Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

4.2.
 
Ətraf mühit sosial uyğunlaşması 
Təkcə insan mənimsədiyi əlavə enerjinin köməyi ilə özünün 
yaşadığı mühitin bütövlükdə xüsusi tələbatını uyğunlaşdırır, əsaslı 
surətdə çox qısa müddətdə təbii mühiti dəyişdirir. 
Belə sosial uyğunlaşma müsbət cəhətlərdən başqa insan üçün 
yeni problemlər yaratmışdır. 
Bundan başqa, heyvan orqanizmləri kimi, insan orqanizmi də 
həmin  təbii  təsirlərə  məruz  qalımş,  insanın  sosial  həyat  şəraiti, 
onun əmək fəaliyyətinin amilləri, bir sıra sosial amillər yaratmışdır 
ki,  onlara  da  uyğunlaşmaq  vacibdir.  Sivili-  zasiyamn  inkişafı  ilə 
əlaqədar onlann sayı da artır. 
Yaşama  mühitinin  genişlənməsilə  bağlı,  insan  orqanizmi 
üçün  tamamilə  yeni  şərait  və  təsiretmə  amilləri  meydana  çıxır. 
Məsələn,  kosmik  uçuşlar  zamanı  yeni  təsiretmə  kompleksləri, 
məhz çəkisizlik meydana çıxır. Bu, hipodinamika, sutkalıq rejimin 
dəyişilməsi, psixi yük və s, birləşir. 
İsti sexlərdə və ya soyuq iqlimdə fəaliyyət ifrat temperaturlara 
adaptasiyanın genişlənmiş diapazonunu tələb edir. Özünün xidməti 
vəzifəsini yerinə yetirərkən insan səs-küyə, işığın dəyişməsinə və 
s. uyğunlaşmağa məcburdur. 
Fiziki əmək maşın və mexanizmlərin işini ləngidir. Bu, fiziki 
gərginliyi  aradan  qaldırır,  lakin  burada,  ilk  növbədə,  stress, 
hipodinamika, nevrozlar və s. irəli çıxır. Əsəb-psixi gərginlik fiziki 
gərginliyi dəyişir, bu proses ən çox şəhərlərdə özünü büruzə verir. 
İri  şəhərlərdə  təbii  mühit,  həyat  ritmi,  əmək  və  məişətin 
psixoemosional  şəraiti  dəyişir,  iqlim  də  pozulur.  Günəş  radia- 
siyasımn  intensivliyi  ətraf  ərazilərə  nisbətən  şəhərlərdə  15-20% 
aşağıdu*,  lakin  orta  illik  temperatur  burada  yüksəkdir  (təxminən 
1,5°C),  sutkalıq  və  mövsümi  tərəddüd  əhəmiyyətli  dərəcədə 
zəifdir,  tez-tez  dumanlar  baş  verir,  yağıntılar  intensivdir  (orta 
hesabla 10%-ə qədər), atmosfer təzyiqi aşağıdır. 
Praktiki olaraq, bütün bu dəyişikliklər insanın fiziki və psixi 
sağlamhğına mənfi təsir göstərir. 
İnsan təbiətin bir hissəsidir, o, ancaq öz parametrlərindən 
90 


artıq hüdudlanan mühitdə yaşaya bilər, tnsamn böyük şəhərlərdə 
həyat  mühiti  orqanizmə  sosial  və  ekoloji  təsirin  mürəkkəb 
sistemini  təzahür  etdirir.  Bu  isə  şəhər  sakininin  psixikasına  öz 
təsirini  göstərməyə  bilməz,  lakin  mühitin  bu  təsiri  nəticəsində 
şəhərə köçmüş kənd əhaüsinin əhəmiyyətli maddi vəziyyəti, əmək 
və  istirahətinin  xarakteri,  məişət  şəraiti,  bir  sözlə,  həyat  siması 
dəyişir. 
Şəhər sakini böyük psixoloji gərginlik tələb edən məsələləri 
həll  etməh,  iş  vaxtını  uzatmalı,  istirahət  saatlarmı  azaltmah  və 
daim vaxtımn çatmamasını hiss etməlidir. Digər tərəfdən, hər gün 
hədsiz informasiyalar adamların çox yüklənməsinə gətirib çıxanr, 
nəticədə  onlar  buna  əsəbi  halda  reaksiya  verir  və  beləliklə 
«sivilizasiya xəstəliyi» yaranır. 
Elmin, texnika və iqtisadiyyatın hazırkı əsrdə sürətlə inkişafı 
getdikcə  artan  sosial  dəyişikliklər  xarakteri  ahr,  halbuki  Ijelə 
vaxtda  bioloji  proseslər  çox  ləng  dəyişir.  Bu  «sivilizasiya 
xəstəliyi»n birinci səbəbidir. 
İnsan  və  heyvanlarda  mənfi  emosiyalar  qanda  adrenalinin 
böyük miqdarının ayrılması ilə müşayiət olunur. O, eyni zamanda 
psixi gərginlik, qəzəb və qorxu zamanı da xaric edilir. Adrenalin 
ürək  fəaliyyətinin  qüvvətlənməsinə  və  qan  təzyiqinin  artmasına 
səbəb  olur,  qanın  laxtalanmasmı  sürətləndirir,  bronxIarın 
məsafəsini artırır, mədə və bağırsaqların işini ləngidir, yorğunluq 
zamanı  köndələn-zolaqh  əzələlərin  işini  stimullaşdırır.  Belə  bir 
hərəkət onunla şərtlənir ki, heyvan və insanların əcdadları mənfi 
emosiyalardan sonra intensiv fiziki ağırhq-qaçma və  ya güləşmə 
ilə məşğul olur. Ona görə də meydana çıxan katexolaminlər fiziki 
gərginhk zamam sərf edilirdi. Müasir insanda fiziki ağırlıq heç də 
mənfi  emosiyalardan  sonra  gəlmir  və  sərf  edilməmiş 
katexolaminlər histotoksiki təsir göstərməyə başlayu. Hər şeydən 
əvvəl  onlar ürək  əzələlərinə və damar divarının hamar  əzələsinə 
təsir göstərərək, mio- kardda mikronekrozlarm inkişafına və ürək 
ritminin  pozulmasına  səbəb  olur.  Reaksiya  verilməyən 
emosiyalann  nevrozu  ürək  əzələləri  nevrozunun  baş  verməsi, 
ateroskleroz, hiperto- niya xəstəlikləri, xora xəstəlikləri, eləcə də 
psixi sağlamlığın 
91 


pozulması əsasında meydana çıxa bilər. 
Sənayesi  inkişaf  etmiş  cəmiyyətdə  əməyin  sosial-iqtisadi 
nəticəsi  insamn  təşəbbüs  və  qabiliyyətindən  asılıdır.  Bu,  ən  çox 
şəhər  növləri  fəaliyyətində  özünü  göstərir,  belə  şəraitdə  şəxsi 
təsərrüfatın  və  bacarıq  sayəsində  alınan  gəlirin  bir  neçə  dəfə 
artması  imkanı  əldə  edilə  bilər.  Qeyd  edilənlər  insanlar  arasında 
rəqabəti əhəmiyyətli dərəcədə artırır. 
Sosial  şərait,  informasiya  və  intellektual  ağırlıq  şəhər 
sakinlərində  psixi  yorğunluğa  və  emosional  stressə  səbəb  olur. 
Onlar mədə xora xəstəliklərinin, 4/5 hallarda infarkt miokar- dın 
səbəbkarı olurlar. Konfliktli şərait, insana yaxın olan sosial mühit 
intizamsızhğı emosional stresslərlə müşayiət olunur. 
Urbanizasiya,  xüsusən  onun  qüvvətlənmiş  tempi  ziyanlıdır, 
çünki  bu,  əvvəlki  həyat  tərzinin  dağılması  ilə  əlaqədardır  və 
şəxsiyyətin  köklü  dəyişilməsini  tələb  edir.  Müasir  adamlar  çox 
mürəkkəb  şəraitdə  olurlar,  belə  ki,  cəmiyyətin  tarixi 
dəyişilmələrinin  sürəti  ayrı-ayrı  adamların  həyat  vaxtı  ilə  ortaq 
ölçülü olmuşdur. 
İnsanda xəstəliyə aparan stressləri hansı sosial şərait yaradır? 
Ailələrin  dağılması  ərlə  arvadın  xəstəlik  göstəricilərini  10  qat 
artırır, eləcə də boşanmadan sonra 1 il müddətində onlann ölümünə 
səbəb olur. Bu zaman boşanma təkcə şəxsi  münasibətlərlə deyil, 
eyni zamanda ölkə iqtisadiyyatının vəziyyəti, sosial dəyişikliklərin 
sürəti  və  informasiya  tempi  ilə  də  əlaqədardır.  Çoxsayh 
tədqiqatlardan  aydın  olur  ki,  iş  yerinin  itirilməsi  də  xəstəliklərə 
səbəb olur. Urbanlaşmış mühitdə fəaliyyət növlərinin çoxu, xüsusi 
xidmət  sahəsində  insanlar  intensiv  və  uzunmüddətli  ünsiyyətlə 
bağhdır,  bu  da  onların  emosional  davamlılığına  yüksək  tələblər 
irəli sürür. 
Stress  şəhərdə  yaşayan  adamlar  üçün  gündəlik  vəziyyət 
olmuşdur.  Onlar  onu  dünyaya  gəldikləri  vaxtdan  qocahğa  qədər 
hiss edirlər. 
Həftənin  sonuna  yaxın  yorğunluğun  artması  mükəmməl 
istirahət tələb edir. Yorğunluğun hiss edilməsi adi bir hal olmayıb, 
xarici və daxili mühitdən daxil olan qıcıqlandıncılara orqanizmin 
əvvəlki üsullarla cavab verməyə imkan olmadığını 
92 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə