Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   17   18   19   20   21   22   23   24   25

Güllə səsindən doğulan kitab 
111 
zəiflədib,  amma  başına  gələn  bütün  müsibətlər  onun 
yadında  olduğu  kimi  qalıb.  Mən  ondan  əsirlikdə 
keçirdiyi ağrılı-açılı günlərdən danışmağı xahiş etdim 
-Erməni  işğalçılarını  qovub  kəndlərimizdən  geri 
oturtduq, - deyərək, o, sakit-sakit sözə başladı. Döyüş-
lər  Aşağı  Seyidəhmədli  kəndinin  lap  astanasında 
gedirdi.  Aprel  ayının  27-də  bu  yaşayış  məntəqəsini 
düşmənlərdən təmizləmək üçün hücuma keçdik. Gər-
gin  döyüş  xeyli  davam  etdi.  İşğalçılar  güclü  hücüm-
larımıza  tap  gətirməyib  geriyə  qaçırdılar.  Onlarının 
dörd  mövqeyinin  külünü  göyə  sovurduq.  Əsgərlə-
rimizdən  ağır  yaralananlar  da  oldu.  Biz  yaralıları  dö-
yüş  meydanından  çıxırmaq  üçün  işə  başladıq.  Mən 
sürünə-sürünə  lap  öndəki  yaralıya  yaxınlaşdım.  Ona 
bir neçə addım qalmış sinəmin odlandığını hiss etdim. 
Yerə  yıxıldım.  Düşmənin  atdığı  növbəti  güllələr 
əlimdən və ayağımdan dəydi. Bir anın içində quldurlar 
məni  dövrəyə  aldılar  və  sürüyə-sürüyə  maşına  tulla-
dılar. Maşında bir neçə erməni cəsədi də  vardı. Onlar 
elə həmin Seyidəhmədli kəndi uğrunda gedən döyüşdə 
bizimkilər  tərəfindən  öldürülmüş  erməni  döyüşçüləri 
idi. Növbəti meyidi maşına atan ermənilər məni təpiklə 
vurmağa başladılar. Gözləri qızmış dığalar məni vura-
vura  “Niya  hücüma  keçmisiniz?  Yoxsa  kəndlərimizi 
geri  almaq  istəyirsiniz?  Onu  görməyəcəksiniz”,  - 
deyərək  qışqırırdı.  Düzü  aldığım  zərbələrdən  bir  də  o 
vaxt  ayıldım  ki,  artıq  xəstəxanadayam.  Yanımdakılar 
ermənicə  danışırlar.  Sonra  öyrəndim  ki,  Xankəndin-
dəyəm. Erməni həkimləri yaralarımın üzərində başdan-
sovdu cərrahiyyə əməliyyatı aparmışdılar. Ağrıya dözə 


İ ra də   Əli li  
112 
bilmirdim.  Hə  yaxşı  ki,  Beynəlxalq  Qırmızı  Xaç 
Cəmiyyətindən  tez-tez  gəlib  bizə  baş  çəkirdilər.  Onlar 
gedəndən sonra isə quduzlaşmış daşnaklar xəstəxanaya 
soxularaq  yaralı  azərbaycanlıları  döyməkdən  həzz 
alırdılar.  Biz  onları  qorxudurduq  ki,  Qırmızı  Xaçının 
nümayəndələliyinə  şikəyət  edəcəyik.  Bu  nümayəndə-
liyin qorxusu olmasaydı, bəlkə də onlar bizi qan içində 
boğub  öldürərdilər.  Həftələrlə  yaramın  sarğısını  da 
dəyişmirdilər. Elə bu baxamsızlığın nəticəsi idi ki, 4 ay 
müddətində  yaralarım  sağalmadı.  Əksinə,  vəziyyətim 
daha da ağırlaşdı. 
AlçaldılmıĢ insanlar 
Yaralarım  həddindən  artıq  ağır  olduğundan  işğal-
çılar  məni  o  qədər  də  döymürdülər.  Əsir  düşmüş, 
yaralı olmayan yurddaşlarımıza isə olmazın əziyyətlər 
verirdilər.  Onları  istədikləri  vaxt  təhqir  edir,  döyür-
dülər.  Bəlkə  də  dünyanın  heç  bir  yerində,  heç  vaxt 
insanlar bu qədər alçaldılmayıblar.  
Əsirlərin  arasında  Kəlbəcərdən  bir  neçə  qoca  kişi 
də var idi. Quduzlar onları da vəhşicəsinə döyürdülər. 
Dünyanın  hər  üzünü  görmüş  bu  ağsaqqallara  verilən 
zülmü  gördükdə  damarımda  qanım  dönürdu.  İstə-
yirdim yaralı-yaralı quldurların üstünə atılım, qocaları 
bu  zülmdən  qurtarım.  Amma  qollarımda  qüvvə  hiss 
etməyəndə göz yaşlarıma güc verirdim. 
Əsirlikdə əzab cəkənlər 
Əsir düşərgəsində 41 nəfər yurdaşımız indi də qalır. 
Onların  arasında  hərbi  əsirlər  azlıq  təşkil  edir. 
Əksəriyyəti  mülki  adamlardır.  Onlarla  tez-tez  bir  yerə 
yağılıb dərdləşirdik. Hərə öz dərdindən danışırdı. Füzuli 


Güllə səsindən doğulan kitab 
113 
rayonunun  Kurdmahmudlu  kəndindən  olan  Mürvət 
dayının isə başına gələnlənlər daha dəhşətli idi. Hadisə 
belə  olub.  Mürvət  kişi  eşidib  ki,  kəndləri  düşməndən 
azad  olunub.  Ona  görə  də  evinə  baxmaq  üçün  kəndinə 
gəlib.  İşğalçılar  onu  kəşfiyyatçı  bilib  tutublar.  O  ki  var 
döyəndən  sonra  boğazına  kəndir  keçirib  ağacdan 
asıblar.  Quldurlardan  biri  isə  kəndiri  kəsib  onu  yerə 
salıb və şüşə ilə qulağını kəsməyə başlayıb. Sonra onu 
da  Xankəndinə  gətiriblər.  Əsirlikdə  mənimlə  bir  yerdə 
olan  həmyerlilərimizin  adlarını  çəkmək  istəyirəm. 
(Başqa qəzetin müxbirinə də onların adlarını demişəm). 
Qoy  yaxınları  eşidib az  da  olsa  təskinlik  tapsınlar.  Qu-
badlıdan  Nazim  Rəcəbov,  Beyləqan  rayonunun  Dün-
yamalılar kəndindən Əli Sarıyev, İmişlidən Əlzamin və 
Rəyasət,  Mingəcevirdən  Azad  Rüstəmov.  Bunlardan 
başqa Sevil və Sevda adlı iki qız uşağı da burada əzab 
çəkirdi.  Hamısının  da  sinəsində  Vətən  həsrəti  yara 
bağlayıb. Adi günlərin birində eşitdim ki, bizi dəyişmək 
istəyirlər.  Uzun  çəkən  danışıqlardan  sonra  bizi  dəyiş-
dilər.  Uzun  çəkən  danışıqlardan  sonra  bizi  inana 
bilmirəm  ki,  doğmalarımın  arasındayam.  İnanın  ki, 
hospitalın  bütün  həkimləri  mənim  tam  sağalıb  ayağa 
qalxmağım  üçün  əllərindən  gələni  əsirgəməyiblər. 
Onların  hamısınına  minnətdaram.  Şükür,  indi  vəziy-
yətim  əvvəlkindən  qat-qat  yaxşıdır.  Söz  verirəm  ki, 
intiqamımı düşmənlərdə qoymayacağam.... 
 
Söhbəti yazdı: Almaz Əhmədpur. 
“XƏZƏRİN KEŞİYİNDƏ” qəzeti 29 oktyabr 1994-
cü il № 43(87) 


İ ra də   Əli li  
114 
 
 
NAKAM  ÖMÜR 
 
Qarabağ uğrunda şəhid olmuş oğularımız özlərindən 
sonrakı  nəsillər  üçün  qəhrəmanlıq  rəmzinə  çevriliblər. 
Onlar  torpaqlarımızın  müstəqilliyi,  azadlığı  üçün  öz 
ömürlərini  qurban  verdilər.  Və  bununla  da  torpaqları-
mızı  gələcək  nəsillərə  əmanət  qoyub  getdilər.  Onlar 
Azərbaycan  torpaqlarının  hər  qarışı  uğrunda  mübarizə 
aparmış  tarixi  qəhrəmanlarımız  Babəkin,  Koroğlunun, 
Şah İsmayılın, Fətəlixanın yolunu davam etdirdilər. 
Söz açacağımız belə igid oğullarımızdan biri də öm-
rünü, həyatını bu amal uğrunda qurban verən qəhrəman 
el oğulumuz haqqındadır. İyirmi beş il sürdü bu ömür. 
Ömrünün ən qaynar cağında yarımçıq qaldı bu ömür.  
Bu  ömür  1967-ci  il  martın  2-də  Göyçay  şəhərində 
anadan olmuş Ağamaliyev Qüdrət Malik oğlunun ömrü 
idi.  O,  öz  ömrünü  vətəninə,  xalqına  qurban  verdi. 
Qarabağda  ilk  hadisələr  baş  verəndə  Qüdrət  həmişə 
özünü orada hiss edirdi. Həmin hadisələrdə öz istirakını 
görürdü.  Bu  hadisələrdən  kənarda  qalmağı  özünü  əsl 
Azərbaycan oğlu adlandıran gənclərimizə aid etmirdi.  
Qüdrət  hələ  Bakıda  olarkən  1990-cı  il  20  yanvar 
hadisəsində  də  zərər  çəkmişdi.  Onu  öz  yoldaşları  ilə 
birgə yaşadığı yataqxanada qəddarcasına döymüşdülər. 
Elə  o  vaxtdan  özünə  heç  yerdə  yer  tapa  bilməyən 
Qüdrət 1991-ci ildə könüllü olaraq döyüşə getdi.  
O,  Mərgüşavan,  Şuşa,  Daşaltı,  Malıbəyli,  Gərgica-
han,  Sırxavənd  uğounda  döyüşlərdə  hünər  və  cəsarət 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə