Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   2   3   4   5   6   7   8   9   ...   65

ÖN söz 
Azərbaycan  Respublikasında  son  illərdə  Ümummilli  lider 
Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham 
Əliyevin  uğurla  həyata  keçirdiyi  siyasətin  nəticəsində  ölkəmiz 
sürətlə  inkişafdadır  və  bu  inkişaf  bütün  sahələri  əhatə  edir.  XX 
əsrin  sonu  və  XXI  əsr  elmin  nəzəri  diqqətinin  məhz  insana 
yönəlməsi  ilə  istiqamətləndi.  Antropoloji  problemlər  cərgəsində 
fəaliyyət  göstərən fəlsəfi konsepsiyalar subyektiv- antropoloji  və 
obyektiv-antropoloji qruplar adı altında tamnırlar. Hər iki qrupun 
tədqiqat  obyektinin  nəticəsi  olan  insan  əxlaqi,  idraki,  dini  və  s. 
dəyərlərin məcmusu kimi dünyam yaradır, çünki bu mövqe onun 
həyatının  əsas  məğzi  və  mənasıdır.  Antropologiya  problemləri 
əsasən üç istiqamətdə formalaşmışdır. Bu baxımdan sosiobioloqlar 
insan  və  onun  davranışım  bioloji  qanunlarla  əlaqələndirirlər  (K. 
Lorens, Uilson, R. Orivers, R. Aleksander). 
David Yum «İnsan təbiəti haqqında traktat» əsərinin girişində 
yazır:  «Dünyaya  elmdə  yenilik  gətirməyə  iddia  edən  adam  üçün 
sələflərinin  təqlid  etdikləri  bütün  sistemləri  qınamaqla 
özününküləri öyrənmək üçün mühit hazırlamaq qədər ali və təbii 
olan heç bir şey yoxdur». 
Əslində  biz  insan  ekologiyasını  öyrənərkən  dünyamn, 
dünyam öyrənərkən insamn təbiətini öyrənmiş oluruq, tnsan varhq 
kimi  dünyanın  özündə,  dünyamn  mahiyyəti  isə  insamn 
mahiyyətindədir.  Bu  əlaqəni  hələ  əsrin  əvvəllərində  Berdyayev 
belə  ifadə  etmişdir:  «İnsamn  varhğı  anlaması  insamn  ösmndə 
gizlənmişdir».  İnsamn,  həyatm  və  dünyamn  həqiqətləri  bu-  bilgi 
yumağı  kimidir.  İnsamn  bu  yumağı  açmasının  ip  ucu  onun  öz 
mahiyyətidir.  Allaha  çatmağın  yolu  belə  insandan  başlayu:. 
İnsamn öyrənməsi, onun sərbəst düşünmək mənada dərk olunma 
zərurətini yaradır. İnsan özü dərk etməyə başladığı andan etibarən 
əbədi həyat istəyi onu fəth etmişdir. 
İnsan  varhğm  ali  pilləsi,  inkişafın  son  məhsulu  və 
təkmilləşmiş  varlıqdır,  tnsam  Özündən  əvvəlki  fiziki  və  bioloji 
varhqlardan fərqləndirən əsas keyfiyyəti ağıla malik olmasıdır. 


tnsan  mahiyyəti  onun  əmələgəlmə  prosesi  ilə  sıx  bağlıdır. 
Müasir elmi təsəvvürlərə görə insan digər canlılarla birlikdə eyni 
mənşədən  inkişaf  edərək  dəyişmələr  nəticəsində  bugünkü  halına 
çatmışdır.  Cismin  xarici  təzyiqlərə  cavabı  qüvvələr  nisbətindən 
asılı  olaraq  ya  dəyişir,  yaxud  da  dağılır.  Bu,  cisimlərin  fiziki  və 
kimyəvi  xassələri  kimi  təzahür  edir.  Bioloji  varlıqlar  fiziki 
cisimlərdən  fərqli  olaraq  xarici  təzyiqlərə  fəal  cavab  verirlər. 
Bioloji  varlıq  bu  üsulla  mövcudluq  imkanını  xeyli  artırmış  olur. 
İnsan xarici təsirlərə həm fiziki, həm də bioloji varlıqların üsulları 
ilə,  həmdə  onlardan  fərqli  üsulla  cavab  verir.  Aydındır  ki,  insan 
ağlı təhlükəni xarici təzyiqlərə qarşı başqa varlıqları qoymaqla dəf 
edir. Bu da onun sosial fəaliyyətinin kompleksi kimi təzahür edir 
və  onun  mövcud  olmaq  imkanlarını  başqa  varlıqlara  nisbətən 
artırır.  Mahiyyətinə  görə  bütün  varlıqları  fiziki,  bioloji  və  sosial 
mahiyyətli  varlıqlar  kimi  üç  qrupa  bölmək  olar,  insanın  fiziki 
mahiyyəti  ilə  bioloji  mahiyyəti  arasında  və  bioloji  mahiyyəti  ilə 
sosial  mahiyyəti  arasındakı  nisbət  varlıqların  bir-birindən  hansı 
millətlərdə meydana gəlməsinə mütənasibdir. İnsan mahiyyətinin 
təzahürlərinin  ətrafla,  təbiət  və  cəmiyyətlə  əlaqəsi  ikitərəflidir, 
qıcıqlar insan bədəninə təsir edib, onda insana məxsus davranış və 
bioloji reaksiyalar törətdiyi kimi, insan da öz növbəsində qıcıqlara 
təsir etmək qabiliyyətindədir. Ətraf mühitin, bioloji varlıqların həm 
kəmiyyətinə,  həm  də  keyfiyyətinə  təsir  göstərməsi  şübhə 
doğurmur. Lombraro hesab edir ki, ətraf mühitin dolayısı ilə dahi 
adamların doğulmasma təsiri onun dəlilərin doğulmasına təsiri ilə 
analogiya təşkil edir. Bu həmçinin yaradıcılığa da aiddir. Coğrafi 
mühit insanın digər qabiliyyətlərinə də təsir edir. F. De Laroşfıko 
qeyd  edir  ki,  insan  ağlı  və  ürəyi,  həmçinin  onun  nitqi,  xarakteri 
doğulduqları ölkənin və ya ərazinin nəqşəsidir. 
Təbiət və cəmiyyətdə ekoloji vəziyyəti, inkişaf imkanları və 
insan  potensialınm  realizə  edilməsi,  məsəl,  uzun  və  layiqli  ömür 
sürmək imkanı iqtisadi, sosial, mədəni həyat səviyyəsindən kifayət 
qədər asılı olmasına baxmayaraq, bu hər zaman müəyyənləşdirici 
faktor kimi qiymətləndirilə bilməz. Buna 



sübut  olaraq,  yuxarıda  faktları  nəzərdən  keçirmək  kifayətdir, 
İnsanın  təbiətdə  yeri,  onun  cəmiyyətdə  vəziyyəti,  onun  şəxsi 
potensialının  həyata  keçirilməsi,  yəni  uzunmüddətli  və  layiqli 
yaşaması  üçün  şəraitin  formalaşması  ölkədə  olan  iqtisadi 
vəziyyətdən  çox  asılıdır.  Ölkədə  iqtisadiyyatın  yüksək  səviyyədə 
olması  cəmiyyətin  yaşayış  şəraitinin  yaxşılaşdırılmasına  imkan 
verir, onun sağlamlığını qorumaq və savadını artırmaq üçün şərait 
yaradır, 
İnsan  ekologiyasının,  ətraf  mühitin  qorunması  və  biomüx- 
təlifliyin  mühafizəsinin  insan  sağlamhğı  və  uzunömürlülüyünə 
təsiri böyük olduğundan, onun keyfiyyətini qiymətləndirmək üçün 
bir  sıra  beynəlxalq  göstəricilərdən  istifadə  olunur.  Bu 
göstəricilərdən  biri  mövcud  olan  qoruqların,  yasaqların  və  digər 
qorunan təbii sahələrin ölkənin ümumi sahəsinin neçə faizini təşkil 
etməsi  ilə  bağlıdır.  Azərbaycan  Respublikası  ərazisinin  5,5%-ni 
qoruqlar  və  yasaqlar  təşkil  edir  və  ümumdünya  göstəricisindən 
(9,5%) az olsa da, bir sıra ölkələrin göstəricilərindən yüksəkdir. 
Təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqəsi  sosial-coğrafi 
problemlərin formalaşmasına təsir göstərən, insan və ətraf mühitin 
dialektik yekdilliyidir. İctimai strukturların təbiətin və onları əhatə 
edən  mühitlə  əlaqəsini  öyrənən  elmi  sahələrin  birləşməsi  sosial 
ekologiya elminin əsasını təşkil edir. İnsan Yer kürəsi biokütləsinin 
tərkib  hissəsi  kimi,  özünün  bütün  təkamülü  boyunca  mühitdən 
bilavasitə  asılı  vəziyyətdə  olur.  İnsanın  və  mühitin  dinamik 
yekdilliyi  nə  qədər  yüksək  olarsa,  insanların  sağlamlığım  əks 
etdirən  «həyat  keyfiyyəti»  də  o  qədər  yaxşı  olar.  İnsan  biososial 
növ kimi həm bioloji, həm də sosial qanunlara tabedir, ona görə də 
insan  Yer  kürəsində  vahid  biososial  növdür.  Məhz  buna  görə  də 
müəllifin  təqdim  etdiyi  bu  əsər  olduqca  aktualdır.  O  cümlədən, 
elmi-praktik  əhəmiyyətə  malikdir.  Bu  kitab  insan,  bəşəriyyət, 
təbiət və ətraf mühit münasibətlərinin qarşılıqh fəaliyyətinin dərk 
edilməsində  mühüm  əhəmiyyətə  malik  bir  əsər  kimi  bizim 
tərəfmüzdən yüksək qiymətləndirilir. 
D.E.Yusifovun qələmə aldığı «İnsan: təbiət və cəmiyyət» 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə