Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Qlobal təhsil məkanında Dünya Səviyyəli Universitetlər



Yüklə 56,28 Kb.
səhifə7/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   2   3   4   5   6   7   8   9   10   ...   14
lek4

5.Qlobal təhsil məkanında Dünya Səviyyəli Universitetlər

Son illər qlobal təhsil məkanında "Dünya səviyyəli universitet" anlayışı tez-tez işlədilir. Bu anlayış peşə təhsilində elm və tədris fəaliyyətinin yüksək keyfiyyətini, peşə təhsili xidməti üzrə dünya bazarında rəqabətədavamlılığa təminat verən yüksək potensialı, yeni biliklərin yaradılması və yayılması sahəsində səmərəli fəaliyyəti əhatə edir. Bu gün tələbələr milli sərhədlərdən asılı olmayaraq, iqtisadi cəhətdən onlara uyğun olan universitetlərdən ən yaxşısının tələbəsi olmağı arzu edirlər, hökumətlər isə öz növbəsində universitetlərə qoyulan investisiyalardan maksimum fayda qazanmağa çalışırlar. Bu səbəbdən, qlobal səviyyədə tədris müəssisəsinin yüksək reytinqə malik olması dünyanın bütün universitetləri üçün zəruridir. Digər tərəfdən, "Dünya səviyyəli universitet" anlayışı paradoksal xarakter daşıyır: hamı yüksək reytinq qazanmaq istəyir, lakin bunun ən səmərəli yolu hələ məlum deyil. Universitet təbii ki, özü - özünə "Dünya səviyyəli universitet" statusu verə bilməz. Elit universitet statusu beynəlxalq səviyyədə qəbul edilməlidir. Belə statusu qazanmaq istənilən universitet üçün böyük nailiyyətdir, bu ona böyük beynəlxalq divident gətirir.

"Dünya səviyyəli universitet"lərin təsnifatı və müəyyənləşdirilməsinin müəyyən obyektiv metodikaları yaradılmışdır. Bu metodikaların çoxu ölkədaxili reytinq cədvəlinin müəyyən edilməsinə yönəlmiş, bəziləri isə beynəlxalq reytinq cədvəlinin yaradılmasına xidmət edir. Beynəlxalq reytinq cədvəli, əsasən, "Tayms" qəzetinin "Ali təhsil" üzrə əlavəsi və Şanxay Universitetinin hazırladığı "Dünya universitetlərinin akademik reytinq cədvəli"dir. Bu reytinq cədvəlləri universitetlərin özlərindən alınmış obyektiv və subyektiv məlumatlar əsasında, həmçinin digər mənbələrdən alınmış informasiyalar əsasında müəyyən edilir. "Tayms" dünyanın ən yaxşı 200 universitetini müəyyən edir. Həyata keçirilən bu layihənin məqsədi qlobal miqyasda universitetlərin akademik səviyyəsini qiymətləndirməkdir. Bu zaman universitetlərdə icra edilən tədqiqatların keyfiyyəti, tədrisin səviyyəsi və universitetin beynəlxalq nüfuzu nəzərə alınır. 2004-cü ildən etibarən həyata keçirilən bu tədbir ali təhsil sahəsində beynəlxalq müqayisəni həyata keçirən ən ciddi layihələrdən hesab edilir. Reytinq cədvəli dünyanın müxtəlif universitetlərində çalışan 4000 nəfər akademik arasında keçirilən sorğu nəticəsində müəyyən edilir.

Eyni ilə Şanxay Universitetinin hazırladığı "Dünya universitetlərinin akademik reytinq cədvəli" isə dünyanın ən yaxşı 500 universitetini müəyyən edir.

Dünya səviyyəli universitetlə adi universitetin bir neçə xarakteristik fərqli xüsusiyyətləri mövcuddur: professor-müəllim heyətinin yüksək ixtisas səviyyəsi, elmi-tədqiqatların mühüm nəticələri, keyfiyyətli tədris, universitetin dövlət və qeyri-dövlət sektorunda iri həcmli maliyyə mənbələrinin mövcudluğu, xarici ölkələrdən olan tələbələrin sayı, yüksək istedadlı tələbələrin sayı, akademik sərbəstlik, müstəqil idarəetmə strukturlarının dəqiq müəyyənləşdirilməsi, tələbələrin həyat, məişət, təlim və tədqiqat fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğu.

Beynəlxalq reytinq cədvəllərində ilk 30 yeri tutan universitetin ümumi xarakteristikası aşağıdakı kimidir: istedadların yüksək dərəcədə konsentrasiyası (qabiliyyətli müəllim və tələbələrin əksəriyyət təşkil etməsi), universitetlərdə innovasiyaların tətbiqinə imkan verən strateji idarəetmə sisteminin mövcudluğu, təhsil və tədqiqatlar üçün maksimum imkan yaradan keyfiyyətli resurs təminatı.

"Tayms" qəzetinin "Ali təhsil" üzrə əlavəsinin reytinq cədvəlində I yeri Harvard universiteti, II yeri Kembric universiteti, III yeri Oxford və Yel universitetləri bölüşdürürlər. Ümumiyyətlə, bu siyahıdan ilk 100 universitetin 50-si ABŞ və Böyük Britaniyaya məxsusdur.

Bir çox ölkə hökumətləri öz universitetlərinin dünyanın qlobal intellektual və elmi inkişafın liderləri siyahısında olması zərurətini yaxşı dərk edirlər. Məsələn, 2005-ci ildə "Tayms" qəzetinin "Ali təhsil" əlavəsində dünya universitetlərinin reytinq qiymətləndirilməsi nəticələrində Malayziyanın iki ən güclü universiteti bu reytinq cədvəlində bir il ərzində birdən-birə 100 pillə aşağı enmişdir. Baxmayaraq ki, reytinq cədvəlində belə ciddi fərq əsasən qiymətləndirmə metodikasının dəyişməsi ilə əlaqədar idi, bununla belə bu məlumat Malayziya ictimaiyyətini şoka salmışdı. Bu fakt cəmiyyət tərəfindən ağrılı qarşılandı, vəziyyəti araşdırmaq üçün xüsusi dövlət komissiyasının yaradılması haqqında qərar qəbul edildi. Vəziyyətə belə kəskin reaksiya təsadüfi deyildi. Ölkənin qəbul etdiyi inkişaf proqramı Malayziyada biliyə əsaslanan iqtisadiyyatın qurulması və bu prosesdə universtetlərin rolunun gücləndirilməsinə yönəlmişdir. Hökumət və ictimaiyyətin milli universitetlərin reytinq cədvəli ilə bağlı narahatlığı bununla əlaqədar idi ki, iqtisadi inkişaf və ölkənin qlobal səviyyədə rəqabətə davamlılığının elm, bilik və universitet təhsilindən asılı olduğu ictimaiyyətə yaxşı məlum idi.

1999-cu ildə Dünya bankının "Dünyanın inkişafı" haqqında hesabatı əsasən bilik iqtisadiyyatının yaranmasına həsr edilmşdir. Bu hesabatda biliyə əsaslanan iqtisadiyyata keçidin analitik sxemi şərh edilmişdir. Sxemdə 4 mühüm strateji amil qeyd edilir:

1. Adekvat iqtisadi institusional sistemin yaradılması;

2. Güclü insan kapitalı bazasının inkişafı;

3. Dinamik informasiya infrasturkturu;

4. Səmərəli milli innovasiya sisteminin inkişafı.

Bu baza sxemininin hər bir elementinin inkişafında universitetlər mühüm rola malikdir. Lakin güclü insan kapitalı bazasının yaradılması və səmərəli milli innovasiya sisteminin formalaşmasında universitetlərin rolu daha böyükdür. Universitetlər bir çox ölkələrin qlobal səviyyədə iqtisadiyyatının rəqabətədavamlılığını və iqtisadi proseslərin kadr təminatını, yeni ideya və texnologiyaların yaradılması, tətbiqi və yayılmasını təmin edir. Qeyd etmək lazımdır ki, universitet təhsili biliyə istiqamətlənən sənaye inqilabı üçün də xarakterik idi. Məhz bu dövrdə elmi-tədqiqat institutlarının yaradılması və milli elmlər akademiyalarının inkişafı mərhələsi başlamışdır. Bu gün iqtisadi inkişafın genişlənməsi nəticəsində universitetlər tədris və elmi-tədqiqat mərkəzləri kimi inkişaf edirlər. Məsələn, bu yaxınlarda hazırlanmış "Patent üzrə qlobal xülasə"də qeyd edilir ki, biotexnologiya sahəsində elmi-tərəqqinin hərəkətverici qüvvəsi şirkətlər yox, universitet və tədqiqat mərkəzləridir.




Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə