Qaydalar Samitlərin tələffüzü ilə bağlı qaydalar 5, Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar


Samitlərin tələffüzü ilə bağlı qaydalar



Yüklə 423,01 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix24.04.2023
ölçüsü423,01 Kb.
#106791
növüQaydalar
1   2   3   4
ƏDƏBİ DİLİN NORMALARI

Samitlərin tələffüzü ilə bağlı qaydalar. 
Azərbaycan dilindəki kar və cingiltili samitlərin bir qismi heç də həmişə yazıldığı kimi 
tələffüz olunmur. 
1) B samiti 
a) B samiti çoxhecalı sözlərin sonunda karlaşır: kitab-kitap, corab-corap,məktəb -
məktəp 
2) C samiti 
a) C samiti sözün sonunda karlaşır: çəkic, dinc, kərpic və s. 
3) D samiti 
a) D samiti sözlərin sonunda karlaşır: bulud, armud. həsəd, bulut, 
b) Təkhecalı sözlərdə karlaşır: dörd-dört, kənd-kənt 
4) Ğ samiti 
a) ğ samiti sözün ortasında kar samitdən əvvəl x səsinə keçir. Bagça- baxça: ağça, -
axça 
5) t samiti 


a) t samiti kar samitdən sonra gələndə cingiltili tələffüz olunur. dəftər-dəfdər, dəstə-
dəsdə 
6) v samıti 
a) alınma sözlərdə karlaşır: avtomat-aftomat 
7) Z samiti 
a) Z samiti təkhecalı sözlərin sonunda kar samitdən sonra gəldikdə karlaşır: məhz-
məhs, ləfz-ləfs 
Bəzi məqamlarda bir səsin başqa birisinə təsir edərək öz məxrəcinə salması səs 
uyuşması kimi , assimilyasiya kimi göstərir: məndən-mənnən 
Bəzi hallarda isə bir səs öz cinsindən olana təsir edərək onun səslənməsini dəyişdirir 
ki, buna dissimilyasiya deyilir: qararmaq-qaralmaq, hammal-
hambal. Eləcə də 
danışıq zamanı söz daxilində yanaşı gələn samitlərin öz yerini dəyişməsi metateza 
hadisəsi kimi özünü göstərir: yanlış-yalnış ,süfrə-sürfə. Samitlə başlanan , samitlə 
bitən alınma sözlərdə sözün əvvəlinə və yaxud sonuna sait səs artırılır. Bu hadisəyə 
proteza 
deyilir: stəkan-istəkan. r samiti ilə başlayan bir sıra alınma sözlərin 
əvvəlinə artırılır: Rza-irza, Rəhim-irəhim. 
Sözdən bu və ya digər səsin düşməsinə isə eliziya (səs düşümü ) deyilir :fənn-
fən(n)+lər-fənlər, sirr-sir(r)+lər -sirlər: Əli Əsgər-Ələsgər 
Abbreviatürlərin tələffüzü ilə bağlı qaydalar. 
Baş hərflərdən ibarət mürəkkəb qısaltmalar aşağıdakı şəkildə yazılır və tələffüz 
olunur: 
1) Səslərin adı ilə :YAP-Yeni Azərbaycan partiyası , ABŞ-Amerika Birləşmiş Ştatları 
2) Hərflərin adları ilə MSK(emseka)-Mərkəzi Seçki Komissiyası , MDB(emdebe)-
Müstəqil Dövlətlər Birliyi 
3) Bütöv şəkildə tərkibindəki sözlərlə oxunanlar: DYP-Dövlət Yol Polisi, AMEA-
Azərbaycan Milli Elmlər Akademiyası , KİV-kütləvi informasiya vasitələri 

Yüklə 423,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə