Ġradə Əlili


Güllə səsindən doğulan kitab



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   17   18   19   20   21   22   23   24   25

Güllə səsindən doğulan kitab 
97 
Fond  Respublikada  fəaliyyət  göstərən  BMT-nin 
YUNİSEF  şöbəsi  ilə  əlaqələr  yaratmışdır.  Bakı  şə-
hərində  “SOS-Uşaq  kəndi”-  Assosiasiyası  fəaliyyət 
göstərir. Onun tərkibində olan 15 ailəvi uşaq evlərində 
15 yaşına qədər yetim uşaqlar daimi yaşayır, təhsil alır 
vətərbiyə olunurlar.  
Fondun həmsədri, akademik A.Namazova bu asso-
siasiyanın  rəyasət  heyətinin  üzvüdür  və  onun  fəaliy-
yətinə səmərəli köməklik göstərir. 
Fondun  sədrinin  I  müavini  Flora  Səlimova  QHT 
Forumunun  idarə  heyətinin  üzvüdür.  Fondun  sədr 
müavini, uşaq Berpa Müalicə Mərkəzinin baş həkimi 
N.Həsənova  YUNİSEF-in  respublikadakı  nümayən-
dəliyi ilə aparılan proqramların həyata keçirilməsində 
fəal iştirak edir.  
Fond  hər  il  öz  fəaliyyəti  haqqında  Assosiyaya 
ətraflı  hesabat  təqdim  edir.  2008-ci  ilin  oktyabrında 
Assosiyanın  növbəti illik iclası keçirildi.  İclasda sədr 
və  sədrin  I  müavini  A.  Məhərrəmov  iştirak  etmişdir. 
Qeyd etmək lazımdır ki, Assosasiya keçmiş sovet mə-
kanının 12 respublikasının Uşaq fondlardarını öz tər-
kibində  birləşdirir.  Onların  fəaliyyəti  haqqında  hər  il 
assosiasiya tərəfindən xüsusi hesabat kitabı buraxılır.  
Azərbaycan  Uşaq  Fondu  və  yerli  şöbələri  2009-cu 
ilin  yanvar-fevral  aylarında  “Uşaq  ili”  elən  olunması 
ilə bağlı tədbirlər planını hazırlamışlar. 2009-cu illin I 
və II rübündə AUF və yerli şöbələri BMT-nin “Uşaq 
hüquqları haqqında” Konvensiyası ilə bağlı tədbirlərin 
həyata  keçirilməsi,  müvafiq  maarifləndirmə  tədbirlə-


İ ra də   Əli li  
98 
rinin  gücləndirilməsi  istiqamətində  mühüm  işlər  gör-
müş və görməkdədirlər.  
Fondun şöbələri mütəmadi olaraq uşaqların yaradı-
cılığının,  birliklərinin  artırılması  və  intellektual  inki-
şafına  yönəldilmiş  tədbirlərin  keçirilməsini  təşkil 
etməkdədirlər. Eyni zamanda, Milli mənəvi dəyərlərin 
qorunub-saxlanması  məqsədilə  məktəblərdə  və  s. 
marifləndirmə  işləri  aparılır.  Bundan  başqa  Fondun 
şöbələri tərəfindən il ərzində istedadlı uşaqların aşkara 
çıxarılması, uşaqlar arasında yarışlar, fənn olimpiada-
ları,  xüsusi  tematik  mövzular  üzrə  müsabiqələrin 
keçirilməsi və s.. 
Xüsusi  plan  əsasında  “Uşaq  ili”  ilə  əlaqədar  xey-
riyyə tədbirlərinin təşkili, yeni dərs ili “ Bilik günü”, 
Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü,  “Yeni 
il”,  “Novruz”  bayramı”,  “Qələbə”  günü,  respublika 
Günü,  1  İyun  Uşaqların  Beynəlxalq  Müdafiəsi  Günü 
və  s..  iyirmidən  artıq  2009-cu  ilin  “Uşaq  ili”  elan 
olunması  ilə  bağlı  AUF  -un  tədbirlər  planını  yüksək 
səviyyədə  və  ləyaqətlə  yerinə  yetirilməsi  Fondun 
şöbələrinə həvələ olunmuşdur.  
Buna əsasən demək olar ki, rayon şöbələri uşaqların 
təlim – tərbiyəsi, inkişafı, mədəniyyəti, onların hüquq-
larının  müdafiəsi  istiqamətinə  yönəldilmiş  tədbirlərin 
mütəmadi olmasını təmin edirlər. Fondun Bakı şəhəri 
və onun Binəqədi, Nəsimi rayon, həmçinin Ağcabədi, 
Gəncə,  Qəbələ,Qazax,  Ağsu,  Şəki,  Qax,  Sabirabad, 
Lənkəran, Tovuz və s.. rayon, şəhər şöbələri daha fəal 
olmuşlar. Yerli şöbələr 2009-cu ildə öz işlərini “Uşaq 


Güllə səsindən doğulan kitab 
99 
ili” çərçivəsində davam etdirəcəklər.  
AUF–un  Nəsimi  rayon  şöbəsinin  sədri  Almaz  xa-
nım  Zeynalova,  öz  çıxışında  gördüyü  işlərin  həc-
mindən,  məsuliyyətindən  və  bu  sahədə  ona  dəstək 
olan  xeyirxah,  fədakar  insanların  çəkdiyi  zəhməti-
lərini  yüksək  dəyərləndirərək,  toplantı  iştirakçılarına 
məlumat verdi. 
Digər  çıxış  edənlər  də  AUF–un  ayrı-ayrı  istiqa-
mətlərindən danışıb, onun rəhbərliyinə sabahımız olan 
uşaqların  xoşbəxt  gələcəyi  naminə  bundan  sonrakı 
işlərində uğurlar dilədilər. Doğurdan da onlar hər cür 
qayğıya layiqdirlər. 
 
Reyhan Çələbi  
“İctimai fikir” qəzeti № 02 (07)  
30 may 2009-cu il  
 
 
 
 
 
 


İ ra də   Əli li  
100 
 
 
NİZAMİ  ADINA  MƏDƏNİYYƏT  VƏ 
İSTİRAHƏT  PARKINDA  UŞAQLAR  
ƏSİL  BAYRAM  SEVİNCİNİ  
YAŞADILAR 
 
Azərbaycan  Uşaq  Fondunun  ilk  illərdə  formalaş-
masında  Ümumilli  Lider  Heydər  Əliyevin  misilsiz 
xidmətləri  olmuşdur.  Və  bu  gün  də  bu  ideyaların  la-
yiqli  davamçısı  Respublikanın  prezidenti  möhtərəm 
İlham Əliyev bu ənənələri dəvam etdirir. Buna  əyani 
misal  olaraq  Prezidenti  İlham  Əliyevin  22  dekabr 
2008-ci  il  tarixli  sərəncamına  əsasən  2009-cu  ilin 
ölkəmizdə “Uşaq ili” elan edilməsidir. 
Təməli, Ümummlli Lider Heydər Əliyev tərəfindən 
qoyulmuş  Azərbaycan  Uşaq  Fondunun  hazırki  sədri, 
akademik İsmayıl İbrahimovdur. İ. İbrahimovun AUF 
fəaliyyəti  ilə  bağlı  bu  ilin  aprel  ayında  keçirilən 
hesabat  məruzəsindəki  çıxışında,  konkret  olaraq  ötən 
ildə  görülmüş  işlərdən  Nəsimi  Rayon  şöbəsinin 
fəaliyyətinin  ictimaiyyətimiz  və  rəhbərlik  tərəfindən 
yüksək dəyərlərindildiyi bildirmişdir.  
Bu  dəfə  də  Azərbaycan  Uşaq  Fondunun  Nəsimi 
rayon  şöbəsinin  sədri  Almaz  xanım  Zeynalovanın, 
onun  köməkçisi  Elmira  Ağayevanın  təşkilatılığı  və 
Xətai  rayonundakı  Nizami  adına  Mədəniyyət  və 
İstirahət  parkının  direktoru  Alfred  Quliyevin  böyük 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə