Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə246/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   242   243   244   245   246   247   248   249   ...   253

 

 

763



Sözardı 

əvəzi 


bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik 

və  təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə 

isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azər-

baycan xalqı bundan sonra daha da yaxşı yaşayacaqdır. Bütün 

bu məqsədlərimizə çatmaq üçün biz gərək səmərəli işləyək”

1



Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm 

demokratiyanın olduğu dövlət qurmaq istiqamətində durmadan 

irəliləyir. Bu dövlətdə insan hüquqları, vətəndaş azadlıqları və 

siyasi azadlıqlar tam şəkildə  təmin ediləcəkdir. Azərbaycan 

rəqabətədavamlı bazar iqtisadiyyatı ölkəsinə çevrilməyə çalışır. 

Elə bir ölkəyə ki, burada mülkiyyət hüquqları etibarlı  şəkildə 

qorunub, iqtisadi azadlıqlar isə insanların vicdanla işləyib qa-

zanc  əldə etməsinə, heç bir qorxu və  məhdudiyyət olmadan 

qazanc əldə etməsinə imkan verir. Tamamilə aydındır ki, Azər-

baycan müasir, yaxşı təchiz olunmuş və mobil silahlı qüvvələrə 

malik olan güclü ölkəyə çevriləcəkdir. Onun ordusu ölkənin və 

vətəndaşların milli mənafelərini müdafiə etməyə hazır ola-

caqdır. Özünün iqtisadi, siyasi və hərbi potensialından istifadə 

edərək, tezliklə qarşıya qoyulmuş məqsədə nail olacaq – işğal 

olunmuş  əraziləri azad edəcək ölkəyə çevrilmək üçün bizim 

kifayət qədər ehtiyatımız vardır. 

Bütün bunlar insanların həyatı üçün layiqli şəraiti təmin 

edəcək və Azərbaycanın istisnasız olaraq bütün dövlətlərlə 

bərabər tərəf kimi əlaqə saxlamasına imkan verəcəkdir. 

İnsanlar bu cür ölkə ilə sadəcə  fəxr etməyəcək, onlar bu 

ölkənin sərvətlərini artıracaq, milli tarixi öyrənəcək, yadda 

saxlayacaq və ona hörmət edəcəklər. Bu, bizim strateji 

məqsədimizdir. Lakin bu məqsədə nail olmaq üçün intel-

lektual qüvvələri cəmləşdirmək, səfərbər etmək, hakimiy-

                                                 

1

 



Üçüncü çağırış Milli Məclisin sessiyasının açılışında Prezident 

İlham Əliyevin nitqindən. Bakı, 2 oktyabr 2006-cı il.

 



 

 

764 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yət orqanlarının, vətəndaş cəmiyyətinin, ölkənin bütün və-



təndaşlarının birgə  səyləri tələb olunur. Biz yalnız aydın 

və  dəqiq məqsədlər  əsasında başlıca ümummilli problem-

lərin həllinə nail olmaq üçün birləşə bilərik. 

Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, 

demokratikləşmə prosesinin genişlənməsi, hüquqi dövlətin 

qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət 

deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca 

şərtdir. “Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın 

seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial 

islahatların paralel şəkildə aparılması Azərbaycanı 

hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan 

sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə  də 

müsbət təsir göstərir. Ona görə siyasi və iqtisadi 

islahatların davam etdirilməsi zəmanənin tələbidir.  Əgər 

biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, 

bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr 

düşür... Biz birlikdə buna nail olmalıyıq”

1

.  



Bu kitabda mən bir sıra məsələlərə, xüsusən Azərbaycana 

aid məsələlərə toxundum. İndiki iqtidar bu suallara cavab 

verə biləcəkmi? Düşünürəm ki, bəli, biləcək. Biz xalqda 

yüksək vətənpərvərlik hissləri tərbiyə etməli, demokratik 

dəyərləri ona ardıcıl surətdə  aşılamalı, onu dövlət 

müstəqilliyi və Azərbaycan cəmiyyətinin dünyəvi xarakteri 

uğrunda mübarizəyə sövq etməliyik. Yalnız ölkə üçün 

böhranlı anlarda xalq özünün yetkin sosium olmasını 

göstərəndə biz arxayınlaşaraq deyə bilərik: bəli, Azərbaycan 

xalqı zamanın sınağından uğurla çıxmış, müasir, tərəqqi 

edən, güclü demokratik dövlət yaratmışdır. 

                                                 

1

 

Üçüncü çağırış Milli Məclisin sessiyasının açılışında Prezident 



İlham Əliyevin nitqindən. Bakı, 2 oktyabr 2006-cı il.

 



 

 

765



Terminlər 

lüğəti 


 

Terminlər lüğəti 

 

 

 

 Absorbsiya (lat. absorptio – udma, absorbeo – uduram 

sözündən) – udma, udulma. 

 Absorbsiya etmək – udmaq, canına çəkmək. 

  Aqregirləşdirmə – bu və ya diğər qrupun vahid siyasi 

tələblərinin işənib hazırlanması  çərçivəsində müxtəlif 

mikroqrupların mövqelərini razılaşdırmağın texnologi-

yası. 


 Acornamento – müasir neotomizmin ekzisentializmin, 

fəlsəfi antropologiyanın, gemenevtikanın, fenomenolo-

giyanın, habelə linqvistika fəlsəfəsinin, neopozitivizmin 

və qismən kantçılığın və koqnitiv psixologiyanın fəlsəfi 

ideyalarının katolik teologiyası  tərəfindən assimilya-

siyasına istiqamətlənmiş inkişaf meyli. 

 Aksiologiya – dəyərlər haqqında təlim. 

 Aktor – praktik olaraq fəaliyyət göstərən subyekt. 

 Ambivalentlik – əks-yönlü hiss və hərəkətlərdə təzahür 

edən ikililik. 

 Annihilyasiya (lat. annihilatio,  an – doğru, tərəf və 

nihil – heç nə sözlərindən) – yoxolma, məhvolma. Zər-

rəciklə antizərrəcik toqquşduqda onların elektromaqnit 

şüalanmasına – fotonlara, yaxud digər zərrəciklərə – 

başqa xassəli fiziki sahənin kvantlarına çevrilməsi pro-

sesini adlandırmaq üçün işlədilir. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə