Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Azərbaycan ali təhsil sistemində inteqrasiya meyilləri və görülən işlər



Yüklə 56,28 Kb.
səhifə5/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   2   3   4   5   6   7   8   9   ...   14
lek4

3.Azərbaycan ali təhsil sistemində inteqrasiya meyilləri və görülən işlər

1991‐ci ildə  müstəqilliyini qazanan Azərbaycanın alternativsiz vahid hakim partiyanın siyasi hakimiyyətinin hökm sürdüyü və planlı iqtisadiyyata  əsaslanan sosializm ictimai‐siyasi formasiyasından kapitalizm sisteminə  keçməsi nəticəsində  təhsil sisteminin də yeni şəraitə uyğunlaşdırılması zərurətə  çevrildi. Bu zaman kosmetik dəyişiklilər aparmaqla mövcud təhsil sisteminin olduğu kimi saxlanılması və  ya sovet təhsil sisteminindən tamamilə  imtina edilməsi, nəhayət sosialist təhsil sisteminin onillərlə  özünü doğrultmuş  əhəmiyyətli ünsürlərini seçmək və  beynəlxalq təhsil sistemlərinin nailiyyətlərini öyrənməklə  yeni ictimai‐siyasi sistemin imkanlarını və Qloballaşan Dünyada Ali Təhsilin Perspektivləri və Aktual Məsələləri demokratik cəmiyyət quruculuğunun tələblərini nəzərə  almaqla milli təhsil sisteminin qurulması təkliflərindən ibarət üç fərqli yanaşma mövcud idi. Təəssüflər olsun ki, hələ  1991‐ci ildə  ciddi kompleks elmi‐tədqiqat işləri aparılması nəticəsində respublikanın rəhbər orqanlarına təqdim edilmiş “Azərbaycan Respublikasının milli təhsil konsepsiyası” həyata keçirilmədi. Həmçinin 1992‐ci ildə təsdiq olunan Təhsil Qanununa görə  ölkənin ali məktəblərində ikipilləli ali təhsil sisteminə  keçilməsi, bakalavr və  magistratura pillələri üzrə  kadr hazırlığının aparılması nəzərdə  tutulsa da bir sıra obyektiv səbəblərdən bu məsələlərin  əksəriyyəti kağız üzərində  qaldı.Bəhs etdiyimiz məsələlərin həlli ancaq ümummilli lidеr Heydər  Əliyevin Azərbaycanda siyаsi hаkimiyyətə  qаyıdışındаn sonrа milli təhsil sisteminin qurulması məqsədilə yaradılmış komissiya tərəfindən Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq hazırlanmış “Təhsil islahatları proqramı”nın təsdiq edilməsindən və  iki fərman imzalandıqdan sonra mümkün oldu. Bu sənədlər  əsasında təhsil sistemində yеnilik və  müasir texnologiyaların tətbiqi, islаhаtlаr istiqаmətində  məqsədyönlü fəаliyyətə bаşlаndı. Təhsil sеktoru üçün büdcə vəsаiti  аrdıcıl olаrаq ilbəil  аrtırıldı, müəllimlərin sosiаl müdаfiəsi gücləndirildi və tədris müəssisələri  şəbəkəsi təkmilləşdirildi. Xüsusilə, müstəqilliyin ilk dövründə fəaliyyətə başlamış  özəl təhsil müəssisələrinin təşkili və  dövlət qeydiyyatına alınması prosesində baş verən neqativ halların qarşısı alındı. Əfsuslar olsun ki, ilk dövrdə çoxlu sayda xarici təhsil müəssislərinin filiallarının fəaliyyətə  başlaması, hətta xarici ölkələrdə fəaliyyət göstərən filialların Azərbaycanda, paytaxt ali məktəblərinin isə bölgələrdə filial açması özəl təhsil sistemini normal inkişaf məcrasından çıxarmışdı. Nəticədə,  əsasən ali təhsil müəssisələrinin təşkili hesabına təktərəfli və  əsassız şəkildə  çoxalan, kifayət qədər mənfi imic qazanan özəl    təhsil müəssisələri arasında həqiqətən Azərbaycan təhsilinin inkişafına xidmət edəcək qurumlar əlverişsiz şəraitdə fəaliyyət göstərməyə məhkum edildi. Məqsədi və  verdiyi təhsilin səviyyəsi nəzərə alınmadan ictimaiyyət tərəfindən eyni münasibətlə  qarşılaşan, sağlam rəqabət imkanından məhrum edilən bu qəbil təhsil müəssisələri xarici ölkələrlə  müqayisədə lazımi güzəştlərdən istifadə  edə  bilmirdilər. Təəssüflər olsun ki, xalqımızın da tarixində  kifayət qədər örnəkləri olan maarifçilik və  xeyriyyəçilik kimi nəcib təşəbbüslərin dirçəldilməsinə, dövlətin yükünü azaltmaq kimi ülvi bir qayəyə xidmət etmək yerinə, qeyd etdiyimiz səbəblər ucbatından özəl təhsil sistemi bazar iqtisadiyyatı adı altında baş  verən hərc‐mərcliyin qurbanı oldu. Nəhayət, böyük dövlət xadimi Heydər  Əliyev tərəfindən özəl ali məktəblərin fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə həvalə olunduqdan sonra bu sahədə  müəyyən stabillik yarandı. Ən başlıcası isə, iqtisadiyyatın və  cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasında fəal mövqe nümayiş  etdirən, müstəqil və  məhsuldar iş  icra etməyi bacaran sağlam vətəndaş  formalaşdırmanın təhsil üzrə  kompleks islahatın  əsas məqsədinə çevrilməsi istiqamətində  işlər görülməyə başladı.Sayları minimum həddə  endirilmiş  özəl ali məktəblər qarşısında maddi-texniki və  tədris bazasının, kadr potensialının təkmilləşdirilməsi və  təhsil səviyyəsinin yüksəldilməsi  əsas tələb olaraq qoyuldu. Dövlət universitetlərindən yeddi ali təhsil müəssisəsinə  muxtariyyət hüququ verildi. Ümumiyyətlə, Dünya Bankı ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, təhsilin bütün pillələri, onların hər birinin mövcud vəziyyəti, problemlərinin, onların həlli istiqamətində mərhələlər üzrə  həyata keçiriləcək tədbirlərin öz  əksini tapdığı bəhs etdiyimiz proqram çərçivəsində görülən işlər nəticəsində  son beş  ildə  ali təhsil sistemində  əhəmiyyətli dəyişikliklər baş verdi.

Avropaya inteqrasiyanın günün tələbi və  qaçılmaz zərurət olduğu nəzərə alınaraq Azərbaycanda təhsil sisteminin də inteqrasiyası istiqamətində zəruri addımlar atıldı. Bu da ümumən təhsilin formaca və  məzmunca zənginləşməsinə, yeni təlim texnologiyalarının tətbiqinə imkan verdi. Ən başlıcası, beynəlxalq  əlaqələrin inkişafı və  tədris prosesində İKT‐dən istifadə olunması üçün əlverişli imkan yarandı. Digər tərəfdən, Azərbaycan postsovet respublikaları üçün nəzərdə tutulmuş Tempus, Erasmus Mundus kimi bir sıra beynəlxalq təhsil layihələrinin fəal iştirakçısına çevrildi. Ənənəvi 5 illik təhsilin yerinə, ali təhsildə  bakalavariat və magistratura olmaq şərti ilə ikipilləli təhsil sistemi tətbiq edilməyə başlandı, çoxballı qiymətləndirmə sistemi həyata keçirildi. Bununla da, Azərbaycan ali təhsilində “ikipilləliyin tam tətbiqi, təhsilalma prosesində  tələbənin hüquqlarının və  sərbəstliyinin genişlənməsi, məsuliyyətinin artırılması, tədris olunan kursun tam mənimsənilməsi, neqativ halların aradan qaldırılmasına lazımi  şərait yaradan kredit sisteminə keçilməsi, təhsilin keyfiyyətinə nəzarətin səmərəli mexanizmlərini özündə  birləşdirən müasir attestasiya və  akkreditasiya sisteminin qurulması” kimi bir sıra mühüm  yeniliklər həyata keçirildi.

Dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində  saxlayaraq ulu öndərin bu sahədə  müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdi.

Məhz yaşadığımız dövrün tələbinə uyğun olaraq məzmun etibarı ilə  keyfiy‐

yətli inkişaf, və  dəyişiklik yolunu tutan Azərbaycan təhsili ölkənin gələcək inkişaf

modelinin və  insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı



başlandı. Dövlət başçısının təhsilə  milli inkişafda prioritet sahə  kimi yanaşdığı bir

şəraitdə  bilavasitə  Fondun təşəbbüsü ilə dövlət və özəl qurumların, habelə bəzi vətəndaş  cəmiyyəti strukturlarının dəstəklədiyi «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində  2005‐ci ildə Azərbaycanın müxtəlif regionlarında 132 məktəb binasının inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilməsində  Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO‐nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. 2005‐ci ildən etibarən Bolonya prosesinə qoşulmaqla Azərbaycan bir daha birmənalı şəkildə Avropa təhsil məkanına inteqrasiya prosesini dərinləşdirmək  əzmini nümayiş etdirdi. Tamamilə  könüllülük prinsipləri əsasında bu prosesə qoşulan ölkələr malik olduqları ali təhsil sistemlərində keyfiyyəti yüksəltmək və  tərəfdaş  ölkələr arasında ümumi qəbul olunmuş  standartları tətbiq etmək üçün ciddi islahatların həyata keçirilməsinə dair müəyyən öhdəliklər götürdülər. Azərbaycan Bolonya prosesinə  qoşulduqdan sonra ali təhsildə  aparılacaq islahatların konturları yenidən müəyyənləşdirildi. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006‐2010‐cu illəri  əhatə edən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Həmin plana əsasən „Bakalavr hazırlığının məzmununa və  səviyyəsinə  qoyulan minimum dövlət tələblərinin strukturu“ təsdiq olundu və    yeni nəsil dövlət təhsil standartları işlənib hazırlandı. „Ali təhsil müəssisələrində  kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə“ hazırlanıb təsdiq edildi. Xarici ölkələrdə  təhsil alanlarının diplomlarının Azərbaycanda tanınması üzrə  müvafiq tədbirlər həyata keçirildi. Avropa Komissiyası, Avropa  Şurası və UNESCO‐nun ekspertlərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış  diploma  əlavənin (Diploma Supplement) modeli  əsasında ali təhsil haqqında diploma  əlavənin nümunəsi hazırlandı. Həmçinin „Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanaraq təsdiq edildi.Ancaq burada qeyd olunan köklü islahatlar heç də  milli hökumətlərin yeniləşən ali təhsil sistemi ilə  əlaqədar öz konsepsiyalarını başqalarına qəbul etdirməsi məqsədini daşımır. Əksinə, Bolonya bəyannaməsi standart və  ya təktipli bir ali təhsil sisteminin qurulmasını deyil, universitetlərin müstəqilliyini təmin edən muxtariyyət prinsiplərinin, müxtəlifliliyin qorunub saxlanılması şərti ilə inteqrasiyanın həyata keçirilməsinə  üstünlük verir. Bununla da siyasi bir qərar olmaqdan daha çox konkret icra tarixlərinin də  əksini tapdığı mərhələlərə bölünmüş  müştərək fəaliyyət planı olan sözügedən bəyannamə Avropanın ortaq problemlərinə həll yolları axtarıb tapılması məqsədinə  xidmət edir. 2010‐cu ildə başa çatması nəzərdə tutulan prosesin qarşısında Avropa vətəndaşlarının işlə  təmin olunma, sərbəst hərəkət etmə  imkanlarını və Avropa ali təhsilinin beynəlxalq rəqabət gücünü artırmaq üçün ali təhsildə Avropa təhsil məkanı formalaşdırmaq vəzifələri də durur. Həmçinin kredit sisteminin tətbiq edilməsi, tələbə  mobilliyini təşviq etmək məqsədi ilə  milli təhsil sistemləri tərəfindən ortaq dərəcələndirmə  sistemi kimi qəbul olunan və  Avropa təhsil məkanına inteqrasiya üçün baza təşkil edəcək AKTS‐nin (Avropa Kredit Transfer Sisteminin) təşəkkülü prosesi davam edir. Distant (məsafədən) təhsil də  daxil olmaqla fasiləsiz təhsil fəaliyyətini də  əhatə  edəcək bu sistemin tətbiqi nəticəsində  müqayisə  edilə  biləcək meyar və  metodlara  əsaslanan ortaq keyfiyyət təminatı standartlarının qəbul edilməsi gözlənilir. Bununla belə, inteqrasiya prosesi çərçivəsində  aparılması tələb olunan islahatların  əhatə dairəsi, milli, regional və ya qlobal ehtiyaclara cavab verə bilən bir modelin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Milli, regional və  qlobal ehtiyaclar nəzərə alındıqdan sonra qarşıya necə bir kadr hazırlığı aparılmalıdır sualına cavab axtarılmalıdır. Digər tərəfdən, qloballaşma prosesinin təsiri altında formalaşan yeni ictimai iqtisadi münasibətlərə  keçid  şəraitində meydana çıxan fərqli sosial‐mənəvi mühitə ənə‐nəvi üsullarla yanaşmağın yenidən nəzərdən keçirilməsi də  az  əhəmiyyət kəsb etmir. Ən başlıcası isə, gənc nəslə başqalarının fikrinə qarşı hörmətlə yanaşmaq hissi və  dözümlülük nümayiş  etdirmək vərdişinin aşılanması  lazımdır. Son dövrdə  Azərbaycanda bu isiqamətdə atılımış  addımları nəzərə  aldığımızda sözügedən prosesin uğurla başa çatdırılması üçün bilavasitə ali məktəblər qarşısında həllini gözləyən bir sıra məsələlərin durduğunu qeyd etmək lazımdır:

1.Tədris planlarının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməli və təlimdə  İKT‐nin tətbiqinə, fəal təlim metodlarından istifadə edilməsinə  diqqət artırılmalıdır. Tələbələrə  mücərrəd nəzəri biliklər aşılamaq yerinə, iş həyatında tələb olunan, həyata keçirilməsi mümkün və zəruri olan biliklərin verilməsini təmin etmək lazımdır.

2. Mövcud təlim‐tərbiyə  sistemində müəllim‐tələbə münasibətləri kontekstində tələbələrin müəllimi seçmə  hüququnu təmin edən bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Yeniləşən dünyanın tələblərinə uyğun olaraq getdikcə  daha çox istiqamətverici rol oynamağa başlayan müəllimin özü də yeniləşməklə  bərabər, onun təlim üsulları da dəyişməlidir. Müəllim tələbəyə  necə  öyrənməyin yollarını göstərməli, aldığı bilikləri təhlil və  tətbiq etmək bacarıqları aşılamalıdır.

3. Yeni formalaşacaq tədris sistemi ilə  varılması nəzərdə tutulan hədəflər və tələbələrə  qazandırılması tələb olunan keyfiyyətlərin nədən ibarət olduğu dəqiq şəkildə müəyyən edilməlidir. Məzunların işlə  təmin olunması üçün ali məktəblərlə işəgötürənlərlə yeni münasibətlərin formalaşması, əməkdaşlıq növlərinin axtarıb tapılması və əmək bazarının tələblərinin öyrənilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.  

4. Hər bir ali məktəb internet vasitəsi ilə tələbələrin istifadəsi açıq olan elektron kitabxana sisteminə malik olmalıdır.

5. Müxtəlif ölkələrdə  yerləşən ali məktəblər arasında elmi‐texniki əməkdaşlığa, müəllim mübadiləsinə  çeviklik qazandırmaq məqsədi ilə  universitetlərarası  əməkdaşlıq çərçivəsində daha çox müxtəlif qurumlarda fəaliyyət göstərən professor‐müəllim heyəti və  tədqiqatçılar arasında müştərək elmi layihələrin həyata keçirilməsini, araşdırmaların aparılmasını təşviq etmək lazımdır.

6. Elmi tədqiqatların nəticələrinin, elmi‐metodik materialların mübadiləsi, təhsilin keyfiyyətinə nəzarət imkanlarının genişləndirilməsi məqsədi ilə  səylərin artırılmasını təmin etmək üçün virtual təhsil müəssisələrinin və ümumdünya universitet  şəbəkəsinin qurulmağa başladığı bir  şəraitdə  rəqabətə davamlılığın əlavə yolları axtarılıb tapılmalıdır.

7. Nəhayət, yuxarıda qeyd olunmuş  vəzifələrin yerinə  yetirilməsi üçün müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedaqoji və  metodik ustalığa malik müəllim kadrlarının hazırlığı daima diqqət mərkəzində olmalıdır.




Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə