Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə23/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   17   18   19   20   21   22   23   24   25

Güllə səsindən doğulan kitab 
105 
Eyni fikirlərin çox hissəsini Almaz xanıma da şamil 
etmək  olar.  Azərbaycan  Uşaq  Fondu  Nəsimi  rayon 
şöbəsini  sədri  Almaz  Zeynalova  dəfələrlə  onun  digər 
təşkilatı  olan  ŞASY  İB-nin  xətti  ilə  əsgər  və  zabit-
lərimizlə görüşlər keçirmiş, bir sıra xeyirxah missiya-
ların müəllifi və təşkilatçısı olmuşdur. Odur ki, onun 
cəmiyyətimizdəki  rolu  əvəzsidir.  Belə  ki,  dünyada 
uşaq  sevincindən  başqa  gözəl  hiss  yoxdur  deyən 
Almaz  xanım,  hər  dəfə  istər  bayram,  istərsə  də  adi 
günlərdə  uşaqları  tez-tez  bayram  sovqatları  hədiy-
yələrlə təbrik edir, şənliklərə, əyləncələrə, teatra və s.. 
yerlərə  aparmaqlasevindirməkdən  zövq  alır,  mənəvi 
rahatlıq tapır. Elə bu dəfə də Yeni ilin ilk astanasında, 
o neçə-neçə imkansız, qaçqın – məcburi köçkün ailə-
lərinin  uşaqlararını,  ata  və  yaxud  ana  himayəsindən 
məhrum  olan  uşaqları  məktəb  ləvazümatı  ilə,  körpə-
lərə  bələklər,  çanta,  geyim  və  s...  hədiyyələrlə 
sevindirdi. 
 
Elmira. 
“Elm  və  zəka”  qəzeti   № 01 (145)  
11  yanvar  2010-cu  il     
 
 


İ ra də   Əli li  
106 
 
 
UŞAQLAR  ƏSL  BAYRAM  SEVİNCİ  
YAŞADILAR 
 
Bu uĢaqlar üçün dünya yalnız sevincdən ibarətdir.  
Azərbaycan  Uşaq  Fondunun  Nəsimi  rayon  şöbə-
sinin sədri Almaz xanım Zeynalovanın, onun kömək-
çisi  Elmira  Ağayevanın  təşkilatçılığı  və  Xətai 
rayonundakı  Nizami  adına  Mədəniyyət  və  İstirahət 
parkının direktoru Alfred Quliyevin böyük qayğısı ilə 
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı 
əyləncəli bayram tədbiri həyata keçirilib. 
Tədbirdə  ermənilərin  təzyiqinə  məruz  qalaraq-
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində 
respublikada  valideynlərin  himayəsindən  məhrum  ol-
muş  qaçqın  və  məcburi  köçkün,  veteran,  şəhid  ailə-
lərindən  olan  uşaqlar,  kimsəsiz,  ata-ananəvazişindən 
məhrum  olmuş  uşaqlar  iştirak  ediblər.  Stolun  üzərinə 
düzülən ləziz şərq şirniyyatlarını hazırlayıb, uşaqların 
sevincinə  şirinlik  qatan,  onlara  sanki  yenidən  bahar 
bayramı  ovqatını  yaşadan  insanlara  öz  minnətdar-
lığımızı bildiririk.  
Balaca  fidanların  bayram  ovqatına  baxdıqca,  ada-
mın  ürəyi  fərəhdən  riqqətə  gəlir.  Bu  uşaqlar  üçün 
dünya yalnız sevincdən ibarətdir. Çünki, bu uşaqların 
qayğısına  yalnız  dövlət  deyil,  ictimaiyyətimiz  də 
biganə  qalmır.  Həmin  günün  xoşbəxtliyi  həm  də 
ondadır  ki,  bu  bayramı  bütün  yer  üzünün  uşaqları 


Güllə səsindən doğulan kitab 
107 
qeyd  edirlər.  Atalı-analı,  ata-ana  nəvazişindən  məh-
rum olan bütün uşaqlar üçün bu sevinc, bu şənlik qeyd 
olunur. Əbəs yerə deyilmir ki, “Uşaqları istiqamətlən-
dirmək  isə  cəmiyyətimizin,  biz  insanların  üzərinə 
düşür”. 
 
 
 
Bir  sözlə,  Nizami  adına  Mədəniyyət  və  İstirahət 
parkında uşaqlar əsl bayram sevinci yaşadılar.  
Bu uşaqlar üçün bəzədilmiş süfrədən daha maraqlı, 
Alfred  müəllimin  rəhbərliyi  ilə  təşkil  olunan  pulsuz 
atraksionlar, yellencəklər və s.. oldu. Uşaqlar bütün bu 
xidmət  sahəsindədəstək  olan  insanlara  iaşə  ocağının 
sahibinə,  hər  bir  kiçik  də  olsa  mənəvi-maddi  dəstək 
olan  insanlara  təşəkkürlərimizi,  xoş  arzularımızı  çat-


İ ra də   Əli li  
108 
dırırıq. Gözəl yaşıllıq, abadlıq və yüksək iaşə xidmət-
lərinin  təşkilinə  görə  isə  parkın  rəhbəri  A.İ.Quliyeva 
və  AUF-nun  rəhbərliyinə  dərin  təşəkkürlərimizi 
bildiririk.  Sağ  olsunalar  ki,  bu  günün  sevincini,  xoş-
bəxtliyini  bu  uşaqlara  yaşada  bildilər.  Dünyanın  hər 
yerində  xoşbəxt  olsun  uşaqlar!  Görəsən  bu  həqiqə-
tənmi belədir?.. 
 
Reyhan Məhərrəmova 
«Paralel» qəzeti №04 iyun  
2009-cu il 109-110(770)  
 
 
 
 
 
 


Güllə səsindən doğulan kitab 
109 
 
 
 
 
 
ALMAZ ZEYNALOVA 
(ƏHMƏDPUR) MƏTBUATDA
 
 
 
 
 
 
 


İ ra də   Əli li  
110 
 
 
DÖRD AY ƏSİRLİKDƏ 
 
Onunla  mərkəzi  hospitalda  görüşdüm.  Keçirdiyi 
bütün əzab-əziyyətlər elə bil sifətinə həkk olunmuşdu. 
Onun  4  ay  erməni  əsirliyində  qalmasını  öz  dilindən 
eşitdim... 
Oktyabr  ayının  9-da  Azərbaycan  Respublikası  Si-
lahlı Qüvvələrinin yaranmasının 3 illiyi münasibəti ilə 
mərkəzi  hərbi  hospitalda  xeyriyyəçi  Ülkər  Rəsulo-
vanın təşəbbüsü ilə tədbir keçirilirdi. Tədbirdə Hüseyn 
Hüseynov  çıxış  etdi  və  əsirlikdə  keçirdiyi  ağır  gün-
lərdən  qısaca  danışdı.  Onunla  ayrılıqda  görüşüb  söh-
bət  etdim  və  bu  söhbəti  heç  bir  dəyişiklik  etmədən 
oxuculara çatdırmağı özümə borc bildim.  
Hüseynov  Hüseyn  Əlişir  oğlu  28  dekabr  1961-ci 
ildə Beylağan rayonunda dünyaya göz açıb. Sumqayıt 
politexnik  texnikumunu  bitirib.  Uzun  müddət  boru 
prokatı zavodunda işləyib. 1994-cü il aprel ayının əv-
vələrində hərbi qulluğa çağırılıb. Təlim  mərkəzindəki 
gərgin  məşqlərdən  sonra  onu  Füzuli  bölgəsinə  gön-
dəriblər.  Seyidəhmədli,  Şükürbəyli,  Qaraxanbəyli  və 
aşağı  Seyidəhmədli  kəndləri  uğrunda  gedən  döyüş-
lərdə iştirak edib. Son döyüşü isə aprelin 27-də Aşağı 
Seyidəhmədli  kəndi  istiqamətində  olub.  O,  bu  dö-
yüşdə yaralı vəziyyətdə düşmənlərə əsir düşüb.  
Əsirlik günləri  
Əsirlikdə  çəkdiyi  ağır  işgəncələr  Hüseyni  çox 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə