Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

195 
 
Uşaqlıq  əzələdsinə  sabit  cərəyanın  qısamüddətli  təsirinin  mexanizmi  hələlik 
lazımio  səviyyədə  aydınlaşdırılmamışdır.  Lakin  üsulun  sadəliyi  və  müəllif 
tərəfindən müsbət nəticələrin alınması onun praktikada geniş tətbiqinə əsas verir. 
Onu  qeyd  etmık  lazımdır  ki,  qadın  orqanizminə  və  uşaqlığın  sinr-əzələ 
aparatına  təsir göstərən vasitələr nə qədər cürbəcür arsenala malikdirsə, uşaqlığın 
tonusunun  və  yığılmasının  bərpasına  da  daha  tez  nail  olmaq  mümkündür.  Lakin 
çoxsaylı  vasitələrin  sistemsiz  tətbiqi  çox  vaxt  mənfi  nəticələrə  gətirib  çıxarır. 
Yalnız həkimin şəxsi təcrübəsi, hər preparatın təsir müxanizmini və üsulun imkan 
həddini  bilməsi  onların  müxtəlif  kombinasiyalarla  düzgün  və  ardıcıllıqla  istifadə 
etməsi üçün əsas verir. 
 
Qanaxmanın  mexaniki  dayandırılma  üsulu. Mexaniki üsulların köməyi ilə 
qanın laxtalanmasının normal olması və hatta uşaqlığın tonusunun və yığılmasının 
tam  itməsi    zamanı  (“uşaqlığın  iflici”)  uşaqlıqdan  gələn  qanaxmanın  qarşısını 
tamamilə  almaq  olar.  Lakin  bu  üsulların  əksəriyyəti  travmatikdir  və  bir  qayda 
olaraq, qısamüddətlidir. 
Aortanın yumruqla və ya bərk materialdan hazırlanmış valiklə sıxılması. 
Qadın  (doğan  və  zahı)  orqanizminin  qan  itgisinə  reaksiyası  bir  çox  səbəblərdən 
(amillərdən),  o  cümlədən  qanaxmanın  sürətindən  asılıdır.  Qısa  müddət  ərzində  nə 
qədər çox qan itirilirsə, bir o qədər də orqanizm qan itgisinə adaptasiyası çətin olur. 
Buna  görə  də  massiv  uşaqlıq  qanaxmaları  zamanı    heç  olmasa,  qısa  müddətdə 
müvəqqəti  olaraq  qanaxmanı  dayandırmaq  lazımdır  ki,  orqanizmin  belə  ektremal 
vəziyyətə fizioloji adaptasiyası yaransın. 
Bunun üçün ən sadə üsul qarın aortasının sıxılmasıdır. Əllə palpasiya etməklə 
pulsasiyasına  görə  qarın  boşluğunun  aşağı  şöbəsində  aorta  tapılır,  sağ  yumruğun 
arxası ilə aorta burundan(onurğa sütununun) bir az yuxarı onurğa sütununa sıxılır. 
Kobud  manipulyasiyalardan  çəkinmək  lazımdır;  belə  hərəkətlər  şok 
reaksiyaları yarada bilər və müsariqədə, bağırsaqların divarında geniş qansızmalara 
səbəb  ola  bilər.  Qarın  aortasının  tam  sıxılmasına  nail  olduqda,    bud  aerüeiyasında 
və ayaq pəncəsinin arxa arteriyasında pulsasiya itmiş olur.  
Kiçik  çanağa  və  aşağı  ətrafa  arterial  qanın  gəlməsinin  tam  kəsilməsinə 
baxmayaraq,  uşaqlıq  tonusunun  artması  və  yığılması  bərpa  olunmursa,  uşaqlıqdan 
qanın  axması,  adətən    o  saat  dayanmır.  Aşağı  ətrafların  və  kiçik  çanağın  vena 
damarlarında olan venoz qan çox asanlıqla uşaqlığın damar məcrasına daxil olur və 
uşaqlıqdan xaricə axır. 
Bu üsulu düzgün tətbiq etdikdə bəzən tezliklə uşaqlığın tonusunun artması və 
onun  yığılması  üşahidə  edilir.  Hətta  uşaqlığın  qısamüddətli  işemiyası 
miometriyanın  yığılması  üçün  ən  güclü  qıcıq  ola  bilər.  Uşaqlığı  təchiz  edən  əsas 
damarların  bağlanması  zamanı  da  belə  vəziyyət  müşahidə  olunur  (təsir 
mexanizmlərin mahiyyəti eynidir).  


196 
 
Aortanın sıxılmasından 4-6 dəqiqə keçdikdən sonra  bu üsulun effektiv yerinə 
yetirilməsi  üçün  başqa  şəxsin  köməyi  lazımdır.  Çünki  bu  zaman  əl  tez  yorulur  və 
sıxmanı lazımi keyfiyyətlə davam etdirmək olmur. 
Bu üsulun variantlarından biri də parça materialdan hazırlanmış valiklə və ya 
dolağı  açılmamış  iri bint  dolağı ilə  qarın aortasının sıxılmasıdır; bu zaman  həmin 
materialı yumruqla və əlin ovuc səthi ilə aorta üzərində fiksasiya etməklə sıxılır. 
Aortanın  sıxılmasını  qarnın  ön  divarı  tərəfdən  xaricdən  və  ya  uşaqlıq 
boşluğundan  da  icra  etmək  olar.  İkinci  üsulda  əllə  uşaqlıq  boşluğuna  daxil  olub 
müvafiq manipulyasiyanı apardıqdan sonra yerinə yetirmək olar. Keysəriyyə kəsiyi 
əməliyyatı  zamanı  qanaxma  həyat  üçün  təhlükəli  vəziyyət  yaratdıqda  açıq  qarın 
boşluğundan  birbaşa  aortanın  sıxılması  mümkündür.Bu  zaman  əməliyyat,  demək 
olar  ki,  tamamilə  “qansız”  (qanaxmasız)  davam  etdirilir,  çox  qan  itirmiş  və  ağır 
dərəcədə anemiyalaşmış xəstənin həyatını xilase etmək üçün bu, həyati əhəmiyyətə 
malik  olur.  Bu  üsulu  uşaqlığın  mexaniki  qıcıqlandırılması  ilə  (uşaqlığın  xarici 
masaji) müştərəkləşdirmək mümkündür. 
Aortanın sıxılmasının müddətini uzatmaq üçün bir çox müəlliflər aortanı sıxan 
aparatlar  təklif  etmişlər.  Bunun  tətbiqi  zamanı  bədənin  aşağı  hissəzsinə  və  aşağı 
ətraflara  qanın  gəlməsi  daha  uzun  müddətə  kəsilə  bilir.  Praktika  göstərmişdir  ki, 
belə  aparatlatın  istifadəsi  effektli  olsa  da,  bağırsaqlatrın,  piyliyin  və  müsariqənin 
zədələnməsi təhlükəsi yaranır. Qan cərəyanının uzun müddətdə dayandırılması ağır 
travmatik  və  histamin  şokunun  inkişafına  səbəb  ola  bilər.  Buna  görə  də  aortanın 
aparatla sıxılma üsulu hal-hazırda istifadə edilmir.  
Uşaqlıq  qanaxmasının  mexaniki  dayandırılması  və  miometriyanın  reflektoru 
qıcıqlandırması  üçün  başqa  üsul  da  təklif  edilmişdir.  Uşaqlığın  yumruq  üzərində 
masajı effekt vermədikdə (uşaqlığın atoniyası) bu üsulu tətbiq etmək lazımdır. Bu 
üsulu tətbiq edərkən bir əli uşaqlıq boşluğuna daxil edib, uşaqlığı daxildən önə və 
arxaya  hərəkət  etdirməklə  onun  ön  divarını  qasığın  arxasına  mümkün  qədər  bərk 
sıxılır.  Eyni  zaman  xaricdə  qalan  o  biri  əllə  uşaqlığın  arxa  divarı  tərəfdən  onun 
aşağı  seqmenti  səviyyəsinə  qədər  cismini  tutmaqla  divarını  daxilə  salınmış  ələ 
doğru bərk sıxmaq lazımdır. 
Uşaqlığın,  eləcə  də  uşaqlığı  təchiz  edən  damarların  qismən  bu  qayda  ilə 
sıxılması orqanın qısamüddətli işemiyası və sonradan yığılnasına səbəb olur. Hətta 
zəif yığılmaların baç verməsi zamanı yenidən uşaqlığın ehtiyatla masajına keçmək 
lazımdır;  bu,  orqanın  yığılmasını  daha  gücləndirəcəkdir.  Qanaxma  təkrarlanan 
zaman uşaqlığın sıxılmasını yenidən yerinə yetirmək lazımdır. 
Bu  üsulun  tətbiqi  zamanı  uşaqlığın  xaricdən  sıxılması  üçün  köməkçi  cəlb 
edilməlidir ki, qanaxmanın dayandırılma vaxtını bir qədər uzatmaq mümkün olsun. 
Xaricdən  sıxmanı  əllə  deyil,  həm  də  bərk  materialdan  hazırlanmış7-10  sm  enində 
olan  bintdən  də  istifasdə  edilir;  binti  uşaqlığın  aşağı  seqmenti  səviyyəsində 
yerləşdirərək,  sərbəst  qalan  uclarınıdan  masnipulyasiya  aparının  özünə  və  aşağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə