Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  Mühasibat  uçotu  kommersiya  təşkilatlarında,  firmalarda  və  səhmdar



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə11/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   7   8   9   10   11   12   13   14   ...   323

23 

Mühasibat  uçotu  kommersiya  təşkilatlarında,  firmalarda  və  səhmdar 

cəmiyyətlərində  aparılır  və  onların  təsərrüfat  fəaliyyətinə  nəzarət  və  müşahidə 

etmək üçün xidmət edir. 

Mühasibat  uçotunun  bu  iki  xüsusiyyəti,  yəni  onun  ayrı-ayrı  makroiqtisadi 

sahələrdə həyata keçirilməsi və ancaq dəyər forması olan təsərrüfat hadisələrini əks 

etdirməsi, onun tətbiqi sahəsini və obyektlərini müəyyən edir. 

Mühasibat uçotunun əsas obyektləri təsərrüfat vəsaitlərindən və təsərrüfat 

proseslərindən ibarətdir. 

Təsərrüfat vəsaitlərinə, təşkilatın öz təsərrüfat fəaliyyətini həyata keçirmək 

üçün malik olduğu ehtiyatlar daxildir. 

Təsərrüfat prosesləri dedikdə vəsaitlərin hərəkətinin ayrı-ayrı mərhələlərini 

başa düşmək lazımdır, onlar təsərrüfat əməliyyatlarından ibarətdir. 

Beləliklə,  mühasibat  uçotunun  predmeti  geniş  təkrar  istehsal  prosesində 

təşkilatın,  idarənin,  firmanın,  səhmdar  cəmiyyətinin  və  təşkilatın  vəsaitlərinin 

vəziyyətini və istifadə edilməsini əks etdirməkdən ibarətdir. 

Mühasibat  uçotunun  tətbiq  edilməsinin  əsas  sahəsi  təşkilatdan  ibarətdir. 

Mühasibat uçotu predmetinin məzmununu aydınlaşdırmaq üçün təşkilatlarda geniş 

təkrar istehsal prosesinin necə baş verməsini bilmək lazımdır. 

Geniş təkrar istehsal prosesi aşağıdakı bir-birilə əlaqədar olan dörd cəhəti 

birləşdirir: istehsal, bölgü, tədavül və istehlak. 

1.

 



İctimaiyyət  üçün  lazım  olan  məhsulların  istehsalı  kommersiya 

təşkilatının çərçivəsində baş verir. İstehsalın dəyər ölçüləri əks etdirilən elementləri 

mühasibat  uçotunun  predmetinə  daxil  edilir.  Mühasibat  uçotunda  məhsulların 

istehsalına  və  satışına  sərf  edilən  pul  və  material  xərcləri  əks  etdirilir.  İstehsalın 

dəyər ifadəsində əks etdirilməyən digər elementləri (işçi qüvvəsinin sayı və tərkibi, 

əmək  intizamının  vəziyyəti,  iş  vaxtından  istifadə  edilməsi  və  i.a.)  mühasibat 

uçotunun predmeti deyildir. 

2.

 



İstehsal  prosesində  yaradılmış  məhsul  bölüşdürülməlidir.  Onun  bir 

hissəsi  maddi  xərclərin  örtülməsinə,  o  biri  hissəsi  işçilərin  fərdi  isteh-  lakına 

yönəldilir, qalan hissəsi isə yığıma gedir. Mühasibat uçotunda maşınların köhnəlmiş 

hissəsinin  təzələnməsi  üçün  ayırmalar,  əmək  haqqının  hesablanması,  dövlətin 

mənfəətinə ayırmalar, sosial ehtiyaclara ayırmalar əks etdirilir. 

3.

 



Məhsulların istehsal yerindən istehlak yerinə hərəkəti prosesinə tədavül 

deyilir. 


24 

Omloolərin.  pul  vosaiUorinin  locJavülü  vo  habclo  omtoəlorin 

lodavülü  prosesində  əmələ  gələn  hesablaşmalar  mübasibat  uçotu 

predmetinin əsas hissəsidir. 

4.

 

İstchlak  təkrar  istehsal  prosesinin  son  mərhələsidir.  O, 



istehsal və qeyri-istehsal olmaqla iki yerə bölünür. İstehsal istehlakı 

istehsalla 

bir 

vaxtda 


mühasibat 

uçotunda 

əks 

etdirilir. 



Qeyri-istehsalat  istehlakı  zamanı  istehsal  məhsulları  cəmiyyətin 

ayrı-ayrı  üzvlərinin  şəxsi  istchlakmı  və  qeyri-istehsal  sahələrini 

(maarif,  səhiyyə  və  b.)  təmin  etmək  üçün  istil'adə  edilir.  Şəxsi 

istehlak  təşkilat  ərazisindən  kənarda  baş  verdiyinə  görə  mühasibat 

uçotunda əks etdirilmir. 

Mühasibat  uçotunun  predmetinə  təşkilatda  olan  və  onların 

dəyərlə  ifadə  olunan  təsərrüfat  vəsaitlərinin  bütün  növlərdən  olan 

mülkiyyəti daxildir. 

Mühasibat uçotunda pul dəyəri olmayan təşkilat mülkiyyəti əks 

etdirilmir. Məsələn, torpaq, meşə, su və i.a. 



2.3.

 

Mühasibat uçotunun metodoloji osasları 

Mühasibat  uçotunun  təşkilinin  metodoloji  əsasını  sənədləşmə, 

in-  vcntarlaşma,  mühasibat  balansı,  ikili  yazılış  metodunu  tətbiq 

etməklə  sintetik  və  analitik  hesablar  sistemi,  əmlakın  və  öhdəliyin, 

balansın  digər  maddələrinin  qiymətləndirilməsi,  kalkulyasiya  və 

təşkilatın  hesabatı  vasitəsilə  həyata  keçirilən  qaydalar  sistemi  və 

müəyyən üsullar təşkil edir. 

Elmin predmetinin məzmunu onun metodunun mahiyyətini dərk 

etməklə başa düşülür. Mühasibat uçotunun metodu üsul və qaydaları 

əhatə  edir,  onların  köməyi  ilə  də  mühasibat  uçotunun  predmeti 

öyrənilir. 

Mühasibat  uçotu  metodunun  əsas  elementləri  aşağıdakılardan 

ibarətdir; 

-

 



təsərrüfat hadisələrini müşahidə etmək üçün və onlara ilkin 

nəzarət etmək üsulu kimi SvƏiıədləşdirnid və 



invcntarlaşmadan; 

-

 



uçota alınan hadisələrin dəyər ölçüsü ilə 

qiymətləndirilməsindən və kalkulyasiya edilməsindən; 

-

 



təsərrüfat əməliyyatlarının qeyd etdirilməsi və cari 

qruplaşdırıl- ması üsulu kimi hesablar sistemində ikili 



yazılışdan; 

-

 



hesab qeydlərinin ümumiləşdirilməsi üsulu kimi balans və 

digər hesabat formalarının tərtib edilməsindən ibarətdir. 



Sənədləşmə 

-  mühasibat  uçotu  məlumatlarına  həqiqi  əsas  verən, 




Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə