33
-Düz deyirsən, - Dəyanət razılaşdı, - aramızda atı yəhər-
ləməyi bacaran yoxdu. Gərək köməkləşib edək, ya da rast-
laşdığımız bir bacaran adamdan xahiş edərik. Allah kərimdir,
darda qoymaz. Gəl ki, bunu etməsək burada çox dayanmağa
dözümümüz çatmayacaq...
-Yaxşı, hərə öz atını yalınlasa da, əvvəlki tək yüyəni əlinə
dolayıb saxlasın, - dostlar soyuğun dərdindən Dəyanətin
təklifinə etiraz etmədilər.
Çöməlib oturmaqdan qıçları ağrıyan dostlar yəhərin üs-
tündə rahatca əyləşməkdən xoşlansalar da, yağışdan və so-
yuqdan qorunmaq üçün üstlərinə atdıqları keçədən gələn at
tərinin tünd iyi burunlarını acışdırırdı. İy deyəsən ən çox Şa-
mili “feyziyab” etmişdi:
-Ömrümdə təsəvvür etməzdim ki, nə vaxtsa mən atın tə-
rinin iyini ciyərlərimə belə çəkəcəyəm...
Gülüşdülər.
-Xoş halalın. Bu iyin öz təravəti var. Lazımdır ki, bun-
dan da anlayışın olsun.
-Siz gülürsünüz, - Saleh də özünəməxsus münasibətini
bildirdi, - ancaq, düşünmək lazımdır ki, tər-təmiz kabinetlə-
rin ətirli havasına vərdiş burunlarımıza bu tər iyini çəkdir-
məklə görünür Allahın bizə dərk etmədiyimiz bir eyhamı
var...
-Şübhəsiz elədir, - Səfər onunla razılaşdı, - özü bilən məs-
ləhətdir.
Başlarının üstündə ildırım çaxmağında davam edirdi.
Aramla, əvvəlcə işığı ətrafı hər yanı ani nura bürüyür, ardın-
ca gurultusu qulağı dəlib deşirdi. Yağışın damcıları da get-
dikcə böyüyür, keçələri tıqqatıqla döyəcləyirdi. Elə bil, kimsə
böyük aşsüzəndən başlarına su səpirdi. Keçələrə bürünərək
soyuqdan büzüşüb iri daşa qısılan dostlardan fərqli olaraq
34
yəhərdən azad olan atlar bellərinə dəyən yağışdan ləzzət alır-
larmış kimi, yüyənləri çatan qədər xırpa-xırpla, doymadan
otlayırdılar.
Burunları at tərinin iyinə alışmış dostlar çarəsizlikdən
başlarını söhbətə qatmışdılar:
-Yaman yerdə axşamladıq...
-Bircə tez yağıb boşalsaydı...
-Ay Allah, bu nə zülümdü bizə verirsən?
-Saleh, sənin telefonunda yaxşı mahnılar var. Aç, qulaq
asaq, başımız qarışsın, vaxt onda tez keçər.
-Yox, yox, qəti olmaz. Nəbadə, kimsə telefonunu açma-
sın. İldırımı görmürsüz? Hamımız yerimizdəcə quruyarıq...
-Heç bu yağışdan gözüm su içmir, tezliklə dayanana ox-
şamır...
-Əşşi, heç olmasa, ikisindən biri dayana, yenə dərd yarı-
dı. Nə külək kəsir, nə də yağış.
-Bura baxın, belə otursaq soyuqdan öləcəyik. Gəlin kü-
rək-kürəyə oturaq. Həm kürəyimiz quru qalar, həm də azca
mürgüləyib dincələrik.
-Bu cür soyuqda yatmaq olar? Xəstələnərsiz. Gedib evi-
nizdə mürgüləyərsiz, ağıllı olun!
Saleh dostlarının kürək-kürəyə yerlərini rahatladıqdan
sonra susmalarından, onun sözlərindənsə mürgüləməyə üs-
tünlük verdiklərini başa düşdü.” Allahın işinə bax, - o, fikir-
ləşdi, - bunların himayəsində olan işçilər öz müdirlərini belə
vəziyyətdə görsəydilər, yazıqları gələrdi. Qarşılarında baş-
qalarının ehtiyatlandığı adamlar yağışın, küləyin əlində aciz
qalıb, çarəsizlikdən atın belinə sərilən keçənin ümidinə qa-
lıblar. Başqa vaxt əyləşdikləri kreslonu da nəm salfetka ilə tə-
mizləyirlər ki, paltarları tozlanar. Qurbanı olduğum, bəlkə
də, bizi çətinliklərə salmaqla imanımızın artmasını istəyir.
35
Anlatmaq istəyir ki, bütün vəzifə və səlahiyyətlər müvəqqə-
tidir, qulum olduğunuzu unutmayın. Kimliyinizdən asılı ol-
mayaraq nə qədər çox bacarıqlı, bilikli, varlı, imkanlı olsanız
belə, baxtınıza – taleyinizə yiyəlik edə bilməzsiniz. Nə qədər
istəsəniz özünüzə sərf edən qanunlar qəbul edə bilərsiniz, ila-
hi qanunların hökmündən isə heç vaxt yayına bilməzsiniz.
Allahın böyüklüyü və möhtəşəmliyi elə insanın onun işlərin-
dən baş aça bilməməsində, qarşısında aciz qalmasındadır.
Yaxşı ki, belədir. Vallahı, insanlar bilsələr ki, sabah rəbbi on-
lardan üz döndörəcək, nankor və naşükürlüyündən – döz-
məyib günü bu gündən sifətləri çönərək, hamılıqla şeytana
xidmət edərlər. Lənət şeytana, bu yağış görəsən nə vaxt qur-
taracaq? Soyuq kəsdi kələyimizi, xəstələnməsək böyük işdir,
bərk soyuqlayacayıq. Niyə belə oldu, ay Allah? Nə günahı-
mız var ki, sən bizi belə əziyyətə, zülmə tuş gətirirsən? Biri
elə mən. Mənim hansı böyük günahım var ki, bu əzaba layiq
bilinmişəm? Dəyanət demişkən, zənglə, tapşırıqla qiymət
yazmağımdımı günahım? Yoxsa, bəzən qiymət üçün edilən
hörməti, payı qəbul etməyimdirmi? Axı mən zorla heç kim-
dən heç nə tələb etməmişəm. Qurban olduğum özü şahiddir
ki, o aldığım maaşla ailənin yalnız azuqəsini çatdırmaq olar.
Bəs geyim, başqa tələbatlar, toylar, yaslar, nə bilim pul gərək
olan neçə-neçə işlər? Əgər kimsə beynini yormaq istəməyib
mənə yalvara-yalvara pay verə, hörmət edə, qiymət almaq is-
təyirsə, mən niyə veriləni almayım, etiraz edim? Ola bilərmi
ki, edilən zənglərə, xahişlərə əhəmiyyət verməyəm? Belə et-
səm özüm-özümü hörmətsiz, dəyərsiz adam səviyyəsinə en-
dirmiş olaram. Günlərin birində də yararsız kadr kimi işdən
çıxarıldığımı görərəm. Hörmətim, qazancım olmayandan
sonra, ailədə də gözdən düşəcəyəm. Ya Allahım, bunları gü-
naha yazma. Mən bunları artıq tamahlıqdan yox, məcburiy-
Dostları ilə paylaş: |