Qanaxmalar zamanı infuzion-transfuzion terapiya


Uşaqlığın  yumruq  üstə  masaji



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   78   79   80   81   82   83   84   85   ...   91

193 
 
Uşaqlığın  yumruq  üstə  masaji.  Metod,  təsir    mexanizminə  görə  reflektoru 
mahiyyət  daşıdığından  belə  adlandırılmışdır.  Yəni  bu  zaman  yumruqla  uşaqlığın 
həm  daxili  səthindən  və  həm  də  qarnın  ön  divarı  vasitrəsi  ilə  xarici  səthindən 
mexaniki  qıcıq  verilir.  Masaj  yüngül  anestaziya  altında  aparılmalıdır.Uşaqlıq 
boçluğuna  yeridilmiş  əllə  boşluq  reviziya  olunduqdan  sonra  əl  yumruqlaşdırılıb 
içəridə  önə  və  qasıq  birləşməsinə  yaxın  hərəkət  etdirilməlidir.  Xaricdə  qalan 
(adətən sol) əl qarın divarının üstündən uşaqlığın dibi tutulur, xarici masaj zamanı 
olduğu kimi ehtiyatla onun səthi qıcıqlandırılır. 
Bu  metoddan  istifadə  edərkən  (əgər  uşaqlığın  tam  iflici  yoxdursa)  çox 
tezlioklə onun tonusu artır, əvvəlcə qısa ritmiki, sonra isə uzun yığılması müşahidə 
edilir.  Yığılmanın  gücünü  uşaqlıq  bioşluğuna  salınmış  əllə  müəyyən  etnmək  olar. 
Uşaqlıq tinusunun artmasıl və  uzunmüddətli yığılması zamanı bir neçə dəqiqədən 
sonra  uşaqlıq  müayinə  edənin  əl  damarlarını    sıxdığından  keyləşir.    Buna 
baxmayaraq, masaji davam etdirmək lazımdır. Bu üsulls masaj 5-10 dəqiqə davam 
etdirilməlidir. 
Bundan başqa hipotonik qanaxmaların qarşısının alınması üçün uşaqlığın sinir-
əzələ və damar sisteminə müştərəkləşmiş reflektoru və mexaniki təsirlərə əsaslanan 
daha sadə və lazımi qədər effektli metod da tətbiq olunur. 
Bu  metodun  mahiyyəti  belədir:  hipotonik  və  atonik  qanaxmalar  zamanı  bir 
neçə  abortsanqlar  (və  ya  uşaqlıq  boynu  üçün  dişli  sıxaclar)  elə  qoyulur  ki, 
sıxıcıların bir şaxəsi boşluğa salınaraq, uşaqlığın yan divarının daxili səthində, digər 
şaxəsi  isə  müvafiq  nahiyyənin  xaricində  oturmalıdır.  Hər  tərəfdə  3-4  abortsanq 
qoyulur. Bunları qoyduqdan sonra onları bir qədər aşağı dartmaq lazımdır. Bununla 
da uşaqlıq da aşağı dartılaraq, reflektoru qıcıq törədir. 
Abortsanqların  ucları  arasında  uşaqlığın  yan  divarlarının  aşağı  şöbələrinin 
sıxılması (Сдавление) yığılmanın reflektoru qıcıqlanma törədir; sıxıcıları bir qədər 
aşağı dartmaqla effekt bir qədər də  gücləndirilir. Uşaqlığın yığılmasının reflektoru 
gücləndirilməsindən başqa orqanın daxili səthinin müəyyən hissəsinin, mümkündür 
ki, uşaqlıq arterriyasının  sıxılmaı qan itirmənin azalmasına kömək edir. 
Uşaqlıq  boynuna  köndələn  tikişlərin  qoyulmaı  (по  Лосицкой). Bu tikişin 
qoyulması  üçün  güzgülər  vasitəsi  ilə  uşaqlıq  boynu  görmə  sahəsinə  gətirilir, 
atravmatik  sıxıcılar  vasitəsi  ilə  fiksasiya  edilir,  bir  az  önə  və  özünə  tərəf  çəkilir. 
Ketqut  tikişi  uşaqlıq  boynunun  arxa  divarı  nahiyyəsinə  tağa  yaxın  yerdə  iri  əyri 
girdə iynə vasitəsi ilə qoyulur. İynə ilə uşaqlıq boynunun divarını deşib boşluğuna 
keçirlər  və  uşaqlıq  boynunun  arxa  səthinin  əks  tərəfində  выкалывают  (?). 
Ketqutun sərbəst ucunu dartırlar və düyünlü bağlayırlar. 
Belə  güman  etrmək  olar  ki,  ketqut  tikişi  ilə  uşaqlıq  boynunun  arxa  tağ 
nahiyyəsində  sıxılması  uşaqlığın  reflektoru  yığılmasına  səbəb  olur.  Bu  metod 
uşaqlığın tonusunun və yığılma qabiliyyətinin pozulmadığı hallarda, yəni uşaqlığın 


194 
 
hipotoniyası  zamanı  eyni  vaxtda  digər  tədbirlər  kompleksi  ilə  birgə  apardıqda 
effektlidir. 
Uşaqlığın  atoniyası  zamanı  bu  metodla  orqanın  yığılma  qabiliyyətinin 
bərpasına nail olmaq mümkünsüzdür. 
Qanaxma  dayandırıldıqdan  sonra  ketqut  tikişi  sökülür.Uşaqlıq  boynunda 
tikişlərin  qoyulduğu  yerdən  aşağı  yerlərdə  qan  dövranının  pozulması  və 
nekrozlaşması halları müşahidə edilməmişdir. 
Fiziki və kimyəvi metodlar. Uşaqlığın yığılmasının bərpası üçün  bu mütodlar 
hələ  XIX  əsrin  sonlarında  tətbiq  edilirdi,  lakin  hal-hazırda  praktikada  çox  az 
istifadə olunur. 
Uşaqlığın yığılması üçün termiki metodlardan soyuq tətbiq edilir. Bu məqsədlə 
rezin qovuqlarda suyu dondurub, həmin buzlu qovuğu qarnın aşağı hissəsinə 15-20 
dəqiqə müddətində saxlayırlar. Sonra götürüb 15-25 dəqiqə fasilədən sonra təkrasr 
qoyub  25-30  dəqiqə  saxlayırlar.  Soyuq  qovuq  vasitəsi  ilə  belə  fasiləli  təsir 
göstərməklə  uşaqlığın  reflektoru  yığılmasını  gücləndirmək  olar.  Bu  metodu 
digəriləri ilə müştərək tətbiq etmək lazımdır.  
 
Uşaqlıq  yoluna  efir  tamponunun  qoyulması.  Efir  bədən  səthində  çox 
asanlıqla  buxarlanan  kəskin  qoxulu  maye  şəkilli  maddədir.  Buxarlanma  zamanı 
həmin  yerdə  kəskin  soyuqluq  yaradır  və  soyuq  qıcığı  törədir.  Bundan  başqa, 
anesteziologiyadan  məlum  olduğu  kimi,  efir  farmakoloji  təsiri  ilə  selikli  qişaları 
qıcıqlandırmaq  qabiliyyətinə  malikdir.  Həm  də  efir  adrenergik    reseptotrlarları 
tonuslandırır; uşaqlığın cismi də belə reseptor aparatına malikdir. Bu təsirləriilə efir 
uşalığın tonusunu artıraraq, miometriyanın yığılmasını təmin edir. Bu üsul  П. А. 
Гузиков  tərəfindən  1924-cü  ildə  təklif  olunmuşdur  və  bu  günlərə  qədər  bir  çox 
mamalıq  stasionarlarında  geniş  tətbiq  edilir.  Üsulun  mexanizmi  efirdə  isladılmış 
yumşaq tampon uşaqlıq yoluna qoyulur. 
Qaz  emboliyasının  baş  vermə  təhlükəsinin  yaranması  ilə  əlaqədar  efir 
tamponunun uşaqlıq boşluğuna yeridilməsi məsləhət götülmür. 
 
Defibrilyatorun  tətbiqi  (Чиладзе  üsulu).  Müəllif  eksperimentdə  və 
klinikada  sübut  etrmişdir  ki,  uşaqlığın  atonik  və  hipotonik  vəziyyətlərində 
uşaqlıqdan  sabit  cərəyanın  qısamüddətli  buraxılması  onun  tonusunu  və  yığılma 
qabiliyyətini  bərpa  edir.  Bu  məqsədlə  döş  qəfəsi-ürək  cərrahiyyəsində  və 
reanimatologiyada üdək funksiyasını bərpa etmək üçün istifadə edilən defibrilyator 
tətbiq  etmişdir.  Elektrodun  birini  qarnın  ön  səthinə  (uşağın  proyeksiyası 
nahiyyəsinə),  ikincisini  isə  bel  nahiyyəsinə  qoyurlar.  Verilən  sabit  cərəyanının 
gərginliyi  əvvəlcə  4000  V  olmalıdır.  Elektrodu  bilavasitə  uşaqlığı  qoyduqda 
(uşaqlıq  boıluğuna teridilmiş  küretka  və  ya  xüsusi  elektrod vasitəsi  ilə)  cərəyanın 
gərginliyi 2000 V-a azaldılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə