Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

valideynlər bu tələblərlə çıxış edirlər. Həzrət Peyğəmbər (s) 
isə  belə  buyurur: «
Ən  pisqədəm  qadın,  mehriyyəsi  ağır 
olan qadındır
»
1
. Başqa bir hədisdə isə, iqtisadi problemlərə 
görə övladının ailə qurmasına mane olan valideynlərə belə 
xəbərdarlıq olunur: «
Övladı yetkinlik yaşına çatmış şəxs, 
onu  evləndirmək  iqtidarında  olduğu  təqdirdə 
evləndirmirsə,  övlad  günaha  batsa,  bu  günah  hər  ikisi 
üçün yazılar
»
2
.
Gənclərin  vaxtında  evlənə  bilməməsi,  cəmiyyətdə 
əxlaqsızlığa  rəvac  verir.  Eyni  zamanda,  əxlaqsızlıq 
yuvalarının mövcudluğu gənclərin evlənməsinə mane olan 
səbəbdir.  Kənd  yerlərində  belə  yuvaların  olmaması, 
gənclərin vaxtında ailə qurmasının şərtlərindəndir.
Sual 130:
 «Nur» ayəsi kimə şamildir?
Cavab:
  Qurani-kərimin  «Nur»  surəsinin  35-ci  ayəsi 
«Nur»  ayəsi  kimi  məşhurdur: «
Allah  göylərin  və  yerin 
nurudur...
».
Qurani-kərimdə  və  İslam  rəvayətlərində  yeddi  şey 
«nur» kimi xatırlanır:
1. Qurani-kərim
3
;
2. Allaha iman
4
;
3.  İlahi  hidayət  ‒  Allah-təalanın  öz  bəndələrini  doğru 
yola yönəltməsi
5
;
4. İslam dini
6
;
1
 «Vəsaliüş-şiə», 15-ci cild, səh.10.
2
 «Məcməül-bəyan».
3
 «Maidə» surəsi, ayə 15.
4
 «Bəqərə» surəsi, ayə 257.
5
 «Ənam» surəsi, ayə 122.
6
 «Tövbə» surəsi, ayə 32.
121


5. Həzrət Məhəmməd (s)
7
;
6. İmamlar və məsum rəhbərlər;
7. Elm və bilik.
Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu 
kimi,  sadalananlar  arasında  da  nurun  ilkin  mənbəyi 
Allahdır.  Quran  Onun  kəlamı  və  İslam  Onun  ayini 
olduğu,  peyğəmbər  Onun  tərəfindən  göndərildiyi  və 
imamlar  Onun  ayinlərini  hifz  etdiyi  üçün,  nur  hesab 
edilir.
Sual 131:
 Həqiqi dost varmı? 
Cavab:
  Dini  dəyərlərin  ayaq  altına  alındığı 
cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması 
tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost 
mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır.
Qurani-kərimin  müxtəlif  ayələrində  «dost»  kəlməsi 
işlədilir  və  dostlarla  münasibətin  necə  qurulmasına  işarə 
olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin 
süfrəsində  icazə  almadan  otura  bilər»  sualına  verilən 
cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.
İmam  Sadiq  (ə)  buyurur:   «
Müəyyən  həddlər  və 
şərtlərə  əməl  olunmadan  dostluq  mümkün  deyildir. 
Dostda beş xüsusiyyət olmalıdır:
1. Üzdə və arxada bir olsun;
2. Sənin abrını öz abrı, sənin eyibini öz eyibi bilsin;
3.  Vəzifəsi,  var-dövləti  dəyişəndə  sənə  münasibəti 
dəyişməsin;
4. Gücü çatanı sənə müzayiqə etməsin;
5. Çətin günündə səni tək qoymasın
».
7
 «Əhzab» surəsi, ayə 46.
122


Sual 132:
 Kafirlərin xeyir əməllərinin savabı varmı?
Cavab:
  «İbrahim»  surəsinin  18-ci  ayəsində  buyurulur: 
«
Rəbbini  inkar  edənlərin  əməlləri  fırtınalı  bir  gündə 
küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri 
əməllərdən heç bir fayda əldə edə bilməzlər
». «Furqan» 
surəsinin  23-cü  ayəsində  isə  belə  oxuyuruq: «
Biz  onların 
etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərdik
».
İmam  Baqir  (ə)  buyurur: «
Qiyamət  günü  Allah-təala 
ağ  libas  geymiş  tək  nura  bürünmüş  bir  tayfa  gətirər. 
Sonra «dağınıq toz zərrələrinə dönün» buyurar. Həmin 
nurda  əsər-əlamət  qalmaz
».  Hədisdə  işarə  olunan  nur, 
kafirlərin dünya həyatında göründüyü xeyir işlərdir.
Rəvayətlərə  əsasən  günah  savabın  üstünü  örtür. 
Məsələn, şərab içənlər haqqında buyurulur: «Şərab içən 
şəxsin  əməlləri  Allah  dərgahında  40  gün  qəbul 
olunmaz
»
1

Kafirlərin  xeyir  işlərinin  puça  çıxması,  tam  məntiqə 
uyğundur.  Təsəvvür  edin  ki,  sizə  atəş  açan  düşmənin 
gülləsi arxadan sizə hücum edən ayıya dəyir. Bu işinə görə 
ona təşəkkür düşürmü? Əlbəttə ki, yox! Kafirin xeyir əməli 
də  belədir.  Əgər  o  Allahı  razı  salmaq  niyyəti  ilə  bir  iş 
görsəydi, Allah da ona savab verərdi. Vəzifə, ad-san naminə 
xeyir  iş  görən  insanın  niyyəti  saf  deyil.  Məsələn,  deputat 
seçilmək istəyən biri kasıb-kusuba pul paylayır ki, əvəzində 
səs alsın. Onun niyyəti savab yox, səs qazanmaqdır. Bir səs 
ki, qiyamət səhnəsində eşidilməz!
1
 «Səfinətül-bihar», 1-ci cild, səh.427.
123


Sual  133:
  Qurani-kərim  nə  üçün  bir  dəfəyə  yox, 
tədricən nazil olub?
Cavab:
 İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil 
olmuşdur:  birinci  dəfə  Qədr  gecəsində  tam  şəkildə,  ikinci 
dəfə iyirmi üç il ərzində tədricən.
«Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «
Kafirlər 
«Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya 
Məhəmməd)  Sənin  ürəyinə  qətiyyət  vermək  üçün  Biz 
onu ayə-ayə nazil etdik
».
Əvvəla,  Quranın  tədriclə  nazil  olması,  insanların 
təbiətinə  və  ehtiyaclarına  daha  uyğun  bir  üsuldur.  İnsan 
məqsədə  addım-addım  yaxınlaşdıqda,  mətləblər  daha 
aydın dərk olunur.
Quran  bədii  əsər  yox,  həyat  proqramıdır.  Hər  hansı 
proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.
Bədr,  Ühüd,  Əhzab,  Hüneyn  kimi  müharibələrə  isti 
münasibət  bildirən  Quran,  birbaşa  necə  nazil  ola  bilərdi?! 
Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı 
idi.
Sual 134:
 Heyvan, yoxsa nəfsini özünə tanrı edən insan 
daha çox zəlalətdədir?
Cavab:
 «Furqan» surəsinin 44-cü ayəsində nəfsinə itaət 
edənlər  haqqında  buyurulur: «
Onlar  heyvan  kimidirlər, 
bəlkə ondan daha çox zəlalətdədirlər
».
Uyğun  mövzuda  araşdırma  aparan  təfsirçilər  bu 
qənaətdədirlər  ki,  heyvanlar  altı  cəhətə  görə  nəfsini  özünə 
tanrı edən insandan üstündürlər:
1.  Düşünmə  istedadından  məhrum  olan  heyvanların 
nöqsanlı hərəkətləri bağışlana bilər;
2.  Heyvanlara  ilahi  hökm,  kitab  nazil  olmadığından 
onlar üçün cəza da yoxdur;
124


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə