Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   17   18   19   20   21   22   23   24   25

Güllə səsindən doğulan kitab 
101 
qayğısı  ilə  1  iyun  Uşaqların  Beynəlxalq  Müdafiəsi 
günü  ilə  əlaqədar  uşaqların  əyləncəli  bayram  tədbiri 
həyata keçirildi.  
Bu tədbirdə ermənilərin təziyiqinə məruz qalaraq – 
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində 
respublikada  valideynlərin  himayəsindən  məhrum 
olmuş qaçqın və məcburi köçkün, veteran, şəhid ailə-
lərindən  olan  uşaqlar,  kimsəsiz,  ata-ana  nəvəzişindən 
məhrum  olmuş  uşaqlar  iştirak  edirdi.  Bu  uşaqların 
hədsiz sevincini hiss etmək üçün yalnız burada olmaq 
olmaq  lazım  idi.  Stolun  üzərinə  düzülmüş  ləziz  şərq 
şirniyyatlarının  hazırlatdırıb,  zamanında  bu  uşaqların 
sevincinə  şirinlik  qatan,  onlara  sanki  yenidən  bahar 
bayramı  ovqatını  yaşadan  insanlara  öz  minnət-
darlığımızı  bildiririk.  Şəkərbura,  paxlava,  şirin  qoğal 
və s. Şirniyyatların təşkilinə görə həm uşaqlar, həm də 
təşkilatçıları  “  ÇUDO  Peçko”  nun  Prezidenti  Pərviz 
bəyə  və  Vitse  Prezidenti  Vera  xanıma  xüsusi  təşək-
kürümü  bildirdilər.  Eyni  zamanda,  şirin  dondurma 
hədiyyəsi ilə uşaqları sevindirən “Dondurma” sexinin 
direktoru  Adil  müəllimə  də  uşaqlar  çoxlu-çoxlu 
minnətdarlığını  bildirdilər.  Balaca  fidanların  bayram 
ovqatına  baxdıqca  adamın  ürəyi  fərəhdən  riqqətə 
gəlirdi. Bu uşaqlar üçün sanki, dünya yalnız sevincdən 
ibaretdir.  Çünki  bu  uşaqların  qayğısına  yalnız  dövlət 
deyil,  ictiaiyyətimiz  də  biganə  qalmır.  Həmin  günün 
xoşbəxtliyi həm də ondadır ki, bu bayramı bütün yer 
üzünün  uşaqları  qeyd  edirlər.  Atalı-analı,  ata-ana 
nəvazişindən  məhrum  olan  bütün  uşaqlar  üçün  bu 


İ ra də   Əli li  
102 
sevinc,  bu  şənlik  qeyd  olunur.  Bu  belə  də  olmalıdır. 
Axı,  bu  günün  körpələri,  sabahın  valideyinləri  ola-
caqlar.  Əbəs  yerə  deyilmir  ki,  “Uşaqlarlar  bizim  gə-
ləcəyimizdir”. 
Bu 
gələcəyi 
qorumaq, 
düzgün 
istiqamətləndirmək  isə  cəmiyyətimizin,  biz  insanların 
üzərinə  düşür.  Bu  günün  “Luna  Park”  dakı  yaşanan 
uşaqlar üçün bayram tədbirini yalnız “SPACE” Tele-
radio  yayımları  şirkətinin  əməkdaşları  lentə  aldılar. 
Bu  xoşbəxt  anları  yaşayan  uşaqların  sevincinə  onlar 
da şərik çıxdılar. Şöhbətləşib, uşaqların ürək sözlərini 
onların  öz  dilindən  eşitdilər  və  geniş  ictimaiyyətə 
təqdim  etdilər.  Allah  hər  bir  xeyir  əməlin  qarşılıqlı 
əvəzini  versin.  Bir  sözlə,  NİZAMİ  ADINA  MƏDƏ-
NİYYƏT VƏ İSTİRAHƏT PARKINDA  UŞAQLAR 
ƏSL BAYRAM SEVİNCİNİ YAŞADILAR... 
Bu  uşaqlar  üçün  bəzədilmiş  süfrədən  daha  maraqlı 
olan  isə  Alfred  müəllimin  rəhbərliyi  ilə  təşkil  olunan 
pulsuz  atraksionlar,  yelləncəklər  və  s.oldu.  Uşaqlara 
bütün bu xidmət sahəsində dəstək olan insanlara iaşə 
ocağının sahibinə, hər bir kiçik də olsa mənəvi-maddi 
dəstək  olan  insanlara  yalnız  təşəkkürlərimizi,  bir  də 
xoş arzularımızı çatdıra bilirik. Gözəl yaşıllıq, abadlıq 
və  yüksək  iaşə  xidmətlərinin  təşkilinə  görə  isə 
əlbətdtə  Ki,  bu  uşaqlarının  yaxınları  olaraq  parkın 
rəhbəri  A.İ  Quliyevə  və  AUF-nun  rəhbərliyinə  dərin 
təşəkkürlərimizi  bildirdiririk.  Sağ  olsunar  ki,  bu 
günün  sevincini,  xoşbəxtliyini  bu  uşaqlara  yaşada 
bildilər. Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar! 
Nə  gözəl  duyumdur.  Görəsən  bu  həqiqətənmi 


Güllə səsindən doğulan kitab 
103 
belədir?.. 
Bu  Park  çox  gözəldir,  amma  yol  boyu  çəkilən  bu 
hündür  hasarlar  olmasa,  bizə  elə  gəlir  ki,  daha  yaxşı 
və  rahat  olar.  İnsanlar  buranı  tapmaqda  çətinlik 
çəkirlər.  Bax,  elə  bu  gün  bura  gələn  uşaqlar  kimi 
valideynlər  də  çox  əziyyət  çəkir,  parkın  yanından 
keçən  hətta  taxsi  sürücüsü  belə  buranı  tapa  bilmir;  -
deyə bir çoxları bu gileyi də mətbuat nümayəndələrinə 
etdilər.  Biz  yazıq,  təki  gələcəyimiz  olan  uşaqların 
səsinə,  valideynlərin  etirazına,  insanların  səmərəli 
istirahətlərinə biganə qalanlar olmasın. 
 
Gülnarə Əmirquliyeva  
“Ulu məkan qəzeti” № 03(20)10  
iyun 2009-cu il  
 
 
 
 
 
 


İ ra də   Əli li  
104 
 
 
AZƏRBAYCANDA  UŞAQ  İLİ  BAŞA  
ÇATSA  DA UŞAQLARA  OLAN  
DİQQƏT  BAŞA  ÇATMADI 
 
Dünya  Azərbaycanlılarını  Əlaqələndirmə  ġura-
sının  ofisində  “Dünya  Ana  və  UĢaqları”  Ġctimai 
Birliyi  və  Azərbaycan  UĢaq  Fondu  Nəsimi  Rayon 
Ģöbəsinin  təĢkilatçılığı  ilə  uĢaqlara  Yeni  hədiyyələri 
verildi. 
“Dünya  Ana  və  Uşaqları”  ictimai  Birliyin  sədri 
Dünyaxanım Əliyevanı xeyriyyəçi, xeyirxah bir insan 
kimi  çoxları  yaxşı  tanıyır.  Və  bütün  elədiklərinin 
müqabilində hər zaman insanların xoş rəftarından, sağ 
ol  deməsindən  başqa  bu  insanın  heç  bir  təmənnaya 
həqiqətən  də  ehtiyacı  yoxdur.  Reklamdan  uzaq  ol-
mağı, insanlara əlindən gələn maddi-mənəvi köməklik 
etməyi  sevərək  edən  Dünyaxanım  Əliyeva  cəmiyyə-
timizin  fəal  aparıcı  qüvvələrindəndir.  Onun  nami-
zədliyi  ayrı-ayrı  siyasi qurumlar  tərəfindən  parlament 
və  indiki bələdiyyə  seçkilərində  də irəli  sürülmüşdür. 
İxtisasca  idarəçilik  sahəsini  bitirən  bu  xanım,  sözün 
əsl  mənasına  bu  sistemin  gözəl  mütəxəssisidir.  Odur 
ki,  onun  üçün  qısa  bir  zamanda  istər  cəbhə  bölgə-
lərinə, istər kimsəsiz qocalar və uşaq evlərinə getmək, 
belə  tədbirləri  keçirmək  asan  olmaqla  bərabər  şə-
rəflidir. 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə