18
etməyib ziyarət zamanı tövbə edir ki, oğlunun toyunadək
“dilinə araq vurmayacaq”. Üstündən bir-iki il keçir, bu adam
sağalır. Toylarda, şadyanalıqlarda pivə, çaxır içir, amma töv-
bə etdiyi üçün araq içmir. Beləcə dözür. Bir gün görür ki, nəf-
si hədsiz araq istəyir. Neynəsin, necə etsin? Qorxurdu tövbə-
ni pozsa Baba cəzalandırar. Oğlunun da beş yaşı var. Tövbə-
sinin vaxtına – oğluna toy etməsinədək azından gərək on üç
il gözləyəydi... Birdən ağlına bir fikir gəlir: yadına düşür ki,
ötən payız oğlunu sünnət elədibsə də imkansızlığından şad-
yanalıq məclisi qurmamışdı. Qərarə gəlir ki, fərqi nədir, toy
elə toydur də, böyük toya hələ çox var, oğlu üçün kiçik toy
eləsin, toyda tövbəsindən çıxsın. Tez borc-xərc edib bütün ya-
xın dost-tanışına, qohum-əqrəbasına hay vurur ki, haydı, fi-
lan günü gəlin, oğluma kiçik toy edirəm.
Həyətində mağar qurur. Yemək-içməyi, aşıq-sazandanı,
hər şeyi elə təşkil etdirir ki, böyük toydan heç fərqlənmir. Bir
gəlini çatışmır bu toyun. Toy başlayan kimi əhdinə çatdığını
hesab edib çoxdan həsrətində olduğu araqdan gillədir.
Toyun ortasında göyün üzünü qəfil bir qara bulud örtür,
dalısıyca bir yağış yağır, tut ucundan göyə çıx... Küçələri, ma-
ğarı, hər tərəfi sel suları bürüyür. Adamlar çaşqınlıqdan bil-
mirlər nə etsinlər. Xoşbəxtlikdən bu hal uzun çəkmir. Az vaxt
keçir bütün sular xətərsiz-itkisiz axıb çəkilib gedir. Hamı bu
möcüzəyə heyrətlənir: bir anın işində baş verən seldən bir sa-
at sonra əsər-əlamət qalmır...
O gözlənilməz yağışdan, seldən sarsılan həmin adam de-
yilənə görə toyun səhərindən dindara çevrilibmiş...
* * *
Atlılar xeyli gedib, sürətlə axan dağ çayını keçərək bö-
yük, qol-budaqlı ağaclarla əhatələnmiş geniş, yaşıl ormanlı-
ğa çıxdılar.
19
- Nə gözəl yerdir, - Dəyanət heyrətini büruzə verdi, - bir
dənə burada da şəklimi çəkin.
-Buranın adı “Dədə Günəş baba”dır. Kimin qurbanı var-
sa Babanı ziyarət edəndən sonra qurbanlıq qoyunları burada
kəsirlər. Ona görə buraya “Qurbangah” da deyirlər. Babanı
ziyarət etmək imkanı olmayanlar Dədə Günəş babadan geri
dönürlər. Əsas at yolu bax buradan üzüyuxarı başlayır, - Sa-
leh dostlarına məlumat verdi, - Qurbangaha qədər maşınla
gələnlər, qalan yolu piyada qalxırlar. İndi axşam saat səkkiz-
di. Allah qoysa üç saata “Aman evi” deyilən sığınacağa çata-
cağıq. Orada dörd-beş saat dincəlib səhərə yaxın qalan iki sa-
atlıq yolu da qət edərək zirvədə Günəşi qarşılayacayıq.
-Amin, Allah qoysa.., - dostlar səsləndilər.
Ağacların kölgəsində cərgələnmiş avtobusların, müxtə-
lif formalı minik maşınlarının markalarının çoxluğu dostları
təəccübləndirdi. Çəmənliklərdə palaz sərib qərar tutan kişi-
lər, qadınlar ocaq qalayır, samovar qaynadır, kəsilmiş qurban
ətindən iri qazanlarda xörək hazırlayirdılar. Çəmənliklərin
arası ilə ağaran ensiz cığırlar qıvrıla – qıvrıla axan çayın kə-
narı ilə, üzüyuxarı təpələrə doğru uzanırdı. Çayın o biri sa-
hilində otlayan qoyun sürüləri, çobanların alaçıqları görü-
nürdü. Qurbangahdan uzaqlaşdıqca cığırlar azalıb bir bö-
yük, enli, tozlu cığıra çevrilirdi. Yol gah iki tərəfdən əhatə-
lənmiş iri zirinc kollarının arasından, gah da aşağısında dibi
görünməyən xəndəyin sürüşkən, hər an yuvarlanmaq təhlü-
kəsi olan çınqıl daşlarının üstündın keçib getdikcə yüksəkliyə
qalxırdı. Ayaqla gedən adamların ehtiyatla keçdikləri yerdən
atların qorxusuz keçmələri atlıları heyrətləndirirdi:
-Bu, atların peşəkarlığından, vərdişkarlığındandı, yoxsa
ayaqlarına vurulmuş nallara arxayınçılıqdandı? – Dəyanət
aralarında bilici hesab etdikləri müəllimdən soruşdu.
20
-Elə hamısından, - Saleh həvəslə izah etdi, - həm vərdiş-
dilər, həm də ayaqlarındakı nal onlara müvazinətini saxla-
mağa imkan verir.
Qarşıda yol az sulu, ensiz dərəboyu yuxarı qalxırdı. At-
lar qumlu palçığın içərisi ilə tövşüyə-tövşüyə dərəni qalxıb,
geniş yamaca çıxdılar.
-Müəllim, - arxadan gələn Şamilin səsı eşidildi, - sən bə-
lədsən, bilərsən. Nə qədər gəlmişik? Hələ çoxmu qalıb?
Sual hamının marağında olan sual idi. Atlar kimi əziy-
yət çəkməsələr də, iki saatdan çox yəhərdə adət etmədikləri
tərzdə oturmaqdan bədənlərinə az da olsa yorğunluq yayıl-
mışdı.
-Hələ harasıdır, - Saleh dostlarının darıxmalarına gü-
lümsədi, - hələ çox... Demək olar ki, hələlik yolun dörddə bi-
rini gəlmişik. Yarı olanda deyəcəyəm.
Bir qədər də irəliləmişdilər ki, önlərindəki yamacda iki
yekəpər qoyun itinin onlara tərəf baxıb acıqla hürmələrini
gördülər:
-Elə bunların yeri çatmırdı, - Səfər deyindi, - üstümüzə
cumsalar nə edəcəyik? Dəyanət , bəlkə, sən bunları sakitləş-
dirəsən, hər hal səni eşidərlər...
Hamının üzünə təbəssüm qondu. Saleh Dəyanətdən əv-
vəl dilləndi:
-Qorxmayın, yaxınlıqda qoyun sürüsünün yatağı yerlə-
şir. Bu itlər yəqin həmin sürünündür. Fikir verməyin, hürüb-
hürüb sakitləşəcəklər. Yox, əgər üstlərinə getsəniz, cırnatsa-
nız hücum edəcəklər.
Dəyanət də dözmədi:
-Səfər, zənnində yanılmamısan, onlar məni eşidəcəklər.
Ancaq, bilsələr ki, sən də ölü, meyit yaransan, vay halına, di-
dəcəklər səni...
Dostları ilə paylaş: |