Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Boloniya prosesi və Azərbaycanın ali məktəblərində kredit sisteminin tətbiqi



Yüklə 56,28 Kb.
səhifə8/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
lek4

Boloniya prosesi və Azərbaycanın ali məktəblərində kredit sisteminin tətbiqi

Bu gün Azərbaycan öz təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Hazırda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur.


Boloniya prosesinə gedilən yol 1998-ci il mayın 25-də Fransanın Paris şəhərində Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbona Bəyannaməsini qəbul etdikdən sonra başlamışdır. Sorbona Bəyannaməsini imzalamış 4 nazir xarici tanınma prosesinin gələcəkdə daha da təkmilləşdirilməsinə, təhsilalanların mobilliyinin, məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaranmasını dəstəkləmişdir.
Nazirlər digər İttifaq üzvləri və Avropa dövlətlərini qarşılıqlı əməkdaşlığa, imkanların genişləndirilməsi və təhsilin modifikasiyası vasitəsilə Avropa qitəsinin mövqelərinin gücləndirilməsi üçün birləşməyə çağırmışlar.
Boloniya prosesi ilə bağlı hadisələrin xronologiyasından açıq-aşkar görünür ki, Avropa məkanında bu proses intensiv şəkildə gedir və 2010-cu ilədək həmin prosesə bütün Avropa ölkələrinin qoşulması gözlənilir. ümumiyyətlə bu günədək Avropa regionunda ali təhsil sistemi inkişaf etmiş və Avropa Şurasına üzv olan 46 ölkədən 45-i (98 faizi) Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur.
Azərbaycan da bu prosesə qoşulmaq üçün hələ 2004-cü ildə ilk addımlarını atmışdır. Belə ki, 17-18 may 2004-cü il tarixlərində Avropa Şurasının Baş Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində keçirilmiş Qafqaz ölkələri təhsil nazirlərinin konfransında xüsusi Bəyannamə qəbul olunmuş və həmin rəsmi sənədə Azərbaycan Respublikasının təhsil naziri də öz imzasını atmışdır.
Bundan sonra 2004-cü ilin dekabrında "Boloniya prosesinə qoşulmaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hesabatı" hazırlanaraq son konfransda (19 sentyabr 2003-cü il) seçilmiş növbəti təşkilatçı ölkənin (Norveç) təhsil nazirinə, bir surəti isə Avropa Komissiyasının sədrinə (Danimarkanın təhsil naziri) təqdim olunmuşdur.
Nəhayət, 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü seçilmişdir.
Bu, Azərbaycan ali təhsil işçilərinin, bütövlükdə Azərbaycan ictimaiyyətinin həyatında böyük bir hadisə sayılmalıdır.


Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə