Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  almaq yolu ilə onların keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə qeydiyyatdan keçirir



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə10/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   6   7   8   9   10   11   12   13   ...   323

21 

almaq yolu ilə onların keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə qeydiyyatdan keçirir. 

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər

o  cümlədən  istehsal,  kommersiya,  istehsal-kommersiya,  kredit  (banklar),  sığorta, 

elmi-tədqiqat,  məsləhət,  ictimai  və  qeyri-kommersiya  təşkilatları,  fondlar,  siyasi 

partiyalar, büdcədən maliyyələşdirilən dövlət və bələdiyyə təşkilatları və xidmətləri, 

kooperativ təşkilatları, təşkilatlann və sahibkarların birlikləri mühasibat uçotunu 

aparmağa borcludurlar. 

Bütövlükdə  mühasibat  uçotu  sistemi  təsərrüfat  subyekti  çərçivəsində 

məhdudlaşır. O təşkilatın əmlakı, öhdəlikləri və təsərrüfat əməliyyatları haqqında 

bütün  informasiyaları  əhatə  edir.  Ona  görə  mühasibat  maliyyə  uçotuna  xas  olan 

tamlığı və ardıcıllığı təsdiq etmək olar, bunlar idarəetmə uçotu, həmçinin statistik 

və operativ uçot üçün heç də vacib deyildir. Mühasibat uçotunda obyektlər dəyər 

ifadəsində əks olunurlar. 

Mühasibat  uçotu  təşkilat  və  firmalar  tərəfindən  tapşırıqların  yerinə 

yetirilməsinə  nəzarət  etmək  üçün  qərar  qəbul  edilən  vəzifəli  şəxslərə  faydalı 

informasiyaları verir. 

Mülkiyyətin  qorunması  uçotun  qarşısında  duran  mühüm  vəzifələrdən 

biridir.  Mühasibat  uçotunun  köməyi  ilə  təşkilatın  maddi  və  pul  vəsaitlərinin 

vəziyyəti və hərəkəti müşayiət edilir, maddi cavabdeh şəxslərin hərəkətinə nəzarət 

edilir, məhsullann hazırlanmasına çəkilən xərclər hesablanır və i.a. 

Mühasibat uçotunun ən vacib vəzifələrindən biri də təsərrüfatda ehtiyatların 

aşkara  çıxanimasından  və  istifadə  edilməsindən  ibarətdir.  Uçotun  köməyi  ilə 

istehsalın  artırılmasının  istifadə  edilməmiş  imkanlan  müəyyən  edilir,  təsərrüfat 

vəsaitlərinin  səmərəsiz  sərf  edilməsinin  səbəbləri  aşkara  çıxanlır,  təsərrüfat 

fəaliyyətində  çatışmamazlıqlarm  aradan  qaldırılması  yollan  və  onun 

yaxşılaşdınlması göstərilir. 

Mühasibat  uçotunun  daha  ən  vacib  vəzifələrindən  biri  əmək  alətləri  və 

materiallann  düzgün istifadə  edilməsinə,  maddi,  əmək  və  pul  ehtiyat-  lanna  ciddi 

qənaət rejiminin həyata keçirilməsinə nəzarət etməkdən ibarətdir. 

Mühasibat uçotu sistemində mütləq əks olunan obyektlərə aiddir: 

-

 



aktivlər  (torpaq,  tikili  və  avadanlıqlardan,  iş  heyvanlan  və  məhsuldar 

mal-qaradan,  maddi-istehsal  ehtiyatlarından,  qeyri-maddi  aktivlərdən, 

maliyyə investisiyalarından, pul vəsaitlərindən və b. ibarət olan təşkilatın 

əmlakı); 

-

 



xüsusi (nizamnamə, əlavə, ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət) və 

borc kapitalı (kreditlər və borclar); 


22 

-

 



öhdəliklər (hüquqi və fiziki şəxslərin borcları - debitor borcu; hüquqi və 

fiziki şəxslərə olan borclar - kreditor borcu); 

-

 



aktivlərin,  kapitalın  və  öhdəliklərin  tərkibində  dəyişiklik  əmələ  gətirən 

təsərrüfat əməliyyatları (təsərrüfat fəaliyyətinin faktlan). Onlar iki tərəfli 

ola  bilər,  daha  doğrusu,  bir-birindən  asılı  olmayan  tərəflər  arasında 

(misal  üçün,  alqı-satqı  zamanı)  və  birtərəfli  (satılmaq  üçün  mallann 

hazırlanması,  tikili  və  avadanlıqların  amortizasiyası  və  i.a.)  baş  verə 

bilər; 

-

 



müəyyən  edilmiş  vaxt  ərzində  (hesabat  dövrü)  təsərrüfat  subyektinin 

sahibkarlıq fəaliyyətinin (maliyyə-təsərrüfat) nəticələri. 

Mühasibat  uçotunun  nəzəri  və  metodoloji  əsasları,  onun  Azərbaycan 

Respublikasında təşkili Beynəlxalq mühasibat standartlan üzrə Komitə tərəfindən 

işlənib  hazırlanmış  və  dərc  olunmuş  ümumi  qəbul  edilmiş  mühasibat  uçotunun 

Beynəlxalq standartlanna əsaslanırlar. 

2.2.

 

Mühasibat uçotunun predmeti 

Vəsaitlər  və  öhdəliklər  formasında  olan  təşkilatın  əmlakı,  təsərrüfat 

əməliyyatları  vasitəsilə  həmin  əmlakın  təchizatı,  məhsulların  istehsalı  və  satışı 

sferalarında baş verən hərəkəti, habelə təşkilatın fəaliyyətinin nəticələri mühasibat 

uçotunun predmeti hesab olunur. 

Mühasibat  uçotu  predmetinin  mahiyyətini  başa  düşmək  üçün  uçotun  bu 

növünün  xüsusiyyətlərini,  onun  tətbiqi  sahəsini  və  ayrı-ayrı  elementlərini  və  ya 

obyektlərini müəyyən etmək lazımdır. 

Mühasibat  uçotunun  əsas  xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  hər 

şeydən  əvvəl  makroiqtisadiyyatın  ayrı-ayrı  sahələrində  tətbiq  olunur  və  burada 

təsərrüfatda  görüləsi  işlərin  yerinə  yetirilməsinə  ardıcıl,  gündəlik  nəzarət  etmək 

üçün xidmət edir. 

Mühasibat  uçotu  vasitəsilə  təkrar  istehsalın  bütün  prosesi  deyil,  ancaq 

təsərrüfat  vəsaitlərinin  hərəkətini  göstərən  təsərrüfat  hadisələri  əks  etdirilir.  Bu 

zaman mühasibat uçotunun fərqləndirici cəhəti ondan ibarətdir ki, bütün təsərrüfat 

hadisələri tam əksini dəyər formasında tapır. 

Mühasibat  uçotunda  dəyər  forması  olmayanlar  əks  olunmurlar.  Belə  ki, 

torpaq kənd təsərrüfatı istehsalının əsas vasitəsi olmasına baxmayaraq, mühasibat 

uçotunda əks etdirilmir, çünki o, təsərrüfatda pulla qiymətləndirilmir. 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə