Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   17   18   19   20   21   22   23   24   25

Güllə səsindən doğulan kitab 
93 
rayonlarda  bu  iş  normal  başa  çatdırılıb  və  davam 
etdirilir. Ancaq ümumi problem olaraq qalır. Məsələn, 
Nəsimi Rayon İcra Hakimiyyəti hələ də şəhid ailələri 
üçün  tikiləcək  mənzil  üçün  torpaq  sahəsi  ayırmayıb. 
Mən  qeyri-hökumət  təşkilatının  rəhbəri  olaraq  bu 
quruma  müraciət  etmişəm.  Onların  sözlərinə  görə, 
yerli icra hakimiyyətinin ərazisində boş torpaq sahəsi 
yoxdur ki, mənzil tikintisi üçün torpaq sahəsi ayrılsın. 
Biz  araşdırma  apardıq,  məlum  oldu  ki,  boş  torpaq 
sahəsi  var.  Həmin  sahəni  müəyyənləşdirib  Nəsimi 
Rayon  İcra  Hakimiyyəti  müraciət  etdim.  Ancaq 
müraciətimiz cavabsız olaraq qalmaqdadır”. 
“Ən  azı  Ģəhid  anası  gedib  o  sözü  oxuyanda  heç 
olmasa itirdiyinə heyfislənməsin” 
İctimai Birlik rəhbərinin sözlərinə görə, şəhid ailə-
lərinin bir problemi isə dövlət qurumlarının qəbuluna 
düşməklə  bağlıdır:  “Bu  məsələ  ilə  bağlı  müraciətlər 
göndərmişik ki, artıq icra hakimiyyətlərində, idarə və 
müəssisələrdə  yazılsın  vurulsun  ki,  şəhid  ailələri 
növbədənkənar  qəbul  olunsun.  Ən  azı  şəhid  anası 
gedib o sözü oxuyanda heç olmasa övladını itirdiyinə 
heyifslənməsin.  Əvvəllər  belə  idi.  Birdən  birə  bu  da 
yığışdırıldı. O məsələ ilə bağlı müraciət etmişik amma 
cavab  gəlməyib.  Belə  məsələlər  də  ictimaiyyət  qar-
şısında qaldırılmalıdır. 
Təəssüf  ki,  şəhid  ailələrinə  diqqət  və  qayğı  arzu-
olunan  səviyyədə  deyil.  Şəhid  ailələrinə  prezident 
təqaüdü  165  manatdır.  Heç  bir  dövlətdə  belə  bir  şey 
yoxdur. Bu, bir şəhid ailəsi üçün ayrılıb. Bu, həm ata, 


İ ra də   Əli li  
94 
həm  ana,  həm  də  şəhidin  yoldaşı  arasında  bölünür. 
Biz  rayonlarda  olmuşuq.  Rayonlarda  yerli  təşkilat-
larımız fəaliyyət göstərir. Bizə müraciətlər nəticəsində 
aydın  olur  ki,  bu  təqaüdə  görə  konfiliktlər  yaşanır. 
Verilən təqaüd bazar şərtlərinə uyğun deyil”. 
Qeyd  edək  ki,  hazırda  şəhid  övladlarına  müvafiq 
olaraq,  16  və  18  yaşlarına  qədər  15  manat  sosial 
müavinət,  əmək  pensiyası  hüququ  olmayan  ailələrə 
kommunal  xidmətlərinin  ödənilməsi  üçün  12  manat, 
əmək pensiyasına çıxanlara isə əlavə olaraq 72 manat 
20  qəpik  pul  ödənilir.  2012-ci  ildə  13380  şəhidin  18 
min 350 ailə üzvünə 24,4 milyon manat, şəhidin 180 
nəfər  uşağına  32,4  min  manat,  2200  nəfər  şəhid 
ailəsinə isə 333,9 min manat müavinət ödənilib.  
 
Ramid  
28/8/2013  
bizimyol.info/news/saiti  
 
 
 
 
 
 


Güllə səsindən doğulan kitab 
95 
 
 
AZƏRBAYCAN  UŞAQ  FONDU  
“UŞAQ  İLI”  İLƏ  ƏLAQƏDAR  GENIŞ  
TƏDBİRLƏR  PLANI  HAZIRLAYIB 
 
Ötən  ay,  Azərbaycan  Uşaq  Fondu  İdarə  Heyətinin 
2009-cu ilin “Uşaq ili” elən edilməsinə həsr olunmuş 
geniş tərkibli iclası keçirildi.  
Fondun  sədri,  akademik  İsmayil  İbrahimov  öz 
çıxışında;  AUF-un  fəaliyyəti  ilə  bağlı  hesabat  məru-
zəsində konkret olaraq ötən ildə görülmüş işləri təhvil 
etdi.  O  qeyd  etdi  ki,  bu  təşkilatın  ilk  illərdə  forma-
laşmasında Ümummilli Lider Heydər Əliyevin misil-
siz  xidmətləri  olmuşdur.  Və  bu  gün  də  bu  ideyaların 
layiqli davamçısı, Respublikanın prezidenti möhtərəm 
İlham Əliyev bu ənənələri dəvam etdirir. Buna əyani 
misal  olaraq  Prezident  İlham  Əliyevin  22  dekabr 
2008-ci  il  tarixli  sərəncamına  əsasən,  2009-cu  ilin 
ölkəmizdə “Uşaq ili” elan edilməsidir.  
Azərbaycan  Uşaq  Fondu  hər  zaman  olduğu  kimi 
2008-2009-cu  ildə  də  öz  fəaliyyətini  ermənilərin  təz-
yiqinə məruz qalaraq - Azərbaycanın Dağlıq Qarabağ 
münaqişəsi  nəticəsində  respublikada  valideynlərin 
himayəsinidən məhrum olmuş yetim uşaqların hüquq-
larının müdafiəsi istiqamətində aparır.  
Fondun  xeyriyyə  işləri  əsasən  üç  proqram  üzrə 
aparılır:  


İ ra də   Əli li  
96 
1)
 
Yetim uşaqlar 
2)
 
Uşaqların təhsil və tərbiyəsi  
3)
 
Uşaq sağlamlığı 
 
Ümumillikdə  Fondun  64  yerli  şöbələri  fəaliyyət 
göstərmiş, yalnız 35 şöbənin hesabatı daxil olmuşdur. 
Bu  hesa-batlar  əsasında  2008-ci  ildə  proqram  üzrə 
yalnız  pul  vəsaiti  ilə  279582  manat  məğləbində  xe-
yiriyyəçilik  işləri  aparılmış  və  22664  uşaq  əhatə 
olunmuşdur.  
Məlumdur  ki,  son  illər  fondun  fəaliyyəti  əsas  eti-
barilə yerli şöbələr tərəfindən aparılır.  
Tədbirin  aparıcısı  Adilə  xanım  Namazova  sözü 
AUF  sədrinin  birinci  müavini  Aqil  Məhərrəmova 
verdi:  
O,  bütün  rayon  fəallırına  dərin  minnətdarlığını  bil-
dirərək qeyd etdi ki, Rayon İcra Hakimiyyətləri Azər-
baycan  Uşaq  Fondunun  yerli  şöbələrinə  faydalı  kö-
məklik  edirlər.  Mən,  Fondun  xeyriyyəçilik  işlərində 
iştirak  edən,  yardım  göstərən  bütün  İcra  Hakimiy-
yətləri  rəhbərliyinə,  şöbələrin  xeyriyyəçilik  işlərində 
yaxından  iştirak  edən,  təşkilatlara,  fərdi  insanlara 
AUF  adından  böyük  minnətdarlığımızı  bildirəm. 
Bütün  bunlara  yanaşı  Fond  hökumət,  qeyri  hökümət 
və beynəlxalq təşkilatlarla əlaqələrini “ İctimai, Qeyri 
Hökümət Təşkilat və Fondlar” haqqında qanun çərçi-
vəsində  aparır.  Fondun  sədri  İ.Ə.İbrahimov  Nazirlər 
Kabinetinin  yeniyetmələr  arasında  aparılan  daimi 
komissiyasının üzvüdür.  


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə