Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım 
olarıq
»
1
.
Sual  126:
  İsmətli  qadına  zina  isnad  etməyin  cəzası 
nədir?
Cavab:
  İslam  dinində  böyük  günahlardan  biri  də, 
böhtandır.  Allah-təala  iman  gətirmiş  bəndələri  birliyə 
çağırır və müsəlman cəmiyyətini parçalayan bütün əməlləri 
ittiham  edir.  Cəmiyyətdəki  nizamı  pozan,  hakimləri 
ədalətsiz  qərarlar  çıxarmağa  sövq  edən  böhtançılar  üçün 
ciddi cəzalar nəzərdə tutulur.
Bəzi  böhtan  söz  çərçivəsindən  çıxıb,  günahsız 
insanların  bədbəxtçiliyinə  səbəb  olur.  Əksər  cəmiyyətlərdə 
təsadüf  olunan  yalançı  şahidləri  gözünüz  önünə  gətirin. 
Onlar öz çirkin nəfs istəklərini həyata keçirmək üçün kimə 
gəldi 
böhtan 
yağdırır,
 günahsız 
insanların 
cəzalandırılmasından zövq alırlar.
Cəmiyyətdə insanların xoşbəxt həyatına əngəl törədən, 
onların  əxlaqına  təcavüz  edən  qruplardan  biri  də, 
zinakarlardır.  Qeyri-qanuni  cinsi  əlaqə,  bəşəriyyətin 
genefondunu  zəhərləyən  bir  təzahürdür.  İslam  dinində 
zinakarlara  qarşı  ilahi  həddlər  müəyyənləşdirilmişdir. 
Lakin  zinakarlığı  iddia  olunan  insan,  heç  də  həmişə 
deyildiyi  kimi  olmur.  Mütləq  ədalətə  əsaslanan  İslam, 
zinakar  qadınlarla  barışmaz  olduğu  qədər,  ismətli 
qadınların  da  iffətini  müqəddəs  tutur.  Qurani-kərimdə 
buyurulur:   «
İsmətli  qadınlara  zina  isnad  edib,  sonra 
dörd  şahid  gətirə  bilməyən  şəxslərə  səksən  çubuq 
vurun...
»
2
.
1
 «Möminun» surəsi, ayə 107.
2
 «Nur» surəsi, ayə 4.
117


İsmətli  qadınlara  böhtan  atdığı  məlum  olan  şəxs 
cəzalandırıldıqdan  sonra  belə,  gələcəkdə  şahidlik 
haqqından  məhrum  edilir.  Ayənin  davamında  buyurulur: 
«
...Onların şəhadətini heç vaxt qəbul etməyin
».
İmam Sadiq (ə) buyurur: «Müsəlmanı onda olmayan 
xüsusiyyətə  görə  ittiham  edən  şəxsin  qəlbindəki  iman 
əriyər. Necə ki, duz suda əriyir!
»
1
.
Sual 127:
 Ananın otağına icazəsiz daxil olmaq olarmı?
Cavab:
  «Nuh»  surəsinin  127-ci  ayəsində  buyurulur: 
«
Ey 
iman 
gətirənlər,
 başqalarının 
evlərinə 
sahiblərindən icazə almadan və onlara salam vermədən 
girməyin
». 
Ayədəki  göstəriş  bütün  xalqlar  və  mədəniyyətlər 
tərəfindən məqbul hesab edilir. 
İnsan  həyatı  fərdi  və  ictimai  olmaqla,  iki  hissədən 
ibarətdir.  Cəmiyyətə  çıxan  insan,  cəmiyyətdə  qəbul 
olunmuş  qayda-qanunlara  əməl  etməli,  geyiminə  və 
hərəkətlərinə  hədd  qoymalıdır.  Məlum  məsələdir  ki,  bu 
çərçivə  sıxıntı  doğurur  və  insan  öz  daxilində  istirahətə 
ehtiyac  duyur.  Mənzilinə  dönmüş  insan  ictimai  mühitdə 
ayrıldıqdan  sonra  fərdi  həyatını  istədiyi  kimi  qurmaqla 
rahatlanmalıdır.  Hər  bir  insan  öz  mənzilində  istədiyi  kimi 
geyinə və istədiyi kimi rahatlana bilər.
Təsəvvür  edin  ki,  ağır  ictimai  fəaliyyətdən  sonra  evdə 
uzanıb  istirahət  edirsiniz.  Əyninizdə  isə  yüngül  zolaqlı 
penjama  vardır.  Sizi  mürgü  aparır  və  diksinib  oyananda 
qarşınızda bu vaxtadək ədəblə davrandığınız iş yoldaşınızı 
görürsünüz.  Belə  məqamda  narahatçılıq  təbiidir.  Axı,  bu 
şəxs siz paltarınızı dəyişərkən də daxil ola bilərdi!
Demək, başqasına məxsus otağa icazəsiz girmək olmaz! 
1
 «Üsuli-kafi» {mənbə kamil deyil}.
118


Həzrət Peyğəmbərdən (s) soruşurlar: «
Ananın otağına 
icazəsiz  girmək  olarmı?».  Həzrət  «olmaz»,  buyurur. 
Sual  verən  şəxsin  təəccübləndiyini  görüb,  əlavə  edir: 
«Ananı çılpaq görmək xoş deyil
»
1
.
Sual  128:
  Doğrudanmı,  Quranda  qadınlara  örtünmək 
əmr olunmayıb?
Cavab:
  Qurani-kərimdə  din  haqqında  az  bilib,  çox 
danışanlar  haqqında  ayələrə  tez-tez  təsadüf  olunur.  Bütün 
cəmiyyətlərdə  belə  cahil  insanlar  kifayət  qədərdir.  Onlar 
insanların  dini  biliklərinin  azlığından  istifadə  edərək,  öz 
nəfs  istəklərini  sübuta  yetirmək  üçün  «filan  şey  Quranda 
yazılıb, filan şeysə yazılmayıb» deməkdən belə çəkinmirlər. 
Bu məsuliyyətsiz insanlar şeytan fitvasına uyub, «Quranda 
hicab əmr olunmayıb» deməklə, sadə və imanlı qadınlarda 
vəsvəsə icad edirlər. Bu, doğrudan da, belədirmi?
Qurani-kərimin «Nur» surəsinin 31-ci ayəsində deyilir: 
«
Mömin  qadınlara  de  ki,   ...öz-özlüyündə  görünənlər 
istisna  olmaqla,  zinətlərini  göstərməsinlər;  baş 
örtüklərini yaxalarının üstünə çəksinlər...
».
Ayədən  göründüyü  kimi  hicab  vacib  buyurulmuşdur. 
Bəs hicabın fəlsəfəsi nədir? Başqa sözlə, hicabsızlığın, açıq-
saçıqlığın zərəri varmı? 
Qadınların  örtüksüzlüyündən  onların  şəxsiyyətinə, 
eləcə də, cəmiyyətə vurulan zərbələrə diqqət edin:
1.  Normal  cəmiyyətdə  insanların  ruhi  sakitliyinə 
təminat  verilməlidir.  Qadınların  örtüksüzlüyü,  kişiləri 
həyəcanlandırır, bəzən isə cinayətlər də baş verir;
2.  Hicabsızlıq,  ər-arvad  arasında  soyuqluq  yaradır, 
cəmiyyətdə boşanmalar çoxalır;
3. Hicabsızlıq fahişəliyin genişlənməsi üçün zəmindir.
1
 «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 584.
119


4.  Örtüksüzlüyə  rəvac  verilən  cəmiyyətlərdə  qadın 
şəxsiyyəti  tənəzzül  edir,  qadınlar  istedadlarına  görə  yox, 
xarici görünüşünə görə qiymətləndirilir.
Sual 129:
 Kasıblığa görə evlənməmək olarmı?
Cavab:
 Yaranış qanunları ilə yanaşı addımlayan İslam 
dinində, evlənmə ilahi əmr kimi qəbul olunmuşdur. Allah-
təala  buyurur:   «
Aranızdakı  subay  kişiləri  və  ərsiz 
qadınları,
 əməlisaleh 
kölə 
və 
cariyələrinizlə 
evləndirin!
»
1
.
Həzrət Peyğəmbər (s) buyurur: «
Evlənən şəxs dininin 
yarısını hifz etmişdir
»
2
.
Öz  cinsi  istəklərini  təmin  etmək  üçün  insan  hətta 
cinayətə  gedirsə,  demək  bu  hiss  onun  xarakterində 
mövcuddur  və  onu  qanuni  yolla  təmin  etmək  zəruridir. 
Cinsi istəkləri təmin olunmayan şəxs ruhu sarsıntılar içində 
qovrularaq,  normal  zehni  və  fiziki  fəaliyyətdən  geri  qalır. 
Cinsi yetkinliyə çatmış gənc evlənə bilmirsə, həm özü, həm 
də  cəmiyyət  üçün  problemlər  yaradır.  Bəs  müasir 
dünyamızda 
gənclərin 
evlənmək 
imkanından 
məhrumluğunun  əsas  səbəbi  nədir?  Nə  üçün  şəhərə 
nisbətən kənd cavanları daha tez evlənir?
Hal-hazırda  vaxtında  ailə  qurmağa  mane  olan  ilkin 
səbəb kimi, gənclərin iqtisadi durumu göstərilir. Göərəsən, 
İslam  dinində  bu  problemə  münasibət  necədir?  Həzrət 
Peyğəmbər  (s)  buyurur:   «
Kasıbçılıq  qorxusundan 
evlənməyən şəxs, Allahdan bədgüman olub
»
3
.
Kübar  həyat  tərzi  arzusu,  evlənmək  istəyən  gənclər 
qarşısında  böyük  maneədir.  Çox  vaxt  gənclər  yox, 
1
 «Nur» surəsi, ayə 32.
2
 «Səfinətül-bihar», 1-ci cild, səh. 561.
3
 «Vəsailüş-şiə», 14-cü cild, səh.24.
120


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə