R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   16   17   18   19   20   21   22   23   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

 

 

 

V.5. Meşə təsərrüfatı 

 

Yer kürəsində kolluqlarla və yeni salınmış meşələrlə birlikdə 



ümumi  meşə  sahəsi  -  75  mlrd.  ha-a  çatır.  Onun  oduncaq  ehtiyatı  -

385  mlrd.  kubmetrdən  artıqdır.  Yer  kürəsində  hər  birisinin  ayrı-

ayrılıqda  sahəsi  2,0  mlrd.  ha  olan  2  meşə  qurşağı  ayrılır.  Bunlar 

Şimal və Cənub meşə qurşaqlarıdır. 

Regionlardan - Latın Amerikasında - 1260 mln. ha, Afrikada -

1140  mln.  ha,  MDB-də  940  mln.  ha,  Şimali  Amerikada  -  750  mln. 

ha,  Xarici  Asiyada  -  660  mln.  ha,  Xarici  Avropada  -  195  mln.  ha, 

Avstraliya və Okeaniyada - 180 mln. ha meşə sahəsi vardır. 

Ölkələrdən  -  RF-də  meşənin  sahəsi  886  mln.  ha,  oduncaq 

ehtiyatı - 82 mlrd. kubmetr, Braziliyada sahəsi 572 mln. ha, ehtiyatı 

-  60  mlrd.  kubmetr,  Kanadada  sahəsi  -  453  mln.  ha,  ehtiyatı  -  22 

mlrd. kubmetr təşkil edir. 

Meşə  sənayesi  dünya  təsərrüfatının  ən  qədim  və  məhsuldar 

sahələrindən hesab edilir. Meşələrin insan həyatında əhəmiyyəti çox 

böyükdür.  O,  nəhəng  oksigen  mənbəyi  sayılır.  Meşə  təkcə  sənaye 

xammalı  deyildir.  O,  torpağı  su  və  külək  erroziyasından  qoruyur, 




torpaqda rütubətliliyi qoruyub saxlayır, çayların daşmasının qarşısını 

alır,  əkin  sahələrini,  tarlaları  məhvedici  quru  küləklərdən  qoruyur. 

Meşələr  hər  hansı  bir  ölkənin  milli  sərvəti  kimi  qiymətləndirilir. 

Meşələr  sənayeyə  xidmət  edərək  tikinti  materialları,  kağız,  süni  lif, 

eyni zamanda spirt verir. 

Elmi-texniki  tərəqqi  oduncağı  onun  tətbiq  olunduğu  ənənəvi 

sahələrdən  -  yanacaq  sənayesindən  və  qismən  tikintidən  sıxışdırıb 

çıxararaq, onu neftlə, qazla, betonla, habelə 

şüşə ilə əvəz edir. 

Maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, tikinti, meşə 

sənayesi  məhsulunun  aparıcı  istehlakçıları  hesab  olunurlar.  Meşə 

sənayesinin inkişafı da digər təsərrüfat sahələrindən çox asılıdır. O, 

öz  növbəsində  başqa  sahələrdən  laklar,  boyalar,  soda,  natrium, 

ağardıcı  kimyəvi  maddələr,  avtomobillər,  traktorlar,  ağac  tədarükü 

və  emalı  üçün  müxtəlif  növ  dəzgahlar  istehlak  edir.  Daha  doğrusu, 

meşə sənayesinin daha geniş sahələrarası əlaqələri mövcuddur. 

Meşə sənayesi biri-biri ilə qarşılıqlı surətdə əlaqədə olan ağac 

tədarükü,  oduncağın  mexaniki  emalı  və  kağız,  karton,  skipidar, 

kanifol,  yem  mayaları  alınması  üçün  oduncağın  kimyəvi  emalı 

istehsallarından ibarətdir. Maraqlıdır ki, bir istehsalın məhsulu digəri 

üçün  xammal  rolunu  oynayır.  Belə  ki,  ağac  tədarükü  müəssisələri 

taxta  zavodlarına  oduncaq  verir,  əldə  olunan  taxta  mebel  fabrikləri 

üçün  əsas  xammal  sayılır.  Ağac  tədarükü  tullantıları  hesab  edilən 

budaq,  iynəyarpaqlar,  eləcə  də  ağac  emalı  tullantıları  olan  taxta 

kəpəyi,  ağac  qabığı  və  yonqar  spirt  və  yağlı  boyalar  istehsal  etmək 

üçün  meşə-kimya  sənayesinə  ötürülür.  Ona  görə  də  hal-hazırda 

meşə-kimya  kombinatları  yaratmağa  üstünlük  verilir.  Çünki  burada 

oduncağın  ardıcıl  emalı  ilə  yanaşı  onların  tullantılarından  da  tam 

istifadə  etmək  mümkünlüyü  mövcudlaşır.  Bir-birinin  yaxınlığında 

yerləşən,  xammal,  enerji  və  nəqliyyatdan  birgə  istifadə  edilməsinə 

və tullantıların tam emalına əsaslanan, sıx istehsal əlaqələrinə malik 

olan  meşə  sənayesi  müəssisələri  meşə  sənayesi  kompleksləri 

adlanırlar. 

Ümumiyyətlə,  meşə  təsərrüfatı  üçün  meşələrin  müxtəlif 

əhəmiyyəti vardır. Bu sahədə onlar sanitariya meşələri, torpaq, tarla, 

su qoruyucu və qoruq meşələrinə ayrılırlar. 

Meşə  sənayesinin  yerləşdirilməsinə  dair  ən  mühüm 

prinsiplərdən  biri  -  meşə  sənaye  komplekslərini  dəniz,  su  və 

dəmiryolu  nəqliyyatı  ilə  daha  yaxşı  təmin  olunmuş  yerlərdə 



tikməkdən  ibarətdir.  Bu  məqsəd  üçün  böyük  çayların  mənsəbi, 

çayların  dəmiryolu  magistralları  ilə  kəsişdiyi  yerlər  xüsusilə 

sərfəlidir.  Meşə  sənayesinin  bütün  sahələrində  başlıca  məsrəflər  -

75%-ə  qədər  ağac  tədarükünün  payına  düşür.  Bu  əsasdan  da  meşə 

sənayesini  yerləşdirməyin  digər  başlıca  prinsipi  müəssisələri  ağac 

tədarükü  rayonlarına,  yəni  xammala  yaxınlaşdırmaqdan  ibarətdir. 

Deyilənlərlə  yanaşı,  meşə  sənayesinin  ayrı-ayrı  sahələrinin 

yerləşdirilməsinə  istehlakçının  yaxınlığı,  habelə  su  və  enerji  ilə 

təchizatı şəraiti də təsir göstərir. Belə ki, hazır mebeli daşımaq, onun 

hazırlanması  üçün  olan  hissələri  daşımaqdan  baha  başa  gəlir.  Ona 

görə  də  mebel  istehsalı  müəssisələri  müxtəlif  sənaye  sahələrinə 

malik, eləcə də əhalisi sıx olan rayonlarda yaradılır. 

Sellüloz  istehsalı  hədsiz  dərəcədə  suyun  olmasını  tələb  edir. 

Kağız  hazırlanması  isə  çoxlu  miqdarda  elektrik  enerjisinin 

vacibliyini 

şərtləndirir. 

Deyilənlərə 

görə 


də 

sellüloz-kağız 

kombinatları göstərilən şərtlərə əməl etməyə əsaslanır. 

Qeyd etmək lazımdır ki, meşə materialları hazırlanmasını illik 

kəmiyyət  göstəricisi  son  illər  -  3,4  mlrd.  kubmetri  keçmişdir.  Bu 

sahədə  ABŞ,  RF,  Kanada,  Finlandiya,  Đsveç,  Çin,  Đndoneziya, 

Braziliya, Hindistan, Nigeriya, Malayziya, Efiopiya fərqlənirlər. 

Oduncağın  mexaniki  emalında  taxta-şalban  hazırlanmasının 

illik göstəricisi - 440 mln. kubmetr təşkil etməklə ABŞ - 110 mln. t., 

Kanada  -  65  mln.  ton,  habelə  Çin,  Yaponiya,  Rusiya,  Braziliya, 

Hindistan  seçilirlər.  Taxta-şalban  ixracatının  aparıcıları  -  ABŞ, 

Kanada, Đsveç, Finlandiya, Rusiya, Braziliya, Nigeriya, Cənubi-Şərqi 

Asiya ölkələridir. 

Oduncağın kimyəvi emalında kağız, karton, sellülöz, skipidar, 

kanifol,  yem  mayaları  əldə  olunur.  Dünyada  istehsal  olunan 

sellülozun  yarıdan  çoxunu  ABŞ  və  Kanada  verir.  Lakin  birinci 

onluğa son vaxtlar Çin və Braziliya da qatılmışlar. Kağız istehsalının 

75%-ni ĐEÖ verir. Burada da hər nəfərə orta hesabla 160 kq məhsul 

düşür.  Bu  göstərici  ABŞ  və  Kanadanın  hər  birində  -  300  kq, 

Finlandiyada  isə  -  400  kq-dan  artıqdır.  ĐOÖ-də  isə  bu  göstərici  -4,2 

kq-dan çox deyildir. 

Ümumiyyətlə,  hər  il  ABŞ  -  86  mln.  t,  Çin  -  32  mln.t, 

Yaponiya  -  31,0  mln.  t,  Kanada  -  19,0  mln.t,  AFR  -  16  mln.t, 

Finlandiya -12,1 mln. t, Đsveç - 9,8 mln.t, Fransa - 8,6 mln.t, Koreya 




Respublikası  -8,4  mln.  t  və  Đtaliya  -  7,5  mln.  t  kağız  və  karton 

məhsulu istehsal edirlər. 




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə