İ ra də Əli li
46
hazır olması üçün son yazı -onun xatirələri qalıb. Bir
neçə gün zəng edib hal-əhvalını soruşdum. Nəhayət
özümdə güc toplayıb:
– “Almaz xanım bilirəm çox çətindir sizə. Yaddaşı-
nızda olanları, xatirələri xatırlamaq, danışmaq sizi
üzəcək. Keçən günlərin yaddaşında qalan,olub keçən-
ləri göz önünə gətirmək ağır olacaq sizin üçün, amma
sizin xatirələrinizi yazmadan kitabı nəşriyyata təhvil
verə bilmərəm” – dedim. Almaz xanım başını aşağı
salıb, bir xeyli danışmadı. Təbii göz yaşları ilk xati-
rəsini artıq danışmağa başlamışdı. Səbirlə gözlədim.
Çətin idi gənc ikən sevdiyi həyat yoldaşını itirmək və
bu itkini dilə gətirmək. Bir söz demədim, susdum.
Gözləyirdim ki, Almaz xanım sakitləşsin. Bir xeyli
zamandan sonra Almaz xanım:
– “İradə xanım, mənim üçün çox çətindir bu möv-
zuda danışmaq. Gözlərimin önündə kino lenti kimi
keçir olub keçənlər. İbrahimi itirməklə həyatımın
mənasını, qayəsini itirdim. Övladlarım üçün yaşayı-
ram. Onları xoşbəxt görmək istəyirəm” – dedi.
1981-ci il ömrümün ən gözəl çağları idi. İbrahimlə
ailə qurmuşduq. Təbii bu ailə sevgimiz üzərində qu-
rulub, təməli möhkəm idi.
İlk tanışlıq zamanını belə xatırlayıram. Pedaqoji
İnstitutun filologiya fakültəsindən məktəbə təcrübəyə
gedirdim. Rəhmətliyi məktəbə yaxın yerdə gördüm.
Məktəbdən qardaşımgilə baş çəkməyə gedən zaman
da qardaşım yaşadığı məhəllədə gördüm. O, məni
çoxdan izləyirmiş, mən fərqində olmamışammış. Be-
Güllə səsindən doğulan kitab
47
ləcə günlər keçirdi. Mən onu məktəbə yaxın küçədə
və qardaşımgilin məhəlləsində görürdüm. Nəhayət o
elçilərini göndərdi. Mənim də ailəmdə, onun da
ailəsində bizim evlənməyimizə narazılıq var idi. Am-
ma biz ikimizdə öz qərarımızı vermişdik ki, həyatı-
mızı birlikdə quraq, ömürlük bağlanaq. Ailə qurduq.
Ailə qurduqdan bir müddət sonra, İbrahim məni, vax-
tılə gizlin-gizlin izlədiyini, yaxınlaşmağa həm çəkinib
cürət edə bilmədiyini, həm də utandığını söyləyirdi.
Saatlarla yağışın, günəşin altında mənim keçəcəyim
küçənin bir dalanında durub gəlib keçməyimi gözlə-
yirmiş. Axı o zamanlar sevən oğlan istəklisinə yaxın-
laşıb bir söz deməzdi, sevdiyi qıza elçi göndərərdi.
Sevgisini nişan üzüyünü sevdiyinin barmağına
taxmaqla sübut edərdi. İbrahim məni necə izlədiyini
və həmin anda keçirdiyi həyəcan hisslərindən danışan
zaman mən gülümsəyib deyərdim ki, mənim də gö-
züm səni axtarardı gizlin-gizlin. Bu bizim taleyimizdir,
İbrahim. Tanrı bizi biri-birimizlə qarşılaşdırdı.
Çox gözəl günlər yaşadıq. Onunla bərabər keçir-
diyim 11 il bütün həyatıma bərabərdir, bir günü ömrə
bərabər idi. Övladlarını çox sevərdi. Mənimlə bərabər
onların qayğısına qalardı. Mən yorulan zaman uşaq-
ların yeməyinə, onların tərli paltarlarına diqqət edərdi.
Gəzintiyə aparardı. Mənə həm ömür-gün yoldaşı idi,
həm də dost idi. Mənim nazımı çox çəkərdi. Məndə öz
növbəmdə ona çox qayğı göstərirdim, onun qəlbini
heç bir səhvimlə qırmırdım. İndiki kimi yadımdadır.
Yemək bişirib hazır olduqdan sonra süfrəyə gətir-
İ ra də Əli li
48
mirdim, gözləyirdim ki, İbrahim gəlsin birlikdə nahar
və ya şam edək. Balacalar da onsuz süfrəyə əl
uzatmazdılar. Çox xoşbəxt bir ailə həyatımız var idi.
Müharibə başladı. Mənfur qonşuların işğalçı siyasəti
minlərlə ailələri başsız, böyüksüz qoydu.
Mən çox dedim ki, İbrahim getmə, uşaqlarımız
balacadırlar, sənə bir şey olar mən nə edərəm, necə
edərəm. Rəhmətlik isə “Bu torpağın üzərində gəzə
bilmərik, erməni quldurlarını torpaqlarımızdan qov-
malıyıq. Mən qardaşlarımın döyüşə getməsinə şərait
yarada bilmərəm. Böyük qardaşım nəslin ağsaqqalıdır.
O birilərin də hərəsinin bir problemi var. Mən özüm
gedəcəyəm. Mənə bir şey olarsa, Almaz, əzizim, na-
rahat olma. Dövlət mənim uşaqlarıma məndən də
yaxşı baxacaqdır” – dedi. Qəlbi, ürəyi Vətənlə döyü-
nürdü. O, çox cəsur, qorxmaz idi. Həyat yoldaşım
olduğu üçün demirəm, sözün əsil mənasında Vətənini,
torpağını ürəkdən səvən,ona bağlı olan vətənpərvər idi.
1992-ci il mayın 4-də evə uşaqları görməyə gəlmişdi.
Dedi ki, Almaz, uşaqları geyindir, bir şəkil çəkdirim
onlarla. Mən razı olmadım, dedim ki, “Ay İbrahim,
müharibə bitməyib, sən də hərbi geyimdə. Deyəcəklər
ki, müharibə qurtarmayıb bunlar şəkil çəkdirirlər.
Ayıbdır”. Düzü, o da razılaşdı. Amma o, özü cəbhədə
şəkil çəkdirməzdi, sevməzdi. Birdənə də olsun ön
cəbhədən şəkli yoxdur. İnanın ki, o Şəhid olduqdan
sonra özümü çox danladım, gərək övladları ilə şəkil
çəkdirərdi, yadigar bir şəkli qalardı. Bunu özümə ba-
ğışlaya bilmirəm!...
Güllə səsindən doğulan kitab
49
Həmin günü oğlumuz Rövşənin ad günü idi. Qo-
naqlarım çox idi. Hamı ilə görüşüb, ön cəbhəyə təcili
gedəcəyini söylədi və evdən məhləmizin həyətinə
çıxdı. Bu an mən Rövşəni götürüb onun arxasınca
qaçdım və ona “özünü qoru, balalarımız səni gözləyir,
İbrahim, ehtiyatlı ol” – demək istədim. Yaxınlaşdım,
sonuncu görüşdür kimi ürəyimə fikirlər gəldi. Bir söz
deyə bilmədim. Boğazım qurumuşdu. Gözlərim yaşar-
mışdı. Axı, biz doyunca onu görə bilmədik. İbrahim
mənə yaxınlaşıb - darıxma o mənfurları torpağımız-
dan tezliklə qovacağıq, hamı evinə yurduna dönəcək.
Bir az səbirli olun. Rövşən əllərini atasına uzadıb
onun qucağına getmək istədi. İbrahim tələsiridi. O,
Rövşəni öpdü, üzünə sığal çəkdi, dönüb tələsik dar-
vazadan çıxdı. Və bir daha dönmədi...
İyun 11-ə keçən gecə ürəyim çox narahat idi. Yuxu
gördüm. Çox qarışıq yuxu idi. Gördüm düşmən tə-
rəfindən güclü müqavimət var. Güllə səsləri çoxalır,
qulaq batırıcı səviyyədə. Bizim yaşadığımız evə də
Qrad düşür. Mən İbrahimi axtarıram, tapa bilmirəm.
Amma birdən çox zəif səslə İbrahimin səsini eşidirəm
“Almaz, uşaqlar”. Yuxudan ayıldım. Halım çox pis idi.
Özümə gələ bilmirdim. Rəhmətlik anam tək qalma-
mağım üçün mənimlə qalırdı. Mənim bu narahatlığımı
duyub, o da yuxudan ayıldı. Yata bilmədik. Elə bilki,
reallıqda mənə hər şey əyan olmuşdu. Sabah saat 6 ra-
dələrində qapı döyüldü, Firdovsi idi. İbrahimin xəstə-
xanada yaralı olduğunu söylədi. Və dedi ki, İbrahim
sizi arzulayır, sizi görmək istəyir. Biz Firdovsi ilə yola
Dostları ilə paylaş: |