Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   30   31   32   33   34   35   36   37   38

duaları  qəbul  etməsi  ilə,  həzrət  Mehdinin  (ə)  zühuru 
gerçəkləşəcəkdir.
Sual  143:
  Qiyamətdən  əvvəl  gerçəkləşəcək  rəcət 
hadisəsinin fəlsəfəsi nədir?
Cavab:
  Şiə  müsəlmanların  etiqad  etdiyi  rəcət,   12-ci 
imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində 
bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün 
dünyaya qayıdışıdır.
Məşhur  şiə  alimi  Seyid  Mürtəza  deyir:   «Allah-təala 
həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş 
bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama 
(ə)  yardımçı  olmaq  və  ədalətli  hökumətin  bütün  dünyanı 
bürümüş  hakimiyyətini  müşahidə  etmək  iftixarına 
yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir 
intiqam üçün dünya həyatına qaytarılacaqdır».
Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq 
edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
Belə  bir  sual  verilə  bilər  ki,  qiyamətdən  sonra  rəcət 
hadisəsinin  gerçəkləşməsinin  nə  əhəmiyyəti  vardır?  İslam 
rəvayətlərindən  belə  aydın  olur  ki,  bu  hadisə  yalnız  bir 
qrup  xalis  mömin  və  xalis  kafirə  aiddir.  Möminlərin 
qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz 
dünya  əzabını  dadmaları  üçündür.  Əvvəlki  dünya 
həyatında  kafirlərin  maneçiliyi  səbəbindən  imanını 
kamilləşdirməyə  fürsət  tapmayanlar,  rəcət  zamanı 
arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «
Rəcət ümumi 
deyildir.  Yalnız  xalis  imanlılar  və  xalis  kafirlər  dünya 
həyatına qayıdarlar
»
1
.
1
 «Biharul-ənvar», 53-cü cild, səh.39.
133


Sual 144:
 İslam kasıbçılığı bəyənirmi?
Cavab:
  Bər-bəzəkli,  kübar  həyat  tərzini  tənqid  edən 
İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün 
sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı 
olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya 
ifrat  bağlılıq  nəhy  olunur.  İmam  Sadiq  (ə)  buyurur: 
«
Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır
»
1
.
İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir. 
İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam, 
cəmiyyəti  insani  dəyərləri  önə  çəkən  mal-dövləti  xeyirli 
bilir.  Ailənin  ehtiyaclarını  təmin  etmək,  imkansızlara  əl 
tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət 
qazanmaq qəbahət yox, müqəddəs işdir.
İmam Sadiq (ə) buyurur: «
Səni başqalarının haqqına 
təcavüzdən  saxlayan  ehtiyacsızlıq,  səni  günaha  çəkən 
kasıbçılıqdan üstündür
»
2
.
  Uyğun  mövzuda  ilahi  buyuruqlardan,  məsumların 
kəlamlarından aşağıdakı nəticələr alınır: 
-  Kasıb  millətin  azadlığı  və  başıucalığı  qeyri-
mümkündür;
- Kasıblıq, asılılıqdır;
- Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;
- Kasıblıq, insanı günaha çağırır ...
Sual 145:
 Ata-anaya nə zaman itaət olunmamalıdır?
Cavab:
 Allah-təala insanı valideynlərə ehsana çağıraraq 
buyurur: «
Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə 
etdik...
»
3
.   «Loğman»  surəsinin  15-ci  ayəsində  «
dünya 
işlərində onlarla gözəl keçin
» buyurulur. 
1
 «Vəsailuş-şiə», 12-ci cild, səh.17.
2
 «Vəsailüş-şiə», 12-ci cild, səh. 17.
3
 «Ənkəbut» surəsi, ayə 8.
134


Valideynə  yaxşılığın  əhəmiyyəti,  Əhli-beyt  (ə) 
hədislərində  daha  qabarıq  nəzərə  çarpır.  Allah-təalanın 
valideynə  mərhəmətinin  sonsuzluğunu  anlamaq  üçün 
«behişt  ananın  ayaqları  altındadır»  hədisini  xatırlamaq 
kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq 
etmək  zəruridirmi?  İslam  dini  hətta  kafir  valideynə  də 
ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq 
dini  olan  İslam,  heç  bir  sahədə  ifrata  yol  vermir.  Belə  ki, 
övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib 
ilahi  əmrlərə  itaətdən  çəkindirən  valideynə  həmin 
məsələlərdə 
itaət 
olunmamalıdır.
 Qur´ani-kərimdə 
oxuyuruq: «
Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə 
şərik qoşsalar, onlara itaət etmə
»
1
. Həzrət Əli (ə) «Nəhcül-
bəlağə»də buyurur: «
Allaha üsyan etməklə, bəndəyə itaət 
etmək olmaz
».
Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə 
arasına  girə  bilməz.  Nə  padşah,  nə  rəis,  nə  də  ki  ata-ana 
insanı  dini  vəzifələrinin  icrasından  saxlamaq  səlahiyyətinə 
malik deyildir.
Sual  146:
  Günahdan  çəkinmək  istəyən  insan  nə 
etməlidir?
Cavab:
  Xəstəxana,  idman  zalı,  həbsxana  nə  üçündür? 
Heç 
şübhəsiz 
ki,
 insanın 
mənəvi 
və 
fiziki 
tərbiyələndirilməsi  üçün!  Amma  ötəri  bir  xəstəliklə 
əlaqədar  həkimə  müraciət  edən  şəxs  düzgün  müalicə 
olmazsa,  ağır  xəstəliyə  düçar  ola  bilər.  Az  olmayıb  ki, 
gözləri  zəif  görən  insan  göz  cərrahiyyə  əməliyyatından 
sonra  kor  olub.  Amma  həmin  adamlar  ümidini  üzməyib, 
başqa həkimə müraciət ediblər.
1
 «Ənkəbut» surəsini, ayə 15.
135


Cəld  və  güclü  olmaq  həvəsi  ilə  müəyyən  bir  idman 
növü  ilə  məşğul  olub,  ehtiyatsızlıq  üzündən  şikəst  olanlar 
da  var.  Amma  bu  sayaq  uğursuzluqlara  baxmayaraq, 
insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan 
narkoman  kimi  çıxanlar  da  az  deyil.  Amma  həbsxanalar 
mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə  buyurulur:   «
Namaz  insanı  çirkin 
işlərdən çəkindirir
»
1

Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan 
çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə 
üçün  çirkin  işlərdən  çəkinməyib»  sualına  yuxarıdakı 
misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. 
Əsl  həkim  şəfabəxş,  əsl  idman  faydalı,  əsl  həbsxana 
tərbiyəverici  olduğu  kimi,  əsl  namaz  da  istisnasız  olaraq, 
insanı  günahdan  uzaqlaşdırır.  Həqiqi  namazın  şərtləri 
vardır.  Namazda  xalis  niyyət,  Allahın  əzəmətini,  özünün 
kiçikliyini  anlamaq  əsas  şərtlərdəndir.  İmam  Sadiq  (ə) 
buyurur:   «
Namazın  qəbul  olunmasının  əlaməti,  onun 
insanı çirkinlikdən uzaqlaşdırmasıdır
». 
Sual 147:
 Hansı musiqi haramdır?
Cavab:
  Quranın  ayələri  və  Əhli-beyt  (ə)  hədislərində 
musiqinin  xüsusi  bir  növü  olan  «ğina»  haram 
buyurulmuşdur.  Bəzi  dinşünasların  fikirincə,  İslam 
ümumiyyətlə  bütün  musiqiləri  qadağan  edir.  Əslində, 
Peyğəmbər  dövründə  musiqiyə  sərt  münasibətin  əsasını 
həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər 
musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan 
ğinanın haram buyurulması, məntiqə uyğundur.
1
 «Ənkəbut» surəsi, ayə 45.
136


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə