Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   75   76   77   78   79   80   81   82   ...   91

187 
 
 
Ağır  atonik  qanaxmaların  dayandırılması  üçün  bütün  kompleks  tədbirlərin 
tətbiqinin 
müvəffəqiyyətsizliyi 
hallarında  dekompensasiyalı  hemodinamiki 
pozulmaların  baç  verməsinə  qədər  uşaqlığı  qidalandıran  əsas  damarlarin 
bağlanılması lazım gəlir. 
(A.Q.: Bunun üçün daxili genital orqanların damarlanmasınının anatomiyasını 
və qan təchizatını yaxşı bilmək lazımdır.)  
Hamiləlikdənkənar,  eləcə  də  hamiləlik  vaxtı  uşaqlıq  uşaqlıq  arteriyası  (аа. 
uterinae)  vasitəsi  ilə  qanla  təchiz  olunur.  Bu  arteriyalar  uşaqlığın  qabırğası 
nahiyyəsində  iki  əsas  şaxələrə  bölünürlər:  uşaqlıq  qabırğası  boyunca  onun  dibi 
istiqamətində  yuxarı  gedən  qalxan  şaxəsi  və  uşaqlıq  boynu-uşaqlıq  yoluna  doğru  
aşağı istiqatlənən enən şaxəsi. Hər iki tərəfin uşaqlıq arteriyası arasında çoxlu sayda 
anastomozlar  vardır  ki,  hamiləlik  vaxtı  bunların  miqdarı  xeyli  çoxalır. 
Anastomozların  belə  çox  olması  onunla  təsdiq  edilir  ki,  uşaqlıqda  fibromatoz 
düyünlərin  çıxarılması  zamanı  uşaqlığın  bir  tərəfində  arteyaların  (yumurtalıq, 
uşaqlıq  və  girdə  bağ  arterriyaların)  bağlanmasına  baxmayaraq,  həmin  tərəfdə 
həmişə güclü qanaxma ilə müşaiyyət olunur. 
Uşaqlıq  arteriyasının  qalxan  şaxəsindən  parametrium  toxumasına  (в 
клетчатку параметрия) və enli bağa çoxlu sayda şaxəciklər ayrılır. Bu damarlar 
çanağın  divarı  istiqamətində  gedərək,  divar  damarları  ilə  (с  пристеночными 
сосудами)  anastomozlar  əmələ  gətirirlər.  Girdə  bağın  (qalınlığına)  dərinliyinə  (в 
толщу)  gedən  damar  -  a.  epigastrica  int.  şaxəsi  –  uşaaqlıq  və  yumurtalıq 
arteriyaların şaxələri ilə uşaqlığın dibi nahiyyəsində anastomozlaşırlar. 
Uşaqlıq  afrteryasının  enən  şaxəsi  uşaqlıq  yolunun  tək  arteriyası  ilə,  sidik 
kisəsini  qidalandıran  arteriyalarla,  büzdüm-uşaqlıq  bağında  a.mesenterica  inf.-in 
şaxələri ilə anastomoz əmələ gətirir. 
Uşaqlığı qanla nəchiz edən əsas arteriyaların bağlanması təcrübəsi təsdiq edir 
edir  ki,  uşaqlıq  çoxlu  sayda  kollaterallara  malikdir.  Əsas  uşaqlıq  arteriyalarının 
bağlanmasından sonra bunların sayəsində qan dövranı tezliklə kompensasiya edilir. 
Qan dövranının tez bərpa olunması uşaqlığın damar sisteminin regenerasiyasından 
düz asılılığa malikdir. Bu proses hamilə qadın orqanizminin neyro-humoral təsiri ilə 
stimulyasiya olunur. Belə güman etməyə əsas vardır ki, girdə bağ arteriyası uşaqlıq 
və  yumurtalıq  arteriyalarının  bağlanmasından  sonra  uşaqlığın  qan  təchizatı  üçün 
əsas rolu öz üzərinə götürür. 
Uşaqlığın  atoniyaları  zamanı  qanaxmanın  dayandırılması  üçün  uşaqlıq 
damarlarının  bağlanması  metodunu  ilk  dəfə  Woters  (1952)  tətbiq  etmişdir.  Lakin 
bəzi  patoloji  vəziyyətlərdə  (uşaqlığın  xərçəngində)  hər  iki  qarınaltı  arteriyaların 
(подчревных артерий) və hər iki uşaqlıq arteriyaların bağlanmasını hələ XIX əsrin 
sonunda və XX əsrin əvvəllərində həyata keçirilmişdi. 


188 
 
Bunlara  baxmayaraq,  təcrübə  göstərdi  ki,  qanaxmanın  dayandırılması  üçün 
birtərəfli uşaqlıq və ya qalça arteriyaların bağlanması çox vaxt kifayət etmir; hətta 
bir  neçə  vaxtdan,    bəzən  əməliyyastdan  az  müddətdən  sonra  qanaxma  bərpa  ola 
bilir. 
Woters  uşaqlığın  atoniyası  zamanı  qanaxmanın  dayandırılması  məqsədi  ilə 
uşaqlıq  arterriyalarının  bağlanması  ilə  əlaqədar  7  hadisə  haqqında  məlumat 
vermişdi.  Müəllif  göstərirdi  ki,  arteriyalatrın  bağlanması  qanaxmanın  tez 
dayanmassına səbəb olur və kəskin baş vermiş hipoksiya nəticəsində uşaqlıq bərk 
yığılır.  Belə  təxmin  etmək  olar  ki,  qanaxmanın  tez  dayanması  uşaqlığa  qan 
cərəyanının    kəskin  azalması  ilə  deyil, belə  şəraitdə  uşaqlığın motor  funksiyasının 
bərpa  olunması  nəticəsində  baş  verir.  Müəllifiin  yazdığına  görə  əməliyyatın 
texnikası çox sadədir və istənilən şəraitdə qısa müddət (10-15 dəqiqə) ərzində icra 
oluna  bilər.  Həm  də  müəllif  xəbərdarlıq  edir  ki,  bu  xaman  yalnız  arteriyaları 
bağlamaq  lazımdır;  arteriyalarla  venaların  bağlanması  uşaqlıq  əzələsində  venoz 
qanın durğunluğu nəticəsində qanaxmanın davam etməsinə səbəb ola bilər. 
Müəllifin  bu  fikrinin,  yəqin  ki,  heç  bir  əsası  yoxdur,  belə  ki,  uşaqlığın 
atoniyası  olan  qadınlarda  uşaqlığın  əsas  damarlatrının  bağlanması  zamanı 
qanaxmasnın  davam  etməsi  qanın  laxtalanma  qabiliyyətinin  azalması  hallarında 
mümkündür.  Qanın  normal  laxtalanması  zamanı  venaların  və  arteriyalatrın 
bağlanması  qanaxma  əlamətlərinin  meydana  çıxmasına  səbəb  olmur,  belə  ki, 
uşaqlıq həm də venoz anastomozlarla çox zəngindir.  
Eksperimentdə və kliniki olaraq uşaqlığın əsas damarlarının (uşaqlıq və daxili 
toxum  damarlarının)  bağlanması  zamanı  daxili  boşluqlu  orqanların  vəziyyətinin 
öyrənilməsi  üçün  Д.  Р.  Цицишвили  (1961)  böyük  tədqiqatlar  aparmışdır.  Müəllif 
müəyyən  etmişdir  ki,  uşaqlığın  magistral  damarlarının  bağlanmasından  24-48  saat 
sonra  uşaqlığın  selikli  qişasında,  az  hallarda  selikaltı  və  əzələ  qatlarında  diffuz 
qansızmalar və hemorragik infarkt ocaqları qeyd edilir. 3-4-pcü günlərdə bunların 
yerində    nekroz  ocaqları  meydana  çıxır.  Eksperimentin  5-6  günlərində  isə  selikli 
qişada  geniş  nekrotik  sahələr  aşkar  edilir.  Sonradan  birləşdirici  toxumanın  əmələ 
gəlməsi  ilə  yanaşı  borulu  vəzxlərin  regenerasiyası  başlayır  və  damarlasrın 
bağlanmassının  8-ci  günündə  onların  miqdarı  xeyli  artır.  20-ci  günündə  isə 
uşaqlığın selikli qişası normaldan heç də fərqlənmir.  Д. Р. Цицишвили qeyd edir 
ki,  uşaqlıq  və  yumurtalıq  arteriyalarının  iki  tərəfli  bağlanması  külli  miqdardas 
anastomozlsrın  əmələ  gəlməsinə  səbəb  olur  ki,  bunlar  uşaqlıq  arterriya  sistemini 
böyrəkətrafı  toxaların,  sidik  axarlarının,  sidik  kisəsinin,  uşaqlıq  yolunun  və  düz 
bağırsağın damarları ilə birləşdirir. Bu məlumatları müəllif rentgenoqrafiya metodu 
ilə (damarları xüsusi masddə ilə doldurduqdan sonra) apasrılan tədqiqatlar əsasında 
əldə etmişdir. 
Heyvanlarda uşaqlıq damarlarının bağlanmasından artıq bir ay sonra uşaqlığın 
kəsilmiş  və  bağlanmış  ucları  arasında  birbaşa  anastomozların  inkişafı  qeyd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə