Ġradə Əlili



Yüklə 41,19 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix18.06.2018
ölçüsü41,19 Kb.
#49709
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

İ ra də   Əli li  
64 
Elməddin Səfərov, 
Ağdam rayon sakini, məcburi 
köçkün kimi  Bakıda 
məskunlaşmış  II qrup əlil 
 
Mən  Qarabağ  müharibəsinə  16 
yaşımda  getmişəm.  Yaşca  balaca 
olsam  da  döyüçü  yoldaşlarımdan, 
əməliyyatlarda  onlarla  bərabər 
iştirak  edirdim.  İbrahimi  1992  -  ci  ilin  aprel  ayından 
tanıdım.  Onu  biz  İbiş  deyə  çağırırdıq.  Cəsur,  mərd 
oğlan  idi.  Onun  cəsurluğu,  vətənsevərliyi  3  az  yaşlı 
övladını  evdə  qoyub  cəbhəyə  gəlməsidir.  Həmin 
vaxtlar  21  dənə  Qrad  qurğusu  var  idi.  Əvvəl  o  Qrad 
qurğuları  İmarətdə  idi.  Sonra  düşmən  tərəfin  bu 
qurğuları  axtarması  haqqında  informasiya  aşkarlandı 
və  tez  bir  zamanda  İmarətdən  çıxarılıb  öncə  Çəmənli 
kəndində,  oradan  Göytəpə  kəndində,  Xındırıstan 
kəndində  gizlədildi.  Onu  gizlədib  qorumaq  lazım  idi. 
Çünki  o  Qrad  qurğusu  haqqında  düşmən  tərəfin  mə-
lumatı  var  idi.  Əgər  onlar  onu  tapıb  yerini  müəyyən 
edib, onu partlatsaydılar rayon üçün də, kəndlər üçün 
də fəlakət olardı. Həmin o qorunub saxlanılan 21 Qrad 
qurğusu  ön  cəbhədə  düşmənin  həmlələrinin  qarşısını 
çox alıb. Bax o 21 Qrad qurğusunun qorunub saxlan-
masında,  mühafizə  edilməsində  rəhmətlik  İbrahimin 
də  əməyi  olub.  Bu  qrad  qurğularının  yerləşdiyi  ərazi 
gizli  saxlanılırdı,  qorunması  məsuliyyət  idi.  Çünki 
düşmən  tərəf  duyuq  düşməli  deyildi.  Hələ  o  vaxt 


Güllə səsindən doğulan kitab 
65 
həmin  qrad  qurğularını  qoruyan  zaman  postlara  təyin 
olunan  döyüşçülərin  içində  İbrahim  də  var  idi.  O, 
döyüşə çox can atırdı: “Bir ön cəbhəyə tez gedib, düş-
mənlərə sözümü silahımla deyərdim“ - deyirdi. Mənsə 
ona: “İbrahim, bu qoruduğun strateji əhəmiyyəti olan 
sahə də çox vacib və məsuliyyətdir” - deyirdim.  
1992-ci il fevralın 25-də səhər Qaraqaya (Əsgəran) 
mövqeyini  götürmək  üçün  oraya  6  dəfə  hücum  etdik 
və sonda aldıq. Qaraqayanın alınması xocalıların Ağ-
dama  keçməsinə  böyük  kömək  oldu.  Təbii  batalyo-
numuzun  döyüşçüləri  çox  igidlik  göstərdilər.  İbra-
himin  də  bu  döyüşlərdə  mərd-mərdanə  vuruşduğunu 
görmüşəm.  Döyüşlərin  birində  döyüşçü  yoldaşı-
mızdan  biri  ağır  yara  almışdı,  onun  yaralanıb qaldığı 
sahəyə  keçə  bilmirdik,  çünki  o  hissəyə  daha  çox 
mərmi  atırdılar.  İbrahim:  “Uşaqlar, mən  yoldaşımızın 
ölüsünü də olsa oradan gətirməyə gedirəm, mənfurlara 
icazə  verməyəcəyəm  ki,  onu  götürsünlər  dedi  və 
həmin  hissəyə  tərəf  baxıb  ani  fikirləşdi.  Biz  -  orada 
olan  yoldaşlar  vəziyyətin  necə  olduğunu  bilirdik. 
Bilirdik ki, ağır yaralanan yoldaşımızı çıxarmaq çətin 
olacaq,  amma  düşünüb  bir  plan  cızmalı  idik.  Həm 
yoldaşımızı xilas edək, həm də ki, itki verməyək. Bir 
söz  demədik  İbrahimə,  amma  bu  vətənpərvər  igidə 
anlatdıq  ki,  bir  az  gözləyək  atəş,  güllə  yağışı  kəssin, 
bir  az  hava  qaralsın.  İki  nəfərlə  gedib  gətirərik. 
İbrahim  bizlə  razılaşmış  kimi  özünü  göstərdi.  Həmin 
vaxt  havanın  qaralmasına  az  qalırdı.  İbrahim  gözlə-
mədi  və  bir  də  gördük  ki,  sürünə-sürünə  yaralanmış 


İ ra də   Əli li  
66 
döyüşçü  yoldaşımıza  tərəf  gedir.  Allahdan  ona  bir 
güllə  belə  toxunmadı.  İbrahim  çox  çətinliklə  ağır 
yaralanmış,  qanı  dayanmayan  əsgəri  bizim  dayandı-
ğımız  nöqtəyə  gətirdi.  Allah  rəhmət  etsin,  igid  qar-
daşımız İbrahimə! Tanrı övladlarını qorusun. 
 
 
 
 
 
 
 
 


Güllə səsindən doğulan kitab 
67 
Cəbiyev Cəbrayıl (Cəbi) 
II qrup əlil  Qarabağ 
müharibəsinin iştirakçısı 
 
akıda 
məskunlaşmış 
Ağdamın Xıdırlı kəndinin 
sakini. 1988-ci  illərdən  mən  İbra-
himin qardaşı ilə dostluq edirdim. 
Sonra da bir cəbhədə döyüşəsi ol-
duq. Çox danışan deyildi, zarafatı da az edərdi. 1991-
ci  il  idi.  O,  hər  zaman  döyüşdə  sinəsini  irəli  verib, 
düşmən  gülləsindən  qorxmazdı.  Ağır  döyüş  əməliy-
yatlarına gedən zaman  döyüşçü yoldaşları ona deyir-
dilər:  “Sənin  üç  uşağın  var,  getmə,  biz  bu  döyüşdə 
iştirak edək”. İbrahim isə: “Mən gedəcəyəm!”, - deyib 
israrla,  cəsarətlə  döyüş  meydanına  atılırdı.  Döyüş 
yoldaşları  içərisində  qorxmaz,  döyüşə  girən  bir  igid 
idi  İbrahim.  Yadımdadır,  1990-cı  ildə  İmarət  stadio-
nunda mitinqə toplaşmışdıq. Birdən silahlı texnikanın 
stadiona  tərəf  gəldiyini  gördük,  camaatın  çoxu 
meydandan qaçdı,  20  nəfər adam  qalmışdı.  Onlardan 
biri də İbrahim idi. Həmin vaxt bizim əlimiz yalın idi, 
silahsız  idik...  Şəhidlik  zirvəsinə  ucalmış  İbrahim 
qardaşıma Allahdan rəhmət diləyirəm, ruhu şad olsun! 
 
 
 



İ ra də   Əli li  
68 
Fərahim  Əhmədov 
Xındırstan qəsəbəsində 
məskunlaşmış  Ağdam rayon 
sakini , ikinci qrup əlil. 
 
Mənim  İbrahimlə  döyüş  yo-
lum  Azərbaycanın  Milli  Qəhrə-
manı  Fred  Asifin  komandanlığı 
ilə  “N”  saylı  hərbi  hissədə  olub. 
Ağdamın  bütün  könüllüləri  kimi  biz  də  torpağımız 
uğrunda  vuruşub,  canımızı  fəda  etməyə  hazırdıq. 
Martuninin  Qaradağlı,  Qaraqaya,  Xromort,  Naxçı-
vanik,  Aranzəmin,  Pircamal,  Ağdamın  Gülablı  kənd-
lərində  gedən döyüşlərdə bərabər  iştirak  etmişik.  Ay-
larla  Ağdamın  Şelli  kəndində  87,88  post  məntəqə-
lərində birlikdə ərazilərimizə nəzarət etmişik. 1991-ci 
ilin sonlarında, döyüşlərin birində döyüşçü yoldaşları-
mızdan  biri  ayağından  möhkəm  yaralanmışdı,  qan 
itirirdi və tibb məntəqəsinə aparmaq üçün çox zaman 
sərf  olunacaqdı  ki,  bu  da  yaralı  üçün  təhlükə  idi. 
İbrahim tez köynəyini iki yerə parçalayıb, döyüşçünün 
ayağına bağladı ki, qan itkisinin qarşısını alsın. Yaralı 
döyüşçünün  döyüş  mövqeyində  özü  dayandı.  Qorx-
maz döyüşçü idi, döyüşdə olan zaman heç bir şeydən 
çəkinmirdi,  qorxmurdu.  Döyüş  zamanı  İbrahim  qa-
baqda  özü  gedirdi,  sinəsini  düşmən  gülləsinə  tuş 
edərək  özündən  qabağa  heç  kimi  qoymurdu.  Xocalı 
hadisəsi  ona  çox  təsir  etmişdi.  Xocalı  soyqırımı 
haqqında  ürək  yanğısı  ilə  danışardı.  Biz  ikimiz  də 


Yüklə 41,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə