Qaydalar Samitlərin tələffüzü ilə bağlı qaydalar 5, Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar


Saitlərin tələffüzü ilə bağlı qaydalar



Yüklə 423,01 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix24.04.2023
ölçüsü423,01 Kb.
#106791
növüQaydalar
1   2   3   4
ƏDƏBİ DİLİN NORMALARI

Saitlərin tələffüzü ilə bağlı qaydalar. 
Orfoepik normalara uyğun olaraq saitlər aşagıdakı şəkillərdə tələffüz olunur. 
1. A saiti 
a) a saiti bir sıra sözlərdə uzun tələffüz olunur. Alim, Arif, qabil, katib, zabit, əmanət 
və s. 
b) Qoşa a saitləri iki vahiddə yox, bir uzun (a) kimi tələffüz olunur. Saat [sa: ]t; inşaat 
[inşa:t] 
c
) barı (ədat) sarı (qoşma) , narın (sifət), qarşı (sifət) sözlərindəki a səsi uzadılır. 
2) E saiti 
a) e saiti alınma sözlərdə bir qədər uzun tələffüz olunur. Bu sözlərin bir qismi latın 
qrafikalı əlifbaya qədər apostroflu yazılan sözlərdir. emal, elan, edam, memar, 
istedad, istefa 
b) Avropa mənşəli bir qrup söz uzun tələffüz olunur: era, etikeç estetika, fonetika. 
3) I saiti 
a) çoxhecalı sözlərin ilk hecasında ı saiti eşidilməz dərəcədə zəif tələffüz 
olunur;
(qıfıl) 
4) Ə saiti 
a) bir sıra ərəb- fars mənşəli və vaxtilə apastrofla yazılan sözlərin ilk hecasında uzun 
tələffüz olunur; 


Rəna, təmir, mədən, qəbul, təsir, və s. 
5) İ saiti 
a) Alınma sözlərdə uzun tələffüz olunur. nizə, zinət. 
b) Azərbaycan dilinə məxsus bir neçə köməkçi söz üzün tələffüz olunur: idi, imiş, 
ikən, ilə 
c) Qoşa i saiti ilə yazılan sözlərdə i uzun tələffüz olunur. 
d) Bədii (bədi) : təbii (təbi) 
e) Fars dilindən alınmış bi-önşəkilçi sözlərdə i uzun tələffüz olunur: bixəbər, biçarə, 
6) O saiti 
a) O saiti alınma sözlərdə uzun tələffüz olunur: filoloq, qeoloq, texnoloq 
b) Rus dilindən keçən sözlərdə o saiti a kimi tələffüz olunur: komanda-kamanda, 
orkestr-arkestr 
7) Ö saiti 
a) Ö saiti V samitindən əvvəl gəldikdə v samitinin düşməsi hesabına uzun tələffüz 
olunur: mövsüm, -
mö:süm, növbə -nö:bə 
b) Yeni əlifba islahatından sonra əvvəllər apastrofla yazılan ərəb mənşəli sözlərdə ö-
səsi uzun tələfüz olunur: mötərizə , mömin 
8) U saiti 
a) U saiti alınma sözlərdə uzun tələffüz olunur. Füzulu, Səbuhi, ümumi 
9) Ü saiti 
a) Ü saiti sual bildirən sözlərdə sual ədatı işlənmədikdə uzanır: Sən gördün? 
Qonaqları ötürdün? 
b) Bir sıra sözlərdə qısa tələffüz olunur: tüfəng, bütün, qüsur 

Yüklə 423,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə