Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər



Yüklə 56,28 Kb.
səhifə9/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   ...   6   7   8   9   10   11   12   13   14
lek4

Həyatın gedişi göstərir ki, yalnız Boloniya Bəyannaməsinin başlıca müddəalarına əməl etməklə Avropa məkanında ali təhsil sisteminə inteqrasiya olunmaq mümkündür. Bu müddəalar:
- ikipilləli ali təhsilə keçiddən;
- kredit sisteminin tətbiqindən;
- təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsindən;
- mobilliyin genişləndirilməsindən;
- məzunların işə düzəlməsinin təmin olunmasından;
- təhsilin sosial yönümlülüyünün (ömür boyu təhsilin) təmin edilməsindən;
- Avropa təhsil sisteminin cəlbediciliyinin təmin edilməsindən və s. ibarətdir.
Boloniya prosesini şərtləndirən bu müddəalar Azərbaycan üçün də səciyyəvidir və bunların həyata keçirilməsi ölkəmizin ali təhsil işçilərinin qarşısına qısa zaman kəsiyində həlli vacib olan bir sıra məsələlər qoyur. Bunlar respublikamızda artıq tətbiq olunan ali təhsilin ikipilləli sisteminin məzmununda yeniləşmələrin aparılmasından, tədricən kredit sisteminə keçilməsindən, təhsilin keyfiyyətinə nəzarətin yeni mexanizminin tətbiqini təmin edən akkreditasiya sisteminin təşkili və tətbiqindən, tələbələrin, eləcə də professor-müəllim heyətinin mobilliyini (sərbəst hərəkətini) intensivləşdirən müvafiq təhsil proqramlarının hazırlanmasından, ölkəmizdə təhsilin məzmununun aparıcı ölkələrin universitetlərinin tələblərinə uyğunlaşıdrılmasından, xarici ölkə mütəxəssis və alimlərinin respublikanın ali məktəblərinə cəlb olunma imkanlarının genişləndirilməsindən, hər bir tələbə üçün fərdi təhsil trayektoriyası müəyyənləşdirilməklə ali təhsilin demokratikləşdirilməsinə nail olunmasından, ali təhsil sistemimizin xarici ölkə vətəndaşları üçün daha cəlbedici olmasından, ali məktəblərimizin diplomlarının Avropa ali məktəblərinin diplomlarına uyğunlaşdırılmasından və qarşılıqlı tanınmasından, beynəlxalq tələblərə müvafiq meyarlar müəyyənləşdirilməklə ali təhsilin keyfiyyətinin yüksəldilməsindən, hazırladığımız mütəxəssislərin beynəlxalq aləmdə rəqabətə davamlı olmasından, məzunların aldıqları kvalifikasiyaya uyğun işlə təminatı probleminin həllindən, mütəxəssis hazırlığını təmin edən ixtisasların təsnifatının müvafiq beynəlxalq təsnifata uyğunlaşdırılmasından, elmi-tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinin genişləndirilməsindən və s. ibarətdir.

` Boloniya prosesinə qoşularkən götürdüyümüz öhdəliklərin və Boloniya Bəyannaməsi müddəalarının həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi və ali məktəblər tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Azərbaycan Boloniya prosesinə üzv qəbul olunduqdan sonra Təhsil Nazirliyində mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikası ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya Deklarasiyasının müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı" hazırlanmış və nazirliyin 16.01.2006-cı il tarixli 15 nömrəli əmri ilə təsdiq edilmişdir. Tədbirlər planında ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bu məqsədlə istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarının hazırlanması, kredit sistemi barədə mövcud təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin nostrifikasiyası prosedurasının təkmilləşdirilməsi, respublikada ali təhsil haqqında bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında verilən diplomlarının əlavəsinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbələrin və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi və s. nəzərdə tutulmuşdur.



Boloniya Bəyannaməsinə və müvafiq tədbirlər planına uyğun olaraq ali təhsil sistemində edilmiş əsaslı dəyişikliklərdən biri bütün istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartlarının hazırlanmasıdır. Beynəlxalq təcrübəyə müvafiq olaraq yeni standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldılmış (4140 saatdan orta hesabla 3305 saata qədər), seçmə fənlərə ayrılan saatların miqdarı 5%-dən 20%-dək çoxaldılmışdır. Boloniya prosesinin tələblərinə uyğun olaraq nəzəri həftələrin sayı 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15-ə endirilmiş, təcrübənin müddəti ixtisaslardan asılı olaraq 18 həftəyə qədər artırılmışdır. Humanitar fənlər bölümündə məcburi fənlərin sayı 10-dan 3-ə endirilmişdir. Burada yalnız məcburi fənn kimi nəzərdə tutulan Azərbaycan tarixi, Azərbaycan dili (təlimi rus dilində olanlar üçün), xarici dil saxlanılmışdır. Digər fənlər (fəlsəfə, politologiya, sosiologiya, iqtisadiyyat və s.) seçmə kimi təklif edilmişdir. İlk dəfə olaraq ixtisas fənlərinin müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətinə verilmişdir.
Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Həmin model aşağıdakı bölmələrdən ibarətdir: diplomun sahibi haqqında məlumat, alınmış ixtisas, ixtisas dərəcəsi; proqramın məzmunu və onu mənimsəmə nəticələri; ixtisas haqqında informasiya; əlavə məlumat.
Belə bir model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün bunları nəzərə alaraq ölkəmizdə də müvafiq nümunəyə (modelə) uyğun "Diploma əlavə"nin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, Boloniya Bəyannaməsinə uyğun olaraq xarici ölkə ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinin Azərbaycanda tanınması üzrə də tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 63 nömrəli qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları" təsdiq edilmiş, buna müvafiq olaraq Təhsil Nazirliyində Daimi Komissiya yaradılmışdır. Komissiya işlədiyi müddətdə diplomların nostrifikasiyası ilə bağlı bu günə kimi Təhsil Nazirliyinə 1517 müraciət daxil olmuşdur. 940 müraciət müsbət həll olunmuş və diplomların sahiblərinə müvafiq şəhadətnamələr verilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlər arasında 239 qeyri-qanuni fakt aşkarlanmış və bu diplomların Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilmişdir.


Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə