Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

xalqa digərini istismar etmək imkanı verir, yəni bunlar hərbi təsisatlardır. Amma o
zaman yunanları (rəssamlar, filosof və alimləri) ağır çəkili roma
koqortalarından
2
aşağıda qoymaq lazım gələrdi; müdrik və elmli misirliləri –
yarımbarbar farslardan, hindliləri də yarımbarbar moğollardan aşağıda tutmaq lazım
gələrdi.
Tarix belə incə müxtəlifliklərlə məşğul olmur. Yeganə üstünlük, hansı ki, tarix
onun qarşısında həmişə baş əyir – bu, hərbdir; lakin sonuncu sivilizasiyanın digər
elementlərinin uyğun üstünlüyü ilə nadir hallarda müşayiət olunur və ya ən azı ona
öz yanında uzun müddət qalmağa imkan vermir. Acınacaqlısı odur ki, hər hansı bir
xalqın hərbi üstünlüyü, hətta həmin xalq çox tezliklə silinib-getməyə məhkum olmasa
belə, zəifləyə bilməz. Həmişə belə olub, nə vaxt ki, ali xalqlar sivilizasiyanın zirvəsinə
yüksəlirlər, ağılca özlərindən xeyli aşağıda duran, lakin xarakterin məlum keyfiyyətləri
və döyüşkənliklərinə görə – ali sivilizasiyalarda bu keyfiyyətlər məhv edilir – onları
üstələyən barbarlara təslim olurlar.
Deməli, belə acınacaqlı nəticəyə gəlmək lazımdır ki, sivilizasiyanın həmin
elementləri, fəlsəfi nöqteyi-nəzərdən, çox aşağıdır, ictimai nöqteyi-nəzərdən ən
vacibi hesab olunurlar. Əgər gələcəyin qanunları eyni ilə keçmişin qanunları kimi
olmalıdırsa, onda demək olar ki, xalq üçün ən zərərlisi – onun inkişafın və
mədəniyyətin ən ali pilləsinə qədəm qoymasıdır. Xalqlar onların ruhunun əsasını
təşkil edən xarakterin keyfiyyətləri korlandığı zaman məhv olurlar və həmin
keyfiyyətlər də özlüyündə onların sivilizasiyası yüksəlib, inkişaf edəndə korlanmağa
başlayır.
III fəsil
TƏSİSATLAR, DİNLƏR VƏ DİLLƏRİN KÖKÜNDƏN DƏYİŞDİRİLMƏSİ
Ali irqlər də primitiv irqlər kimi öz sivilizasiyalarının elementlərini kəskin
dəyişdirə bilmirlər. – Öz inancını, dilini və incəsənətini dəyişmiş xalqları təmsil
edənlərin ziddiyyətləri. – Bu dəyişikliklər nədə görünür. Onları qəbul etmiş irqlərdən
asılı olaraq, buddizm, brəhmənizm, İslam və xristianlığın məruz qaldıqları dərin
dəyişikliklər. – Onları qəbul edən irqlərdən asılı olaraq, təsisatlar və dillərin məruz
qaldıqları dərin dəyişikliklər. – Müxtəlif dillərdə uyğun gələn sözlər kimi nəzərə
çarpanlar, tamamilə bənzəməyən ideya və düşüncə üsullarını təmsil edirlər. – Bunun
nəticəsi olaraq bəzi dillərdə həmin tərcümənin yad dillərə çevrilməsinin
mümkünsüzlüyü. – Niyə tarixi əsərlərdə hansısa xalqın sivilizasiyası bəzən dərin
dəyişikliklərə məruz qalır. – Müxtəlif sivilizasiyaların qarşılıqlı təsirinin hüdudları.
Əsərlərimdən birində mən ali irqin öz sivilizasiyasını primitiv irqə tətbiq etmək
iqtidarında olmadığını göstərmişəm. Avropalıların sərəncamında olan ən güclü təsir
vasitələrini – tərbiyə, təsisat və inanc – bir-birinin ardınca nəzərdən keçirərək, mən
həmin təsir vasitələrinin primitiv xalqların sosial vəziyyətini dəyişdirmək üçün mütləq
çatışmazlığını sübut etdim. Mən həmçinin aydınlaşdırmağa cəhd etdim ki, əgər
hansısa sivilizasiyanın elementləri irsiyyətin uzun sürən təsirləri nəticəsində yaranan
downloaded from KitabYurdu.org


məlum, tamamilə konkret ruhi xüsusiyyətlərə uyğun gələrsə, onda eyni zamanda
onların meydana gəldiyi ruhi xarakteri dəyişdirmədən, onları əvəz etmək mümkün
olmazdı. İstilaçılar deyil, yalnız zamanla, əsrlər bu cür işi yerinə yetirə bilərlər. Mən
həmçinin göstərdim ki, bir sıra ardıcıl mərhələlərdən yalnız yunan-Roma
sivilizasiyasını məhv etmiş barbarlar keçiblər. Xalq sivilizasiya pillələrində yüksələ
bilər. Əgər tərbiyə üsulu ilə xalqı bu mərhələlərdən məhrum etməyə cəhd
göstərirlərsə, bununla onun yalnız əxlaq və zəka qabiliyyətləri məhv edilir, nəhayətdə
isə onu özünün çatdığı səviyyədən də qat-qat aşağı səviyyəyə salırlar.
İbtidai irqlərə tətbiq olunan arqumentlər, ali irqlərə də tam şəkildə tətbiq oluna
bilər. Əgər bu əsərdə izah edilmiş prinsiplər düzdürsə, onda biz təsdiq edə bilərik ki,
ali irqlər də öz sivilizasiyalarını kəskin şəkildə dəyişdirə bilməzlər. Onlara da bunun
üçün zaman və ardıcıllıqla mərhələləri adlamaq lazım gələcək. Bəzən elə gəlir ki,
hansısa ali xalq öz əcdadlarında olanlardan tamamilə fərqli inanc, təsisat, dil və
incəsənəti qəbul ediblər, əslində buna, onları yalnız tədricən və dərindən
dəyişdirməklə, öz ruhi xüsusiyyətlərinə uyğunlaşdırmaqla nail olmaq mümkündür.
Ehtimal ki, tarixin hər bir səhifəsi elə indicə deyilənlərlə ziddiyyət təşkil edir. Orada
tez-tez görmək olur ki, xalqlar öz sivilizasiyalarının elementlərini dəyişirlər, yeni
dinləri, dilləri və yeni təsisatları qəbul edirlər. Bəziləri xristianlığa, buddizmə və ya
İslama keçmək üçün öz çoxəsrlik inanclarını tərk edirlər; başqaları öz dillərini
dəyişirlər; digərləri nəhayət, öz təsisatlarını və incəsənətlərini kökündən dəyişdirirlər.
Hətta bəzən elə gəlir ki, buna bənzər dəyişiklikləri asanlıqla həyata keçirmək üçün
hansısa fateh və ya həvari, yaxud hətta adi bir şıltaqlıq belə kifayət edər.
Lakin bizə bu cür kəskin çevrilişlər haqda məlumat verən tarix yalnız özünün adi
işini yerinə yetirir: uzun illər ərzində yanlışları yaratmaq və yaymaqla. Bütün bu xəyali
dəyişikliklərin hamısını tədqiq etdikdə, tezliklə görürsən ki, şeylərin yalnız adları
asanlıqla dəyişir, həmin sözlər arxasında gizlənən mahiyyət isə yaşamaqda davam
edir və onlar çox nadir hallarda, özü də tədricən dəyişilə bilir.
Buna əmin olmaq və eyni zamanda bu cür oxşar adların ardınca şeylərin tədrici
inkişafını göstərmək üçün müxtəlif xalqlarda hər bir sivilizasiyanın elementlərini
öyrənmək, belə demək mümkünsə, onların tarixini tamamilə yenidən yazmaq lazım
gələrdi. Bu çətin işə mən artıq başlamışam, bir çox cildlər ona həsr edilib və burada
onu yenidən təkrarlamaq fikrində deyiləm. Sivilizasiyanı təşkil edən saysız-hesabsız
elementləri bir kənara qoyub, mən yalnız onlardan birini – incəsənəti götürəcəyəm.
Amma, bir xalqdan digərinə keçən incəsənətin ortaya çıxardığı təkamülün
tədqiqinə (başlıca fəslə) keçməzdən öncə, sivilizasiyanın digər elementlərinin məruz
qaldığı dəyişikliklər haqqında bir neçə söz demək istəyirəm. Bununla göstərmək
istəyirəm ki, bu elementlərdən birinə tətbiq edilən qanunlar digərlərinə də tətbiq
oluna bilər və nəticə etibarilə, kəskin dəyişilə və bir xalqdan digərinə verilə bilməz.
Bu nəzəriyyə paradoksal görünə bilər, çünki o, dini inanclara aiddir və
baxmayaraq tarixdə məhz, bu inanclarda ən yaxşı nümunələr tapmaq olur, sübut edə
biləsən ki, fərdlər boy və yaxud gözlərinin rəngini dəyişdirə bilmədikləri kimi, xalqlar
da öz sivilizasiyalarının elementlərini kəskin şəkildə dəyişdirə bilmirlər.
Şübhəsiz, hamıya məlumdur ki, bütün böyük dinlər, brəhmənizm, buddizm,
xristianlıq, İslam bir çox irqlər arasında formal olaraq dərhal kütləvi şəkildə qəbul
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə