Güllə səsindən doğulan kitab
61
Xromort kəndi ilə Ağdamın Gülablı kəndinin arasında
bütün döyüşçülərimiz mövqe tutdular. Biz həmin vaxt
ancaq avtomat ilə, köhnə tüfəng ilə vuruşurduq.
Texnikamız yox idi. Yaqub Rzayev (Qatır Məmməd)
və Milli Qəhrəmanlar Allahverdi Bağırov, Şirin Mir-
zəyev, Asif Məhərrəmovun başçılıq etdikləri döyüşçü
heyəti çox kömək etdilər insanların çıxarılması üçün.
İbrahimin şücaətini orada da gördüm. Neçə-neçə
insanı, meyitləri, yaralıları çıxartmağa kömək etmişdi.
Çox ağrıdıcı bir faktdır, bir günün içində yer üzündən
silinən şəhəri tərk edən 6700 Xocalı sakinindən 613-ü
düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu
soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca
və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yeti-
rildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki va-
lideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düş-
mən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı
uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü
.
Bu soyqırımın bu nəticəsi xalqımıza böyük fəlakət
oldu.
1992-ci il mayın 10-da Əsgəranın Aranzəmin, Pir-
camal, Naxçıvanik kəndinə 30 döyüşçü ilə hücum
etdik. Mən onu
da qeyd edim ki, o vaxt mən tağım ko-
mandiri idim, İbrahim isə bölük komandiri. Aranzə-
min, Pircamal kəndini aldıq, 9 ermənini əsir götürdük
və hərbi məntəqəyə təhvil verdik. Bu döyüşdə İbra-
himin də boyük cəsarətini gördüm. 1992-ci ilin may
ayının 15-də Azərbaycan helikopterini (vertalyot)
erməni tərəf atəşə tutub, vuran zaman helikopter Ağ-