RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə94/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   89   90   91   92   93   94   95   96   97

331 
çevrilirlər. Belə nağıllarda alleqoriyadan istifadə olunur. 
Məsələn, “Dana, keçi və qoyun”, “Armudan bəy”, 
“Şəngülüm,  Şüngülüm və  Məngülüm” və s. nağıllarda 
ibtidai sinif şagirdlərinin dünyagörüşünə uyğun olaraq 
heyvanlar aləmindən bəhs olunur. 
Nisbətən böyükyaşlı  uşaqlar üçün “Tülkü, tülkü 
tünbəki” (3, s.29), “Şirlə tülkü” (3, s.296), “Tülkü ilə 
canavar”(3, s.298), “Tülkü baba və hacıleylək”, 
“Tülkünün kələyi”, nisbətən balaca uşaqlara “Pıspısa 
xanım və siçan Soluq bəy”, “Cırtdan”, “Şəngülüm, 
Şüngülüm və Məngülüm” və s. nağıllar ifa olunur.  
Uşaqlar üçün söylənən belə nağıllar heyvanlar 
haqqinda və sehirli nağılların sadələşdirilmiş, uşaq 
təbiətinə uyğunlaşdırılmış bir formasını  təşkil edir. 
Adətən bu nağıllarda sehirli motivlər mətndən çıxarılır, 
süjet mifoloji ünsürlərdən təmizlənir, nağılın bəsit 
forması təqdim olunur. Məsələn, sehirli nağıllardakı qurd 
obrazı öz məzmununu dəyişərək ziyanverici heyvana 
çevrilir, totemlikdən çıxaraq mənfi obraz şəklində 
söylənilir. 
Bəzi uşaq nağıllarının  əsasında təmsilvari süjet 
dayanır. Təmsildə də alleqoriyadan istifadə olunur, uşaq 
nağıllarında da heyvanlar şəxsləndirilərək balaca 
uşaqların diqqətinə çatdırılır (71, s.580). “Uşaqlar üçün 
yaradılan təmsil-nağılların müsbət obrazları  ədalət 
mücəssəməsi kimi təqdim olunurlar” (74, s.405). 
Uşaq nağıllarının yaranmasında,  əsasən, iki janr 
iştirak edir. Birincisi, böyüklər üçün olan nağıllar, 
ikincisi, qədim təmsillər uşaq nağıllarının süjet xəttini 
təşkil edir. Böyüklər üçün olan nağılların uşaq nağılına 
çevrilmə yolu uzun bir prosesdir. Burada əsas rol 
söyləyicinin improvizasiya etmə qabiliyyətidir. Hər hansı 
mürəkkəb süjetli nağıl improvizasiya olunaraq uşaq 
nağılına çevrilə bilər. Burada əsas rolu söyləyicinin 


332 
uşaqların dünyagörüşünü nəzərə alması oynayır. 
Uşaq nağıllarının yaranmasında ikinci yol qədim 
təmsil yaradıcılığıdır. Bu yol dünya xalqlarının 
nağılçılığında sınanmış bir yoldur. Təmsil mətni öz 
süjetini genişləndirərək nağıl  əmələ prosesində  iştirak 
edə bilir. Təmsildəki heyvanlar öz səciyyəvi xüsu-
siyyətlərini nağılda bir az da dərinləşdirərək nağıl 
personajına çevrilirlər. Deməli, uşaq nağıllarının 
formalaşmasında mürəkkəb süjetli nağıllar sadələşmə 
yolu ilə, təmsillər isə öz süjet xətlərini genişləndirmə 
yolu ilə iştirak edirlər. 
Azərbaycan nağılşünaslığında təmsil yolu ilə 
yaranan uşaq nağılları haqqında bu vaxta qədər tutarlı az 
söz deyilmişdir. Orta əsrlər  Şərq və antik ədəbiyyatda 
təmsil geniş  şəkildə  təqdim olunur. “Tematikasına görə 
antik təmsillər  əsas etibarilə heyvanlar haqqında 
hekayələr sahəsinə daxildir və onların bir çoxu Avropa 
təmsil ədəbiyyatında özünə möhkəm mövqe qazanmışdır 
(Məsələn, “Qurd və quzu”, “Qarğa və tülkü”, “Çara 
xahişə gedən qurbağalar” və s.)” (71, s.130). İ.M.Tronski 
təmsillərin nəsr və nəzmlə yazılan iki növünü qeyd edir. 
Nəzmlə yazılan təmsillər Arxilox və Ezop zamanından 
məlumdursa, nəsrlə qoşulan  təmsillər folklor ənənələri 
ilə bağlıdır. Belə  çıxır ki, nəsrlə deyilən təmsillər daha 
qədimdir və folklor nümunəsi kimi təmsil yolu ilə 
yaranan uşaq nağıllarının  əsasında dayanır. Təmsil yolu 
ilə yaranan belə nağıllar Azərbaycan folklorunda çoxdur 
və öz tematikasına görə bu nağıllar uşaqlarda heyvanların 
davranışları və xasiyyətləri haqqında təsəvvür yaradırlar. 
Şərq mənbələrində “Kəlilə 
və Dimnə” 
(“Pançatantra”) mətnlərindən geniş istifadə olunmuşdur. 
“Kəlilə və Dimnə”dəki təmsillər əvvəl və sonradan şifahi 
yaradıcılıqda da bədii süzgəcdən keçərək nağıl 
mətnlərinin yaranmasında rol oynamışdır. Burada bir 


333 
məsələ xüsusi maraq doğurur. Heyvanlar haqqında 
hekayətlər  şifahi xalq yaradıcılığında istifadə olunana 
qədər nəsr yolu ilə müstəqil forma kimi yayılmışdır. Bu 
hekayətlər sonradan nəzm və  nəsr formasında bədii 
ədəbiyyatın xüsusiləşmiş bir növü kimi – təmsil olaraq 
orta  əsrlərdə yaşamaq hüququ qazanmışdır.  Ənənəvi 
yolla repertuara daxil olan bu şifahi təmsil-hekayətlər 
heyvanlar haqqında  əski təsəvvürləri bir az da 
genişləndirərək xüsusi hekayə formasını almışdır. 
Təmsil-hekayətlərin repertuarda sonrakı  həyatı  bədiiləş-
məyə  məruz qalmış, indiki heyvanlar haqqında uşaq 
nağıllarının formalaşmasına təkan vermişdir. 
Məzmun və formasına görə indiki uşaq nağılları  ən 
qədim forması olan təmsil-hekayətlərdən seçilir. Bura 
söyləyici yaddaşını də əlavə etsək, deyə bilərik ki, nağıl 
quruluşuna uyğun olaraq uşaq nağıllarının qəhrəmanları 
öz xarakterik xüsusiyyətlərinə görə arxaik mətnin, 
invariantın özündəki heyvan-qəhrəmanlardan daha təkmil 
şəkildə fərqlənirlər. Eyni məzmunlu təmsil ilə uşaq nağılı 
arasında fərq birincisinin didaktik məzmun daşımasında, 
ikincisinin isə  uşaq dunyagörüşünün artırılmasında 
roludur. Məsələn, “Kəndli və ilan” uşaq nağılı ilə “Səfari 
və ilan” təmsilini müqayisə edək. Hər iki mətndə 
yaxşılığa qarşı yamanlıq etmək ideyası vardır. Təmsildə 
səvari od-alov içində qalan ilanı ölümdən xilas edir, 
əvəzində ilan insanlarla köhnə  ədavəti olduğunu 
düşünərək səvarini çalmağa qərar verir. “Kəndli və ilan” 
nağılında olduğu kimi səvari ilə ilan ədalətin kimin 
tərəfində olduğunu sübut etmək üçün rast gəldikləri 
canlılara müraciət edirlər. Yolda bir camış görürlər. 
Ondan yaxşılığa qarşı verilən cəzanın nə  dərəcədə 
düzgün olduğunu soruşurlar. Camış öz başına gələnləri 
danışıb insanları günahlandırır və yaxşılığa verilən 
cəzanın onun faciəsi olduğunu söyləyir.  İlan səvarini 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə