Qloballaşma prosesi və Azərbaycan ali təhsilinə onun təsiri. Təlimi suallar və araşdırılacaq məsələlər


Boloniya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir



Yüklə 56,28 Kb.
səhifə10/14
tarix03.01.2022
ölçüsü56,28 Kb.
#82537
1   ...   6   7   8   9   10   11   12   13   14
lek4

Boloniya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir.

Kredit nədir?

Kredit fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahididir. Başqa sözlə, kredit təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüdür.



Kreditin iki əsas funksiyası vardır:

- Tələbələrin mobilliyinin təmin edilməsi, yəni digər ali təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə şəraitin yaradılması və onun nəticəsinin təhsil aldıqları ali məktəbdə tanınması.

- Tələbənin öz təhsil alma trayektoriyasını müstəqil müəyyənləşdirməsi.

Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq ali təhsilimizdə kredit sistemini tətbiq etmək üçün Təhsil Nazirliyi qarşısında aşağıdakı vəzifələr dururdu:

- kredit vahidlərinin əksər Avropa ölkələrində tətbiq olunan ECTS (Avropada kreditlərin transfer sistemi) əsasında müəyyənləşdirilməsi;

- bir sıra ali məktəblərin bəzi fakültələrində eksperiment şəklində kredit sisteminin tətbiqi və buna müvafiq tədrisin təşkili;

- eksperiment aparılan istiqamətlər üzrə Dövlət təhsil standartlarının və buna müvafiq tədris planlarının kredit vahidləri əsasında yenidən hazırlanması;

- müəllimlərin dərs yükünün kredit vahidlərinə uyğun müəyyənləşdirilməsi;

- təhsil iştirakçılarının (təhsil alanların və təhsil verənlərin) mobilliyini təmin edən mexanizmin yaradılması;

- təhsilin keyfiyyətinə nəzarət mexanizminin yaradılması;

- tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

- eksperiment aparılan müddətdə tədris prosesini təmin edən normativ sənədlərin hazırlanması və aprobasiyası.

Qarşıda duran vəzifələri həyata keçirmək məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən Azərbaycan Dillər Universitetində "Beynəlxalq inteqrasiya: Azərbaycanın ali təhsil sistemində islahatlar", Təhsil Nazirliyi və Azərbaycanda Avropa İttifaqının Tempus ofisinin nümayəndəliyi ilə birgə "Azərbaycanda Boloniya prosesi-Tempus proqramı" mövzularında seminarlar keçirilmiş, Avropa ölkələrinin iş təcrübəsi öyrənilmiş, ali məktəb rəhbərləri ilə bir sıra məsləhətləşmələr və müzakirələr aparılmışdır. Bunların nəticəsi olaraq mütəxəssislərin iştirakı ilə "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" hazırlanıb təsdiq edilmişdir. Təhsil müəssisələrinin təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən eksperiment aparılacaq ali məktəblər, istiqamətlər (ixtisaslar) müəyyənləşdirilmiş və onlara kredit sistemi ilə tədrisin təşkilini təmin edən normativ və metodik sənədlərin hazırlanması tapşırılmışdır.

Təsdiq olunmuş qaydalara görə, kredit sistemində təhsil alanlar üçün semestrlər üzrə auditoriya dərsləri 15 həftə müəyyənləşdirilmişdir. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən olunur və bir kredit 15 akademik saata bərabər tutulur. Tələbəyə mühazirə, seminar, laboratoriya və s. dərslərin hər bir növünün 1 saatına 0,5 saat auditoriyadankənar sərbəst iş də müəyyən olunur.

Tələbəyə bir semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bu zaman həftəlik dərs yükü bir qayda olaraq 30 saatı aşmamalıdır. Bundan əlavə, tələbəyə hər semestrdə (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir.

Tələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan (kəsiri qalan tələbələr üçün) fənlər seçmək hüququ verilir. Əlavə (yuxarıdan) fənlər almaq hüququna yalnız əvvəlki ildə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.




Yüklə 56,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə