Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə244/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   240   241   242   243   244   245   246   247   ...   253

 

 

757



Sözardı 

əvəzi 


Azərbaycanda yeni bir paradiqma formalaşır – cəmiyyət daha 

açıq, fərdin imkanları isə daha geniş olur. 

Azərbaycan cəmiyyətinin mərhələli demokratikləşməsin-

də kütləvi informasiya vasitələri mühüm yer tutur. Hazırda 

Azərbaycanda həm iqtidarın və müxalifətin mövqelərini, 

həm də bu və ya digər sosial qrupların müstəqil mövqelərini 

əks etdirən 2600-dək informasiya orqanı vardır. Təbii ki, 

azad kütləvi informasiya vasitələri demokratik inkişafın 

prioritet amilidir, müstəqil “dördüncü hakimiyyət” isə ictimai 

tərəqqinin güzgüsü rolunda çıxış edir. Buna görə  də 

Azərbaycanda onların maneəsiz fəaliyyəti üçün əlverişli 

şərait yaradılmışdır: Prezident Heydər  Əliyevin, daha sonra 

Prezident  İlham  Əliyevin müvafiq qərarları ilə  qəzetlər 

dəfələrlə dövlət borclarından azad edilmiş; vergilərin ödənil-

məsindən tamamilə azad olunmuş; KİV-lərin yaradılmasına 

və sərbəst fəaliyyətinə mane olan hər cür bürokratik əngəllər 

ləğv edilmişdir. Azərbaycanda qəzet təsis etmək üçün yalnız 

onun fəaliyyətə başlamasının bəyan olunması lazımdır, bu da 

inkişaf etmiş demokratiyalarda qəbul olunmuş standartlara 

uyğundur. Prezident İlham  Əliyev demişdir: “Söz azadlığı-

nın, mətbuat azadlığının təmin olunması bizim prioritet 

məsələmizdir. Azərbaycan bu sahədə böyük uğurlara nail 

olmuşdur... Biz Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə 

qoşulduq. Fəaliyyət proqramında siyasi islahatların davam 

etdirilməsi də öz əksini tapmışdır, yəni bu, bizim seçi-

mimizdir.  Əgər biz bu fikirdə olmasaydıq, heç kim bizi 

məcbur edə bilməzdi ki, bu razılaşmalara gedək. Bu, bizim 

seçimimiz, bizim istəyimizdir, bizim iradəmizdir”

1



Lakin transformasiya mərhələsi müstəqil mətbuatın və 



müxalifət mətbuatının təşəkkülü və fəaliyyəti məsələsinə öz 

                                                 

1

 

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsindən, 28 noyabr 2006-cı il.



 


 

 

758 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

düzəlişlərini edir. Qəzet və jurnalların  əksəriyyətində peşə-



karlıq problemi hələ  də aktual olaraq qalır. Müxalifət KİV-

lərində dərc edilən materiallar heç bir informasiya yükü daşı-

mır, amma əvəzində, bulvar məqalələri gen-bol çap olunur. 

Müvafiq partiyaların mətbu orqanları olan bu qəzetlər həmin 

partiyaların ruporudur və yalan, çirkin şayiələr yaymaq, 

siyasi əleyhdarlardan, bir sıra hallarda isə siyasət məkanında 

özlərinin keçmiş müttəfiqlərindən heyfini çıxmaq funksiya-

sını yerinə yetirir. Müxalifətçi KİV səhifələrində cəmiyyətin 

həyatı ilə bağlı aktual siyasi problemlərə  və ya mənəviyyat 

problemlərinə dair yüksək peşəkar səviyyədə hazırlanmış heç 

bir analitik məqaləyə rast gələ bilməzsiniz. 

Təbii ki, keçid dövrünün çətinlikləri sosial gerçəkliyin ba-

şa düşülməsi ilə əlaqədar müəyyən problemlər yaradır, lakin 

vaxt daim irəli gedir. Buna görə də demokratik təsisatlar in-

kişaf etdikcə, cəmiyyət aparıcı siyasi təşkilatların informasi-

ya orqanları roluna iddia edən “bulvar mətbuatı”na münasi-

bətdə barışmaz və tənqidi mövqe tutmalıdır. Cəmiyyət onun 

maraqları ilə oynamağa, yalançı manipulyasiyalara, özlərinin 

cılız məqsədlərinə çatmaq naminə kliyentalist qruplarından 

istifadə etmək cəhdlərinə dözmür. Cəmiyyət düzgün və 

etibarlı informasiya əvəzinə, oxucuya bu nəşrin tirajını  hər 

vəchlə artırmaq məqsədi ilə yazılmış materiallar “sırıyan” 

mətbu orqanlara etimadın dərəcəsini qiymətləndirməlidir. 

Mass-media aləmində “bulvar mətbuatı”nın tirajı, həqi-

qətən daha böyük olur və çox vaxt elmi strukturların mətbu 

orqanları  və ya dövlət orqanları  tərəfindən dəstəklənən küt-

ləvi informasiya vasitələri ilə müqayisədə öz xərcini daha 

çox çıxara bilir. Bu cür nəşrlərə maraq fərdlərə ta qədimdən 

xas olan “çörək və tamaşa” əldə etmək istəyindən irəli gəlir. 

Bu, tamamilə anlaşılandır. Lakin partiyalara məxsus olan və 

yaxud “müstəqil” mətbuat və  şəbəkə resursları bulvar mət-



 

 

759



Sözardı 

əvəzi 


buatının analoquna çevriləndə, bu qəzetlərin məxsus olduğu 

siyasi liderlərin səmimiliyinə  və onların siyasi fəaliyyət 

qabiliyyətinə ciddi şübhə yaranır. Bəzi radikallar müxalifətin 

durğunluq dövründə olduğunu başa düşərək yalan, saxta-

karlıq, diffamasiya və dezinformasiya vasitəsilə öz nəşrlərinə 

və partiyalarına marağı artırmağa çalışırlar. 

Son on ildən artıq dövrdə milli müxalifət, xüsusən onun ra-

dikal qanadı ictimaiyyəti hər vasitə ilə inandırmağa çalışır ki, 

Azərbaycan demokratikləşmə yolu ilə irəliləmir, əksinə, ölkə-

də avtoritarizmin bərqərar olması prosesi gedir. Heç şübhəsiz 

ki, bu cür bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur. 

Həqiqət başqa müstəvidədir və müxalifət bunu ya şüurlu su-

rətdə  qəbul etmək istəmir, yaxud da özü “yeniyetmə” vəziyyə-

tində olduğuna görə onu dərk etməyə qadir deyildir. Ümumiy-

yətlə, müasir Azərbaycan cəmiyyəti, onun barışmaz müxalifət 

hissəsi istisna olmaqla, demokratik dəyərlərə kifayət qədər uğurla 

yiyələnir. Deməli,  əgər ölkənin demokratikləşməsi prosesində 

müəyyən çatışmazlıqlar varsa, müxalifət bunun səbəbini ilk 

növbədə özündə axtarmalıdır, çünki siyasi məkanda münaqişənin 

mənbələri iqtidarda deyil, müxalifətin öz daxilindədir. 

Ölkənin demokratikləşdirilməsi təkcə iqtidarın deyil, bü-

tün cəmiyyətin vəzifəsidir. Deməli, bu problemin həllində 

müxalifətin də çiyninə müəyyən yük düşür. Lakin məsələnin 

mahiyyəti ondan ibarətdir ki, milli müxalifətin əl-qolu daxili 

avtoritarizmlə bağlanmışdır. Müxalifət bu sosial “azardan” 

yaxa qurtarmayınca demokratik prosesdə özünün iştirakının 

rolunu, yerini və əhəmiyyətini müəyyən edə bilməyəcəkdir. 

Təsisçiləri indiki iqtidarı o qədər də sevməyən “Novoye 

vremya” qəzeti (Azərbaycan) 2006-cı il dekabrın 20-də ABŞ 

dövlət katibinin köməkçisi Barri Lovenkronun Azərbaycana sə-

fərinə geniş bir məqalə həsr etmişdi. Vaşinqtondan gəlmiş yük-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə