40
müşdü. İllərdir onun atasız qalan iki kiçik uşağı himayəsində
idi, yetim saxlayırdı, anaları atıb getmişdi ərə. Evdə də ki,
özündə şəkər, arvadında xoş xassəli şiş, qızında mədə yara-
sı... Narkomaniyaya qarşı “mübarizə” nəticəsində xeyli əm-
lak toplamışdı. Sanki əvəzi imiş orta yaşlı qaynı parkdakı
ayaqyolunda özünü iynələyərkən narkotik maddənin yüksək
dozasından keçinmişdi... Hansını deyəsən?.. Vəkilliyə keçən-
dən sonra, elə bil evə gələn dərdi-sər də azalıb, qəlbindəki
gərginlik də seyrəlib. Hakimlikdə qazandığı hayla gəlib, vay-
la gedirdi. Ancaq, Allah da şahiddir ki, nə edibsə, təkcə öz
şəxsi marağı, nəfsinə görə etməyib. Həyat, işlədiyi mühit onu
məcbur edib. Asılısan, öz iradənlə işləmək mümkün deyil.
Və, o, da Don Kixot olmaq istəməyərək, həqiqətdə Allahın
yaratdığı şeytana xidmət eləmişdi... Nə etsin ki, indi bu sa-
hədə pulsuz heç bir iş aşmır. Ədaləti görməli gözlər korlaşıb,
yalnız pul “eynəyindən” baxıb “haqqını” alanda haqqı tanı-
yırlar. Yadına yolda rast gəldikləri ağsaqqalın sözləri düşdü:
“Vicdanı təmiz, qəlbi saf insan”... Eh, olasan mənim yerimdə
görüm necə çirkaba batmırsan...
Səfər o biri üç dostundan fərqli olaraq Həzrət Babaya di-
lək diləmək niyyətilə ziyarət etmək istəyirdi. Erkən evləndiyi
üçün dostlarının uşaqları arasında böyük qızını hamıdan tez
- artıq üç ildən çox idi ki, toyunu edib ərə vermişdi. Amma,
illər keçdikcə, nəvəsinin olmaması dərdi ürəyini üzürdü. Ona
görə də niyyətini qəlbində gizli saxlayıb hər əzaba hazır idi,
təki Babanın üstünə çatsın. Allaha yalvarırdı ki, günahı varsa
da balalarına dəyməsin, öz cəzasını özünə çəkdirsin. Ehti-
yacdan yaranan günahlardan savayı, o, nə günah işlətmişdi
axı? Hər bir tibbi əməliyyatın, müalicənin müəyyən edilmiş
qiyməti vardı. Özbaşına qiymət yaratmamışdı ki... İstənilən
sahəninin yiyəsi olan ölkədə o kimdir ki, öz xoşu ilə pul al-
41
sın? Bəziləri kimi sağalmayacaq xəstənin əməliyyatından,
faydasız müalicəsindən xeyir ummayıb, ehtiyacı olsa da mü-
əyyən mənada halallığı gözləyib. Xatirinə qocaman müəlli-
minin dediyi, həmişə xatırladığı cümlə gəldi: ”Ehtiyac qır-
mancdır, mərdi də qova-qova namərd edər...” Məgər başbi-
lənlər az maaşı həkimə təyin edəndə ehtiyacını görmürdü-
lər? Əksinə, ələbaxımlığa xalqın həkimi dolandırması kimi
baxırdılar. Əslində isə xalq təkcə həkimi deyil, müəllimi, po-
lisi, məmuru – hamını dolandırırdı...
Yağışın aramsızlığından daha keçə də islanıb yam-yaş ol-
muşdu. Gecə keçdikcə havanın soyuğu kəskinləşir, üşümək-
dən yığılıb bir-birinə qısılan dostların dözümü tükənirdi.
Cığır tərəfdən hənirti gəldi. Orta yaşlı bir kişi sürətli ye-
rişlə aşağı qayıdırdı. Dəyanət onu görüb qışqırdı:
-Ehey, qardaş, ziyarətin qəbul, Babadan gəlirsən? Yuxa-
rıda vəziyyət necədir?
-Yox, Aman evindən qayıdıram. Deyirlər Babaya təzə-
liklə qar düşüb...
-Niyə Aman evində qalıb gözləmədin?
-Orda kimsə yoxdu, külək qoymur dayanasan...
Bu sözləri eşidən Dəyanətin səbri tükəndi:
-Ay kişilər, bizim burada yağışın, küləyin kəsməsini göz-
ləməyimiz ağılsızlıqdı. Uzağı bir saata soyuqdan ağaca dö-
nəcəyik. Eşitdiz qar yağıb? Ölmək istəyirsiz? Durun, bu ge-
dən kişiyə qoşulub biz də qayıdaq geri. Nə təhər eyləyək,
qoymur da irəli getməyə. Nə yağış kəsir, nə külək. Kim ba-
carır getsin. İrəliləməyimizi istəmirsə, bu o deməkdir ki, “sü-
rüşün burdan”. Saat neçədir?
-İki tamam, üçə işləyib on dəqiqə.
-Ay aman, dörd saatdır keçənin altında durmuşuq. Səhər
beş olması üçün gərək bir üç saat da gözləyək. Vallahı, ölərik
42
o vaxta qədər. Bu yolda, deyəsən bizdən başqa kimsə qalma-
yıb. Durun getdik, qismət bu imiş...
Saatlarla üşüməkdən cana doymuş Şamil ilə Səfər də Də-
yanətin fikrinə şərik çıxdılar:
-Hə, düz deyir, neyləmək olar, qayıtmağımız məsləhət-
dir.
Saleh dostlarına etiraz etməyin mənasızlığını başa düş-
dü:
-Qayıdırıqsa, əvvəlcə atları yəhərləməliyik. Yəhərləri be-
ləcə atıb getmək olmaz. Bizə eyib edərlər, at sahiblərinə nə
cavab verərik?
-Çağır o yoldan keçəni, bizə atları yəhərləməyə kömək
etsin.
-Ehey, qardaş, eşidirsən? Gəl bizə kömək eylə, bir yerdə
qayıdaq...
Cığırdakı adam xeyli uzaqlaşmışdı. Əsən küləyin əksinə
çətin qayıdasıydı. Hərə atını özünə tərəf çəkib, damcılayan
keçəni üstündən götürüb atın belinə atdı. Heç demə bu iyli,
yaş keçə onları sərt, şaxtalı soyuqdan əməllicə qoruyurmuş.
Ayağa durmaları ilə sanki, burulğanın içinə atıldılar. Vıyıl-
dayan külək az qala varlıqlarına hakim kəsilmişdi. Soyuğun
şiddətindən bədənlərindəki üşümə sürətli əsmə ilə əvəz
olunmuşdu. Əl barmaqları sürətlə donduğu üçün atları qay-
dasında yəhərləməyə çətinlik çəkirdilər. Atlar tərpənən kimi
yəhərlər boşalıb əyilir, qarınlarının altına sürüşürdü. Canla-
rına düşmüş əsməcədən dişləri bir-birinə dəyən Saleh və Şa-
mil yəhəri atın belinə bərkidə bilməmələrindən təşvişə düş-
müşdülər:
-Dəyanət, Səfər, kömək edin, yəhəri bağlayaq, soyuq öl-
dürdü bizi...
43
-Vallah, imkanım yoxdur, barmaqlarım elə donub ki, tax-
taya dönüb. Necə gəldi, birtəhər bağlayın, amma minməyin.
Piyada düşəyin aşağı, bərkidəndən sonra, minərik. Düşdükcə
küləyin sərtliyi azalacaq, həm də hərəkətlə qızınacayıq. Yal-
nız hərəkətin hesabına salamat qala bilərik. Getdik, cəld olun,
ləngiməyin, tez gəlin!..
Dəyanət hamıdan irəli düşdü, ardınca Şamil, Səfər atla-
rın yüyənindən dartaraq cığırla aşağıya yola düşdülər. Yol-
boyu öndə gələn Saleh, indi axırda qalmışdı. Soyuğun təsi-
rindən səsini çıxartmağa hətta, heyi yox idi. Böyürlərində
hiss etdiyi kəskin ağrıdan çətinliklə nəfəs alırdı. O, əsgərlikdə
Sibirin şimalında qulluq etmişdi, çox şaxtalı havalar görmüş-
dü. Lakin, beləsini xatırlamırdı. Külək acığa düşmüş kimi on-
ları qabağına qatıb qovalayırdı...
Qaranlıqda azmamaq üçün mütləq cığırla qayıtmalıydı-
lar. Cığır isə palçıqlı olmaqdan əlavə xəndəkli yerlərdə ya-
ğışdan əmələ gəlmiş kiçik gölməçələrlə dolmuşdu. İslanmış
ayaqqabılar fırçıldadıqca, elə bil, balaca arxın içi ilə addımla-
yırdın. Üzü aşağı olduğundan tez-tez ayaqları sürüşüb şap-
pıltı ilə palçıqlı cığıra sərilir, sonra da çox əzilmədiyinə şükür
edib, yenə yolun davamına dikəlirdilər. Enişləri endikcə kü-
ləyin gücü azalır, yeridikcə bədənlərinə gələn istilik üşümə-
yin qarşısını alırdı.
Qurbangaha yaxınlaşdıqca beş-altı saat əvvəl yüksək əh-
val-ruhiyyədə keçdikləri yolu, indi təəssüflə xatırlayıb kə-
dərlənirdilər: niyə belə oldu, niyə onlara ziyarət etmək qis-
mət olmadı? Görəsən kimin günahından ziyarət baş tutma-
dı?.. Kimdi günahı çox olan? Dillərinə gətirməsələr də hərə
ürəyində özünü yox, başqasını daha çox günahlı hesab edir-
di.
***
44
Sürətli endiklərindən saat yarıma yorğun halda Qurban-
gaha çatdılar. Burada zəif külək əsirdi, yağış isə dayanmış-
dı. Maşınlardan aralı, ağacların arasında böyük tonqalın ba-
şına yığışmış adamlar qızınır, islanmış paltarlarını, ayaqqa-
bılarını ocağın istisində qurudurdular. Tonqalın ətrafında tə-
zə gələnlərə yer elədilər. Ailəliklə ziyarətə gəlmiş yaşlı bir qa-
dın öz adamlarına səsləndi:
-Soyuqdan gəliblər, əyinləri də yaşdır. Təzə qaynamış sa-
movardan çay gətirin.
Çay içib bir az özlərinə gələn dostlar minnətdarlıq etdi-
lər:
-Allah köməyiniz olsun, diləyinizə, arzunuza çatasız.
-Biz yarı yoldan qayıtdıq. Siz ki, atlı idiniz, ziyarət edə
bildinizmi? – Yolda ötüb keçdikləri piyadalar onlardan ma-
raqla soruşdular.
-Yox, az qalmışdıq, amma hava imkan vermədi axıracan
getməyə, məcbur olduq qayıdaq, - Dəyanət danışmağa əhvalı
olmayan dostlarının əvəzinə cavab verdi:
Onların qayğısına qalan qadın üzlərindəki incikliyi, kə-
dəri görüb təsəlli vermək istədi:
-Eyib etməz, bura qədər də gəlmək, elə ziyarət etmək de-
məkdir.İnamınızı itirməyin. Qəlbinizdə inam olsa, yenə bura
gələcəksiniz. Onda Babanı ziyarət edərsiz.
-Qurban olduğum bilir neynəyir, - bir az aralıda, tonqa-
lın kənarında dayanmış, yolda rastlaşdıqları qadınlardan biri
o birinə deyirdi, - yerindən duran Babaya ziyarətə gəlir. Qa-
nanı da, qanmayanı da, halalı da, haramı da, əməlisalehi də,
qəlbiqarası da... Biri çılpaq gəlir, biri şortuda gəlir. Pir elə bil
parkdı, görüş yeridi, ya nə bilim, istirahət mərkəzidi. Turist
kimi gəlirlər. Ona görə də tökür başlarına yağışı, çovğunu, is-
təmir belələri gəlsin üstünə...
45
Onların yanında dayanıb paltarını qurudan cavan oğlan
qadınların söhbətinə qoşuldu:
-Belədə deyirlər də qurunun oduna yaş da yanır. Bir-ne-
çə ləyaqətsizə görə gör nə qədər yaxşılar da əzab çəkir...
Bu sözlər tonqalın acı tüstüsünə qarışıb dostların boğa-
zını qurutdu, gözlərini acışdırıb yaşartdı: ”Görəsən oğlan bir-
neçə ləyaqətsiz deyəndə həmin sözləri onlar üçün deyirdi,
yoxsa şortikdə gəzən qızı, başqalarını nəzərdə tuturdu? On-
ları da ləyaqətsiz hesab etmək olardımı?!.”
Dostlar əhvallarını bürüyən pərtlikdən tonqalın ətrafın-
da çox dayanmağa qərarları çatmadı. Yaxınlıqdan axan, yol-
da keçəcəkləri çayın daşacağından ehtiyatlanaraq, havanın
işıqlaşmasını gözləmədən atların yəhərlərini bərkidib gəl-
dikləri kəndə tərəf yola düşdülər. Hərə ürəyində dost-tanışa
nə deyəcəyini fikirləşirdi: ”Zirvəyə çıxa bildinmi, Babanı zi-
yarət etdinmi, – suallarına necə cavab verəcəkdilər?.. Dörd
saatdan çox yollarını kəsən çovğun onlara xəbərdarlıq idimi,
ya da təbiətin adi bir şıltaqlığıydı?..” Gələndə qarsılaşdıqları
nurani qocanın dediyi sözlər yolboyu dinib danışmayan
dostların qulaqlarından çəkilmək bilmirdi: ”O, hər ziyarətçini
qəbul eləmir, qəlbin gərək pak ola. Baba yolu ağır yoldur...”
***
Səhərin alatoranında qabaqlarına kuzası adamla dolu
Qurbangaha gedən iki yük maşını çıxdı. Üstü açıq kuzovda-
kı səs-küylü cavanlar havanın sübh soyuğuna baxmayaraq
sevincək idilər, atlılara tərəf baxıb çığırırdılar:
-Ziyarətıniz qəbul olsun!..
Onlar atllılara, atlılar isə onlara qibtə ilə baxırdılar...
Yorğun və paltarları nəm olmasaydı gedənlərə qoşulub
yenidən zirvəyə tərəf yönələrdilər. Amma, Baba bir də şans
verərmi? Onların üzünə təkrarən yağışın yağmayacağına, kü-
46
ləyin əsməyəcəyinə kim zəmanət verə bilərdi, - Saleh ürəyi sı-
xıla düşünürdü, - doğrudanmı günahlar insanı daim kölgə
kimi izləyir?.. Bəs insanlar necə yaxşı yaşasınlar ki, günah qa-
zanmasınlar?..
11.2009
47
ŞANSSIZ...
Kənd məktəbində rəsm müəllimi işləyən Davud uzun
illərdi müəllimliklə yanaşı yazı-pozuyla, belə desək bədii ya-
radıcılıqla məşğul idi. Hələ orta məktəbin aşağı siniflərində
oxuduğu vaxt qonşu kənddən olan bir gəncin “Ulduz” jur-
nalında şəklini görmüş, şeirlərini oxumuşdu. Bu onun şair ol-
maq istəyinə səbəb olmuşdu. Sonralar da ədəbiyyat dərslə-
rində şairləri öyrəndikcə ona elə gəlirdi ki, dünyanın ən na-
muslu, qeyrətli, xalqını, vətənini sevən, ən ülvi hisslərin yo-
lunda canından keçməyə hazır olan, dünya varında tamahı
olmayan, pak, müqəddəs insanı şairlərdir. Bax buna görə də,
o da şair olmaq, haqq adamı kimi hörmət qazanmaq arzusu
ona daxilən xüsusi güc, ilham verirdi. Onsuz da özünə də
məlum idi ki, o, nə vaxtsa maddi var-dövlət sahibi ola bilmə-
yəcəkdi. Çünki, bacarmırdı dil tökmək, özünü gözə soxmaq,
vəziyyətə uyğun dəyişmək, başqasının tikəsini əlindən almaq
– onun işi deyildi. Tələbəlikdən bəri qalaq-qalaq qaraladığı
qalın dəftərlərin əksəriyyətini sevgi şeirləri və poemalarıyla
doldurmuşdu. Evində hər şeydən qiymətli hesab etdiyi, ba-
laları qədər sevdiyi şeir dəftərlərini Davud tələf olmaması
üçün iri, bəzəkli, taxta sandıqda əzizləyib saxlayır, ildə bir
dəfə yaydan-yaya varaqlayıb nəmini qurudurdu. Şeirlərin-
dən bir çoxunu növbə ilə, hərəsini bir yolla xeyli qəzetlərdə
çap etdirmişdi. Artıq tanış-biliş hamı bilirdi ki, Davud şairlik
edir. Bu şeirləri bəyənənlər də vardı, ağız əyib lağa qoyanlar
da. Təzə-təzə hər sözə görə narahat olan Davud sonralar at-
macalara vərdiş etdi, danışılanlara əhəmiyyət vermədi. Üstə-
lik onu bəyənməyən elinə məhəbbətinin ifadəsi kimi, kimsə-
də olmayan yeni təxəllüs götürdü – Davud EL-OBA:
48
Mədəni insanam, deyiləm qaba,
Elimin dərdini özüm çəkərəm
qıymaram yada,
Sinəm yurduma qaynar sevgidən
bir yanar soba,
Adım xalq oğlu – Davud EL-OBA...
Davud EL-OBAnın şeirlərində insana məxsus bütün
hisslərin tərənnümü əks olunmuşdu: sevgi, iztirab, kədər, ay-
rılıq, nifrət... Saysız-hesabsız qəzetlərdə dərc edildikdən son-
ra, daha qəzetlər nəzərindən düşdüyündən Davud jurnallara
yol aldı. Az çəkmədi rayonda fəaliyyət göstərən ədəbi dər-
nəklərin birinə üzv olub şeir məclislərində görsənməyə baş-
ladı. Bir gün də kollektiv vəsait hesabına çap olunan dərnə-
yin almanaxında da şəkli və bir neçə şeri ilə ədəbiyyat aləmi-
nə pənah gətirdi.
Şairlər cərgəsinə qatılandan Davudun müəllimlik işinə
diqqəti azalmışdı. Məktəbin direktorunun fağır, dinməz işçi-
sinin işinə marağını artırmaq üçün rəsmxət və əmək təlimi
dərslərinin də ona verməsinin faydası olmamışdı. Şəkil çək-
məkdən bezdiyindən, gününü məktəbdə “şəkil çəkdirməklə”
başa vururdu. Ona elə gəlirdi ki, o, yalnız ədəbiyyat naminə
dünyaya gəlmişdi. Bunu sübut etməyə isə zamana ehtiyac
vardı. Düşünürdü ki, gələcəkdə müsahibə verərkən müxbi-
rin: “Əgər dünyaya bir də gələrsizsə hansı sənəti seçərsiz? “
sualına fikirləşmədən “Şair olardım” cavabını verəcək. O,
ədəbiyyat müəllimi olmaq əvəzinə rəsm müəllimi işləməyi
bir uğurssuzluq hesab edirdi. Məhz şanssızlıq, qəbul imtaha-
nı zamanı topladığı balın uyğunsuzluğu ucbatından rəsm
müəllimi olmağa məcbur olmuşdu. Heç rəsm çəkməyi də
ürəkaçan deyildi. Şanssızlıq bir bəlaya dönüb daim onu qa-
rabaqara izləyirdi. İşdə, ailədə, yaşadığı kəndin insanları ara-
49
sında... Həmişə həvəslə başladığı iş, ürəyində tutduğu niyyət,
nədənsə sonda yetərliliyini itirib cılız, dəyərsiz alınırdı. Ona
şeirlərinin çoxunun belə yazdığını deyənlər də var idi. Bu
adamların fikrincə, o, boş və mənasız, qazancsız bir işlə məş-
ğul olurdu. Hətta belə fikir, deyəsən arvadına da sirayət et-
mişdi. Çünki, ədəbi aləmdə yerini tapmaqdan ötrü kitabının
çap olunmasının zəruriliyini arvadına anladıb onu necə se-
vindirmişdisə kitabın çapına xərcləyəcəyi pulun miqdarını
deyəndə arvadını bir o qədər heyrətləndirmişdi:
-Bağın-bostanın hesabına zəhmətlə topladığın bir ətək
pulu kitaba verməklə qazancın nə olacaq? Evdə uşaqlar bö-
yüyür, camaat torpaq alır, ev alır, evinə mebel alır, sən də əli-
nə gələni şeirə sərf edirsən. Təzəsini almırsan, heç olmasa ba-
rı, maşınını “kraskalat”. Qapısı, özü hərəsi bir rəngdədi, ayıb-
dı axı...
Əziz oxucularımız, əgər bu kitabı tam versiyada oxumaq istəyirsinizsə,
aşağıdakı ünvana gəlib ala, yaxud zəng etməklə evinizə (ofisinizə) sifariş
verə bilərsiniz:
Ünvan:
KİTABEVİM.AZ | Kitab və digər çap məhsullarının satışı
Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
Telefon:
012 498 79 89, 055 877 24 44
http://kitabevim.az/
Dostları ilə paylaş: |