Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

Çinarlı, Qum kəndlərində kənd yaşıl turizmindən onlarla ailə yararlanır.
Rayonda həmçinin mövsümi ovçuluq, atçılıq, dağ, qış və digər turizm
növlərinin  inkişaf  etdirilməsi  üçün  də  münbit  şərait  vardır.  Qaxın  ən
mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir.
Yerli sakinlərin ev şəraitində şərab istehsalı diqqəti daha çox çəkir.
Rayonun  florası(şabalıd,  qoz,  fındıq,  palıd,  vələs,  qarağac  və  s.)  və
faunası(maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, qırqovul, kəklik,
dağ şahini, çalağan, turac, dolaşa və bülbül) zəngindir. 
Subregion etnik qruplar ilə də(ruslar, avarlar, ləzgilər, saxurlar, tatar-
lar, ingiloylar və s.) turistləri cəlb edə bilər. 
Üç tərəfdən uca dağlarla əhatələnmiş Qaxda həmçinin geniş yaşıl
düzənliklər də vardır ki, elit istirahətə meylli insanlar qolf oyunundan mak-
simum zövq ala bilər. Əslində Qaxın təbiətindən istifadə edib bölgədə
analoqu olmayan turizm mərkəzi yaratmaq olar. Qaxda aeroport tikilsə,
dünyanın müxtəlif ölkələrindən xarici turistləri cəlb etmək mümkün olar.
Bununla həm də rayonda işsizlik problemini nisbətən aradan qaldırmaq
olar.
Rayonda qastronomiya turizmi də inkişaf edə bilər. Hərçənd Qaxa
səfər  edənlər  rayonun  ləziz  təamlarını:  sürhüllü,  qırs,  xingili  və  s.
daddıqdan  sonra  bir  daha  bu  regionu  unutmur,  yenə  də  rayonun  bu
aspektdən təbliğ olunması böyük gəlir gətirə bilər. Qurmanların təəccübünə
səbəb  ola  biləcək  məsələ  budur  ki,  Qaxın  milli  xörəklərinin  hamısı
xəmirdən hazırlansa belə dadları fərqlidir və rahat həzm olunur. Çox güman
ki, bu, xörəyin yanında servis olunan ənənəvi əlavələrə görədir. Yüksək
dağlıq ərazilərdə əhalinin tarixən qoyunçuluqla məşğul olması, qışın çox
sərt keçməsi yerli sakinləri qış tədarükü olaraq qoyun, keçi ətini qaxac
etməyə vadar etmişdir. Müasir dövrdə yaşayışın nisbətən rahatlaşmasına
rəğmən keçi qaxacı ilə bişirilmiş sürhüllü yeməyi delikates olaraq qalır və
əgər Paris dedikdə ağla ilk gələn şey Eyfel qülləsidirsə, rayonda bircə dəfə
bu  xörəyi  dadmış  turist  Qax  dedikdə  ilk  öncə  sürhüllü  yeməyini
xatırlayacaqdır.
Xarici ölkələrdə qastronomiya turizminə böyük önəm verilir. Yeni Ze-
landiyada qonaqlara fransız mətbəxi üzrə kurslar təklif olunur, ilboyu daxili
və xarici turistləri cəlb etmək üçün yemək və şərab festivalları keçirilir.
Fransa  və  İtaliya  şərabına,  Hollandiya  pendirinə,  Çin  mətbəxinin
fərqliliyinə, Türkiyə mətbəxinin çeşidliliyinə görə qastronomiya məqsədilə
səhayət edən turistlər tərəfindən tərcih edilir. 
Qaxda da yüksəkkeyfiyyətli şərab həvəskarları üçün hər cür imkan
var, lakin lazımi şərait yaradılmayıb. Əgər yaradılarsa, bu nəinki qas-
tronomiya, eləcə də kənd turizminin inkişaf etməsinə dəstək olar. Lokal
Nigar Əfəndiyeva
60


mətbəx  özünəxas,  dağ  çiçəkləri  ilə  məxsusi  çalar  verilmiş  ağartı
məhsulları(çiçəkli pendir, məgəc) ilə də öyünə bilər.
Qax rayonunun 2015-ci il üçün “Azərbaycanın milli mətbəx paytaxtı”
elan edilməsi ilə əlaqədar İçəribazar tarixi-mədəniyyət mərkəzində “Ulu
dad” milli mətbəx festivalı keçirilmişdir. Bu çərçivədə tədbirlər ilboyu
davam etmişdir.
Turizmi inkişaf etdirən hər bir ölkə ondan maksimum iqtisadi effekt
əldə etməyə çalışır. Turizmin iqtisadi effektliliyi onun dövlət səviyyəsində
təşkilindən, turizm xidmətlərinin səviyyəsindən, turizm firmalarının is-
tehsal-xidmət sahəsindən qazanc əldə etməsindən asılıdır. Beynəlxalq tur-
izm bazarı bu sahədə iqtisadi fəaliyyətin effektivliyinin hesablanmasını da
tələb edir.
Turizmin sürətlə inkişaf etdirilməsi üçün infrastruktur ən önəmli
amildir. Bunu Dubay əmirliyinin timsalında görmək olar. Turizm infra-
strukturunun genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Rayonda
yaşamaq üçün hər bir şərait vardır: 5 ulduzlu EL Resort oteli, Eden Park
oteli, Ulu Dag Resort və Green Park Resort turizm kompleksləri, “İmpro-
teks” turizm və istirahət mərkəzi, “İlisu” və “Şəfa” müalicə pansionatları
fəaliyyət göstərir. Habelə kiçik ödəniş etməklə yerli sakinlərin evlərində
də qalmaq olar. Belə ki, Qax əhalisinin göstərdiyi qonaqpərvərlik brend
otellərinkindən heç də əskik deyil. Bu, turistlər üçün həm iqtisadi cəhətdən
sərfəlidir, həm də rayonu daha yaxşı dərk etmək baxımından səmərəlidir.
“El Rosert” otelinin Konfrans Mərkəzinin açılışında Prezident İlham
Əliyev  də  iştirak  etmişdir.  Bütün  infrastrukturun  müasir  səviyyədə
qurulduğu Konfrans Mərkəzində beynəlxalq miqyaslı mötəbər toplantılar
keçirilə bilər ki, bu da ilboyu aktual olan işgüzar turizmin inkişafına təkan
verər (4).
Yüksək  tələblərə  cavab  verən  otellərlə  yanaşı,  ekonom  sinifdən
turistlər üçün 1, 2, 3 ulduzlu otellərin də açılması rentabelliliyi artırmağa
kömək edə bilər. İnkişaf etmiş ölkələr bu təcrübədən yararlanaraq daha çox
turist cəlb edir. Azərbaycanda isə sahibkarlar daha çox beşulduzlu otellər
açmağa meyllidir. Halbuki Eurovision 2012 və Avropa oyunları zamanı az
ulduzlu otellərə nə qədər tələbat olduğu aydın oldu.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində
həyata keçirilən tədbirlər Qax şəhərinin, qəsəbə və kəndlərin simasını
dəyişdirmişdir. Müasir tələblərə uyğun inşaat işləri həyata keçirilərkən
qədim memarlıq nümunələri ilə sintez təşkil etməsi təmin olunur. Daha
nəzərəçarpan layihələr isə infrastrukturun təkmilləşdirilməsi müstəvisində
gerçəkləşdirilmişdir. Mərkəzi küçələrdə hərəkətin ikizolaqlı olması gediş-
gəlişi asanlaşdırmaqla yanaşı, şəhərə xüsusi yaraşıq verir. Mərkəzi prospekt
61
Qax inzibati rayonunda turizmin inkişaf potensialı


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə