Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   30   31   32   33   34   35   36   37   38

müqayisə  etməyə  dəyməz.  Bəs  bala  sirkə  qatışsa  necə? 
Əlbəttə ki, belə baldan mürəbbə yaxşıdır.
Sözsüz  ki,  ibadət  yuxudan  üstündür.  Amma  nadan 
insanın  ibadəti,  adətən,   «qatqı»lı  olur.  Bu  ibadətdə  riya, 
başqalarının  nəzərini  düşünmək,  fikir  dağınıqlığı  kimi 
mənfi elementlər kifayət qədərdir. Alim isə yuxunu ibadətə 
«çevriməyi» bacarır. O, yatarkən dəstəmaz alır, dua oxuyur, 
sağ  tərəfi  üstə  yatır,  ən  əsası  isə  yuxunun  vaxtını  və 
müddətini düzgün təyin edir.
Amma  başqa  bir  hal  da  var.  İnsan  gecəni  oyaq  qalıb, 
ibadətə  məşğul  olur.   «İsra»  surəsinin  79-cu  ayəsində 
buyurulur: «
Gecə yarı oyan və gecə namazı qıl. Olsun ki, 
Rəbbin səni uca məqama qaldıra
». 
«Səcdə»  surəsinin  16-cı  ayəsində  oxuyuruq:   «
Onlar 
ibadət üçün yataqlarından qalxar
».
İmam Baqir (ə) buyurur: «Oruc alov qarşısında sipər 
olar, sədəqə günahları məhv edər və gecə oyanıb ibadət 
edən insanı Allah yad edər
»
1

Bəli,  gecənin  əsrarəngiz  mənzərəsi,  eləcə  də,  sükutu 
insan  təfəkkürünü  oyadır.  İnsan  bütün  bu  incəliklərin 
xaliqinə yol axtarır. 
Dərdsiz insan yoxdur. Gecənin yarısı dərdini Allahdan 
başqa  kimə  deyəsən?!  Dostların,  qohumların  qapısı  bağlı, 
idarələrin  qapısında  qıfıl!  Yalnız  bir  olan  Allahın  qapısı 
açıq! Bəli, belə bir məqamda ibadət yuxudan üstündür!
Sual  153:
  Axirət  əzabı  var  ikən,  dünya  əzabına  nə 
hacət?
Cavab:
  Əgər  insan  dünya  həyatında  imtahana  çəkilib 
axirətdə  mühakimə  olunursa,  dünyadakı  bəlaların  məntiqi 
nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «
Biz ən 
1
 «Üsuli-kafi».
141


böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından 
daddıracağıq. Bəlkə, geri dönələr
».
Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət 
verilir,
 bəlalar 
gəlir.
 Amma 
bütün 
bunlardan 
faydalanmayan  insanların  son  mənzili,  yalnız  və  yalnız 
cəhənnəmdir.
Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya 
əzabından  nəticə  çıxararaq,  doğru  yola  gəldiyinə  şahid 
olarıq.  Nəfsin  hakimiyyəti  altında  qarşılaşdıqda,  dayanıb 
düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ 
qopan  andaca,  bir  ağızdan  «Allah»-deyə  fəryad  qoparır. 
Elm  və  məntiqlə  həqiqəti  tapmağa  həvəs  göstərməyənlər 
əzabla üzləşən kitmi, düşünməyə başlayır.
Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min 
peyğəmbər  göndərib  millətləri  doğru  yola  çağırmaqla 
kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki, 
bir  cəmiyyətdə  qanunlar  təbliğ  olunur,  amma  qanunu 
pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma 
oğurluğun  qarşısı  alınmır.  Bu  cəzasızlıq  oğurluğa  rəvac 
vermirmi?  Günahkarların  cəzalandırılması,  başqaları  üçün 
ibrətdir  və  ümumiyyətlə,  cəmiyyətin  xeyirinə  yönəldilmiş 
bir tədbirdir. 
Allah-təala  günahkarı  cəzalandırmaqla  onu  islah 
olmağa,  başqalarını  isə  ibrət  götürməyə  çağırır  və  belə  bir 
əzab, bəşəriyyət üçün olduqca zəruridir.
Sual 154:
 Peyğəmbərlər təqiyyə edibmi?
Cavab:  
«Təqiyyə»  ərəbcədən  tərcümədə  «çəkinmək» 
mə´nasını verir, insanın öz dini baxışlarını izhar etməkdən 
çəkinməsidir. «Əhzab» surəsinin 39-cu ayəsində oxuyuruq: 
«
O  peyğəmbərlər  ki,  Allahın  hökmlərini  təbliğ  edər, 
Ondan  çəkinər  və  Allahdan  başqa  kimsədən 
142


qorxmazlar
».  Bu  və  digər  ayələrdən  mə´lum  olur  ki, 
peyğəmbərlərə  öz  risalətlərinin  təbliğində  təqiyyəyə  icazə 
verilməmişdir.
Onu da unutmaq olmaz ki, təqiyyənin müxtəlif növləri 
vardır.  Yuxarıdakı  ayədə  zikr  olunan  təqiyyə,  qorxu 
təqiyyəsidir.  Yə´ni  peyğəmbərlər  qorxu  səbəbindən  öz 
risalətini tə´xirə sala bilməz. 
Təqiyyənin başqa bir növü, təhbibi təqiyyədir. İnsan bə
´zən qarşı tərəfin məhəbbətini cəlb etmək üçün öz əqidəsini 
açıqlamır. Belə bir təqiyyə müəyyən müştərək işlərdə qarşı 
tərəflə həmkarlığa şərait yaradır.
Üçüncü  növ  təqiyyə,  pərdələnmə  təqiyyəsidir.  Hər  bir 
insan və ya cəmiyyət öz məqsədinə çatmaq üçün hazırladığı 
planı  düşməndən  gizlətməlidir.  Aydın  məsələdir  ki,  qarşı 
tərəfin  atacağı  addımlardan  xəbərdar  olan  düşmən,  öz 
tədbirini görəcəkdir.
Peyğəmbərlərə qorxu təqiyyəsi caiz olmasa da, onların 
həyatında ikinci və üçüncü növ təqiyyələr kifayət qədərdir. 
Məsələn,  spirtli  içkilərin  mərhələ-mərhələ  qadağan 
olunması,  buna  misal  ola  bilər.  Bütləri  qırmaq  qərarına 
gəlmiş  İbrahim  bütpərəstlərə  şənliyə  getməyib,  şəhərdə 
qalmasının  səbəbini  doğru-düzgün  açıqlasaydı,  məqsədinə 
çata bilərdimi?!
İmam Sadiq (ə) buyurur: «
Təqiyyə mənim və mənim 
babalarımın  ayinidir.  Təqiyyəsi  olmayanın  dini 
yoxdur
»
1
.
Sual  155:
  Peyğəmbərlik  həvəsinə  düşənləri  necə 
anlatmalı?
1
 «Məcməül-bəyan», 7-8-ci cild, səh.521.
143


Cavab:
  Allah-təala  buyurur:   «
(Məhəmməd)  Allahın 
rəsulu və peyğəmbərlərin sonuncusudur
»
2

Əlbəttə ki, ayə və hədislər yalnız mömin müsəlmanlar 
üçün mötəbərdir. Peyğəmbərlik eşqinə düşmüş fırıldaqçıları 
isə, yalnız elm və məntiq yolu ilə susdurmaq olar. Belə ki, 
heç  bir  peyğəmbər  göndərildiyi  cəmiyyətdə  dəlil-sübutsuz 
qəbul  olunmamışdır.  Buna  görə  də,  bu  eşqə  düşənlər  öz 
peyğəmbərliklərini  sübuta  yetirmək  üçün  aşağıdakı 
tələblərə cavab verməlidirlər: 
1.  Bütün  peyğəmbərlər  möcüzə  ilə  göndərildiyindən, 
iddiaçı öz möcüzəsini göstərməlidir;
2.  Bütün  peyğəmbərlərin  gəlişi  özündən  əvvəlki 
peyğəmbər tərəfindən xəbər verilmişdir; 
İsa (ə) və onun gətirdiyi İncildə həzrət Məhəmməd (s) 
haqqında  xəbərlər  vardır.  İddiaçı  öz  peyğəmbərliyinin 
sübutu  üçün  Qurandan  dəlil  gətirməlidir  (Hansı  ki, 
«Əhzab»
 surəsinin 
40-cı 
ayəsində 
«
Məhəmməd 
peyğəmbərlərin sonuncusudur
»-deyə buyurulur).
3.  Peyğəmbər  öz  dövrünün  ən  inkişaf  etmiş  elm 
sahəsində hamıdan üstün olmalıdır; 
Necə  ki,  Musa  möcüzədə,  İsa  tibbdə,  Məhəmməd  (s) 
məntiq və hikmətdə birinci idi.
4.  Peyğəmbər  cəmiyyətin  bütün  problemlərinin  həlli 
yolunu göstərməyi bacarmalıdır;
5.  Peyğəmbər  zorakı  hakimiyyətə  qarşı  çıxıb,  ictimai 
ədalətin bərpasına çalışmalıdır;
6.  Peyğəmbərin  dininə  hamıdan  əvvəl  onun  ən  yaxın 
adamları iman gətirməlidir və s.
Sual  156:
  İslam  peyğəmbərinin  zövcələrinin  sayının 
fəlsəfəsi nədir?
2
 «Əhzab» surəsi, ayə 40.
144


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə