçını və zəncirli yüyəni qırmışdır
44
.
399
O kəsi mən brahmana adlandırıram ki, o, gü-
nahkar  olmaya-olmaya  iradlara,  cəzalara,  həbs-
lərə  səbr  edir,  o  kəsin  ki,  səbri  gücdür,  güc  isə 
qoşundur.
400
O  kəsi  mən  brahmana  adlandırıram  ki,  o, 
qəzəbdən  azaddır,  əhdinə  sadiqdir,  xeyirxahdır 
və  şəhvətsizdir,  o  kəs  ki,  çəkingəndir  və  onun 
üçün bu bədən axırıncıdır. 
401
O kəsi mən brahmana adlandırıram ki, o, his-
si həzlərə yapışmır, su şanagüllə yarpağına yaxud 
xardal toxumu bizin ucuna yapışmayan kimi.
402
O  kəsi  mən  brahmana  adlandırıram  ki,  o, 
yükü yerə qoymuş və sarsılmazdır, o kəs ki, hətta 
bu dünyada öz əzablarının sonunu bilir.
403
O kəs ki, müdrikdir, bilikləri dərindir, doğru 
yolu və yanlış yolu bilir və ali xeyirə qovuşmuş-
dur, məhz onu mən brahmana adlandırıram.


100
404
O  kəs  ki,  arzusuzdur,  evi  yoxdur,  nə  ev 
sahibləri, nə evsizlərlə bağlı deyil, onu mən brah-
mana adlandırıram.
405
O kəs ki, öldürmür və öldürməyə də vadar 
etmir, o kəs ki, qorxaq və ya güclü olmasından 
asılı olmayaraq canlı məxluqlara ağac qaldırmır, 
onu mən brahmana adlandırıram.
406
O kəs ki, həyəcanlılar içərisində həyəcansız, 
ağac  qaldıranlar  içərisində  sakit  qalır,  dünyaya 
bağlılar  içərisində  bağlılıqlardan  azaddır,  onu 
mən brahmana adlandırıram.
407
O kəsdən ki, ehtiras da, nifrət də, təkəbbür 
də,  riyakarlıq  da  xardal  dənəsi  bizin  ucundan 
asanlıqla düşən kimi düşür, onu mən brahmana 
adlandırıram.
408
Doğru, ibrətamiz, yumşaq sözlər deyən, nit-
qi ilə heç kəsi yaralamayan insanı mən brahmana 
adlandırıram.
409
Mən o kəsi brahmana adlandırıram ki, o bu 
dünyada verilməmişi almır, uzun ya qısa, balaca 
ya böyük, xeyirli ya ziyanlı.


101
410
Mən o kəsi brahmana adlandırıram ki, onun 
nə  bu  dünya  ilə,  nə  də  o  birisi  ilə  bağlı  arzusu 
yoxdur, o, arzusuz və azaddır. 
411
Mən o kəsi brahmana adlandırıram ki, onun 
arzusu  yoxdur,  biliyin  köməyi  ilə  şübhələrdən 
qurtulmuş və ölümsüzlükdə bərqərar olmuşdur.
412
Mən o kəsi brahmana adlandırıram ki, o bu-
rada həm yaxşıya, həm də pisə olan bağlılığı aş-
mış, qüssəsiz, ehtirassız və təmizdir.
413
Mən o kəsi brahmana adlandırıram ki, o, ay 
kimi  ləkəsiz,  təmiz,  həyəcansızdır,  onun  yaşa-
maq sevinci sönmüşdür.
414
Mən  o  kəsi  brahmana  adlandırıram  ki,  o, 
bu palçıqlı, çətin yolu, sansaranı, aldanışı aşmış, 
üzərək o biri sahilə yetişmişdir, o, düşüncəlidir, 
arzulardan azaddır və şübhələrdən xalidir, bağlı-
lıqları yoxdur və sakitdir.
415
Mən  o  kəsi  brahmana  adlandırıram  ki,  o, 
evsiz,  burada  ehtirasdan  imtina  edərək  ətrafda 
gəzişir, onun yaşamaq sevinci sönmüşdür.


102
416
Mən  o  kəsi  brahmana  adlandırıram  ki,  o, 
evsiz, burada arzudan imtina edərək ətrafda gə-
zişir, onun yaşamaq sevinci sönmüşdür.
417
Mən o kəsi brahmana adlandırıram ki, o, in-
sani bağları tərk edərək, göy bağlılıqlarını da dəf 
etmişdir, o, bütün bağlılıqlardan arınmışdır.
418
Bütün  aləmlərə  qalib  gəlmiş,  xoş  və  naxoş 
olandan  imtina  etmiş,  soyuqqanlı  olan  və  özü-
nün  yeni  doğuluşa  olan  yolunu  kəsən  birisini 
mən brahmana adlandırıram. 
419
Canlı məxluqların ölümü və doğuluşu barə də 
hər  şeyi  bilən,  bağlılıqlardan  azad  və  nurlanmış 
olanı, Suqata olanı mən brahmana adlandırıram.
420
O kəsin ki, nəsibini nə göy əhli, nə qandharv-
lar, nə də insanlar bilir, arzuları yox olmuş Arhatı 
mən brahmana adlandırıram.
421
Bağlılıqlardan azad və heç nəyi olmayanı, nə 
keçmişində, nə gələcəyində, nə də indidə bağla-
nacağı  bir  şeyi  olmayanı  mən  brahmana  adlan-
dırıram.


103
422
Öküz kimi güclü, nəcib, cəsarətli, qəhhar ola-
nı, böyük müdrikliyə malik olanı, arzusuz, kamil 
və nurlanmış olanı mən brahmana adlandırıram.
423
Əvvəlki  mövcudluğunu  biləni,  cənnəti  və 
cəhənnəmi görəni, kamil bilik sahibi olan, müd-
rikcəsinə  doğulmaların  sonunu  kəsəni,  etmək 
mümkün olanın hamısını etmişi mən brahmana 
adlandırıram.
       
 
 
  


104
___________________

Mara – şər ruh, yoldançıxaran.
2
 Sarı libas – buddaçı icmanın (sanqha) üzvlərinin 
geydiyi paltar.
3
 Maghavant – “səxavətli” deməkdir. Vedalarda və 
vedalarsonrakı zamanlarda əsas etibarı ilə İndra 
üçün işlədilərdi
4
 Bhikkhu – Budda təliminin ardıcılına verilən ru-
hani ad, fəqir monax.
5
 Yama – ölüm səltənətinin hakimi.
6
 Taqara – Tabernaemontana coronaria, kol bitkisidir, 
ondan ətirli kirşan düzəldirlər.
7
 Vassika – Jasminum Sambac, jasminin iri çiçəkləri 
olan növü.
8
 Yocana – yojana, 11 km-ə bərabər uzunluq ölçüsü.
9
 Sansara – samsara, doğuluşlar və ölümlər zənciri. 
Buddizmə  görə  yalnız  həqiqi  dhammanı  dərk 
edərək  və  Nirvanaya  yetişərək  ondan  azad  ol-
maq olar.
10 
Kus otu – Poa cynosuroides.
11
 Nəcib – ariya, Budda və onun baxışlarının tərəf-
darlarına işarə edilir.
12
 Arhatlar – arahant, bağlılıqlardan azad olaraq ali 
azadlığa qovuşmuş kəslər.
13
  İndranın  sütunu  –  indakhila,  deyilənə  görə  be lə 
sütunlar Hindistanın müxtəlif yerlərində ucaldı-
lardı.  Onları  kərpicdən  və  ya  möhkəm  ağacdan 


105
düzəl dərdilər. Onlar möhkəmlik və güc rəmzləri 
idilər.
14
 inanmayan insan - Buddanın təliminə görə insan 
hər şeyi öz təcrübəsində dərk etməli, avtoritetlərə 
kor-koranə inanmamalıdır.
15
  Nirvana nəzərdə tutulur.
16 
 Brahman – hinduist ənənədə ən ali tanrı, kaina-
tın  yaradıcısıdır.  Vedalardakı  panteon  qismən 
buddizm tərəfindən qəbul olunurdu.
17
 Qandharva – gandhabba, göydəki musiqiçi-nəğ mə-
karlar, xüsusi yarımtanrılar sinfini təşkil edirlər.
18
  Sal – sala, Shorea robusta növünə aid ağacdır.
19
  Maluva – maluva, sarmaşıq bitkisidir, sal ağacı-
nın üzərində parazitlik edir və çox zaman onun 
ölümünə səbəb olur.
20
  Katthaka – katthaka, meyvə verəndən dərhal son-
ra məhv olan qamış növü.
21
  İddhi – iddhi, psixi, fövqəlhissi qüvvələr (on say-
da). Hesab olunur ki, onlara özün dalma və mis-
tik trans vasitəsi ilə yetişmək olar. 
22
  Sotapatti – sotopatti, Nirvanaya aparan selə daxil 
olmaq, xilas yolunda ilk addım.
23 
 Praktimokşa – sanqhada mövcud olmuş qayda 
və etik çərçivələr.
24
  Burada Dörd nəcib həqiqət qısa şəkildə verilib. 
1) dünyada zülm, əzab var; 2) zülmün, əzabların 
səbəbləri  var;  3)  səbəb  aradan  qaldırılsa,  zülm 
və əzab dayanar; 4) zülmün və əzabın dayanma-
sına Nəcib səkkizli yol aparır: 1) düzgün inam; 


106
2)  düzgün  qətiyyət;  3)  düzgün  nitq;  4)  düzgün 
əməl; 5) düzgün həyat tərzi; 6) düzgün fikir; 7) 
düzgün niyyət; 8) düzgün seyr.
25
  Burada “hərislik”ə, “arzu”ya işarə var.
26
  Uddhamsota  –  hərfi  mənada,  axına  qarşı  üzən, 
yəni şəhvətə, bağlılığa, azğınlığa qalib gələn.
27
 Atula – Buddanın şagirdlərindən biri.
28
 Dhona – bhikşuya lazım olan dörd şey.
29
 Tutma – gaha, Buddhaqoşa bu sözü geniş mənada 
şərh edir: tuta bilən hər şey (şər qüvvə, ilan, tim-
sah).
30
 Tathqatalar – tathagata – “[kamilliyə] çatmış”, Ar-
hatların epiteti.
31
    Söz  oyunu:  muni  (“müdrik”),  mona(“susmaq”) 
və munati (“tərəzidə çəkmək”)
32
  Söz oyunu: vana – həm meşə, həm də şəhvət, 
arzu  deməkdir.  Nirvana  (nibbana)  da  nir-vana 
“arzuların məhvi” kimi oynalınır.
33
  Suqata – Buddanın adlarından biri.
34
 Buddhaqhoşaya görə, ana arzu, həvəs, ata təkəb-
bür, iki padşah iki yanlış baxış sistemi (sassata-
ditthi- eternalizm, nəfsin və dünyanın əbədiliyinə 
inam  və  ucchedaditthi  –  nəfsin  məh  olmasına 
inam), təbəələrlə birlikdə şahlıq, hissi həzzlər.
35
  Pələng-insan-  Buddhaqhoşaya  görə,  müqəd-
dəsliyə nail olma yolunda “pələnglər”lə, əngəl-
lərlə qaynaşan yer.
36
  Toz- raja, həm də arzu, şəhvət deməkdir.


107
37
  Nirvanaya
38
  Birana – Andropogum muricatum növündən olan 
ot.
39
  Usira- birana kökü, qədim Hindistanda dəyərli 
sayılırdı.
40
    Lata  –  sarmaşan  bitkidir,  arzuların,  şəhvətin 
simvoludur.
41
 Beşi kəs - Mənlə bağlı İllüziya (eqoizm), şübhələr, 
yanlış ritual və ənənələrə bağlılıq, ehtiraslar və 
nifrətlər. 
Beşdən imtina et – formaya bağlılıq (bu dünyaya 
can atma), formanın yoxluğuna bağlılıq (cənnətə 
can atma), təkəbbür, vurnuxma, cəhalət.
Beşin üzərinə yüksəl – burada beşin sahibi ol mə                             -
nasındadır:  yəni  inam,  qayğıkeşlik,  fəallıq,  zikr 
(fikrin toparlanması) və müdrikliyin.
Beş bağlılığı dəf et, yəni simicliyi, nifrəti, təkəbbürü, 
axmaqlığı və yalnış baxışları.
42
    Söhbət  özünü  məhdudlaşdırmadan  və  zikr 
nəticəsində yaranan bəsirətdən gedir.
43
  Bho deyən – bhovadin , brahmanaları belə adlan-
dırıdılar. Zira Buddanın hüzuruna gələndə onlar 
bərabərliklərini nəzərə çarpdıran «bho» kəliməsi 
ilə salamlayardılar Müəllimi.
44
  Bu ayədə sözlərin iki mənası diqqət çəkir: nan-
di  –  “kəmər”  və  “düşmənçilik”,  “ikrah”;  varatta 
–  “qamçı”  və  “bağlılıq”;  sandana  –  “zəncir”  və 
“skepsis”; paligha – “maneə” və “cəhalət”.


Yüklə 409,67 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə