RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə91/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

319 
erudisiyasını inkişaf etdirməkdir. Bu uşaq oyunu xalq 
arasında o qədər geniş yayılmışdır ki, bəzən hətta 
kəndirbaz oyunlarının  əvvəlində  də tamaşaçıları 
əyləndirmək üçün nəzərdə tutulur, oyun başlanmazdan 
əvvəl iki hazırcavab uşaq meydanda deyişir. Onlar 
əvvəlcə  rəqəmlərlə höcətləşirlər, sonra isə adi sözlərə 
keçirlər, kim cavab tapa bilmirsə, o, məğlub olmuş 
sayılır. Məsələn, uşağın biri deyir: 
- Denən bir. 

Bir. 
- Yerə gir. 
- Denən beş. 
- Beş. 
- Yeri eş. 
Acıtmanın bir xüsusiyyəti də qarşısındakını lağa 
qoymaqdır. A.Nəbiyevin qeydə aldığı  mətnlərdə qarşı-
qarşıya höcətləşmə yoxdur, orada kimlərinsə  mənfi 
xasiyyətlərini lağa qoyma təşəbbüsü sezilir. Məsələn, 
“Fatma, Tükəzban, Zibeydə bir can. Tükəzban söyər, 
Fatma öyünər. Gülnisə şərçi, Fatma xəbərçi” acıtmasında 
qadınların xarakteri açılır. Bu cür acıtmalar tərbiyəvi 
əhəmiyyət daşıyır. Acıtmaların arasında poetik səslənən 
nümunələr də vardır. Aşağıdakı nümunəyə diqqət yetirək. 
 
Həsənağa                      Verdi qonağa 
Doldu yarağa                 Qonaq yemədi 
Mindi ulağa.                  Saldı yağa. 
Sürdü bağa.                  Başladı 
qovurmağa… 
Bir quş vurdu                Qoydu qabağa, 
O da qurbağa                 Vurdu damağa, 
Qoydu çanağa                Düşdü yatağa. 
 
Bu acıtmada bir şəxsin lağa qoyulmasından söhbət 


320 
gedir. Heca vəzninin (4 və 5-lik) qədim formasında 
yaranan bu parçada qafiyə sistemi əvvəldən axıradək eyni 
səslərin ritmik təkrarı yolu ilə alliterasiya olunur. 
 
Uşaq nəğmələri.  
Həm uşaq folklorunda, həm də ümumiyyətlə, 
folklorda uşaq nəğməsi özünün spesifik xüsusiyyətləri ilə 
başqa kiçik janrlardan fərqlənir. Məsələn, uşaq 
nəğmələrinə melodiklik cəhətdən yanaşsaq, bu nəğmələrdə 
olan melodiyanı, musiqiliyi başqa janrlarda görə bilmərik, 
hətta uşaq nəğmələrinin melodiyasını belə janrlara tətbiq 
etsək, yenə  həzinliyin, musiqiliyin, məsələn, acıtmalarda 
alınmadığını görərik. Uşaq nəğmələrində musiqiliyin 
şeirin daxilində olduğunu müşahidə edə bilərik. 
A.Nəbiyev də  uşaq nəğmələrindəki ahəngin, ritmin, 
musiqinin düzgülərdən gələ biləcəyini göstərərək, düzgü 
mətninin sadələşərək sadə mahnı  şəklinə çevrildiyini 
təsdiq edir. 
Azərbaycan uşaq nəğmələrinin tarixi inkişafı, onun 
hansı janrlardan törəyə biləyəcəyi və hansı ritualın, 
mərasimin tərkibində oxunduğu barədə müəllifin 
qənaətləri olduqca maraqlıdır. O göstərir ki, indi uşaq 
nəğmələri kimi qeyd olunan bəzi nəğmələr xor şəklində 
rəvayət və  əhvalatların arasında oxunardı. Hətta toy 
mərasimində  gəlinin başına yığışan qızlar onun başına 
gələn məzəli  əhvalatı  şeirləşdirərək oxuyardılar. “Kiçik 
bacılar bu təsadüfləri tərənnüm edən nəğmələri uzun 
müddət dilində əzbər edər, bir sıra hallarda isə onları xor 
şəklində oxuyardılar” (59, s.46). Məsələn, 
 
Ayza-ayza Nərgizə,                 Sübh 
şəfəqin 
saçanda 
Cehizin götür gəl bizə.             İgidlər yel atında. 
Bizdən gedək Təbrizə.              Sevdanın qanadında 


321 
Təbriz xarab olub, gəl.           Dəmirçinin bağından 
Dəmir daraq olub, gəl.             Qızları otağından 
Dəmirçinin qızları                    Ayza-ayza Nərgizə 
Yolda qalıb gözləri.                 Apardılar Təbrizə. 
Günəş gözün açanda 
 
- nəğməsi dəmirçinin qızlarının gecə ikən Təbrizə 
qaçırılmasından bəhs edir. Nəğmədəki hadisə yetişmiş 
qızların başına gəlsə də, o uşaq dili ilə təsvir edilir. Yəni 
dəmirçinin kiçik qızı bacısının Təbrizə qaçırılmasını uşaq 
dili ilə  nəql edir. Uşaq nəğmələrinin yayılma arealı da 
genişdir. O, toy nəğmələri ilə tipoloji cəhətdən uyğunluq 
təşkil edir. Hətta heyvanlar haqqındakı nağıllarda rast 
gəlinən nəğmələr ilə  uşaq nəğmələri arasında uşaq 
zehnini inkişaf etdirmək baxımından, həm də  şəkli 
xüsusiyyətlərinə görə bir yaxınlıq görünür. A.Nəbiyev 
“Tülkü” nəğməsini bu cəhətdən xarakterizə edərək, 
heyvanların müəyyən  əlamətləri ilə bağlı  nəğmədə 
verilən məlumatların uşaqlar üçün gərəkli olduğunu yazır 
(59, s.47). Bu nəğmədə tülkü hiyləgərdir, sağsabanın 
xəbərçi, ala qarğanın carçı, ilanın qamçı, ayının axmaq 
olduğu uşağa başa salınır. 
Hətta uşaq  şairləri tərəfindən də belə  nəğmələr 
yaradılır.  İt, pişik, xoruz, toyuq, cücə, ev dovşanı  və s. 
uşaqların yaşına uyğun olaraq tərif edilir. Abdulla Şaiqin 
uşaqlar üçün yazdığı şeirlər nəğmə tipindədir. A.Nəbiyev 
müəllifin xoruz şeirini təhlil edərək oradakı xoruzun 
əlamət və keyfiyyətlərinin uşaqlara  əxz edilməsi 
məsələlərini, uşaqlarda səmimi duyğular yaratmasını, 
belə  nəğmələrin tipoloji xüsusiyyəti kimi onun başlıca 
motivindən yeni janrın yaranması imkanlarını göstərir. 
Müəllif 
 
Gəlirdim kənddən 


322 
Səs gəldi bənddən 
Ağzı sümükdən  
Saqqalı ətdən 
 
- şeirinin ilk əvvəl nəğmə kimi oxuna bilməsini, sonra isə 
tapmaca  şəklinə düşməsini (hipotez kimi) irəli sürür. 
“Uşaq nəğməsi mətninin tərənnüm obyektinin ayrı-ayrı 
nəzərə çarpan xüsusiyyətləri ilə çarpazlaşması isə  mətni 
tapmaca  şəklinə salmışdır” (59, s.49). Lakin uşaq 
nəğmələrinin hamısı tapmacalaşa bilmir. Uşaqlar 
arasında yayılmış “Cücələrim”, “Pıs-pısa xanım”, “Siçan 
Soluq bəy” kimi nəğmələrin tapmacaya çevrilə 
bilməməsi bəlkə  də onların arxaikləşə bilməməsindən 
irəli gəlir. Deməli, belə  nəğmələr arxaikləşməli, hətta 
unudulmalı, nəğmədəki motiv isə tapmacaya 
çevrilməlidir. Belə bir prosesin baş verə bilməsi üçün 
böyük zaman ölçüsü tələb olunur. 
 
Tapmacalar.  
Azərbaycan uşaq folklorunun janrlardan biri də 
tapmacalardır. Tapmaca janrının yaranmasında real həyat 
faktları iştirak edir. Tapmacalar uşağın zehni inkişafında 
çox böyük rol oynayır. Tapmacalar şifahi yaradıcılığın 
dinamik janrı kimi cilalana-cilalana yaddaşlarda yaşayır. 
Tapmaca mətni simvol xarakteri daşıyır. Mətndə 
tapmacanın cavabının simvol kimi əsas  əlamətləri 
sadalanır.  
Tapmacaların bir qismi lirik üslubda yaranmışdır, 
ancaq onun epik üsluba aid edilən formaları da 
yayılmışdır. Bu üslubların hansının  əvvəl yaranması 
haqda qəti hökm vermək çətindir. Ümumiyyətlə, 
tapmacanın yarandığı zaman haqqında fikir söyləmək 
özünü doğrultmur. Lakin tapmacanın simvola bağlılığına 
əsaslanaraq, falçıların, baxıcı və tapıcıların (cadugərlərin) 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə