Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Qloballaşma: tərəddüdlər və perspektivlər



Yüklə 56,28 Kb.
səhifə3/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   2   3   4   5   6   7   8   9   ...   14
lek4

1. Qloballaşma: tərəddüdlər və perspektivlər

Baş verən və həqiqətən dünyanın, mövcudsivilizasiyanın gələcəyi üçün həyati  əhəmiyyət daşıyan qloballaşma prosesinin bilavasitə  təsiri altına düşən coğrafi  ərazilərin genişlənməsi nəticəsində  “sürət” və “dəyişiklik” məfhumları tamamilə  yeni məna daşımağa başlamışdır. Təbii ki, məzmun və  keyfiyyət baxımından fərqli səviyyə  kəsb edən informasiyaya adekvat münasibətin formalaşması və  onun həyatda tətbiqi texnoloji inkişafın hərəkətverici qüvvəsinə  çevrilməsi müsbət haldır. Həmçinin elmi‐texniki yeniliklərin insan həyatına bir‐birindən fərqli səviyyə  qazandırması, fərdlərin mənsub olduqları cəmiyyətlərdə  də  dəyişikliklərin getdikcə  sürətlənməsi tədqirəlayiqdir. Lakin kifayət qədər çoxcəhətli zahiri əlamətlərə malik olan qloballaşmanın mahiyyət etibarı ilə mürəkkəb və ziddiyyətlərlə dolu bir proses olması da şübhə doğurmur. Xüsusilə, son onilliklərin acı təcrübəsi göstərir ki, qloballaşma daha çox  əvvəllər bazar iqtisadiyyatının birbaşa təsir dairəsinə  daxil olmayan təbii sərvətlərin artıq bu prosesə  cəlb edilməsində, ekoloji böhrandan təbii sərvətlərə  və  ekoloji risklərə  birbaşa nəzarət edən beynəlxalq texnokratiyanın təşəkkülü üçün istifadə olunmasında özünü büruzə verir. Hətta sosial münasibətlər də  bazar iqtisadiyyatının kölgəsində qalmağa, humanizm, həmrəylik,  ədalət və  mənəviyyat kimi məfhumlar tədricən aşınmağa başlamışdır. Sadəcə ekoloji standartların tənzimlənməsi və bərqərar olması deyil, ümumiyyətlə  hava, su, torpaq da daxil olmaqla ümumi evimiz olan yer kürəsinin təbii ehtiyatlarına nəzarət uğrunda amansız mübarizə  gedir. Bunun da məntiqi nəticəsi olaraq, inteqrasiya adı altında insanların həyat tərzində,  şüur və  davranışlarında, təhsil sahəsində  standartlaşdırılmanın artmasında özünü  göstərən qloballaşma milli dövlətçilik institutlarının rolunun zəifləməsini və  transmilli strukturların fəaliyyətinin güclənməsini qaçılmaz edir. Bu da öz növbəsində  çoxşaxəli qloballaşma prosesi nəticəsində dünya birliyinə daxil olan və nisbətən az inkişaf etmiş millətlərin, dövlətlərin iradəsinin nəzərə  alınmayacağı bir dünya sisteminin bərqərar olacağına dair ehtimalları artırır. Digər tərəfdən, Qərbin bəzi dairələri fərqlilikləri zənginlik  kimi qəbul etmək əvəzinə, bir çox halda milli və dini müxtəlifliklərdən regional münaqişə ocaqları yaratmağa və bundan da öz mənafeləri üçün faydalanmağa çalışırlar. Beləliklə, qeyri‐qərb ölkələrindəki fərqlilikər münaqişələrə çevrilincə  böyük dövlətlərin mənafeyinə  təhlükə  törədə  biləcək bir güc mərkəzinin varlığının, başqa coğrafiyadakı potensialın sərmayə  şəklində  iqtisadi inkişafa yönəlməsinin, güclü bir alternativin meydana çıxmasının qarşısı alınmış  olur. Bununla belə, hələ  də  tarixi zərurət olması və  ya müəyyən dairələr tərəfindən düşünülmüş şəkildə ortaya atılması ətrafında mübahisələrin davam etdiyi qloballaşmanın qarşısıalınmaz bir proses olduğunu etiraf etmək lazımdır. Bu səbəbdən, gerçəkləri ilə  birlikdə  ortaya çıxan dəyişiklik amilini inkar etmədən inkişafdan uzaq bir fərd və  ya cəmiyyət olmaq yerinə, ehtimal olunan proseslərin nəticələrini  əvvəlcədən nəzərə  alaraq yeni  şəraitə  uyğunlaşmağı bacaran fərdlərin yetişdirilməsi  əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, həyatın siyasi, iqtisadi və  mədəni sahələrində  müşahidə  olunan inteqrasiya meyllərinin təhsilə təsiri artıq günümüzün reallığına çevrilmişdir. Belə olan halda, dəyişikliklərə  birinci növbədə  təhsil sistemində  və  müəssisələrində  başlanılmalıdır. Çünkü nüfuzlu tədqiqatçıların da fikrinə görə, qloballaşma daha çox keyfiyyətli insan amilinə istinad edir. Təsadüfi deyildir ki, XXI  əsrin sürətlə  dəyişən informasiya cəmiyyətində  yaşamaq fərdlərə  yeni bilik və  bacarıqların, həyatı boyunca öyrənmək və  daha yüksək səviyyə  əldə etmək vərdişlərinin qazandırılması ilə  mümkün olacaqdır. Bilgi texnologiyalarının sürətli inkişafı, informasiya mübadiləsinin artması fərqli mədəniyyətlərlə təması asanlaşdırmaqla birlikdə  informasiyanı  əldə etməyi, mövcud variantlar arasından ən uyğun olanını seçməyi və başqaları ilə paylaşmağı bacaran fərdlərin yetişdirilməsinə olan ehtiyacı da gündəmə  gətirir. Çünki gələcəkdə  demokratik dəyərlərin bərqərar olduğu sülh və  əmin‐amanlıq  şəraitində  yaşamağın yeganə  yolu fərqli irq, etnik, din, cinsiyyət, dil, və  s. kimliklərə  sahib olan    qrupların bir‐birilərinə  qarşı davranışlarında tolerantlıq prinsiplərinə  nə  dərəcədə  əməl etmələrindən asılı olacaqdır. Bütün bunları nəzərə  aldığımızda, qloballaşma prosesinə qarşı çıxmaq, özünü dünyadan təcrid etməyə  çalışmaq yerinə, baş verən proseslərin mahiyyətini dərk etmək, kimə və hansı məqsədə xidmət etdiyini təsbit etmək, imkan daxilində  gedişata müdaxilə  etmək, milli maraqları qorumaq məqsədilə  alternativ ideyalar irəli sürmək lazımdır. Bir sözlə, qloballaşma prosesinin özündən daha çox onun doğuracağı nəticələr barədə  düşünmək, onları təhlil

etmək, faydalı cəhətlərindən bəhrələnməyin, mümkün fəsadlarından sığortalanmağın yollarını axtarıb tapmaq daha məqsədəuyğundur. Xüsusilə, bu proses çərçivəsində  bir çox yeniliklərin, innovasiyaların həyata keçirildiyi milli təhsil sistemi daha ciddi və  dərin təhlilə  cəlb olunmalıdır. Daha doğrusu, qloballaşma amilinin ümumən təhsil siyasətinə, təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, maliyyələşdirilməsinə, idarə olunmasına, forma və məzmununa mümkün təsirləri araşdırılmalıdır. Bununla belə, təhsilin qeyd‐şərtsiz qloballaşmanın diktəsi altına düşəcəyini də iddia etmək doğru deyildir, çünki qloballaşmanı həyata keçirən insanlar özləri bilavasitə təhsilin süzgəcindən keçdiklərinə görə təhsildə baş verən prosesləri öz məqsədlərinə  uyğunlaşdırmaq imkanına malikdir. Deməli, təhsil sadəcə yeniləşən dünyaya inteqrasiya məqsədinə  deyil, eyni zamanda qloballaşmanın meydana gətirdiyi problemlərin həllinə  xidmət edən təsiredici bir vasitə  kimi çıxış  edə  bilər. Nəhayət, hal-hazırda müasir sivilizasiyasının mənəvi dəyərlər sahəsində  böhran yaşaması qloballaşmanın insan həyatına artan müdaxiləsi müəyyən narahatlıqlar doğurmaya bilməz. Təbii ki, bilavasitə qloballaşmanın baş verdiyi belə bir zaman kəsiyində hər bir dövlətin və  millətin gələcəyi baxımından həyati  əhəmiyyət kəsb edən ali təhsil sisteminin gələcək taleyi ilə  bağlı narahatçılıq məsələnin aktuallığını daha da artırır.




Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə