Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

və küçələrin yaxınlığındakı evlərin dam örtüyü, qapıları, fasad hissəsi
dövlət  vəsaiti  hesabına  və  rayonun  memarlıq  üslubunu  qorumaqla
yenilənib (5). 
Qax rayonunda həyata keçirilən iri infrastruktur layihələrindən biri
də  magistral  yolların  çəkilməsidir.  Buna  misal  olaraq  Qaxla  Şəkini
birləşdirən yeni salınmış avtomobil yolunu göstərmək olar. Yolun keçdiyi
Kürmük çayı üzərində nəhəng körpü də inşa olunmuşdur. Avtomobil yolu
Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda
istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısaldılmasına imkan
verib. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış
məntəqəsini, Qax rayonunun 2 mindən artıq əhalisi olan 6 məntəqəsini
birləşdirir.
Lakin hələ də Qaxın ən məşhur, alimlər yurdu kimi tanınan İlisu
kəndində maraq dairəsini bir az genişləndirmək istəyən turistlər kəndin
yaxınlığındakı şəlaləyə gedib foto çəkdirməklə istirahətini yekunlaşdırır.
Xidmət sahələrinin əksəriyyəti İlisuda yoxdur. Buna görə də turistlər, hətta
yerli sakinlər aptek, bərbərxana və s. kimi xidmətlərdən yararlanmaq üçün
rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Kənd haqqında fotolu
məlumat bukletləri, kəndin tarixi xəritəsi kimi vasitələrin yoxluğu da mənfi
təsir bağışlayır. Kəndin yolları da, təəssüf ki, pis vəziyyətdədir (6).
Qax rayonunda diqqət çəkən əsas məqamlardan biri də şəhərdə yeni
parkların  salınması,  mövcud  parkların  yenidən  qurulmasıdır.  Heydər
Əliyev parkı, şəhər parkı, Gənclik parkı və digər istirahət məkanları şəhər
sakinlərinin asudə vaxtlarında ən çox üz tutduğu yerlərdir. 
Qax şəhərinin su təchizatı sistemi ötən əsrin 60-cı illərinin sonunda
yaradılıb.  İndiyə  qədər  şəhər  sakinləri  Kürmük  və  Qum  çaylarının,
həmçinin subartezian quyularının sularından istifadə ediblər. Bir müddət
öncə  Qax  şəhərinin  su  təchizatı  və  kanalizasiya  sistemləri  kompleksi
istifadəyə verilib. Layihəyə əsasən, İlisu kəndinin yaxınlığındakı bulaqlar-
dan Qax şəhərinə gətirilən su həm yeni qurulmuş, həm də mövcud şəbəkə
vasitəsilə  əhaliyə  verilir.  Buradan  Qax  şəhərinə  qədər  6-7  kilometr
uzunluğunda magistral su kəməri çəkilib, hər birinin tutumu 1000 m3 olan
altı anbar tikilib. Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kom-
pleksi istifadəyə verilmişdir.
“Elektron hökumət” layihəsi çərçivəsində rayonun bütün inzibati ərazi
dairələri üzrə nümayəndəlikləri və 20 kəndin əhalisi sürətli internet xidməti
ilə təmin olunmuşdur. 
Rayonda idman sahəsində dövlətin dəstəyi göz önündədir. Ümumi
tikinti sahəsi 9 min 220 m2, tikintialtı sahəsi 6 min 498 m2, yaşıllaşdırma
sahəsi  isə  8  min  m2  olan  Qax  Olimpiya  İdman  Kompleksinin  idman
Nigar Əfəndiyeva
62


zalında tamaşaçı yerlərinin sayı 480 nəfərlikdir. İnzibati binanın birinci
mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi,
40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət
göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü
tennis otağı yaradılıb. Kompleksdə müasir standartlara uyğun 410 yerlik
üzgüçülük  hovuzu,  həmçinin  idmançılar  üçün  istirahət  otaqları  inşa
olunmuşdur. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmiş,
süni ot örtüklü futbol stadionu tikilmişdir. Beləcə aktiv istirahət etməyə
üstünlük verən turistlərin də tələbatı ödənmiş olur.
Müasir dövrdə gənclər üçün idman yarışlarının keçirilməsi sevindirici
hal  olardı.  XX  əsrin  sonlarında  ölkəmiz  bu  baxımdan  daha  fəal  idi.
Məsələn,1980-ci ilin sentyabrında Azərbaycan SSRİ “Burevestnik” Tələbə
İdman Cəmiyyəti Qax rayonunda dağ turizmi üzrə yarış keçirib. “Моло-
дежь Азербайджана” qəzetinin baş redaktoru Nəcəf Nəcəfovun təşəbbüsü
ilə təşkil edilən bu yarış rayonun, həqiqətən, idman və dağ turizmi cəhətdən
diqqətəlayiq olduğunu göstərir. Ötən əsrdə Qaxda idman yarışları daha çox
keçirilmişdir. Hal-hazırda turizmin bu sahəsi durğunluq dövrünü yaşayır. 
Ümumilikdə rayon yeni inkişaf mərhələsindədir. Müsbət haldır ki,
həm tarixilik, milli-memarlıq xüsusiyyətləri qorunur, həm də müasir inkişaf
xətti  sistemli  şəkildə  davam  etdirilir.  Qax  rayonunda  turizmin  inkişaf
imkanlarının  araşdırılması  milli  iqtisadiyyatımızın  inkişafı,  dövlət
büdcəsinin zənginləşməsi, yerli əhalinin məşğulluğunun təminatı, habelə
Azərbaycan mədəniyyətinin təbliği işinə dəstək olacaqdır.
Ədəbiyyat
1. Qurbanov F.İ. Azərbaycanda turizmin inkişaf problemləri.
Bakı – 2007.
2. Məmmədli A. Balakən-Zaqatala bölgəsinin tarixinə dair.
Bakı – 2007.
3. Hacı Vaqif Cərullah oğlu, Məmmədli A. Balakən-Zaqatala 
bölgəsinin qədim tarixi abidələri, Bakı – 2011.
4. Летифова Е.M. Северо-западный Азербайджан:
Илисуйское султанство, Баку – 1999.
5. Неймат М.С. Корпус эпиграфических памятников
Азербайджана, Баку – 2001.
6. http://www.azadinform.az/news/a-21701.html 
7. http://azerbaijan.travel/az/region/54-Qax 
8. http://mct.gov.az/service/lang/az/page/33/rg/7/nid/41/
9. http://www.anl.az/down/meqale/medeniyyet/2010/avqust/129559.html
63
Qax inzibati rayonunda turizmin inkişaf potensialı


UOT-9:91:910.4 
Səfiyyə MƏMMƏDLİ
Beynəlxalq turizm və ölkəşünaslıq ixtisası üzrə magistr 
Azərbaycan Turizm və Menecment Universiteti 
smammadli@mail.ru 
Birləşmiş Ərəb Əmirliklərində beynəlxlaq turizminin inkişaf
xüsusiyyətləri
Features of the development of international tourism in the United
Arab Emirates
Особенности развития международного туризма в
Объединенных Арабских Эмиратах
Abstract: In the article the dynamics of the development of tourism
in the UAE to come, driven and cost factors contributing to the develop-
ment of international tourism investigated. Here are the countries with the
UAE's  tourism  market,  tourist  flows,  the  main  focus  of  the  proposed
tourism services, according to the grouping of tourists arriving in the coun-
try is reflected in the article.
Key-words: international tourism, visiting tourism, hotel, economic
stimulus, tour (journey).
Резюме: В статье динамика развития туризма в ОАЭ, чтобы при-
быть, доходы и расходы, способствовали развитию международного
туризма исследованной. Вот страны с туристического рынка ОАЭ, ту-
ристических  потоков,  основной  направленности  предлагаемых
туристи    ческих услуг, в соответствии с группировкой туристов, при   -
 бы  вающих в страну находит свое отражение в статье.
Ключевые слова: международный туризм, приезжий туризм, го-
стиницы, экономический стимул, тур.
Birləşmiş  Ərəb  Əmirlikləri  (ərəbcə  əl  İmarət  əl  Arabiyyə  əl
Müttəhidə)  Ərəbistan  yarımadasının  şərq  hissəsində  Fars  və  Oman
körfəzləri sahilində yerləşir. Üç dölovlətlə, cənubda və qərbdə Səudiyyə
Ərəbistanı  (457  km),  şimalda  Qətər,  cənub-qərbdə  Omanla  (410  km)
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
64


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə