Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

XLV. Təbiətin öyrənilməsi, lovğa və qəliz, həm də alimliyi camaatın gözündə rəqabət predmeti kimi 
tamaşaya qoyan insanları deyil, cəsarətli, özündən razı, şəraitin ona verdiyi nemətlər ilə yox, öz şəxsi 
nemətlərilə fəxr edən insanları yetişdirir. 
 
LIII. Heç kimə  paxıllıq etmək lazım deyil: yaxşı  adamlar paxıllığa layiq deyillər, pis adamlar isə  xoşbəxt 
olduqca özlərinə daha artıq zərər yetirirlər. 
 
LIX. Camaatın dediyi kimi, qarın acgöz deyil, onun doldurma həddinin olmaması haqqında yanlış 
təsəvvürlər acgözdür. 
 
 
LXV. İnsanın özü-özünə əldə edə biləcəyini tanrılardan istəmək ağılsızlıqdır. 
 
LXXVVII. Aza qane olmağın (istəklərin cilovlanmasının) ən böyük bəhrəsi azadlıqdır. 
 
 
[Məlum əsərlərindən və məktublarından parçalar]  
 
Diogen Laertsiy X 136. Ruhun dincliyi (ataraksiya) və vücudun əziyyət çəkməməsi dinclik zövqləri, (passiv 
zövqlər), sevinc və şənlik  isə fəaliyyət zövqləridir (aktiv zövqlərdir). 
 
Porfiriy dd Marc. (Uzener, frqm.221.) İnsanı heç bir əzab-əziyyətdən qurtarmayan filosofun sözü mənasızdır. 
Xəstəliyi aradan qaldıra bilməyən  təbabətin heç bir xeyri olmadığı kimi, ruhun xəstəliyini aradan qaldıra 
bilməyən fəlsəfənin də [heç bir xeyri yoxdur]. 
 
Afiniy XII. 546.  (Uzener, frqm. 409). Hər cür nemətin başlanğıcı və kökü - qarının səfasıdır; hətta 
müdrikliyin və sair mədəniyyətin onunla əlaqəsi var. 
 
Kliment (Uzener, frqm.519). Ədalətin ən böyük bəhrəsi asayişdir. 
 
Stobey Antologiya XLIII. 139. (Uzener, frqm. 530). Qanunlar müdriklər üçün verilib -  onların pislik 
etməmələri üçün yox, onlara pislik etməmələri üçün. 
 
Plutarx (Uzener, frqm. 551). Özünü nəzərə çarpdırmadan yaşa! 
 
* * * 
 
 
Fəsil III  
 
PLATON 
 
Platon (eramızdan əvvəl 428/7-348/7-ci illər) böyük qədim yunan filosofudur. Çox güman Afinada, adlı-sanlı 
zadəgan ailəsində anadan olmuşdur. Təqribən 20 yaşlarında Sokrat ilə tanış olmuş və onun tərifli şagirdi 
olmuşdur (özü heç bir şey yazmayan, təlimini isə şifahi surətdə şərh edən Sokratın görüşləri barəsində biz ilk 
növbədə Platonun əsərlərindən bilirik). Sokratın ölümünü Platon çox ağır keçirdi. Afinanı tərk edərək, Platon 
yunan dünyasının müxtəlif şəhərlərində oldu. Onun elmi-fəlsəfi inkişafında, mütəfəkkirin pifaqor məktəbi 
filosofları ilə elmi və dostluq əlaqələri bağladığı Cənubi İtaliyaya və Siciliyaya səfərləri xüsusi böyük rol 
oynamışdır. Platon ömrünün çox hissəsini, sonradan Akademiya adını almış, ətrafına məktəb təşkil edərək 
xeyli şagirdlərin toplandığı Afinada keçirmişdir. Burada filosof, yüksək bədii dialoqlar forması verdiyi öz 
əsərlərini yazmışdır (onlarda əsas iştirak edən şəxs, adətən müəllifin özünün fikirlərini ifadə edən Sokratdır). 
Cəmisi onlar 20-dən artıqdır (Platona məxsus olduğu şübhəli olan 10-dan artıq dialoq istisna olmaqla); ona 
həmçinin 10-dan artıq məktub məxsusdur. Filologiya elminin və qədim yunan fəlsəfəsi tarixçilərinin 
müəyyənləşdirdiyi kimi Platon öz dialoqlarını təqribən aşağıdakı xronoloji ardıcıllıqla yazmışdır. Erkən 
dövrdə (eramızdan əvvəl IV əsrin 90-cı illəri) : "Sokratın təriflənməsi", "Kriton", "Evtifron", "Lahet", 
"Lisiy", "Harmid", "Protoqor", "Dövlət"in birinci kitabı. Bu əsərlərdə müəllifin üslubunda müxtəlif 
anlayışları (adətən əxlaq xarakterli) araşdırmağa və onların əslini tapmağa cəhd göstərdiyi müəllimindən 
 
45


asılılığı aydın görünür.  Keçid dövrü hesab edildiyi müddətdə (həmin əsrin 80-ci illəri) : "Gorgiy", 
"Menon","Evtidem", "Kratil". Bu əsərlərdə real aləmdən asılı olmayan xüsusi mahiyyətlər sifətində şərh 
edilən ideyalar konsepsiyası müəyyənləşdirilir, sofistlərin relyativizmi tənqid edilir, ölməzlik və ruhun dövr 
etməsi haqqında orfik-pifaqorçu təlim araşdırılır. 
 
Yetkin dövrdə (70-60-cı illər) "Fedon", "Pir", "Fyodr" və "Dövlət"in çox hissəsi (II-X kitablar) yazılmışdır. 
Bu dialoqlarda, real aləmin şeylərini və hadisələrini müəyyənləşdirən ideyalar nəzəriyyəsi artıq ətraflı 
işlənilmişdir. "Tyetet", "Parmenid", "Sofist", "Politik", "Fileb", "Timey" və "Kritiy" dialoqlarında məntiqin, 
qnoseologiyanın, kateqoriyalar dialektikasının ("Parmenid"də və "Sofist"də varlığın ali növləri), 
kosmologiyanın ("Timey"də) məsələləri araşdırılır. 
 
 
Sonuncu, kamil dövrdə Platon, özünün dövlət nəzəriyyəsini real həyata yaxınlaşdırmağa cəhd göstərdiyi ən 
geniş dialoqunu - "Qanunlar"ı yazmışdır. 
 
 
FEDON 
 
[Kebet Sokrata müraciət edir]: 
...sənin ruh haqqında dediklərin camaatda böyük şübhə doğurur. Onlar ehtiyat edirlər ki, bədəni tərk etmiş 
ruh, bundan sonra artıq heç bir yerdə mövcud olmayaraq məhv olur, həm də elə insan ölən günü məhv olur. 
Bədəndən çıxmaqla, onu təzə-təzə tərk etmiş [ruh] sanki nəfəs yaxud tüstü kimi yayılır, uçuşub dağılır və 
bundan sonra o artıq qətiyyən yoxdur. Əlbəttə ki, Sokrat, əgər ruh həqiqətən bir yerdə öz-özünə yığıla 
bilsəydi və üstəlik, sən indicə saydığın bütün yamanlıqlardan xilas olmuş [şəkildə yığıla bilsəydi], bu sənin 
sözlərinin həqiqət olduğuna böyük və çox gözəl bir ümidin mənbəyi olardı. Ancaq ölmüş [adamın] ruhunun 
mövcud olmaqda davam etməsi və müəyyən düşünmə qabiliyyətinə malik olması, mənim fikrimcə, tutarlı 
sübutlar və əhatəli şərhlər tələb edir. 
 
- Sokrat razılaşdı, - düzdür Kebet. Yaxşı, bəs biz nə edək? Bu barədə söhbət etmək istəmirsənmi; belə ola 
bilər, ya yox? 
Kebet dedi: 
- Çox istəyirəm. Bilmək istəyirəm ki, sən bu barədə nə düşünürsən. 
 
- Yaxşı. Mənə elə gəlir ki, indi heç kəs, hətta komik şair (1) belə, mənim boş-boşuna xırdaçılıq etdiyimi və 
mənə dəxli olmayan şeylərdən lağlağıçılıq etdiyimi deməyə cəsarət etməz.  Deməli, etiraz etmirsənsə 
mübahisəyə girişək. Başlayaq, gəl, bax belə bir sualdan: ölənlərin ruhu Aidada (2) bulunurmu ya yox? 
Qədim bir təlim var ki, - biz onu artıq yada salmışdıq - buradan getmiş ruhlar orada bulunur və yenidən, ölüb 
getmişlərdən əmələ gələrək buraya qayıdırlar. Əgər bu belədirsə, əgər canlılar yenidən ölüb getmişlərdən 
əmələ gəlirlərsə, onda çox güman bizim ruhlarımız orada, Aidada olmalı idilər, elə deyilmi? Əgər onlar 
orada olmasaydılar, əmələ gələ bilməzdilər də; və biz tam məntiqi surətdə aydınlaşdıra bilsəydik ki, canlılar 
ölüb getmişlərdən əmələ gəlirlər və başqa cür ola bilməz, bu bizim haqlı olduğumuzun lazımınca sübutu 
olardı. Əgər bütün bunlar belə deyilsə, digər dəlillər axtararıq. 
 
Kebet dedi: 
 
- Çox gözəl. 
 
Sokrat davam etdi: 
- Onda asan başa düşməkdən ötrü, təkcə insanlarla kifayətlənmə, geniş nəzər sal, bütün heyvanlara, bitkilərə, 
bir sözlə, əmələ gəlmə xas olan hər şeyə nəzər sal və gəl düşünək, ümumiyyətlə hər şey bu tərzdə əmələ 
gəlirmi - əks olan əks olandan- hər halda, ortada iki əkslik olan zaman, Götürək, məsələn, gözəl və eybəcər, 
yaxud ədalətli və ədalətsiz, yaxud minlərlə digər əkslikləri. Gəl özümüzdən soruşaq: əgər iki əks olan şey 
mövcuddursa, birinin mütləq digərindən, ona əks olandan əmələ gəlməsi zəruridirmi? Məsələn, bir şey 
çoxalanda bu onun əvvəl az, sonra isə azdan çox olmağına dəlalət edirmi? 
- Bəli. 
 
- Müvafiq surətdə də o az olursa, onda çoxdan az olur? 
 
46


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə