Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   30   31   32   33   34   35   36   37   38

Cavab:
  Həzrət  Məhəmmədin  (s)  bir  yox,  bir  neçə 
qadınla  evlənməsi,  bir  sıra  ictimai-siyasi  çətinliklərin  həlli 
məqsədini  daşımışdır.  Həzrət  öz  peyğəmbərliyini  elan 
etdiyi zaman tək-tənha idi və onun risalətinə çox az adam 
iman  gətirmişdi.  Təbii  ki,  xürafatın  hakim  olduğu  həmin 
cəmiyyətdə  əksər  qəbilələr  onun  risalətinə  müxalif 
mövqedə  dayanmışdılar.  Həzrət  Peyğəmbər  (s)  düşmənin 
müqavimətini qırmaq üçün icazə verilmiş bütün yollardan 
istifadə edirdi. 
Həzrət (s) yalnız bir bakirə qızla ‒ Aişə ilə evlənmişdir. 
25 yaşlı gənc, 40 yaşlı dul qadınla ‒ Xədicə (s.ə.) evlənmiş və 
53 yaşınadək yalnız, bu qadınla nikahda olmuşdur.
Öz  dövrünün  cahil  adət-ənənələrini  sındırmaq  üçün 
dul  Zeynəblə  evlənən  Peyğəmbər,  bakirə  qızlarla  da  ailə 
həyatı qura bilərdi.
Tarixçilər  həzrət  Məhəmmədin  (s)  zövcəsi  sayılan 
qadınların  əksəriyyətinin  onunla  cinsi  yaxınlıqda 
olmadığını bildirirlər. Hətta bəzi qəbilələr öz qızını Həzrətə 
nişanlamaqla kifayətlənmiş və bunu özləri üçün böyük fəxr 
hesab etmişlər.
İkinci bir tərəfdən, sonsuz olmayan Peyğəmbərin (s) nə 
üçün  az  sayda  övladı  olmalı  idi.  Həmin  dövrdə,  adətən, 
övladla  nəticələnən  cinsi  yaxınlıq,  Həzrət  (s)  üçün  önəmli 
deyildi.  Önəmli  olan,  bu  izdivaclar  vasitəsi  ilə  qəbilələri 
İslama gətirmək, cəmiyyətdə əlaqələri möhkəmlətmək idi.
Sual 157:
 Evlənmək istədiyimiz qadına baxa bilərikmi?
Cavab:
  Təfsirçilərin  fikirincə,  evlənmək  istəyən  şəxs 
evlənmək istədiyi qadına baxa bilər. 
İnsan  həyatında  ən  əhəmiyyətli  hadisələrdən  biri, 
izdivacdır.  İslam  dini  bütün  işlərdə  kor-koranə  seçimin 
əleyhinə  olduğu  kimi,  izdivac  zamanı  da  kamil  bəsirət 
145


tərəfdarıdır.  Gələcəkdə  baş  verə  biləcək  peşmançılıqların 
qarşısını  almaq  üçün  evlənmək  istəyən  insan,  nəzərdə 
tutduğu qadını şəriət çərçivəsində kamil tanımalıdır.
Həzrət  Peyğəmbər  (s)  evlənmək  istəyən  yaxın 
adamlarından  birinə  buyurur: «
Əvvəlcədən  ona  bax.  Bu, 
aranızdakı məhəbbətin dərinliyinə səbəb olar
». 
Əlbəttə ki, şəriət o şəxsə baxmaq icazə verir ki, onun bu 
qadınla  evlənmək  fikiri  ciddi  olsun.  Evlənməyə  qadın 
axtarmaq  məqsədi  ilə  baxmaq,  caiz  deyil.  Hətta  icazə 
verildiyi təqdirdə, şəhvətlə baxmaq haramdır.
Sual 158:
 Qonaqdan ac olduğunu soruşmaq olarmı?
Cavab:
 Həzrət Peyğəmbər (s) buyurur: «
Qonaq behişt 
bələdçisidir
»
1
.  Qonağa  ehtiram  göstərilməsi  o  qədər 
əhəmiyyətlidir  ki,  İslam  qonağı  səmadan  enmiş  hədiyyə 
kimi təqdim edir. Həzrət  Peyğəmbər (s)  buyurur: «
Qonaq 
öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır
». 
Qonağa  böyük  əhəmiyyət  verilməsi  ilə  yanaşı,  onu 
təmtəraqla  qəbul  etmək  nəhy  olunur.  İslam  qonağın  sadə 
şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, 
ev  sahibi  olanını  müzayiqə  etməsin,  qonaq  bunda  artıq 
qəbulun intizarında olmasın.
İmam  Sadiq  (ə)  buyurur: «
Qonaqdan  yemək  yeyib-
içməyəcəyini  soruşmayın.  İmkan  çatan  həddə  süfrə 
açın
»
2
.  Açılmış  süfrəni  kasıb  bilərək,  təhqir  etmək  caiz 
deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam 
Sadiq (ə) buyurur: «
Açılmış süfrəni əskik bilən ev sahibi 
və qonaq azğındır
».
1
 «Biharul-ənvar», 75-ci cild, səh. 460.
2
 «Biharul-ənvar», 75-ci cild, səh. 455.
146


Qonağın  da  öz  vəzifələri  vardır.  Qonaq  ona  göstərilən 
yerdə  oturmalı,  ev  sahibinin  narahatçılığına  səbəb  olacaq 
hərəkətlərə yol verməməlidir.
Sual 159:
 İnsan öz ömrünü necə uzada bilər?
Cavab:
  Bu  sual  bəşər  tarixi  boyun  insanları 
düşündürmüşdür.  Amma  bu  sahədə  araşdırma  aparan 
əksər  tədqiqatçılar,  məsələyə  sırf  fizioloji  baxımdan 
yanaşmışlar.  İslam  dini  fizioloji  amillərin  insan  ömrünə 
təsirini  nəinki  inkar  etmir,  hətta  bu  sahədə  göstərişlər  də 
verir.  İnsanın  normal  yuxu  və  qidalanma  rejimi,  onun 
ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır.
Amma  bundan  da  əhəmiyyətli  amillər  vardır.  Həzrət 
Peyğəmbər  (s)  buyurur:   «
Allah  yolunda  sədəqə  və 
qohumları  yoxlamaq  evləri  abad  edib,  ömürləri 
uzadar
»
1

Həzrət (s) öz buyuruqlarında zinanı məhkum edərək 
buyurur: «Ey müsəlmanlar, zinadan çəkinin. Onun altı 
pis nəticəsi vardır ki, üçü dünyada, üçü isə axirətdədir. 
Zinanın dünya həyatındakı üç təsiri bunlardır: insanın 
nurunu aparar, kasıblıq gətirər, ömürü qısaldar
»
2
.
Demək,  ömürünün  qısalmasından  ehtiyatlanaraq 
ekoloji saf qidalara üstünlük verən insan, öz mənəviyyatına 
da  nəzər  salmalıdır.  İnsanın  şərab  içib-içməməsinin,  zina 
edib-etməməsinin,  qadının  hicablı  olub-olmamasının  Allah 
üçün  heç  bir  faydası  yoxdur.  İslam  dinində  nəzərdə 
tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və 
axirət səadətini təmin etmək üçündür.
Sual 160:
 Ruhlarla əlaqə saxlamaq mümkündürmü?
1
 «Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 354.
2
 «Səfinətul-bihar», 2-cild, səh.23.
147


Cavab:
  «Fatir»  surəsinin  22-ci  ayəsində  buyurulur: 
«Dirilərlə  ölülər  eyni  deyillər.  Şübhəsiz  ki,  Allah  (haqq 
sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən 
isə qəbirlərdə olanlara eşitdirən deyilsən».
Bədr  döyüşündə  öldürülmüş  kafirlərə  müraciətlə 
danışan Peyğəmbər (s), Ömərin etirazı ilə qarşılaşdı. Həzrət 
(s)   «onların  ki,  ruhu  yoxdur»  deyən  Ömərə  belə  cavab 
verdi:   «Mənim  dediklərimi  siz  onlardan  yaxşı 
eşitmirsiniz.  Sadəcə,  onların  cavab  vermək  qüdrəti 
yoxdur»
1
.
Bütün  müsəlmanlar  namazın  sonunda  peyğəmbərə 
salam  göndərirlər.  Dünyasını  dəyişmiş  insanın  cəsədinə 
«la  ilahə  illəllah»  təlqin  edilir.  Bütün  bunlar  mötəbər 
hədislərə  əsasən  icra  olunur.  Əgər  dünyasını  dəyişmiş 
insan  bizi  eşitmirsə,  hansı  əsasla  ona  salam  göndərməli 
və ya təlqin etməliyik?!
«Nəhcül-bəlağə»də  ölülərin  ruhu  ilə  əlaqəyə  işarə 
olunur  və  həzrət  Əlinin  (ə)  möminlərin  ruhu  ilə  danışdığı 
bildirilir. 
Ölmüş  insanın  dünya  həyatı  ilə  əlaqəsi  kəsilsə  də, 
Allahın iradəsi ilə belə bir əlaqə mümkündür.
Sual 161:
  Qurani-kərimin  114  surəsi  olduğu  halda,  nə 
üçün «Yasin» surəsi daha çox tilavət olunur?
Cavab:
  Bu  surə  «ya»  və  «sin»  müqəttə  hərfləri  ilə 
başlayır.  İmam  Sadiq  (ə)  buyurur:   «
Yasin  Allahın 
Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, 
«sən  mürsəl  (şəriət  sahibi  olan)  peyğəmbərlərdənsən
». 
Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif 
səhnələrlə qarşılaşırıq.
1
 «Ruhul-bəyan».
148


Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. 
İmam  Sadiq  (ə)  buyurur:   «
Bu  surəni  qürubdan  əvvəl 
oxuyan  insan  gün  uzunu  hifz  olunar  və  bol  ruzidən 
faydalanar.  Hər  kəs  bu  surəni  yatmazdan  əvvəl  oxusa, 
Allah min mələk məmur edər ki, onu hər şeytan və hər 
bəladan qorusun
»
1
.
Lakin  bu  fəzilətlər  surəni  kor-koranə  oxuyana  yox, 
onun  məfhumunu  düşünüb,  anlayanlara  şamildir.  Elə  bir 
düşüncə ki, insanın əməllərinə sirayət edir!
Sual 162:
 Yuxuya əməl etmək olarmı?
Cavab:
  Yuxu  üç  qismdir:  yozumu  olan  ilahi,  doğru 
yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş 
haqqında  çox  düşünməkdən  yaranmış  əsassız  yorğunluq 
yuxuları.
İbrahim  Peyğəmbər  (ə)  oğlu  İsmayıli  gördüyü  yuxuya 
əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan 
yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
Peyğəmbərlər  bir  sıra  məsələlərdə,  eləcə  də  yuxu 
məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi 
yuxular  görür,  bəzən  isə  vəhyi  yuxu  vasitəsi  ilə  qəbul 
edirlər. Bəzi rəvayətlərdə İbrahimin uyğun yuxunu üç gecə 
ardıcıl gördüyü nəql olunur.
Başqa  bir  rəvayətdə  nəql  olunur  ki,  şeytan  İbrahimə, 
«gördüyün  yuxu  şeytani  yuxudur»  deyə  vəsvəsə  edirdi. 
Amma  İbrahim  əmin  idi  ki,  peyğəmbərlər  şeytani  yuxu 
görmürlər.
Demək,  adi  insanların  gördüyü  yuxuya  əsasən  əməl 
etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq 
əməl olunması xürafatdır.
1
 «Məcməul-bəyan».
149


Sual  163:
  Quran  möminləri  qələbə  ilə  müjdələdiyi 
halda, nə üçün bəzi möminlər şəhadətə yetişir?
Cavab:
  «Qələbə»  sözünün  mənası  olduqca  genişdir. 
«Səffat» surəsinin 172-ci ayəsində möminlərə belə bir vədə 
verilir:   «
Onlar  mütləq  qalib  gələcəklər
».  Bəs  nə  üçün 
imam  Hüseyn  (ə)  Kərbəla  vaqiəsində  şəhadətə  yetişdi? 
Şəhadəti məğlubiyyət hesab etmək olarmı?
Təsəvvür  edin  ki,  bir  peyğəmbər  düşmənlə  döyüşdə 
şəhadətə  yetirilib.  Amma  onun  dini  cəmiyyəti  öz  təsiri 
altına alaraq, batil əqidələrə qalib gəlib. Diqqət etsək görərik 
ki,  həmin  peyğəmbər  əslində  qalib  gəlmişdir.  Qələbə  bir 
insanı yox, onun əqidəsini sındırmaqdır. Bəli, imam Hüseyn 
(ə)  Kərbəlada  qətlə  yetirildi.  Lakin  bütövlükdə  Kərbəla 
vaqiəsi İslamın taleyində tarixi dönüş nöqtəsinə çevrildi.
Qələbənin  digər  bir  növü,  tədrici  qələbədir.  Belə  bir 
qələbə  əsrlərcə  davam  edən  mübarizədən,  neçə-neçə 
nəsillərin şəhadətə yetişməsindən sonra əldə edilir.
Ən  əsas  nöqtələrdən  biri  isə,  əbədiyyət  məsələsidir. 
Yəni dünya səadəti axirət səadəti demək deyildir. 70 illik bir 
ömürü xoşbəxt yaşayan insanı, xoşbəxt adlandırmaq olmaz. 
Əsl xoşbəxtlik axirət xoşbəxtliyidir. Əgər imam Hüseyn (ə) 
şəhid  olaqla  behiştə  gedirsə,  demək  qalib  gəlir.  Yox,  onu 
qətlə  yetirən  Şimr  cəhənnəm  oduna  bələnirsə,  demək 
əslində məğlub olur.
Sual 164:
 Gözdəymə həqiqətdirmi?
Cavab:
  Bir  çox  insanların  gözündə  xüsusi  bir  təsir 
olduğu  barədə  gəzən  söz-söhbətlərdə  həqiqət  varmı? 
Həzrət  Peyğəmbərdən  (s)  bu  barədə  soruşulduqda,  o 
buyurdu:   «
Qəzavü-qədəri  qabaqlaya  biləcək  şey 
gözdəymədir
»
1
.
1
 «Məcməül-bəyan», 10-cı cild, səh. 341.
150


Yəqub  peyğəmbər  öz  övladlarını  məhz  gözdəymədən 
qorumaq  məqsədi  ilə  deyir:   «
Yəqub  dedi:   «Oğullarım! 
Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan 
daxil  olun...
»
1
.  Həzrət  Əli  (ə)  buyurur:   «
Peyğəmbər  (s) 
Həsən  (ə)  və  Hüseyn  (ə)  üçün  gödəymə  duası 
hazırlamışdı
»
2
.  Həzrət  «Nəhcül-bəlağə»də  bir  daha 
buyurur:  «
Gözdəymə,  eləcə  də  onu  aradan  qaldırmaq 
üçün dua, həqiqətdir
».
Amma  İslamda  gözdəymənin  bir  həqiqət  kimi  qəbul 
edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə 
yetişsin.  Bu  sahədə  dinin  göstərişlərindən  kənara  çıxaraq, 
ifrata varmaq caiz deyil.
Sual 165:
 Bağışlanmayan günah varmı?
Cavab:  
«Zumər»  surəsinin  53-cü  ayəsində  buyurulur: 
«
De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış 
bəndələrim!  Allahın  rəhmindən  ümidsiz  olmayın. 
Allah  bütün  günahları  bağışlayar.  Həqiqətən,  O, 
bağışlayan və rəhm edəndir!
».
Bu  ayənin  nazil  olma  səbəbi  kimi,  bəzi  təfsirçilər 
Vəhşinin dastanını göstərirlər. Vəhşi həzrət Peyğəmbərin (s) 
əmisi Həmzənin qatilidir. Özünü hər zaman Peyğəmbərə (s) 
sipər  etmiş  Həmzə,  Vəhşi  tərəfindən  namərdliklə  qətlə 
yetirilmişdi.
Zaman keçdi. İslam qüdrətləndi. Vəhşi də İslam dinini 
qəbul  etmək  qərarına  gəldi.  Həzrət  Peyğəmbər  (s) «Əmim 
Həmzəni  necə  öldürdün»  soruşdu.  Vəhşi  həmin  səhnəni 
təsvir  etdiyi  zaman,  Həzrət  (s)  bərk  ağlayırdı.  Amma 
Vəhşinin  tövbəsi  qəbul  oldu.  Həzrət  (s)  ona  buyurdu: 
1
 «Yusif» surəsi, ayə 67.
2
 «Nurus-səqəleyn», 5-ci cild, səh. 400.
151


«
Mənim gözümə görünmə, sənə baxa bilmirəm
».  Vəhşi 
Şam istiqamətində gedib, bir daha gözə görünmədi.
Həzrətdən  (s)  soruşdular  ki,  bu  ayə  təkzə  Vəhşiyə 
aiddir,  yoxsa  hamıya?  Peyğəmbər, «hamıya!» -deyə  cavab 
verdi. 
Sual 166:
 «İsrafilin suru» nədir?
Cavab:
  «Zumər»  surəsinin  68-ci  ayəsində  buyurulur: 
«
Sur  çalınacaq,  Allahın  istədiyi  kimsələrdən  başqa, 
dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi, onlar 
qalxıb müntəzir olacaqlar!
». 
Necə ola bilər ki, səs dalğaları bütün dünyanı bürüyə? 
Bir halda ki səs sürəti saniyədə 240 metri aşmır, bir Surun 
səsi bütün yer üzünə necə yayıla bilər?
Rəvayətlərə  əsaslanaraq  deyə  bilərik  ki,  Sur  adi  bir 
şeypur  deyildir:  İmam  Zeynəlabidin  (ə)  buyurur:   «
Sur 
böyük bir buynuzdur. Yerə yönəlmiş aşağı ucla səmaya 
yönəlmiş  yuxarı  uc  yeddinci  qatınadəkdir.  Onun 
üzərində  ruhların  sayı  qədər  dəlik  vardır
».  Həzrət 
Peyğəmbər (s) buyurur: «
Sur nurdan olan bir buynuzdur 
və üzərində ruhların sayı qədər dəlik vardır
»
1
.
Surun  nurdan  olması,  bu  səsin  sürətinin  saniyədə 
300.000 km işıq sürtindən çox olmasına bir işarədir.
Sual 167:
 Özünü islah etməmiş insan, başqalarını islah 
edə bilərmi?
Cavab:
  İslam  dini  öz  ardıcıllarını  cəmiyyətin  islahına 
çağırır.  Ümumiyyətlə,  müəyyən  bir  yola  bağlanmış  insan, 
1
 «Elmül-yəqin», səh.892.
152


fitri  olaraq  başqalarını  da  bu  yolda  görmək  istəyir.  Amma 
bu işdə heç də hamı müvəffəq deyildir.
Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur 
və  bu  çağırışın  proqramı  təqdim  olunur.   «Fussilət» 
surəsinin  33-36-cı  ayələrinə  əsasən,  təfsirçilər  Allaha  tərəf 
çağırışın dörd mərhələsini qeyd edirlər: 
1.  Dəvət  edənlər  iman  və  əməl  baxımından  özlərini 
islah etməlidirlər;
2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır;
3. Əxlaq qaydalarına əməl olunmalıdır;
4. Maneələr aradan qaldırılmalı, şeytanın vəsvəsələri ilə 
mübarizə aparılmalıdır.
«Nurus-səqəleyn»də  oxuyuruq:   «
Allah-təala  öz 
peyğəmbərinə  buyurur  ki,  yaxşılıqla  pislik  eyni 
deyildir, pisliyi ən yaxşı üsulla aradan qaldır. Yəni sənə 
pislik  edənlərə  yaxşılıqla  cavab  ver.  Bu  halda  düşmən 
səmimi dosta çevrilər
»
1
.
Sual 168:
 Həzrət Məhəmməd (s) İslamdan əvvəl hansı 
dində idi? 
Cavab:
  Həzrət  Peyğəmbərin  həyat  tarixçəsində 
aparılan araşdırmalar sübut edir ki, İslamdan əvvəl Məkkə 
əhli bütpərəst olsa da, Həzrət yalnız bir olan Allaha etiqad 
etmişdir.
Təfsirçilər  arasında  Həzrətin  (s)  hansı  dində  olması 
barədə müxtəlif rəylər olsa da, ən məntiqi nəzər budur ki, 
İslam ona nazil olanadək, Rəsuləllah (s) Allahın yalnız onun 
üçün müəyyənləşdirdiyi bir proqrama əməl etmişdir.
«Nəhcül-bəlağə»də 
buyurulur:   «
Allah-təala 
Məhəmməd  (s)  süddən  ayrılan  zamandan  başlayaraq, 
1
 4-cü cild, səh. 549.
153


ən  əzəmətli  mələyi  ilə  onu  doğru  yol  və  doğru  əxlaqa 
sövq etmişdir
».
Əllamə  Məclisi  rəvayətlərə  əsaslanaraq  bildirir  ki, 
həzrət  Məhəmməd  (s)  peyğəmbərlikdən  əvvəl  də 
peyğəmbərlik  məqamında  olmuşdur.  Daim  mələklərin 
səsini eşitmiş, yuxularından ilham almışdır.
Belə ki, qətiyyətlə deyə bilərik ki, həzrət Peyğəmbər (s) 
İslam  qədərki  dövrdə  nə  məsihi,  nə  də  yəhudi  dinində 
olmamışdır. 
Sual 169:
 İmanın hansı mərhələləri vardır?
Cavab:
  İstər  elm,  istərsə  də  həqiqətə  təzim  ruhu 
mənasında  imanın  dərəcələri  vardır. «Fəth»  surəsinin  4-cü 
ayəsində  buyurulur:   «
Möminlərin  imanı  üstünə  iman 
artırmaq  üçün  onların  ürəklərinə  öz  dərgahından 
xətircəmlik,  rahatlıq  və  mənəvi  möhkəmlik  göndərən 
Odur
».  İmam  Sadiq  (ə)  buyurur:   «
İmanın  on  dərəcəsi 
vardır. Nərdivan kimi pillə-pillə ucalır
»
1

Qurani-kərimdə buyurulur ki, Allah-təala hər bir insanı 
onun  qüvvəsi  həddində  sorğuya  çəkir.  Demək,  iman 
dərəcəsi  aşağı  olan  insanların  sorğusu  daha  yüngül 
keçəcəkdir.  Həzrət  Peyğəmbər  (s)  və  onun  Əhli-beytindən 
nəql olunmuş hədislərdə iman səviyyəsi aşağı olan insanları 
qınamamaq  tövsiyə  olunur.  Amma  deyilənlərdən  belə 
nəticə  çıxarmaq  yanlış  olar  ki,  tamam  imansız  ‒  kafir 
insanlara  sorğu  yoxdur.  İman  bütün  bəşəriyyətin  fitrətinə 
məxsus  olan  bir  sifətdir.  Sorğudan  gəzəştlər  isə,  birbaş 
insanların  istedadı  ilə  bağlıdır.  Atəşin  İbrahimə  gülzara 
döndüyünü  görən  Nəmrud,  Allahın  qüdrəti  qarşısında 
qurban  kəsir.  Amma  yenə  də  dünyəvi  məqamını  itirmək 
qorxusundan, aşkar iman gətirməyib kafirlərdən olur. 
1
 «Biharul-ənvar», 69-cu cild, səh.165.
154


Sual 170:
 İman eşqdir, yoxsa ağılın dərki?
Cavab:
  Qurani-kərimin  «Hücərat»  surəsinin  7-ci 
ayəsində buyurulur: «
...Allah sizə imanı sevdirmiş, onu, 
ürəklərinizdə  süsləmiş  küfrə,  asi  olmağa  qarşı  nifrət 
oyatmışdır
».
Adətən,  insanlar  həqiqətin  qəbulu  üçün  dəlil-sübut 
istəyirlər.  Belə  bir  istək  təbiidir  və  İslam  tərəfindən  inkar 
olunmur.  Amma  insan  qəbul  etdiyi  həqiqəti  sevməyə  də 
bilər. İmam Sadiq (ə) buyurur: «
İman, sevgi və nifrətdən 
başqa bir şey deyil
» buyurur. 
İmam Baqir (ə) buyurur: «Din məhəbbət, məhəbbət 
isə dindir
».
Təsadüfü  deyildir  ki,  kainatın  obyektiv  nizamlı 
quruluşunu  dərindən  mütaliə  edən  astronom  Allahın 
varlığını təsdiqlədiyi halda, ibadət etməyə də bilər. Əksinə, 
bu  dəlillərdən  tamami  ilə  xəbərsiz,  yalnız  fitrətinin  səsini 
dinləməklə  iman  gətirmiş  savadsız  çoban,  heç  bir  şəkk-
şübhəyə yol vermədən Allahına ibadət edir!
155

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə