Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


Təlim nəticəsi 6: Ətraf mühitin mühafizəsi və yanğınsöndürmə vasitələrinə dair ilkin tədbirləri bilir və həyata



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

Təlim nəticəsi 6: Ətraf mühitin mühafizəsi və yanğınsöndürmə vasitələrinə dair ilkin tədbirləri bilir və həyata 
keçirməyi bacarır 
Qiymətləndirmə meyarları 
1.
 
Ekoloji qanunları təsvir edir; 
2.
 
Ekoloji şəraitin yaxşılaşdırılmasına yardımçı olan üsulları sadalayır; 
3.
 
Müəssisədə olan yanğınsöndürmə vasitələrindən düzgün istifadə edir; 



4.
 
Yanğın baş verərkən yanğın təhlükəsizliyinin əsas və fərdi ehtiyat tədbirləri ilə otaqlardan çıxma qaydalarını 
uyğunlaşdırır; 
5.
 
İşləri başa çatdırdıqdan sonra ətraf mühitin qorunması naminə ərazini təmizləyir. 



Təlim nəticəsi 1: İş yerində əməl ediləcək təhlükəsizlik tədbirlərini bilir və qaydaları tətbiq etməyi 
bacarır
1.1.1.
Əməyin təhlükəsizliyi və əmək fəaliyyəti ilə bağlı ümumi faktorları və təlimatları şərh edir

Əməyin təhlükəsizliyi termini 
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü
maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan 
özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti 
dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı 
təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır.
Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Həmçinin əmək prosesində 
xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil 
etmək üçün əlaqə vasitələri lazım olur.
Əməyin təhlükəsizliyi – işçi yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin 
sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur. 
Şəkil 1.1 Əmək şəraitiylə tanışlıq 
Şəkil 1.2 Əmək təhlükəsizlik qaydaları
İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, 
işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, 
sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır. 
Əmək müəssislərində təhlükəsizlik qaydalarına dair təlimatın keçirilməsi, müəssisədə ümumi 
təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın təhlükəsizlik dərəcəsindən, xarakterindən, 
işçilərin peşələri və dərəcələrindən asılı olmayaraq, bütün işçilərin əməyin təhlükəsizliyi qaydalarını 
aşılamaq, təhlükəsiz iş metodları üzrə təlimatları təlqin etmək məqsədilə aparılır. Əmək müəssisələrində 
aparılan təlimatlandırma giriş təlimatı, iş yerində ilkin təlimat, dövrü təkrar təlimat və növbədən kənar 
təlimat kimi növlər əsasında təşkil olunur.


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə