Repk 0 ildə azərbaycan respublikasi təHSİl naziRLİYİ respublika elmi pedaqoji Kİtabxanasi



Yüklə 20,19 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix07.11.2018
ölçüsü20,19 Mb.
#77941
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
 
 
REPK 30 ildə
 
 46 
edən  dövlət  əhəmiyyətli  iş  hesab  edilir.  Kitabxananın  fəaliy-
yətində  bu  sahəyə  dair  maraqlı  cəhət  odur  ki,  1990-cı  ildə  3 
göstərici  çap  edilmişdir.  Onların  hər  üçü  rus  dilində  olsa  da, 
Azərbaycan oxucusu üçün də qiymətli vəsait hesab edilməlidir. 
Çünki  burada  geniş  elmi  mənzərə  verilmişdir.  Bunlardan  ikisi 
“Biblioqrafiçeskiy  ukazatel  avtoreferatov  kandidatskix  i 
doktorskix dissertasiy”, digəri isə”Ukazatel dissertasiy nauçno-
issledovatelskix  rabot  (na  mikronositelyax)”  adlanır.  “Biblioq-
rafiçeskiy  ukazatel  avtoreferatov  kandidatskix  i  doktorskix 
dissertasiy”  adlanan  bu  göstərici  1990-cı  ildə  36  səhifə  həc-
mində  150  nüsxə  ilə  çap  edilmişdir.  Göstəricinin  tərtibçisi 
R.T.Əliyeva,  redaktoru  isə  M.D.Əliyevadır.  Göstərici  giriş, 
mətn  və  yardımçı  aparatdan  ibarətdir.  “Giriş”dən  məlum  olur 
ki,  1984-cü  ildən  kitabxanaya  avtoreferatlar  daxil  olmuşdur”. 
220  nəfərin  namizədlik  və  doktorluq  dissertasiyası  haqqında 
avtoreferatlarına  aid  mənbələr  5  elmi  istiqamətdə  müəyyən 
edilmişdir.  
Qeyd etmək lazımdır ki, eyni mövzuya aid tərtib edilmiş 
ikinci göstəricinin həcmi daha böyükdür. O, 573 namizədlik və 
doktorluq dissertasiyası haqqında mükəmməl məlumat verməyi 
qarşısına  məqsəd  qoymuşdur.  Göstərici  1  yanvar  1988-ci  ilə 
kimi  kitabxananın  fonduna  daxil  olmuş  referatları  əhatə  edir. 
Bu  vəsait  1990-cı  ildə  100  səhifə  həcmində  150  nüsxə  tirajla 
çap  edilmişdir.  Göstəricinin  quruluşunda  əsas  yeri  mətn  tut-
maqla, 7 vərəq həcmində müəlliflərin adlar göstəricisinin əlifba 
sırasına  da  yer  ayrılmışdır.  Birinci  göstəricidən  fərqli  olaraq 
burada  hər  bir  müəllifə  məxsus  referata  öz  sahəsinə  uyğun 
olaraq şifrə verilmişdir. Əgər birinci göstəricidə 5 elm sahəsinə 
aid  referatlar  əks  edilmişdisə,  burada  9  elm  sahəsinə  aid 
məlumatlar  vardır.  Bunlardan  ikisi  “Xalq  təhsili.  Pedaqoji 


 
 
 
REPK 30 ildə
 
 47 
elmlər” və “İncəsənət” sahələri təkrar olunsa da, 7 elm sahəsinə 
aid məlumatlar ilk dəfə oxuculara çatdırılır: 

 
Dialektik materializm 

 
İnsan və heyvanların fiziologiyası 

 
Səhiyyə və tibb elmləri 

 
Sosial inkişaf  bütövlükdə 

 
Sosiologiya ictimai elmlərin ayrıca sahəsi kimi 

 
Mədəni-maarif işi 

 
Biblioqrafiya. Biblioqrafiyaşünaslıq 

 
Dilçilik  
Göstəricinin  elmi  işçilər,  müəllimlər,  ali  məktəb  tələbə-
ləri  və  aspirantlar  üçün  nəzərdə  tutulduğu  qeyd  edilmişdir. 
Göstəricinin  tərtibçisi  M.D.Əliyeva,  redaktoru  S.Q.Zeynalova-
dır. 
“Fəlsəfə”,  ”Kitabxana  işi.  Kitabxanaşünaslıq”;  “Bibli-
oqrafiya.  Biblioqrafiyaşünaslıq”;  “Arxiv  işi.  Arxivşünaslıq”.; 
“Xalq təhsili. Pedaqogika”; “Sosial psixologiya”; “Ümumi dil-
çilik”  bölmələrini  özündə  əks  etdirən  30  dissertasiya  və  elmi-
tədqiqat  işləri  haqqında  məlumat  verən  “Ukazatel  dissertasiy 
nauçno-issledovatelskix rabot (na  mikronositelyax)”adlı göstə-
ricinin  həcmi  balaca  olsa  da,  mənbəşünaslıq  nöqteyi-nəzə-
rindən  qiymətlidir.  Göstərici  1990-cı  ildə150  nüsxə  tirajla  çap 
edilmişdir. Onun tərtibçisi  “Elmi-məlumat və biblioqrafiya şö-
bəsi”nin  müdiri  Ş.Məmmədova,  redaktoru  S.Zeynalovadır. 
Ümumiyyətlə,  bu  qəbildən  olan  göstəricilərin  əhəmiyyyəti 
ondan  ibarətdir  ki,  onlar  həm  ölkədə  elmi  inkişafa  köməklik 
göstərməkdə  mənbə  rolunu  oynayır,  həm  də  biblioqrafiya-
şünaslıq  nöqteyi  nəzərindən  mühüm  yer  tutur.  Belə  vəsaitlərin 
çap  edilməsi,  öyrənilməsi,  tədqiq  edilməsi  kitabxana  işinin 
ümumi inkişafına sözsüz ki, müsbət təsir göstərir. Lakin ölkədə 


 
 
 
REPK 30 ildə
 
 48 
yaranmış  iqtisadi  çətinlik  bu  gözəl  ənənənin  davam  etdirilmə-
sinə sədd çəkmişdir.  
 
Şəxsi göstəricilər
 
REPK-nın  yaradıcılıq  fəaliyyətində  Azərbaycanda  peda-
qogika  sahəsinin  biblioqrafik  informasiya  təminatında,  bu  el-
min  milli  əsaslar  üzərində  formalaşmasında  xidmətləri  olan 
görkəmli  alimlərə həsr olunmuş biblioqrafik vəsaitləri də qeyd 
etmək  lazımdır.  Kitabxana  qarşısında  məqsəd  qoyaraq,  bütün 
varlığını  və  şüurunu  Azərbaycan  elminin  və  maarifinin  çiçək-
lənməsinə  sərf  etmiş  görkəmli  şəxsiyyətlərin  fəaliyyətini  təb-
liğat  və  tədqiqat  obyektinə  çevirməyi  asanlaşdırmaq  üçün 
biblioqrafik vəsaitlərin tərtibinə və nəşrinə başlamışdır.  
Bu  qəbildən  olan  mükəmməl  şəxsi  göstəricilərdən  biri 
Azərbaycanın ilk pedaqoq alimi, əməkdar elm xadimi, pedaqoji 
elmlər doktoru, professor Əhməd Yusif oğlu Seyidovun (1926-
1977-ci  illər)  yaradılcılığı  haqqındadır.  “Əhməd  Seyidov. 
Biblioqrafiya”  adlı  göstərici  1990-cı  ildə  52  səhifə  həcmində 
çap edilmişdir. Göstəricinin tərtibçisi  H.A.Musayev, redaktoru 
T.Ə.İsmixanova,  elmi  məsləhətçisi  pedaqoji  elmlər  doktoru, 
professor  H.Ə.Əhmədovdur.  Göstərici  özünün  orijinallığı, 
elmiliyi,  zəngin  material  əhatəliliyi, 
düzgün  sistemliliyi,  maraqlı  köməkçi 
aparatı ilə diqqəti cəlb edir. 
Göstərici  Azərbaycan  və  rus  dil-
lərində  olan  materiallar  əsasında  tərtib 
edilmişdir.  Göstəricidə  Ə.Seyidov  haq-
qında  elmi  məlumatlarla  yanaşı,  onun 
Azərbaycan  və  rus  dillərində  olan  142 
adda  kitabının,  dövri  mətbuatda  və 
məcmuələrdə  çap  olunmuş  elmi  əsər-


Yüklə 20,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə