8
ZİYARƏT
Neçə illərdir, hey arzulasalar da keçmiş məktəb dostları
vaxt tapıb görüşüb bir yerə yığışa bilmirdilər. Hər dəfə biri-
nin başına gözləmədəyi iş gəlir, ya da bir yarıtmaz hadisənin
ucbatından niyyətləri alınmırdı.
Onlar dörd dost idilər – Saleh, Səfər, Şamil və Dəyanət.
Aralarında iki-üç yaş fərqi olsa da məktəb illərindəki yoldaş-
lığı yadırğamamışdılar. İlin fəsilləri dəyişəndən-dəyişənə ya
zəngləşib uzun-uzadı söhbətləşər, ya da bir-birlərinə işi dü-
şəndə görüşərdilər. Qalan vaxt təsadüfən toyda, daha çox isə
yas mərasimlərində rastlaşırdılar. Rastlaşdıqları üçün ölənə
rəhmət oxusalar da, belə ayaqüstü görüşdən sonra hər dəfə
günlərin birində toplaşıb ürək dolusu dərdləşmək, əylənmək
arzusu ilə ayrılırdılar. Gəl ki, illər boyu bu dörd dostun dör-
dünün də eyni anda qayğısız, boş olan vaxtı olmurdu.
Saleh müəllim şəhərdəki institutların birində işləyirdi.
Əslində adi bir elmi işçi olduğu halda dolanışığın dərdin-
dən, müqavilə yolu ilə başqa universitetlərdə də dərs deyirdi.
Azmış kimi özəl məktəblərdən dəvət alanda çalışırdı ki, on-
ların müraciətlərini də yola versin. Nə etsin, il-ildən uşaqlar
böyüyür, ehtiyacları artırdı. Müəllimlikdən savayı əlindən nə
iş gəlirdi ki, başqa qazanc yiyəsi də olsun. Odur ki, bütün gü-
nü üç-dörd ali məktəbin arasında qalıb dərs saatlarını bir-bi-
rinə calayan Saleh bu qaça-qovla ömrünün əllinci baharına
yaxınlaşmışdı.
Səfər həkim Saleh müəllimdən yaşca kiçik olmasına bax-
mayaraq, o da dostu kimi saçlarını ağartmışdı. Gününün ya-
rısını xəstəxanada,yarısını da özəl klinikada keçirirdi. Bütün
günü xəstələrini səbrlə dinləyib, təmkinlə məsləhətlərini ve-
rirdi. Xəstələrin çoxluğu çox vaxt onu qane etsə də, bəzən yo-
9
rulub işindən bezarlıq edirdi. Amma, sonra başa düşürdü ki,
düz eləmir, xəstələri azalsa ruzisi də azalar. Uca Yaradanın
əməlinə bax, - ürəyində düşünərdi, - kimlərəsə dərd verib üs-
tümə göndərir, onların xəstəliyi ilə mənə də çörək verir.
Şamil ilə Dəyanət isə hüquqşünas idilər. Yaxın illərədək
Şamil qonşu rayonların birində hakim işləyirdi. Növbəti ha-
kim seçkisindən keçə bilmədiyi üçün indi vəkil işləyirdi. Sə-
lahiyyəti kiçilsə də, işi pis getmirdi. Keçmiş hörməti hələ ki,
karına gəlirdi. Dostları ruhdan düşməməyi, gələn seçkidə ye-
nə hakimliyə qayıtmağa cəhd eləməyi məsləhət görürdülər.
Düzünə qalsa özünün hakimlikdən ötrü ürəyi getmirdi, bu
işdə işləməyi ən çox evdə arvadı, uşaqları istəyirdi. Qəlbən
ağır bir yükdən qurtulmuşdu. Daim haqqla nahaqqın arasın-
da əzilməkdən cana doymuşdu. Vəkil olandan bəri kimsəni
cəzalandırmırdı, əksinə müdafiə edirdi. Onun müdafiəsi nə
qədər əhəmiyyətli idi və ya mənasız idi, ayrı söhbətin möv-
zusudur. Qısası, indi o, yalnız xeyirxah işlə məşğul idi.
Şamildən fərqli olaraq Dəyanət çiyninə paqon taxan gün-
dən özünü insanlığın əbədi xeyirxahı hesab edirdi. Cəmiyyə-
tin qayda-qanunlarını polis işçisi kimi qorumaq, cinayətkar-
ları zərərsizləşdirmək, əmin-amanlıq yaratmaq məgər xeyir-
xahlıq deyilmi? “Təsəvvür edin ki, bir gün polis işləməsin, -
o, söhbət əsnasında deyərdi, - görün şəhərdə, ölkədə nələr
baş verər, hərc-mərclik baş alıb gedər, özünüz fikirləşin...
Şübhəsiz polis də insandı, robot deyil ki.., qanunu qorumaq
pərdəsilə bəzən qanunsuzluqlar edilir...” Söhbətin həmişə bu
yerində Dəyanət bütün iradlarla razılaşmırdı:
-Elə deyil. Siz birin bilirsiz, birini yox. Səbəblər var. Sə-
bəblər araşdırılmalı, sonra nəticə çıxarılmalıdır. Heç vaxt tə-
ləsik qərar verməyin.
10
Yersiz tələsməyi sevməzdi, məqamını gözləyərdi. Xasiy-
yətində hər şeydən bir az vardı: insaf da, qəlbi genişlik də,
gərək olarsa amansız, kobud da ola bilərdi. Onu buna peşəsi
vadar etmişdi, müxtəlif xarakterli insanlarla münasibətdə
adi xasiyyətin yiyəsi olmaqla işləmək mümkün deyildi.
Dörd dostu birləşdirən bir ümumi cəhət var idi: heç biri
Allahsız deyildi. Hərənin ürəyində özünə görə ona qorxu və
ehtiram vardı. Yaşları, həyat təcrübələri artdıqca ilahinin bö-
yüklüyünü, qüdrətini daha çox dərk edirdilər. Ancaq özlə-
rində olan naqislikləri hiss edirmişlər kimi tam Allah adamı
olmağa tələsmirdilər. Belə olarsa, sanki nəyisə itirəcəklərin-
dən qorxurdular.
-Allah adamın gərək qəlbində olsun. Orucdu, namazdı
mütləq deyil. Adamlar var namaz qılır, əclaflığından da əl
çəkmir. Dinlə məşğul olmaq ən yaxşısı pensiyaya çıxanda ... –
Beləcə özlərinə bəraət verirdilər.
Ara bir aralarında mübahisə də düşürdü. Bu zaman yaş-
ca böyük olan Saleh müəllimin fikrini daha önəmli sayırdı-
lar:
-Müəllim çox bilir, o deyən düzdür.
Müəllimin ruhən təmizlik və insanın ona təlabatı ilə bağ-
lı söhbətlərini dostları həmişə maraqla dinləyirdilər. Bir gün
görüşlərin birində müəllim gözlənilməz təklif irəli sürdü:
-Dostlar, çoxdandı könlümə bir müqəddəs yeri ziyarət
etmək düşüb. (Yəqin Həccə getmək istəyir, - dostları düşün-
dü.) Hərdən gözümün qabağına cavanlığımda gördüyüm gö-
zəl mənzərələr, uca zirvələr, sıldırım daşlı qayalar, dibi gö-
rünməyən gen dərələr, şaqraq axan sular gəlir. Baxdıqca tə-
biətin əsrarəngizliyindən həzz alırsan. Yolboyu dörd fəslin
dördünün də şahidi olursan.
-Sən haradan danışırsan? – Şamil hövsələsiz soruşdu.
Dostları ilə paylaş: |