25
Atlılar söhbəti eşitsələr də gülümsəyib özlərini eşitməz-
liyə vurdular. Qadınlardan sonra diqqətlərini yeniyetmələ-
rin hamısından öndə gedən cavan oğlanla qızın mehribanca-
sına əl-ələ verib getməkləpi cəlb etdi. Dik yoxuşda qız üç-
dörd addmdan bir nəfəsini dərmək üçün ayaq saxlayır, qolu-
nu oğlanın belinə dolayaraq, az qala özünü onun üstünə yı-
xırdı.”Yox, bunlar bacı qardaşa oxşamırlar, - dostlar düşün-
dülər, - bacı qardaşa bu qədər sarılmaz. Bəlkə, nişanlıdılar?
Baş açıq, qollar çiyinədək açıq, əynindəki ətəyi dizdən kəsilən
şalvar – cins “şortik” darlıqdan partlayacaq sanki... Belə də
pirə ziyarətə getmək olar? Elə bil bulvara gəzməyə çıxıblar.
Xeyr, bunlar heç nişanlıya da oxşamırlar. Nə qədər qeyrət-
sizləşəsən ki, nişanlının bütün əzalarının çöldə qalmasına
əhəmiyyət verməyəsən. Özünün vicdanı, isməti olmadığı hal-
da kiməsə nəsə demək, ağıl vermək olar? Allah başa sal-
sın...”
Dəyanət yanaşı getdiyi Səfərə sarı pıçıldadı:
-Bəzi xoşqeyrətlər adamın üzünə dururlar ki, şalvar mi-
ni, dar yubkadan abırlıdır. Daha beləsi yox də, paltarlı çıl-
paqlıqdır bu...
-Mən qadında günah görmürəm. Hər şey kişidən asılı-
dır...
-Bilirsən, mənim nəzərimcə açıq-saçıqlıqla və ya dar pal-
tarla özgə kişilərdə ehtiras oyatmağa çalışan qadınların ürək-
lərinin sultanı yoxdur. Belələri ərləri, gəzdikləri olsa da daim
qəlblərinin kişisinin axtarışındadırlar. Qəlbinin kişisini tapan
qadın bədənini heç vaxt çöldə qoymaz.
-Haqlısan...
Onlar oğlan və qızdan baxışlarını ikrahla döndərib, yan-
larından ötərək növbəti zirvəyə tərəf yol aldılar. Hava get-
26
dikcə qaralırdı, çox keçməyəcəkdi ətraf tamamilə qaranlıqla-
şacaqdı.
-Müəllim, yolu yarı etmişik, yoxsa yox? – Şamil yenə da-
rıxqanlıqla soruşdu.
-İrəlidə cığır hamar, sal daşlara çatacaq. Ora yolun ke-
çilməsi çətin sayılan yerlərindən biridir. Həmin yeri keçsək
yolu yarılacayıq.
Saleh ürəyində arzulayırdı ki, kaş tam qaranlıq düşənə-
cən bu ağır keçidi - sərt yoxuşlu daşlıq qayanı keçsinlər. Qa-
ranlıqda daşların üzərində cığırı ayırd etmək çətin olur. Belə
olanda adamın azması, atların sal daşların üzərində müvazi-
nətini saxlaya bilməyib sürüşməsi ehtimalları artırdı.
Otuz-qırx metr getmişdilər, yarımqaranlıqda ağarıb işıl-
dayan sal daşları görən Saleh sevinclə çığırdı:
-Çatmışıq, dediyim daş qayalığa çatmışıq!.. Düşün daha
atlardan. Bu keçiddən atla keçmək qorxuludur, məsləhət de-
yil. Atın ayağı sürüşərsə, atqarışıq üzüaşağı yuvarlana bilər-
siz. Gəlin dalımca, atın yüyənindən tutub arxanızca çəkin.
Qaranlıq oturuşana qədər bu daşlıq qayanı keçməlıyik.
Hamı atlardan düşdü.
-Gəzməyimiz yaxşıdır, oturmaqdan yanımız ağrıyır, - Sə-
fər atının yüyənindən çəkib, Salehin atının ardınca qayaya sa-
rı yollandı.
-Heyf əziyyətimə, güclə minmişdim, - Şamil heyfsiləndi,
- əşşi, bəsdi də otladın, - ata çımxırdı, - gəl görək, daşların
arasında da gözünü otdan çəkmir...
O, axıra qalmamaq üçün Dəyanətdən önə keçdi.
-Daşların üstü ilə ehtiyatla yeriyin, atları çox qısnama-
yın, onlar cığırlara bələddilər, keçəcəklər, - Saleh irəlidə gedə-
gedə xəbərdarlıqlarını davam etdirirdi. Yol əvvəlcə sola, son-
ra sərt yoxuşla sağa dönürdü. Arxası sıldırım yüksəkliyin üs-
27
tü ilə keçən yol boyu ensiz cığırlar ayaq altından qaçan xırda
daşlarla dolu idi. Elə bil bu daşları incəliklə kəsib doğramış
mişarın dişləri qayanın sinəsində naxışlar vurmuşdu. Dönüb
yana baxdıqda dərənin dibi çətinliklə seçilirdi. Sıldırım göz
işlədikcə uzanırdı. Adam yuxarıdan aşağıya baxanda vahimə
bürüyür, başı hərlənirdi. Odur ki, yolu qalxdıqca cığırdan kə-
nara baxmaq qorxulu idi.
Qayanın üstünə qalxanların yoxuşun dikliyindən dizləri
ağrıyır, nəfəsləri çiyinlərindən çıxırdı. Bir neçə dəqiqə daya-
nıb ayaqüstü dinclərini aldılar. Sonra yenə nəfəsləri təntiyə-
nədək yüyənləri çəkə-çəkə üzüyuxarı addımladılar. Xoşbəxt-
likdən daş qayanın üstünə qalxan yol yüz metrdən çox ol-
mazdı, yoxsa daim oturaq işə vərdiş dostların taqətləri kəsi-
ləcəkdi.
Hamıdan irəlidə gedən Saleh aşırımın üstünə təzəcə çat-
mışdı ki, üzü tutulmuş səmadan yağan yağışın onları haqla-
dığını duydu:
-Yoldaşlar, cəld olun, yağış başladı. Nə qədər yer islan-
mayıb tez tərpənin. Yer islansa ayağınızın altı sürüşəcək. Çat-
mısız, tez gəlin birgə yağışdan qorunaq...
Yağışın qorxusundan diribaşlaşan dostlar iki-üç dəqiqə-
nin ərzində aşırımın üstünə, qayanın iri daşlarının arasında
daldanacağa yığışdılar.
-İslanmamaq üçün götürülən salafanlar kimin heybəsin-
dədir? – Dəyanət yağışın canına yaydığı soyuqdan əsə-əsə
qışqırdı: - Kimdədirsə ləngimədən çıxarıb paylasın, çəkək üs-
tümüzə.
Bir-birinə baxıb salafanların kimdə olduğunu xatırlama-
ğa çalışdılar.
-Məndədir, mənim heybəmdədir, - Səfər əl-ayağa düşdü.
Bir göz qirpımında bükülü salafanları heybədən çıxarıb pay-
28
ladı. Amma, yalnız başlarına və çiyinlərinə çatan örtük kö-
nüllərincə olmadı.
-Gərək daha böyüyünü götürəydik, ya da bir böyük plaş
olsaydı, hamımız altına yığışardıq, - Şamil heyfsiləndi.
-Günorta elə isti, günəşli hava idi, adamın ağlına gələr-
dimi yağış yağar? Nə yaxşı ki, bu salafanı da ehtiyat üçün gö-
türmüşük. Yəqin ki, ötəri buluddur, çox keçməz yağış daya-
nar, yolumuza davam edərik, - Saleh yüyəni əllərindən bu-
raxmadan, əsən küləyin soyuğundan böyük sal qaya parça-
sının külək tutmazında çöməlib, bir-birinə qısılan dostlarını
ürəkləndirdi.
Hava daha qaranlıqlaşmışdı. Göyün üzü qaramtıl bu-
ludlarla örtüldüyündən nə Ay, nə də ulduzlar görünmürdü.
Ancaq, çox uzaqdan – onlardan geri aşağılarda, həm də irəli-
də, yoxuşlarda parıldayan xırda, nöqtəvari işıqlar görünür-
dü. Bu ziyarətə gələnlər və qayıdanların əllərindəki fanarla-
rın işıqları idi.
-Görəsən saat neçədir? – Dəyanət qısılıb oturmaqdan da-
rıxdı.
-Doqquz tamam, ona işləyib, - birisi cavab verdi.
-Müəllimin deməsinə görə burada yolu yarı etmişik. Al-
lah eləsin yağış tez kəssin, yolumuzdan qalmayaq, “Aman
evinə” yetişək, dincəlib yemək yeyək, - Şamil əlini-əlinə sür-
tüb dilləndi.
-Sən də elə yeməyin dərdindəsən, - Səfər ona sözünü bi-
tirməyə imkan vermədi, - yağışa dözərik, əsas odu ki, külək
dayansın. Külək dayanmasa vay halımıza, soyuq bizi birtəhər
edəcək.
-Əşşi, qorxmayın, bu yol bəzən belə də olur, daha artıq
əzablı-əziyyətli... Mən hələ eşitməmişəm ki, kimsə ziyarətin
yolunda soyuğa, yağışa düşsün, sonra da ağır xəstələnsin.
Dostları ilə paylaş: |