Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Qloballaşma və milli təhsil münasibətləri müstəvisində ali təhsil



Yüklə 56,28 Kb.
səhifə4/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   2   3   4   5   6   7   8   9   ...   14
lek4

2.Qloballaşma və milli təhsil münasibətləri müstəvisində ali təhsil  

Sivilizasiyanın  əsas fenomenlərindən biri sayılan təhsil insanın “sosial  varlıq” olaraq tarix səhnəsinə  çıxdığı və  ilk təcrübəsini ötürməyə  ehtiyac hiss etməyə  başladığı vaxtdan etibarən başlıca amilə çevrilmişdir. Bəşər mədəniyyətinin yüksəlişində müstəsna rol oynamış  sivilizasiyaların meydanagəldiyi tarixi şəraitə nəzər salarkən onların hamısının təmsil etdiyi dövrə  görə  inkişaf etmiş təhsil sisteminin və  elmin sayəsində  uğur qazandığını təsbit etmək mümkündür. Bilavasitə  haqqında bəhs etdiyimiz mövzuya gəlincə, elmi dövriyyədə təhsildə qloballaşmanın tarixinin hələ  XIX  əsrin son rübündə  başladığı və  onun da nəticəsində bəzi dövlətlərin sürətlə  inkişaf etdiyinə, bəzilərinin isə  tənəzzülə  uğradığına dair müəyyən fərziyyələr mövcuddur. Bütün hallarda elmi‐texnoloji üstünlüklərə, informasiyaya malik olanların dünyaya hökmranlıq etdikləri məlumdur. Məhz bu səbəbdən, hər bir ölkənin qloballaşma  şəraitində  dünya təhsil sisteminə  inteqrasiya olunması, öz təhsil sistemini beynəlxalq miqyasda qəbul edilmiş təhsil modellərinə uyğunlaşdırması zamanın tələbi olaraq ortaya çıxır. Təhsilin də gələcəyə yatırılan bir sərmayə  olduğu nəzərə  alındığında qloballaşmanın təhsilin planlaşdırılması və həyata keçirilməsi mərhələlərində  müsbət və  ya mənfi mənada təsirli olacağı qaçılmazdır. Belə  ki, qlobal proseslər nəticəsində  elitar artıq bir xidmət sahəsi olmaqdan çıxaraq kütləvi səciyyə  daşıyan ali təhsildə, o cümlədən universitetlərin fəaliyyətində  kifayət qədər ciddi dəyişikliklərbaş verir. Təhsil sahəsində  qloballaşma ilk növbədə bir‐biriləri ilə  sıx  əlaqələri olan millətlərin ölkələr arasında sərbəst hərəkət etmək və müstəqil  şəkildə  iş  yeri tapmaq, xalqların, millətlərin qarşılıqlı anlaşmasını və  fəaliyyət göstərməsini, təmin etmək imkanına malik olan fərdlər yetişdirilməsində özünü göstərir. Bu qəbil insanlardan həmçinin fərqli  şəraitdə yaşamaları, fəaliyyət göstərmələri və mədəniyyətlərarası dialoqun fəal iştirakçıları olmaları da gözlənilir. Başqa sözlə  desək, informasiya  əsrində  təhsilin başlıca qayəsi milli kimliyini itirməmək şərti ilə  müxtəlif mədəniyyətlərin hakim olduğu coğrafiyalarda mövcud  şəraitə  uyğunlaşmağı və  uğur qazanmağı bacaran dünya vətəndaşları yetişdirməkdir. Belə olan halda, qloballaşma  şəraitində  yalnız öz ölkəsində  oxumaq məcburiyyətində qalmayan hər bir vətəndaş  təhsil alacağı ölkəni və  tədris ocağını sərbəst  şəkildə  seçmək hüququ  əldə  edir. Artıq internet vasitəsilə  reallığa çevrilən bu imkan nə ticəsində  insanlar hətta evlərindən çıxmadan dünyanın hər hansı bir yerindəki  şirkətdə işləyə  bilirlər.  Əgər biz gələcəyimizi təhsilsiz təsəvvür etmirsək, o zaman bu prosesin gələcək həyatımızdakı rolunu nəzərə alaraq qloballaşan dünyada ümumbəşəri dəyərləri mənimsəmiş, milli dəyərləri qoruya bilən fərdlərin yetişdirilməsi təhsilin başlıca səciyyəvi xüsusiyyəti olaraq qalmağa davam edir.  



Qloballaşmanın təhsil üzərindəki təsirinin və  ya təhsilin qlobal inkişafla  əlaqəsinin

artmasının  ən bariz  əlamətlərindən biri də intellektual potensialın bəlli mərkəzlərdə  cəmləşməsi prosesidir. Artıq universitetlərin gündəliyinə daxil olmuş E‐təhsil, tədris və  araşdırma prosesində  internetdən istifadə edilməsi, təhsil sahəsində müştərək beynəlxalq layihələrin həyata keçirilməsi,veb və ya video konfransların, distant (məsafədən) təhsilin təşkili təhsilin qloballaşmasına dəlalət edən amillərdir. İş şəraitinin və  şərtlərinin dəyişməsi nəticəsində  əmək bazarının tələblərinə  uyğunlaşmaq üçün yeni peşə  vərdişləri qazanmağa ehtiyacın artdığına görə  fasiləsiz təhsil məsələsi də  gündəmə  gəlmişdir. Beləcə, internetin də verdiyi imkanlar sayəsində  artıq universitetlər sadəcə  yerləşdikləri ölkələrə  deyil, digər ölkələrə  də  təhsil xidməti təklif edə bilir. Beynəlxalq münasibətlərin müasir durumu, ölkələrin və  xalqların inkişaf səviyyəsi bəzi milli təhsil sisteminin xarici vətəndaşlar üçün daha cəlbedici olduğunu göstərir. Bunun da başlıca səbəbi həmin təhsil sistemlərin özünəməxsus güclü  ənənələrə, elmi məktəblərə, müasir tələblərə cavab verən  tədris planlarına malik olması, müəyyən hallarda isə  təhsil haqqının daha sərfəli olması ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, ABŞ, Böyük Britaniya və Almaniya universitetləri ümumən beynəlxalq təhsil və xarici vətəndaşlar üçün cazibə  mərkəzi halına gəlmişdir. Bu da öz növbəsində xarici tələbələr üçün açılmış  proqramlardan  əldə  olunan vəsaitin artmasına və  universitetlərin beynəlmiləlləşdirilməsi prosesinə  güclü təkan verir. Lakin universitetlərin heç də  hamısının beynəlxalq təhsilin təminatçısına çevrilməsinin real olmadığını irəli sürən mütəxəssislər də yox deyildir. Buna görə də keçən əsrin 70‐ci illərdə  dövriyyəyə  buraxılmış “dünyanı dəyişdirmək universiteti dəyişdirməkdən daha asandır” iddiasının əksinə olaraq, son illərdə  ali təhsildə  genişmiqyaslı və köklü dəyişikliklər baş verir. Hətta əhatə  dairəsi və  mahiyyəti dəyişikliklərin təkamül yolu ilə  həyata keçmədiyini və inqilabi səciyyə  daşıdığını söyləməyə  imkan verir. Ali təhsilin təşkilində  və  srtukturunda  ənənəvi institutlaşma və  coğrafi çərçivə  anlayışına sığmayan yeni rəqabət formaları tətbiq olunur. Bu da virtual, lisenziya (françayzinq), korporativ universitetlərinin, ali təhsilin ofşor zonalarının, universitet konsorsiumlarının, KİV tərəfindən təsis edilmiş  şirkətlərin, kitabxanaların, muzey və bənzəri mədəni‐maarif müəssisələrinin, təhsil brokerlərinin meydana çıxmasına rəvac verdi. Eyni zamanda, distant (məsafədən) və  virtual təhsil formaları ali təhsilin ümumi mənzərəsini bir xeyli dəyişdirdi.  Ənənəvi olaraq biliyin aşılandığı əsas məkan kimi    tanınan ali məktəblər üçün milli sərhədlər və ərazilər nisbi səciyyə  daşımağa başladı. Beləliklə, yerləşdiyi ərazidən  kənara çıxan  universitetlər müasir cəmiyyətin bütün sahələrini, hətta onlayn təhsil proqramları vasitəsi ilə  korporasiya, dövlət və hökumət qurumlarının əməkdaşlarını da  əhatə  edəcək dərəcədə çeviklik qazandı. Nəticədə, maddi planda universitet şəhərciyinin imkanlarından istifadə  etməkdən daha çox virtual təhsil müəssisələrinin müxtəlif kommersiya, rabitə  və  multimedia strukturları ilə  əməkdaşlıq etməsinə  zərurət yarandı. Ali təhsildə klassik universitet məfhumu üçün xasolmayan transmilli korporasiyalar, yeni-yeni tərəfdaşlıq, koalisiya növləri və  alyanslar meydana gəldi. Elmi‐tədqiqat işlərinin aparılması, mövcud elmi‐metodik materialların mübadiləsi və  tədrisin keyfiyyətinə  nəzarətin gücləndirilməsi sahəsində  səylərin birləşdirilməsi məqsədi ilə 2000‐ci ilin aprel ayında Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və Sinqapurun bir sıra universitetlərini özündə  birləşdirən qlobal virtual təhsil müəssisəsi təşkil olundu. Lakin bu qəbil tərəfdaşlıq nəticəsində  təhsil sistemi daxilində və xaricində öz vəzifələrini bölüşmək məcburiyyətində qalan ali təhsil müəssisələri təhsilin keyfiyyəti, onun qiymətləndirilməsi və daha çox insana  şamil edilməsi problemləri ilə  qarşılaşmış  oldu. Bu da öz növbəsində klassik mənada bilik verən tədris ocağı olmaqdan daha geniş  müştəri auditoriyasına xidmət göstərən müəssisəyə  çevrilən universitetlər qarşısında ciddi dəyişikliklər həyata keçirməklə  yeni social-mədəni  şəraitə  uyğunlaşmaq tələbini qoydu. Məhz bu amil bir tərəfdən P.Skott, Z.Bauman və D.Delanti kimi tədqiqatçılara klassik universitet təhsilinin ciddi böhran keçirdiyini, digər tərəfdən isə  onun mövcud vəziyyətdən çıxmaq qabiliyyətinə malik olduğunu qeyd etməyə imkan verdi. Beləliklə, qloballaşma və  milli təhsil müstəvisində  universitet mahiyyət və  qarşısında duran vəzifələr baxımından yeni məzmun kəsb etdi. Beynəlxalq təhsilin bəlli universitetlərdə təmərküzləşməsi prosesinə paralel olaraq  yerlərdə də müasir tələblərə cavab verən ali təhsil müəssisələri  şəbəkəsinin inkişaf etdirilməsi təmayülü hiss olunmağa başladı. Nəticədə, bilavasitə yerlərdə fəaliyyət göstərən ali məktəblərin cəlbediciliyinin artırılması kimi başa düşülən “beynəlxalq status” məfhumu da yeni məna kəsb etmiş oldu.


Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə