Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

12. Plutarx strom. 7.  Abderli Demokrit Kainatı heç bir kəs tərəfindən yaradılmadığı səbəbdən sonsuz qəbul 
edirdi. Ancaq bununla belə o, onu (Kainatı) dəyişməz hesab edir və ümumiyyətlə o Kainatın necə olduğunu 
aydın izah edir. Hal-hazırda baş verən [hadisələrin] səbəbləri başlanğıcsızdır; onlar qədimdən, sonsuz [uzaq] 
zamandan istinasız hər şeyi- bir zaman olmuşu, hal-hazırda olanı və gələcəyi qabaqlayaraq, zərurətən öncə 
mövcud olmuşlar. 
 
13. Yevseviydə Dionis Praer. Evanq.XIV 23,2.3. Onlar arasında fikir ayrılığı yalnız ondan ibarət idi ki, 
birinci olaraq (Epikur) bütün [atomları] çox kiçik olan və buna görə də hissi qavranılmayan qəbul etmişdi, 
halbuki Demokrit çox böyük ölçüdə atomlar olduğunu zənn edirdi. Lakin onlar deyirlər ki, atomlar 
mövcuddur və [özlərinin] sarsılmaz bərkliyinə görə belə adlanırlar. 
 
14. Aetsi I 12,6. Demokrit... bizim dünyamız ölçüdə atom ola bildiyini [öyrədirdi]. 
 
15. Plutarx adv, Colot. 8r. 1110. Axı Demokrit nəyi öyrədir? Sayca sonsuz çox olan, gözəgörünməz, 
seçilməz, həm də [daxili] keyfiyyətlərə malik olmayan və [xarici] təsirlərə məruz qalmayan əsaslar, boş 
fəzada səpələnmiş şəkildə uçuşurlar. Onlar bir-birinə yaxınlaşanda isə, ya [bir-birinə] toqquşacaqlar, ya 
sarılacaqlar, onda onlardan [belə tərzdə əmələ gəlmiş] toplantıdan biri su, digəri od, üçüncüsü bitki, 
dördüncüsü insan kimi görünür. [Həqiqətdə isə] bütün [bunlar], o, onları adlandırdığı kimi, (ideyanın) 
bölünməz formalarıdır və [onlardan başqa], özgə bir şey yoxdur. Axı qeyri-varlıqdan heç nə əmələ gəlmir, 
mövcudluqdan da heç nə əmələ gələ bilməz, o səbəbdən ki, atomlar özlərinin bərkliyi nəticəsində nə təsiri 
hiss etməyə, nə dəyişməyə qabil deyillər. 
 
16. Aetsiy I 25,4. Heç bir şey səbəbsiz deyil, hər şey bir əsas üzərində və zərurətən əmələ gəlir. 
 
17. Diogen Laertsiy IX 45. Onun zərurət (ananke) adlandırdığı, hər şeyin əmələ gəlmə səbəbi burağan 
olduğundan, hər şey zərurətən baş verir. 
 
18. Diogen Laertsiy IX 33. [Levkip]: dünyanın yaranışı olduğu kimi, eləcə də bəzi zərurət üzündən onun 
böyüməsi, ölümü və yox edilməsi də var, amma [bu zərurətin] necəliyini o aydınlaşdırmır. 
 
19. Yevseviy Praer. evanq. I 23. Abderdən olan Demokrit... zənn edirdi ki, qədimdən hüdudsuz zaman 
ərzində ümumiyyətlə hər şey-keçmiş, indi və gələcək-zərurət üzündən baş verir. 
 
20. Aristotel Phus. II 4. Məsələn bəziləri anlaya bilmir ki, [təsadüf] varmı ya yox. Axı heç nə təsadüfi deyil, 
deyirlər onlar, hər şeyin, onun xüsusunda öz-özünə yaxud təsadüfi olaraq əmələ gəldiyini söylədiyimiz 
müəyyən bir səbəbi var. 
 
21. Aristotel Phus.II 4. Bəziləri bizim səmanın və bütün dünyaların [əmələ gəlmə] səbəbi kimi təsadüfü 
göstərirlər. Yəni [onlar deyirlər] ki, [materiya kütləsinin] bölgüsünü aparan və hər şeyi bu nizama gətirən 
burağanlı hərəkət, öz-özünə əmələ gəlmişdir... Məsələn onlar deyirlər ki, heyvanların və bitkilərin mövcud 
olması və əmələ gəlməsi təsadüfi deyil, bunun səbəbi ya təbiət, ya zəka, ya bu qəbildən olan başqa bir şeydir, 
zira hər bir toxumdan nə gəldi deyil, filan toxumdan-zeytun ağacı, filan toxumdan isə insan əmələ gəlir; 
səma və gözəgörünən [şeylərdən] ən ilahi olanlar isə özü-özünə əmələ gəlmişlər; heyvanlarda və bitkilərdə 
olduğu bu cür səbəblər, [onlarda] qətiyyən yoxdur. 
 
22. Dionisiy Yevseviydə Praer. Evanq. XIV 27(4) [Demokrit] əhəmiyyətsiz əsasa və səhv prinsipə 
əsaslandığından, həm əbəs yerə, həm heç bir əsası olmadan [təbii hadisələrin] səbəbləri haqqında mühakimə 
yeridir həm də mövcudluğun kökünü və təbiətinin ümumi zəruriliyini görməyib, boş-boş və mənasızcasına 
baş verən hadisələri anlamağı böyük müdriklik hesab edir və təsadüfi, ümumiyyətlə hər şeyin [o cümlədən] 
ilahi olanın ağası və çarı sayır və elan edir ki, hər şey bu xüsusda əmələ gəlib; [ancaq] o, onu insanların 
həyatından uzaqlaşdırır və ona hörmət edənləri ağılsızlar kimi qınayır. 
 
23. Stobey II 8,16 Epikur Sent.16. Müdrikin həyatında təsadüf əhəmiyyətsiz rol oynayır, [onda] ən 
əhəmiyyətli və ən başlıca olanı isə zəka qaydaya salıb, həm daima bütün həyatı ərzində qaydaya salır, həm 
də qaydaya salacaq. 
 
 
31


"İnsalar təsadüf bütünü (obrazını) uydurublar ki, ondan şəxsən özlərinin düşüncəsizliklərini ört-basdır edən 
bəhanə kimi istifadə etsinlər. Zira nadir halda təsadüf zəkaya müqavimət göstərir, əksər hallarda isə həyatda 
müdrik gözüaçıqlıq [qarşıya qoyulmuş məqsədə nail olmağa] istiqamət verir". 
 
24. Yevseviydə Dionisey Praer. Evanq. XIV 27,4. Hər halda təsdiq edildiyi kimi, Demokrit özü deyib ki, o 
"fars taxt-tacına sahib olmaqdansa, bircə səbəb [bildirən] izahı müəyyən etməyi üstün tutardı". 
 
25. Aristotel Phuz. VIII 1. Onlar deyirlər ki, yaranmayan şeylər var, həm də bu [mülahizənin] köməyilə 
Demokrit sübut edir ki, hər şeyin yaranması mümkün deyil. Məsələn, zaman başlanğıca malik olmayıb. 
 
26. Sekst adv. math. X 181 Deyəsən, zaman haqqında aşağıdakı mühakimə fiziklər Epikur və Demokrit 
[təliminin] tərəfdarlarına məxsusdur: "Zaman, gündüz və gecə görünüşündə təzahür edən təxəyyülün 
məhsuludur". 
 
27. SİSERON de fin. I 6. 17. O, [Demokrit], zənn edir ki, "atomlar"... əsla nə yuxarısı, nə aşağısı, nə ortası, 
nə sonu, nə kənarı olmayan sonsuz boş fəzada uçuşurlar... Atomların bu hərəkəti başlanğıcı olmayan, lakin 
əbədi mövcud olan kimi düşünülməlidir. 
 
28. Aristotel Phuz. VIII 9. Onlar deyirlər ki, hərəkət boşluğun sayəsində mövcuddur. Zira fəzada hərəkəti 
onlar təbiət adlandırırlar. 
 
Simlitsiy bu yerə 1318,33 YƏNİ fiziki ilkin və bölünməz cisimlər. Zira [onları] təbiət adlandırdılar və 
deyirdilər ki, [bu cisimlər] fəzada hərəkət edirlər... Məsələn onlar deyirdilər ki, atomlar "bütün istiqamətlərdə 
titrəyirlər". Və onlar elementlərə nəinki ilkin hərəkəti, hətta yalnız bu hərəkəti aid edirdilər, [hərəkətin] digər 
[növləri] isə [onlar tərəfindən] elementlərdən əmələ gələn [mürəkkəb] cisimlərə şamil edilirdi. Zira onlar 
deyirdilər ki, artım, ölüm, dəyişmə, əmələ gəlmə və yox olma [təkcə] ilkin cisimlər birləşəndə və dağılanda 
baş verir. 
 
29. Aristotel de qen. et corr.I 8. Demokrit deyir ki, bölünməz [cisimciklərdən] hər biri böyüklüyü nəticəsində 
daha ağır olur. 
 
30. Aristotel Metrh. I 4. Hərəkət xüsusunda məsələni isə-o haradandır və o mövcud olan şeylərə necə xasdır-
onlar da, [Levkip və Demokrit], başqaları kimi sadəlövhcəsinə diqqətdən kənar qoymuşlar. 
 
[İdrak haqqında təlim] 
31. Halen de elem. sec Nirr. I 2. "Rəng [təkcə] ümumi fikirdə mövcuddur, fikirdə-şirin, fikirdə-acı, 
gerçəklikdə isə [yalnız] atomlar və boşluq [mövcuddurlar]". Belə Demokrit deyir, zənn edərik ki, bütün hiss 
olunan keyfiyyətlər onları qavrayan, [təkcə] bizim üçün [mövcud olaraq] atomların birləşmələrindən əmələ 
gəlirlər, təbiətən isə heç bir nə ağ, nə qara, nə sarı, nə qırmızı, nə acı, nə şirin yoxdur. Məsələ ondadır ki, 
[Demokritdə] "ümumi fikirdə olan" şeylərin özlərinin təbiətinə uyğun olanı deyil, elə "hamı tərəfindən qəbul 
edilmiş fikirə uyğun olanı" və "bizim üçün olanı" bildirir; şeylərin özünün təbiətini isə o öz növbəsində, 
"həqiqi olan" bildirən, "həqiqi" sözündən termin quraşdıraraq, "həqiqətdə" [sözü ilə] ifadə edir. [Bu] təlimin 
özünün bütün mənası belə olmalıdır. [Təkcə] insanlar üçün bir şey ağ, qara, şirin, acı və bu qəbildən bütün 
başqa şey kimi qəbul edilir, həqiqətdə isə hər şey "nə" və "heç nə"dir. Həm də bu, yenə şəxsən onun özünün 
ifadəsidir, məsələn o atomları "nə", boşluğu isə "heç nə" adlandırırdı. 
 
32. Sekst adv. math. VII 135. Demokrit bəzən hissi qavranılan hadisələri inkar edir və deyir ki, onların heç 
biri həqiqətdə deyil, yalnız fikirdədir, həqiqətdə isə [təkcə] atomlar və boşluq mövcuddur... Məsələn o deyir: 
"Şirin [yalnız] ümumi fikirdə mövcuddur, fikirdə-acı, fikirdə-isti, fikirdə-soyuq, fikirdə-rəng, gerçəklikdə isə 
[yalnız] atomlar və boşluq [mövcuddur]". Bu onu bildirir ki duyğularla qavranılan [hadisələr] ümumi fikirlə 
mövcud olan qəbul edilir, həqiqətdə isə onlar deyil, yalnız atomlar və boşluq mövcuddur. (136) 
"Təsdiqlərdə" o duyğulara gerçəklik mənası da aid edəcəyini söz verməsinə baxmayaraq, onları heç də az 
irad tutmur. Məsələn o deyir: "Əslində biz heç bir həqiqi olanı deyil, [yalnız] bizim bədənimizin halından 
asılı olaraq dəyişiləni və ona daxil olanı və ona şeylərdən [axıb-gələn] əks-təsir göstərəni [qavrayırıq]". 
 
33. Teofrast de cams. rlant. VI 1,6. Demokrit hər bir dada forma aid edərək, şirin dadı dairəvi və böyük 
ölçülü, turşu isə-böyük formalı, kələ-kötür, çoxbucaqlı və qeyri-dairəvi olan hesab edir. Tünd [dad] - adına 
 
32


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə