Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  ləşdirilməsi  yolu  ilə  təsərrüfat  vəsaitlərinin  hərəkətinin  vahid  ölçüdə  əks



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə13/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   9   10   11   12   13   14   15   16   ...   323

27 

ləşdirilməsi  yolu  ilə  təsərrüfat  vəsaitlərinin  hərəkətinin  vahid  ölçüdə  əks 

etdirilməsindən və cari nəzarətdən ibarətdir. 

III

 

FƏSİL. MÜHASİBAT BALANSI 

3.1.

 

İnformasiyanın əks etdirilməsinin balans metodu 

Balans - mühasibat uçotu metodunun əsas elementlərindən biridir. “Balans” 

termini  iki  latın  sözündən  götürülüb:  burada  bis  -  iki,  lanx  -  tərəzinin  bir-birinə 

bərabər  olan  iki  hissəsi  deməkdir.  “Bislanx”  sözü  “bərabərlik”  deməkdir,  bu  da 

bərabər çəkiyə malik olan iki hissədən ibarət tərəzini təcəssüm etdirir. Balans eyni 

zamanda  mühasibat  hesabatının  mühüm  hesabat  formasıdır,  onda  təsərrüfat 

vəsaitləri dəyər ifadəsində tərkibi və əmələgəlmə mənbələri üzrə göstərilir. 

Təşkilatlara,  idarələrə,  təşkilatlara  və  səhmdar  cəmiyyətlərinə  rəhbərlik 

etmək üçün hər şeydən əvvəl onlarda mövcud olan vəsaitlər haqqında məlumatlar 

olmalıdır.  Bu  zaman  onların  vəsaitlərin  hansı  növü  ilə  təmin  olunmasını  və  bu 

vəsaitlərin  hansı  mənbələrdən  alınmasını  bilmək  lazımdır.  Belə  məlumatlar 

ümumiləşdirilərək  pul  ifadəsində  verilməlidir.  Vəsaitlərin  tərkibini  və  təyinatını 

öyrənmək  üçün  onlann  iqtisadi  qruplaş-  dırılması  lazımdır.  Bütün  bunlar 

mühasibat balansının köməyi ilə həyata keçirilir. 

Mühasibat  balansı

  -  müəyyən  tarixə  təsərrüfat  vəsaitlərinin  növləri  və 

onların əmələgəlmə mənbələri üzrə pul ifadəsində iqtisadi qruplaşdırıl- masından və 

ümumiləşdirilmiş şəkildə əks etdirilməsindən ibarətdir. Balans adətən hər rübün 1-i 

tarixinə tərtib edilir. 

Mühasibat  balansı  vəsaitlərin  növlərini  və  onlann  əmələgəlmə  mənbələrini 

ayrıca  əks  etdirmək  üçün  iki  tərəfi  olan  cədvəl  formasından  ibarətdir.  Onun  sol 

tərəfində  vəsaitlərin  növləri  və  onlann  yerləşdirilməsi  göstərilir  ki,  bu  da 

aktiv 

adlanır. 

“Aktiv” 

latın  sözü  olan  -  “aktivus”  sözündən  götürülüb,  “fəaliyyətli, 

hərəkət  edən,  olmalı”  deməkdir.  Balansın  sağ  tərəfində  vəsaitlərin  mənbələri  və 

təyinatı  əks  olunur  ki,  o  passiv  adlanır.  “Passiv”də  latın  sözüdür  -  “passivus” 

sözündən götürülüb “fəaliyyətsiz, bitərəf olmaq, aydınlaşdırmaq” deməkdir. Balans 

sxematik olaraq aşağıdakı kimidir: 


28 

Balans 

Aktiv 

Passiv 

Və.saitlərin növləri və 

onların

 

yerləşdirilməsi

 

Məbləğ

 

Vəsaitlərin əmələgəlmə 

mənbələri və onların 

təyinatı

 

Məbləğ

 

 

 



 

 

Mühasibat  balansının  xüsusiyyəti  ondan  ibarətdir  ki,  onun  aktivinin  və 



passivinin yekunları bərabər olur. Bu bərabərlik bütün təşkilatların balansı üçün 

məcburidir.  Bu  ondan  irəli  gəlir  ki,  həm  aktivdə  və  həm  də  passivdə  həmin 

vəsaitlər müxtəlif qrupda göstərilir, bunlar aktivdə növlər üzrə, passivdə mənbələr 

üzrə  göstərilir.  Buna  görə  də  balansın  adı,  balans  sözü  kimi  bərabər  çəkili, 

bərabərlik deməkdir. 

Aktiv və passivin hər bir elementi (vəsaitlərin növü və ya onların mənbəyi) 

balansın maddələrində yerləşir. Aktivdə “Əsas vəsaitlər”, “İstehsalat ehtiyatları”, 

“Bitməmiş  istehsalat”,  “Hazır  məhsul”,  “Hesablaşma  hesabı”  və  b.;  passivdə  - 

“Nizamnamə  kapitalı”,  “Mənfəət”,  “Bankın  ssu-  daları”,  “Kreditorlarla 

hesablaşmalar” və i.a. 

Balans maddələri aktiv və passivdə müəyyən edilmiş qaydada qruplaşdırılır. 

Bu  qaydalar  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən 

edilir. Bu qruplaşdırmaların həyata keçirilməsi hər hansı bir təşkilatın balansını 

tərtib  edərkən  məcburidir.  Balansın  aktiv  və  passivinin  maddələrinin  qəbul 

edilmiş  qruplaşması  vəsaitlərin  istifadə  edilməsinə  nəzarəti  həyata  keçirməyə  və 

təşkilatın maliyyə vəziyyətini təhlil etməyə imkan verir. Bunun üçün də aktiv və 

passiv bir-biri ilə qarşılıqlı əlaqəsi olan qruplara ayrılırlar. 

İnformasiyanın  balans  ümumiləşdirilməsi  uçotda,  maliyyə-təsərrüfat 

fəaliyyətinin  təhlilində,  bazar  iqtisadiyyatında  təşkilatların  müvafiq  idarəetmə 

qərarlarının əsaslandırılması və qəbul edilməsi üçün geniş tətbiq edilir. 

Balans ümumiləşdirilməsi obyektlərin əks etdirilməsinin ikili xarakteri ilə və 

informasiyaların sintetik ümumiləşdirilməsi ilə xarakterizə olunur. 

Əks  etdirilmənin  ikili  xarakteri  onunla  bağlıdır  ki,  obyektlər  balansda  iki 

dəfə  göstərilir  və  iki  nöqteyi-nəzərdən,  iki  aspektdə  baxılır,  bunlar  da  balansın 

növündən asılıdırlar. 


29 

Balansların  müxtəlif  növləri  mövcuddur:  mühasibat,  təşkilatın  gəlirləri  və 

xərcləri  balansı,  sahələrarası  balans,  əsas  fondların  balansı,  material  balansları, 

ödəmə balansı, əmək resursları balansı və i.a. Məsələn, material balansı məhsulların 

konkret növlərinin istehsalını və istehlakı nı xarakterizə edir. 

İnformasiyaların  balans  ümumiləşdirilməsi  resurslar  və  onlann  mənbələri, 

məhsul  istehsalı  və  onun  buraxılışı  arasındakı  nisbəti  müəyyən  və  təhlil  etməyə 

imkan  verir.  İnformasiyaların  balans  ümumiləşdirilməsi  birinci  dəfə  mühasibat 

balansını  tərtib  etmək  üçün  tətbiq  edilib  ki,  bu  da  təşkilatın  əmlak-maliyyə 

vəziyyətini  müəyyən  etməyə,  bazar  iqtisadiyyatını  idarəetmə  sistemində  onun 

vəziyyətini müəyyən etməyə imkan verir. 

Mühasibat  balansının  qurulmasının  əsasını  mühasibat  uçotu  obyektlərinin 

(əmlakının)  ikili:  istehsalat-təsərrüfat  və  maliyyə  fəaliyyəti  prosesində  onlann 

funksional  roluna  və  əmələgəlmə  mənbələrinə  görə  qruplaş-  dınlmasının  nəticəsi 

təşkil edir. 

Mühasibat  uçotu  obyektlərinin  ikili  qruplaşması  haqqında  informasiya 

vahid pul ölçülərində ümumiləşdirilmiş şəkildə balansda qaydalı əksini tapır. 

Mühasibat  balansı  -  təşkilatın  vəsaitlərinin  (əmlakının)  onlann  növləri  və 

əmələgəlmə mənbələri üzrə manatla və ya valyutada iqtisadi qrup- laşdırılması və 

ümumiləşdirilmiş şəkildə əks etdirilməsi deməkdir. 

Onda  vəsaitlərin  yekun  məbləği  daimi  mənbələrin  ümumi  yekununa 

bərabərdir. Birinci  dəfə balans  termini  1427-ci ildə  Florensiyada  istifadə olunub, 

sonra isə 1495-ci ildə italyan bankiri Mediçinin hesabatında rast gəlinib. 

Təşkilatlarda  balansı  nəzarət  üçün  özündən  ötəri  hər  ay  (banklarda  -  hər 

gün) tərtib edirlər, müvafiq orqanlara onu rübdə bir dəfə təqdim edirlər. 

3.2.

 

Mühasibat balansının quruluşu və balansın 

iqtisadi məzmunu 

Qanunvericilik sənədlərinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən və 

hüquqi şəxs olan bütün təşkilatlar mülkiyyət formalarından asılı olmayaraq (xarici 

investisiyalı təşkilatlar da daxil olmaqla) vahid formada mühasibat balansı tərtib 

edirlər. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə