Qaydalar Samitlərin tələffüzü ilə bağlı qaydalar 5, Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar


Orfoepiya - yunan mənşəli olub düzgün nitq mənasını verir.  Orfoqrafiya



Yüklə 423,01 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix24.04.2023
ölçüsü423,01 Kb.
#106791
növüQaydalar
1   2   3   4
ƏDƏBİ DİLİN NORMALARI

Orfoepiya
-
yunan mənşəli olub düzgün nitq mənasını verir. 
Orfoqrafiya
-
yunan mənşəli olub, düzgün yazıram mənasındadır. 
Orfoepik və orfoqrafik norma pozularsa, nəticədə fonetik norma pozulmuş olur. 
“Danışdığımız kimi yazmalı”, yoxsa “yazdığımız kimi danışmalı” sualı ədəbi dilimizin 
inkişafını düşünən dilçilərimizi, yazıçılarımızı daim düşündürmüşdür. XX əsrin 30-cu 
illərində bu suala aydınlıq gətirilmiş , Ə.Dəmirçizadə , M.Hüseynzadə, Ə.Əfəndizadə , 
N.Abdullayev bu sahədə böyük əməyi olan dilçi alimlərimizdəndir. Danışdığımız kimi 
yazmaq yazıda hərc-mərclik yaratdığı kimi, yazdığımız kimi danışıq da nitqimizdə 
bayağılığa gətirib çıxarır. Bunlardan heç biri mütləq götürülməməlidir. Buna görə də 
onların hər ikisindən yazımız və tələffüzümüz üçün ən optimal variant qəbul 
edilmişdir. 


Orfoepik normalar

ayrı-ayrı sözün, qrammatik forma və sintaktik quruluşun dildə 
sabit qaydaları orfoepik normaları təşkil edir. Orfoepiya normalarını 
müəyyənləşdirərkən aşagıdakı prinsiplər əsas götürülür. 
1) Tələffüzün asanlığı 
2) Danışığın təbiiliyinin qorunması 
3) Fonetik hadisələrin tətbiq olunmasının qarşısının alınması 
4) Alınma sözlərin tələffüzü 
5) Ahəng qanununun gözlənilməsi 
Şifahi ədəbi dilin zəngin imkanlarından məharətlə bəhrələnən hər bir şəxs tələffüz 
normalarına düzgün əməl etməklə nitq prosesində dilimizin daxili qanunlarını 
qorumuş olur.Bu nitq dinləyicilər tərəfindən asan qavranılır. Orfoepik qaydaların 
müəyyənləşdirilməsinə əsasən fonetik prinsipə üstünlük verilir. Bu prinsipə görə 
orfoepik norma xalq danışıq dilinin ən işlək və daha çox yayılmş formasına əsaslanır. 
Məs: felin mürəkkəb şərt şəklinin hekayəsində iki variantda rast gəlirik: alsa idi( 
alsaydı), (alseydi), gələsi idi (gəlsəydi) , (gəlseydi) və s. Amma bu formanın bütün 
əhalinin böyük əksəriyyətinin işlətdiyi “eydi” variantı -alseydi, gəlseydi orfoepiyada 
norma kimi əsas götürülmüşdür. Başqa bir misal : a, ə saitləri ilə bitən çoxhecalı 
sözlərə saitlə başlanan şəkilçilər artırıldıqda sözün sonundakı sait ahəng qanununa 
uyğun qapalı saitlərdən birinə keçir, meşəyə (meşiyə), işləyir( işliyir), başlayır 
(başlıyır), xalqın böyük əksəriyyətinin işlətdiyi bu tələffüz şəkli orfoepiya baxımından 
məqbul sayılır və norma sayılır. Nitqin axıcılıq və rəvanlıq tələbinə görə bu halda 
səslər bir-birinə tələffüzcə yaxınlaşır.

Yüklə 423,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə